İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


Mikroiqtisadiyyatın metodu və predmeti



Yüklə 50,56 Kb.
səhifə6/21
tarix11.05.2022
ölçüsü50,56 Kb.
#86459
1   2   3   4   5   6   7   8   9   ...   21
1-11

Mikroiqtisadiyyatın metodu və predmeti

Mikroiqtisadiyyatın predmeti — iqtisadi agentlərin öz məqsədlərinə nail olmaq üçün qəbul etdikləri qərarların işlənib hazırlanması və reallaşdırılması prosesidir.

Qərarlar qəbul edilməsi həmişə müəyyən təsərrüfat şəraitində həyata keçirilir. Qərarlar qəbul edilməsi prosesinin parametrik xarakteristikaları bu şərtlərlə təyinedilir: iqtisadi agentlərin mövcud alternativlər haqqında məlumatlı olması, agentlərin bu alternativləri qiymətləndirmək və müqayisə etmək qabiliyyəti. Qərarlarqəbul edilməsi üçün meyarlar da bu şərtlərlə təyin olunur. Bununla əlaqədar, mikroiqtisadi təhlilin əhatə dairəsi də genişlənir, qərarların qəbul olunması prosesinin öyrənilməsindən əlavə, onların qəbul edildiyi şərait də tədqiq olunur. İqtisadi agentlər bazar mühitində fəaliyyət göstərdiyi, bazar qiymətləri həmin agentlərin seçim meyarı qismində çıxış etdiyi üçün bazar qiymətlərinin formalaşması problemi mikroiqtisadi təhlilin diqqət mərkəzində olur. Buna görə mikroiqtisadiyyatı çox vaxt qiymətlər nəzəriyyəsi adlandırırlar.

Mikroiqtisadiyyatın xüsusiyyəti ondan ibarətdir ki, mikroiqtisadi təhlilin metodologiyası fərziyyə və ya ehtimal adlandırılan bir sıra prinsiplərə - real həyat faktlarından çıxarılmış və apriori qəbul edilən məntiqi nəticələrə əsaslanır. İlkin nəzəri postulatlar kimi qəbul edilən bu fərziyyələr iqtisadi davranış modellərində məntiqi qurmalar üçün baza kimi xidmət edir. Hər bir fərziyyə ikinci dərəcəli mürəkkəb detallardan təmizlənmiş həqiqətin sadələşdirilmiş formasıdır. Fərziyyələr davranışın yalnız əsas xüsusiyyətlərini əks etdirir, yəni reallığa tam uyğun gəlmir. Lakin bu heç də o demək deyildir ki, fərziyyələr abstrakt xarakter daşıyır. Sadələşdirmələr reallığı təhrif etməməli və nəticələrin dəyərini azaltmamalıdır.



  1. Yüklə 50,56 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə