İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


Mikroiqtisadiyyat-iqtisadiyyat elmləri sistemində



Yüklə 50,56 Kb.
səhifə7/21
tarix11.05.2022
ölçüsü50,56 Kb.
#86459
1   2   3   4   5   6   7   8   9   10   ...   21
1-11

Mikroiqtisadiyyat-iqtisadiyyat elmləri sistemində

Mikroiqtisadıyyatda mühüm cəhətlərdən biri burada funksional təhlilin aparılması ilə əlaqədardır. Bu da istehsal prosesində tətbiq olunan amillərin asılılığını və bir-birilə qarşılıqlıtəsirini əks etdirən dəyişikliklərin üzə çıxarılması ilə əlaqədardır. Тəkcə qarşılıqlı əlaqəli funksional asılılıqlar nəticəsində dəyişikliklərin nəticəsi üzə çıxmaqla iqtisadi fəaliyyətdəki səbəb-nəticə əlaqələrinin mahiyyətini, qazanc və məsrəflərin asılılıq səviyyəsini, eləcə də müəyyən kəmiyyətin əldə olunmasında qazanc və məsrəflərin son hədd dəyişikliklərinin səviyyəsini müəyyən etmək olar.

Mikroiqtisadi təhlilin mühüm cəhətlərindən biri də iqtisadi fəaliyyətin tədqiqində ona tarazlı yanaşmaqdan ibarətdir. İqtisadi fəaliyyəti daima dəyişilən bir proses kimi öyrənən mikroiqtisadiyyat buradakı mövcud olan ümumi və ayrı-ayrı hissələrin öyrənilməsı ilə nisbətən sabit vəziyyətin üzə çıxarılması ilə əlaqədardır. Вelə bir şəraitdə ayrı-ayrı dəyisilən xarici və daxili şərtləri müəyyənləşdirməklə iqtisadi fəaliyyətin tarazlığını və ya qeyri-tarazlığını müəyyən etmək mümkündür. Iqtisadi təhildə xüsusən qazanc və məsrəflərin bu və ya digər məhsul istehsalındakı tarazlığının təmin olunması və onun davamlı xarakter alması mikroiqtisadiyyat üçün xüsusi əhəmiyyətə malikdir.

Sözsüz ki, mikroiqtisadi səviyyədə tarazlığın səviyyəsinə xarici şərait tez təsir göstərə bilər, onda bu bilavasitə makrosəviyyədə fəaliyyət göstərən iqtisadi sistemin mahiyyətindən asılılığını əks etdirəcəkdir. Çünki, iqtisadi sistemin bir vəziyyətdən digər sistemə kecməsi bilavsitə tarazlığın davamlılığının təmin olunması ilə əlaqədardır.

Bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, mikrosəviyyədə baş verən ardıcıl xarakter alan tarazlığın qeyri-davamlı xarakter alması nəticə etibarilə iqtisadi sistemin dəyişilməsinə səbəb olur və daha davamlı tarazlı sistemə keçməsinə şərait yaradır.

Mikrosəviyyəli bu proses nəticə etibarilə iqtisadi sistemin bütövlükdə makromüvazinətinin də yaradılmasına və qorunmasına gətirib çıxarmış olur.

Mikroiqtisadiyyatın son hədd, funksional və tarazlı istiqamətdə təhlilinin nəticəsi özünü bilavasitə yeni iqtisadi modelin əldə olunmasına yönəltmiş olur. İqtisatlı modelin müəyyənləşdirilməsində həm ekzeqen (xarici), həm də endogen (daxili) amillərinin üzə çıxarılmasına səbəb olur.

Əlbəttə, bər hansı bir iqtisadi modelin müyyənləşdirilməsiiqtisadi fəaliyyətin müəyyən səviyyəsini dəyişdirməyə imkan verməklə başlıca iqtisadi problemin həll olunması istiqamətinin müəyənləşməsinə imkan verəcəkdir. Lakin əsas məsələ iqtisadi subyektlər üçün təkcə iqtisadi modelin müəyyənləşməsi deyil, qazanc və məsrəflərin optimallıq səviyyəsinə və maksimum gəlir əldə etmək imkam verən iqtisadi mühitin yaradılmasından ibarətdir.



  1. Yüklə 50,56 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə