İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 50,56 Kb.
səhifə5/21
tarix11.05.2022
ölçüsü50,56 Kb.
#86459
1   2   3   4   5   6   7   8   9   ...   21
1-11

İqtisadi qanunlar

İqtisadi qanun iqtisadi hadisələrin, proseslərin, mahiyyətidir. İqtisadi qanun iqtisadi hadisə və proseslərə daxilən xas olan mühüm, zəruri, təkrarlanan səbəb və əlaqələrini özündə əks etdirir. İqtisadi qanunlar da təbiət qanunları kimi obyektiv xarakter daşıyır. Belə ki, onların fəaliyyəti insanların onları istəyib- istəməmələrindən asılı deyildir. İnsanlar iqtisadi qanunları dəyişə, ləğv edə bilməzlər. İnsanlar öz fəaliyyətlərini iqtisadi qanunların tələblərinə müvafiq qursalar daha böyük nailiyyətlər əldə edə bilərlər.

İqtisadiyyatda üç qrup iqtisadi qanunlar fəaliyyət göstərir.

Ümumi iqtisadi qanunlar – bunlar bəşəriyyətin inkişafının bütün mərhələlərində fəaliyyət göstərirlər. Onlar ictimai istehsalın inkişaf prosesini əks etdirir. Bunlara tələbatın artması, əmək məhsuldarlığın yüksəlməsi, ictimai əmək bölgüsü qanunları aiddir.

Bu qanunlar aşağı­dakı xüsusiyyətlərə malikdir. Onlar:

1) Ən ümumi iq­ti­sadi əlaqələri və münasibətləri səciyyələndirir;

2) Həmişə iqtisadi tə­rəq­qi qanunları kimi çıxış edir. Spesifik iqtisadi qanunlar isə bu xü­su­siy­yətlərə malik deyildirlər. Məsələn, feodalizmin formalaşdığı və in­kişaf etdiyi dövrdə feodal rentası qanunu cəmiyyətin inkişafına təkan ver­miş, ictimai tərəqqi qanunu olmuşdur. Lakin kapitalizm cəmiyyəti mey­­dana gəlib formalaşdıqdan sonra həmin qanun ictimai tə­rəqqini ləngitmişdir;

3) Cəmiyyətin inkişafı ilə əlaqədar ola­raq ümumi iqtisadi qa­nunlar nəinki tarix səhnəsindən çı­xır, əksinə yenə də qalmaqda davam edir, rolları daha da artır.
Bir qrup iqtisadi qanunlar da vardır ki, onları nə spesifik, nə də ümumi qanunlara aid etmək olmaz. Bunlara dəyər qanunu, pul tə­da­vülü qanunu və s. misal göstərmək olar. Onlar cəmiyyətin in­ki­şa­fı­nın, tərəqqinin doğurduğu iqtisadi münasibətləri ifadə edirlər

Əmtəə istehsalının qanunları - bunlar məhsul və xidmətlərin əmtəə xarakteri daşıdığı cəmiyyətlərdə fəaliyyət göstərirlər. Dəyər qanunu, pul tədavülü qanunu, yığım qanunu bu qəbildəndirlər.

Spesifik xüsüsi qanunlar – bunlar tarixən müəyyən təsərrüfatçılıq formalarının inkişaf qanunlarıdır. Bunlara dövrün əsas iqtisadi qanunu, dövrün bölgü qanunu aiddir. Cəmiyyətin inkişafı, əmək bölgüsünün dərin­ləşməsi, mül­kiy­yət formalarının və təsərrüfatçılıq metodlarının təkmilləşdirilməsi ilə əla­qədar olaraq iqtisadi mənafelərin strukturu və həyata keçirilməsi me­xanizmi də mürəkkəb­ləşir. Məsələn, ibtidai cəmiyyətdə əməyə söv­qe­di­ci səbəb acından ölmək təhlükəsi, adət və ənənələr, nüfuz, quldarlıq və feodalizmdə isə başlıca olaraq qeyri-iqtisadi məcburiyyət olmuşdur. Kapitalizm, iqtisadi məcburiyyətin, adamların məna-fe­ləri­nə iq­ti­sadi təsiretmənin xüsusi, olduqca çevik və səmə­rəli sistemini ya­rat­mış­dır. Məsələn, rəqabət mübarizəsində məğlub olmaq və müflisləşmək təh­lükəsi sahibkarları isteh­salı təkmilləşdirməyə, onu ən yeni və yüksək məh­suldarlıqlı avadanlıqlarla təchiz etməyə məcbur edir.




  1. Yüklə 50,56 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə