İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Allah yolunda çalışmaq və mücahidlik



Yüklə 1,54 Mb.
səhifə12/77
tarix06.05.2018
ölçüsü1,54 Mb.
#42356
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

Allah yolunda çalışmaq və mücahidlik


Özünün qısa və bərəkətli ömrünü Allah yolunda çalışmaqla və mücahidliklə keçirdi. Gənc yaşlarında bütün bəşər tarixinin ən üstün qadını oldu. Bu yalnız Allah üçün çalışmağın, mücahidliyin, dünya ləzzətlərinə göz yummağın və haqqı tanımağın sayəsində mümkün oldu. Bütün gücü ilə onun ardınca getdi.

Tehranın cümə namazı xütbəsindən; 1 yanvar, 1988

İslam Cümhuriyyəti qəzeti

Fatimeyi-Zəhranın (s) ibadəti


İbadət mehrabında o, saatlarla Allahla raz-niyaz edirdi. Onun ibadəti bizim üçün təsəvvüredilməz və dərkolunmazdır.

Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986



İslam Cümhuriyyəti qəzeti

İslam dünyasının abidlərindən və zahidlərindən biri olan Həsən Bəsri Fatimeyi-Zəhra (s) barəsində deyir: “Peyğəmbərin (s) qızı o qədər ibadət edir və ibadət mehrabında dururdu ki, ayaqları şişirdi”.



Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Gecə vaxtı başqalarını dua etmək


İmam Həsən Müctəba (ə) buyurur ki, bir cümə gecəsi anam səhərə qədər ibadət etdi; gecədən dan yeri sökülənə qədər ibadətlə məşğul oldu. Mənim anam gecədən səhərə qədər ibadət, dua və münacat etdi.

İmam Həsən (ə) deyir: “Eşitdim ki, həmişə mömin kişi və qadınları dua etdi, xalqı dua etdi, İslam dünyasının ümumi məsələləri üçün dua etdi. Səhər olanda dedim ki, ey anam, özün üçün bir dua etmədin, gecədən səhərə qədər başqalarını dua etdin. Cavabda buyurdu: “Əvvəl başqaları, sonra özümüz”. Bu yüksək ruhiyyədir.



Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Səxavət və yoxsullara yardım


Bu onun yoxsullara yardımıdır. Peyğəmbər (s) yoxsul bir qocanı Əmirəlmömininin (ə) evinə göndərib deyir ki, get istəyini onlardan al. Fatimeyi-Zəhra (s) Həsən və Hüseyni (ə) bir dərinin üzərində yatızdırırdı. Evində ondan öz övladlarının yatağı kimi istifadə edirdi. Ondan başqa bir şeyi yox idi. Götürüb onu bu yoxsula verir və deyir ki, bunu apar sat və pulundan istifadə et. Bu, Fatimeyi-Zəhranın (s) hərtərəfli şəxsiyyətidir. Bu örnəkdir. Müsəlman qadının örnəyi budur.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Fatimənin (s) həyat sahələrinin Peyğəmbər (s) tərəfindən təsdiq və tərif olunması


Peyğəmbərin (s) əziz qızının həyatına diqqət yetirməyin xüsusi əhəmiyyəti vardır. Təkcə buna görə ki, o, nəinki erkən İslam çağının digər görkəmli qadınlarından üstün şəxsiyyətə malik olmuşdur, hətta bu uca məqamlı şəxsiyyətin həyatının müxtəlif sahələrinə diqqət göstərməklə aydın olur ki, bu böyük xanımın həyatında baş verən hər bir məsələ əziz Peyğəmbər (s) tərəfindən tərif və təsdiq olunmuşdur. Müsəlman qadının örnəyini tapmaq məsələsində həzrət Zəhranın (s) şəxsiyyəti xüsusi əhəmiyyətə malikdir.

Fatimeyi-Zəhranın (s) doğum gününün ildönümündə Dövlət Şurasının iclasında çıxışdan; 2 mart, 1986

Fatimeyi-Zəhranın (s) mənəvi əzəməti


Kamil insan nümunəsi

Allaha həmd olsun ki, ölkəmizin seçilmiş qadınlarının fikir istiqamətinin gələcəyi ümidverici və sevindirici olan bir səmtə yönəldiyini gördüm. Buna sevinirəm. Mən də qarşılıqlı olaraq tarix boyunca və bütün nəsillərin qadınlarına örnək, kamil və ilahi bir insan nümunəsi olan həzrət Zəhranın (s) doğum günü münasibəti ilə siz əziz bacıları, ölkəmizin bütün qadınlarını, bütün müsəlman qadınları və bütün dünya müsəlmanlarını təbrik edirəm.



Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Möhtəşəm əzəmət


İnsan həzrət Zəhra (s) barəsində nə qədər artıq fikirləşsə, o həzrətin həyatında nə qədər artıq düşünsə, daha çox təəccübə düçar olacaq. İnsanın təəccübü təkcə bundan ötrü deyil ki, bir insan gənclik yaşlarında necə belə mənəvi və maddi kamal dərəcəsinə nail ola bilər (əlbəttə, bunun özü də heyrətamiz bir məsələdir). Daha çox ona görə ki, İslam necə qəribə qüdrətlə öz uca tərbiyəsini elə bir həddə çatdıra bilmişdir ki, gənc bir qadın elə çətin şəraitdə bu ali məqama ucala bilsin. Həm bu varlığın və bu insanın uca əzəməti təəccüblü və heyrətamizdir, həm də bu uca məqamlı və əzəmətli varlığı yaratmış ideologiyanın əzəməti.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Bəşər beyninin və bilgilərinin açılmayan tapmacası


Bu hara, bizim zehnimizdən olduqca əzəmətli olan həqiqətlər hara? Peyğəmbərin (s) qızı doğrudan da bəşər beyninin və bəşər bilgilərinin açılmayan tapmacasıdır. Bütün insanları bir tərəfə qoyun, övliyaları da başqa bir tərəfə. Övliyaların sayı az olsa da, çəkiləri bütün bəşəriyyətdən ağır gələcək.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 7 yanvar, 1991

Vəsfolunmaz şəxsiyyət


Əlbəttə, mən o həzrətin (Fatimeyi-Zəhranın (s)) mənəvi, ruhi və ilahi cəhətləri haqda danışa bilmərəm. Mən bu məsələləri dərk etməyə kiçiyəm. Hətta əgər kimsə onu dərk edə bilsə də, layiq olduğu şəkildə təsvir edə bilməz.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Mənəvi məqam qazanmaqda Fatimənin (s) əməllərinin təsiri


Bu mənəvi məsələlər çox həddə əməli fəzilətlərlə, həzrət Fatimənin (s) çalışmasından qaynaqlanan məsələlərlə əlaqədardır. Bu məqamı müftə vermirlər, dəlilsiz də bağışlamırlar. Mənəvi fəzilətlər kəsb etməkdə insanın əməli böyük həddə təsirlidir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 2002

İslam Cümhuriyyəti qəzeti

Mələklərlə həmsöhbət olmaq


İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, Fatimə (s) mühəddəsə idi. Yəni mələklər onun yanına enər və onunla ünsiyyət qurub danışardılar. Bu barədə çox hədislər mövcuddur. Onun mühəddəsə olması şiəyə məxsus deyil. Şiə və sünni inanır ki, İslam dövründə mələklərin danışdığı, yaxud danışmasının mümkün olduğu şəxslər olmuşdur. Bizim rəvayətlərimizdə belə şəxsin real nümunəsi Fatimeyi-Zəhradır (s). İmam Sadiqin (ə) bu rəvayətində bəyan olunmuşdur ki, Allahın mələkləri Fatimeyi-Zəhranın (s) yanına gəlib onunla danışır, Allahın ayələrini onun üçün oxuyurdular. Quranda Məryəm (ə) üçün deyilən “Ey Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur“1 təbirlərini mələklər Fatimeyi-Zəhraya (s) müraciətlə deyirdilər. Deyirdilər ki, ey Fatimə, Allah səni seçmiş, səni pak və dünya qadınlarından üstün etmişdir. Sonra İmam Sadiq (ə) həmin rəvayətdə buyurur: "Mələklərin o həzrətlə söhbət etdiyi və bu təbirlərləri işlətdiyi bir gecə Fatimeyi-Zəhra (s) onlara buyurdu ki, Allah-Taalanın dünya qadınlarından üstün bildiyi xanım Məryəm deyil? Mələklər cavabda Fatimeyi-Zəhraya (s) dedilər ki, Məryəm öz dövrünün qadınlarından seçilmişdi. Sən isə əvvəldən axıra qədər bütün dövrlərdəki qadınlardan seçilmişsən". Bu necə uca bir məqamdır! Bizim kimi adi bir insan bu əzəməti və dərəcəni hətta öz zehnində də düzgün təsəvvür edə bilməz.

İranın müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə