İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 224,08 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix14.05.2018
ölçüsü224,08 Kb.
#43613
növüYazi
1   2   3   4   5   6   7   8

10 

 

 Ərizə dövlət dilində yazılır. Ərizə düşünülmüş şəkildə yazılmalı, fikir aydın 



olmalıdır. Ərizəçi öz istəyini anlaşıqlı şəkildə bildirməlidir. Müasir ərizələrdə heç 

bir  yaltaqlıq  ifadə  edən,  şikayət  etdiyi  adamın  şəxsiyyətini  təhqir  edən  söz  və 

ifadəyə  yol  vermək  olmaz.  Habelə  müraciət  etdiyi  vəzifəli  şəxs  üçün  “alicənab, 

əlahəzrət” və s. kimi sözlər işlətmək də lüzumsuzdur.  



Sual 8. Ərizə nümunələri  yazın. 

Nümunələr 

                Tikiş fabrikinin direktoru V.Ömərova 



      Qadın палтarlaры  sexinin mühəndisi 

                                                               Səmayə Əkrəm qızı Rəhimovadan 

                                                                  

ƏRİZƏ 

 

15  fevral  2015-ci  il  tarixindən  məni  növbəti  məzuniyyətə  buraxmağınızı 



xahiş edirəm. 

 

                                      İmza:                  S.Rəhimova 

                                            10.02.2015 

                       

 

 



 

“Elnur” firmasının direktoru E.Əliyevə 

                                                               Bakı şəhəri, 28 may küç. ev 16, 

                                                               mənzil 9-da yaşayan A.Orucovdan  

                                                                         


11 

 

ƏRİZƏ 

    Azərbaycan  Dövlət  İqtisad  Universitetini  bitirməyimi  nəzərə  alıb  məni 

firmanızda  münasib  işlə  təmin etmənizi Sizdən xahiş edirəm. 



  İmza:                      A.Orucov 

02.02.2015 



 Sual  9. Tərcümeyi-hal  haqqında məlumat verin. 

Bu  sözün  əvəzinə,  bəzən  “avtobioqrafiya”  da  işlədilir.  Tərcümeyi-hal  ərəbcə 

“tərçi” ( geri çevirmə, döndərmə, təkraretmə) və “hal” (surət, vəziyyət) sözlərinin 

birləşməsindən ibarətdir. Avtobioqrafiya isə avto (öz, özü) + bio (həyat) + qrafiya 

(yazıram)  deməkdir.  Fikrimizcə,  avtobioqrafiya  sözü  tərcümeyi-hal  sözünə 

nisbətən daha uyğundur. Avtobioqrafiya şəxsin öz əli ilə yazdığı tərcümeyi-haldır. 



Bioqrafiya  isə  kiminsə  tərcümeyi-halının  başqası  tərəfindən  yazılmış  formasıdır. 

Avtobioqrafiya  –  müəllifin  öz  həyatını  özünün  təsvir  etməsidir.  Avtobioqrafiya  – 

həm  ədəbi  janr,  həm  də  rəsmi  sənədə  aiddir.  Memuar  ədəbiyyatı  əslində 

avtobioqrafik  xarakterdə  olur.  Adətən,  böyük  sərkərdələr  (məs:  G.K.Jukov, 

Anfilov  və  başqaları),  yazıçılar  (C.Məmməd-quluzadə,  A.Şaiq,  M.F.Axundov  və 

b.)  avtobioqrafiyalarda  tarixi  hadisələri  bədii  fikirlərin  içərisində  verir.  Məsələn, 

C.Məmmədquluzadə  yazır:  «Anadan  olmuşam  Naxçıvan  şəhərində,  Araz  çayının 

beş-altı verstliyində və Culfa qəsəbəsinin 40 verstlik fasiləsində… Nə vaxt anadan 

olmuşam?  Vallah  bilmirəm,  çünki  bu  barədə  heç  bir  sənədim  və  yazım  yoxdur. 

Yəni  nə  odur  ki,  mənim  təvəllüdüm  barəsində  olan  yazını  mən  itirmişəm,  xeyr, 

mən onu deyirəm ki, mənim dünyaya gəlməyimi heç kəs yazı ilə bir yanda qeyd 

etməyib… Bununla bərabər, bir neçə işarələrlə duya bilirəm ki, indi yəni hicrətin 

min üç yüz qırx altıncı ilində mənim yaşım gərək ki, ya əlli altı ola, ya əlli yeddi 

ola, ya bəlkə əlli səkkiz ola». 




12 

 

Buna  bənzər  və  daha  bədii  şəkildə  Abdulla  Şaiq  öz  avtobioqrafiyasında 



anadan  olmasını  belə  göstərir:  «Qardaşım  Abdullanın  ölümü  ata-anasının  qəlbini 

dərin  hüzn  və  kədər  içində  buraxmışdı.  Onlara  ancaq  yaxın  zamanda  dünyaya 

gələcək yeni övlad ümidi təsəlli verirdi. Hamı səbirsizliklə onun yolunu gözləyirdi. 

O yolu gözlənilən çağa mən idim. 1881-ci ildə fevral ayının 12-də (yeni hesab ilə 

24-də)  Tiflis  şəhərində  doqquz  aylıq  uzun  bir  səfərdən  tək  yox,  özüm  ilə  bərabər 

bir yoldaş da gətirmişdim. Ölən qardaşımın sönən çırağını yandırmış olduğumdan 

onun adını mənə qoydular. Mən də, mənim ilə əkiz tay olan bacım Mərziyə də ata-

anamızın  qəlbindən  dərdi,  kədəri  silib,  yerinə  sevinc  və  şənlik  qığılcımı  saçdıq. 

Ailəmiz yenidən şənləndi». 

Xatirə  –  avtobioqrafiyalardan  əlavə,  bir  də  şəxsiyyət  haqqında 

avtobioqrafiyalar  da  vardır  ki,  onlar  qismən  hüquqi  sənəd  xarakterində  olur.  Hər 

hansı  bir  adam  işə  qəbul  ediləndə  və  başqa  hallarda  onun  haqqında  toplanan 

sənədlər içərisində avtobioqrafiya əsas yer tutur. Doğrudur, kadr uçotuna dair şəxsi 

vərəqdə  bioqrafik  məlumatlar  olur.  Amma  avtobioqrafiya  şəxsən,  əllə  yazıldığı 

üçün daha əhəmiyyətlidir. Avtobioqrafiyada müəllif özünün keçdiyi həyat yolunu 

əks etdirməklə bərabər, ata və anası, yaxın ailə üzvləri haqqında da məlumat verir. 

Tərcümeyi-hal  ictimai  həyatın  müxtəlif  sahələrində  istifadə  edilən  əməli  yazı 

növüdür. Müxtəlif mənalarda – orta və ali ixtisas məktəblərinə qəbul olunarkən, işə 

girərkən,  hər  hansı  ictimai,  siyasi  təşkilata  üzv    olarkən,  rəhbər  vəzifəyə  irəli 

çəkilərkən,  mükafata  təqdim  olunarkən  şəxsin  özü  haqqında  ətraflı  məlumat 

verilməsi məqsədilə yazılır. 

 

 

Sual 10.Tərcümeyi-hala verilən tələblər nədən ibarətdir? 

Tərcümeyi-hala verilən tələblər aşağdakılardan ibarətdir. 




Yüklə 224,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə