kişafma xüsusi fıkir verilmişdir. Yaradılan sənaye müəssisələri daxili
bazar üçün məhsul istehsal etməklə yanaşı, ixrac yönümlü məhsul-
ların istehsalım da gücləndirmişdir. Xüsusilə son illərdə qurulan sə-
naye müəssisələri “Gəmiqaya” Şirkətlər Qrupuna aid olan
müəssisələr, Naxçıvan Avtomobil Zavodu, Badamlı Mineral Su Za-
vodu, “Cahan Holdinq” Kommersiya Şirkətlər Ittifaqınm müəssi-
sələri, Kərpic Zavodu, Mebel Fabriki, “Dizayn” M M C-nin
müəssisələri, “Şərab-2” Yeddilər Aqrar Sənaye Komplcksi” MMC,
“Sirab” Mineral Sular Zavodu ən yüksək standartlar səviyyəsində
məhsul istehsal edirlər.
Beləliklə, bu illərdə muxtar respublikada sənaye sahəsində
reallaşdırılan islahatlarm başlıca məqsədi mövcud sənaye müəssisə-
lərinin fəaliyyətinin bərpası və yenidən qurulmasmdan, dünya stan-
dartlarm a cavab verən sənaye məhsullarmm istehsalmdan,
sənayenin dayanıqlı və davamlı inkişafım təmin etməkdən ibarət ol-
muşdur. Tarixən aqrar region kimi formalaşan Naxçıvan M uxtar
Respublikasmm aqrar-sənaye regionuna çevrilməsi üçün ciddi əsas-
lar yaradılmışdır.
2.3. Tikinti-quruculuq və abadlıq işləri
Azərbaycan Respublikasmda yaranmış sabitlik, iqtisadi sa-
hədə əldə olunmuş nailiyyətlər muxtar respublikada 1995-ci ildən
başlayaraq tikinti-quraşdırma və abadlıq sahəsində də əsaslı işlər
görməyə şərait yaratmışdır.
Naxçıvan M uxtar Respublikasmda tikinti-quruculuq və
abadlıq işləri ildən-ilə genişlənir. Yüksək zövqlə, peşəkarlıqla, şərq
və qərb memarlıq elementlərindən ustalıqla və yerli-yerində istifadə
etməklə tikilən binalar, təmir olunan və yenidən qurulan inzibati və
sosial obyektlər, salınan gülkarlıqlar, yaradılan səliqə-sahman
böyük quruculuq və abadlıq işlərinin yüksək səviyyədə görüldüyünü
təsdiq edir. Bütün bu işlərə Naxçıvan M uxtar Respublikası Ali Məc-
lisinin Sədri Yasif Talıbov diqqət və həssaslıqla yanaşır, hər bir ti-
kinti, quruculuq və abadlıq işlərinin ən yüksək səviyyədə, keyflyyətlə
aparılmasına nəzarət və rəhbərlik edir, xeyli vaxt ayırır. Bütün bun-
lara görə Ali Məclisin Sədri tariximizə qurucu və yaradıcı rəhbər
114
kimi daxil olmuşdur.
Ölkə başçısı, Prezident İlham Əliyev Naxçıvan M uxtar Res-
publikasmda son illərdə g ö rübn işləri, həyata keçirilən tədbirləri
yüksək qiymətləndirərək demişdir: “Siz Naxçıvanda işlərin düzgün
qurulması, Naxçıvamn rəhbərliyinin, Ali Məclisin sədri Vasif Tahbovun
fəaliyyəti nəticəsində bütün uğurlara nail olmusunuz. Azərbaycanın
digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxım-
dan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə
də liderliyi saxlayacaqsımz. Bunu - abadlıq, quruculuq işlərini, yeni
binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn
hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəb-
bətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin
əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir.
Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə
olan şəxslər də öz doğma xalqma ləyaqətlə, məhəbbətlə xidmət edirlər.
Bu, Naxçıvanda var və məni çox sevindirir” [1, 2004,15 may].
Vasif Talıbov Naxçıvan Muxtar Respublikasma rəhbərlik et-
diyi 15 il ərzində yeni və müasir bir Naxçıvan qurmuş, quruculuq və
abadlıq işləri muxtar respublikanm paytaxtmdan tutmuş ən ucqar
kəndlərini belə əhatə etmişdir.
Naxçıvan M uxtar Respublikasm da inkişaf proqram mm
əhəmiyyətini əks etdirən mühüm göstəricilərdən biri quruculuq, ti-
kinti-abadlıq işlərinin ön plana keçirilməsidir.
Heydər Əliyev idarəetmə məktəbinin sədaqətli davamçısı olan
Vasif Talıbovun 90-cı illərin ortalarm dan muxtar respublikada baş-
ladığı quruculuq işləri nəticəsində yüzlərlə obyekt tikilib istifadəyə
verilmiş, yenidən qurulmuş, təmir edilmiş, yollar çəkilmiş, körpülər
salmmış, parklar, xiyabanlar və gülkarlıqlar yaradılmışdır. Nəticədə
Naxçıvanm siması tamamilə dəyişilmişdir.
Naxçıvan M uxtar Respublikasmda 2000-ci ildə 12449,9 min
manatlıq tikinti-quruculuq işləri aparılmışdı ki, bu da 1995-ci ilə nis-
bətən 4 dəfə çoxdur. 2005-ci il ərzində muxtar respublikada tikintidə
126 milyon 51 min manatlıq investisiyadan istifadə edilmişdir. 2005-ci
ildə muxtar respublikanm tikinti təşkilatları 102 milyon manatlıq iş
görmüşdür. 2000-2005-ci illər muxtar respublikamn tikinti həyatmda
dəyərli və bənzərsiz binalarm, sosial və ictimai obyektlərin, elm, təh-
115
sil vo modoniyyot müəssisələrinin tikilməsi, yenidən qurulması və tə-
miri kimi xarakterizə edilir. Bu illərdə 59 orta məktəb, 48 səhiyyə
obyekti, 28 körpü, 62 inzibati bina, 9 mədəniyyət obyekti, 9 abidə
və dini obyekt tikilmiş, 23 orta məktəb binası, 35 səhiyyə obyekti,
23 körpü, 39 nasos stansiyası, 98 inzibati bina, 22 mədəniyyət ob -
yekti və yüzlərlə müxtəlif xarakterli obyektlər əsaslı təmir olunmuş-
dur [23, s. 19-20].
2006-2010-cu illərdə də muxtar respublika böyük tikinti mey-
danma çevrilmişdir. Belə ki, 2006-cı ildə 757 obyekt, 2007-ci ildə 793,
2008-ci ildə 854, 2009-cu ildə 726, 2010-cu ildə isə 669 müxtəlif xa-
rakterli obyektlər istifadəyə verilmişdir. Son dörd il ərzində muxtar
respublikada 284 yaşayış binasmda təmir və bərpa işləri aparılmış,
301 yaşayış binasmda istilik xətləri yeniləri ilə əvəz edilmiş, 35 lift
quraşdırılmışdır. 2010-cu ilin ilk yarımilində 258 müxtəlif təyinatlı
obyekt istifadəyə verilmiş, 286 obyektin isə tikintisi və ya əsaslı tə-
miri davam etdirilmişdir [15, 2010, 24 iyul]. Kəndlərin, qəsəbələrin
ictimai tərəqqisi, bu yaşayış məntəqələrində mərkəzlə paralel infra-
struktur quruculuğu tədbirlərinə də xüsusi diqqət yetirilir. Kənd əha-
lisinə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması, bu sahədə
idarəetmənin səmərəliliyini daha da artırmaq məqsədilə son 15 il ər-
zində 52 kənd, 3 qəsəbə mərkəzi istifadəyə verilib.
Əhalinin maddi rifah halınm yaxşılaşdırılması fərdi yaşayış
evlərinin tikintisi üzrə müsbət meylli dinamikanı daha da gücləndir-
mişdir. 2010-cu ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti he-
sabma 259414 kvadratmetr yaşayış sahəsi tikilmişdir. Bu isə 1988-ci
ildəki 75400 kvadratmetrlik göstərici ilə müqayisədə 184014 kvad-
ratmetr və ya üç dəfə çoxdur.
Ümumiyyətlə, 1995-2010-cu illərdə Naxçıvan M uxtar Res-
publikasımn şəhər və kəndlərində 231 elm və təhsil ocağı, 173 səhiyyə
müəssisosi, 272 mədəniyyət obyekti, 393 inzibati bina, 119 yeni
körpü, 353 subartezian quyusu, 153 nasos stansiyası, 3374 yeni is-
tehsal, xidmət və əlavə infrastruktur obyektləri tikilərək və ya yeni-
dən qurularaq istifadəyə verilmişdir.
Bir cəhəti qeyd etməliyik ki, muxtar respublikanm rayonla-
rında, qəsəbə və kəndlərində, xüsusilə sərhəd kəndlərində tikinti-
abadlıq işlərinə böyük diqqət və qayğı göstərilir. Tədqiq edilən
116
Dostları ilə paylaş: |