artmışdır. Nəticədə 2005-ci ildə 98,3 milyon manatlıq kənd təsər-
rüfatı məhsulu istehsal olunmuşdursa, 2006-cı ildə bundan 10 milyon
750 min manat çox - 109 milyon manatlıq məhsul istehsal edilmişdir.
Sonrakı illərdə bu göstərici daha da artıq olmuşdur. Belə ki, 2009-cu
ildə 185 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş,
2008-ci illə müqayisədə 13,4 faiz artım a nail olunmuşdur. Həyata
keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikanm kənd
təsərrüfatı sahəsində dinamik artım davam etdirilmişdir. 2010-cu
ildə 247 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir
ki, bu da 2009-cu il üzrə müvafiq göstəricini 13 faiz üstələyir.
Muxtar respublika rəhbərliyinin taxılçılığa mühüm əhəmiy-
yətli sahə kimi yanaşması nəticəsində bu sahədə yüksək artım a nail
olunmuşdur. Belə ki, 2000-ci ilə nisbətən 2005-ci ildə taxıl əkini sa-
həsi 59,3 faiz, məhsul istehsalı isə 71,3 faiz artmışdır. Ümumiyyətlə,
muxtar respublikada 1995-ci ildə 23,6 min ton, 2000-ci ildə 54,4 min
ton, 2005-ci ildə 93,2 min ton, 2009-cu ildə 94,7 min ton taxıl yığıl-
mışdır. 2010-cu ildə isə taxıl zəmilərindən 96 min ton məhsul toplan-
mışdır ki, bu da 2009-cu illə müqayisədə 1,4 faiz çoxdur. 1988-ci illə
müqayisədə taxıl istehsalınm həcmi ötən il 67 min ton artmışdır.
Kənd təsərrüfatmm inkişafmda taxıl anbarlarınm, elevator-
larm inşası da mühüm yer tutur. Bu zərurət nəzərə ahnaraq 2009-cu
ildə 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa
müddətə saxlamaq gücünə malik Naxçıvan M uxtar Respublikası
Taxıl Ehtiyatı Anbarı yaradılmışdır. A nbar kompleksi bir tərəfdən
məhsul istehsalçılarmm taxıl tədarükü zamanı rastlaşdıqları prob-
lemləri aradan qaldırırsa, digər tərəfdən muxtar respublikada taxıl
ehtiyatlarınm yaradılmasında müstəsna rol oynayır.
M uxtar respublikada taxılçılıqla yanaşı kartofçuluğun inki-
şafına da xüsusi diqqət yetirilmişdir. 11 aprel 2005-ci il tarixdə təsdiq
olunmuş 2005-2010-cu illəri əhatə edən “Naxçıvan M uxtar Respub-
likasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə
tutulan tədbirlərin icrası nəticəsində idxaldan asılılığm aradan qal-
dırılmasında mühüm irəliləyiş əldə olunmuşdur. Həyata keçirilən
tədbirlər nəticəsində 2010-cu ildə 2740,5 hektar sahədə kartof əkil-
mişdir. Kartof əkini keçirilmiş sahələrdən 37901 ton məhsul tədarük
edilmişdir ki, bu da 2004-cü illə müqayisədə 2,2 dəfə və ya 20843
120
ton, 1988-ci ilb müqayisədə isə 38 dəfə və ya 36896 ton artım de-
məkdir [28, s. 13].
M uxtar respublikada şəkər çuğunduru istehsalına da xüsusi
əhəmiyyət verilmişdir. Şəkər çuğunduru istehsalı 1992-ci ildən baş-
lamış və ilbəil artıma nail olunmuşdur. 2000-ci ildə məhsul istehsalı
1992-ci illə müqayisədə 143,9 dəfə çox olmuşdur. 2003-cü ildə şəkər
|
çuğunduru istehsalı 129 min ton təşkil etmiş, 2010-cu ildə şəkər çu-
ğunduru əkin sahələri 2009-cu ilə nisbətən 41,2 faiz artaraq 1716,4
hektar olmuşdur.
Naxçıvan M uxtar Respublikasmm kənd təsərrüfatmm inki-
şafmda heyvandarlığm xüsusi rolu vardır. M uxtar respublika rəh-
!
bərliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində bu sahədə də
böyük nailiyyətlər əldə edilmişdir. Heyvanlarm müxtəlif xəstəliklərdən
qorunması, mal-qaranm cins tərkibinin yaxşılaşdırılması istiqamətində
tədbirlər görülmüşdür. Naxçıvan M uxtar Respublikası Ali Məclisi
Sədrinin 2005-ci il 30 noyabr tarixli Fərmanı ilə Dövlət Baytarlıq
Xidməti yaradılmışdır. 2000-ci ildə xırdabuynuzlu heyvanlarm sayı
425,4
min baş olmuşdur ki, bu da 1995-ci illə müqayisədə 146,7
min baş və ya 1,5 dəfə çox idi. Bu artım iribuynuzlu mal-qaranm
artımmda da özünü göstərirdi. 1995-ci ildə qaramalın baş sayı 55,5
min olduğu halda 2000-ci ildə bu göstərici artaraq 74 min başa çat-
mışdır ki, bu da 1995-ci ildəkindən 18,5 min baş çox idi. 2007-ci
ildə xırdabuynuzlu heyvanlarm sayı 563897-ə, iribuynuzlu heyvanlarm
sayı isə 94044-ə çatmışdır. 2010-cu ilin əvvəllərində muxtar respub-
likada qaram alm sayı 98,8 min baş, xırdabuynuzlu heyvanlarm
sayı isə 589603 baş olmuşdur. 01 yanvar 2011-ci il tarixə muxtar
respublikanın bütün təsərrüfat kateqoriyalarmda qaramalın sayı
101160 baş, qoyun və keçilərin sayı isə 603018 baş olmuşdur ki, bu
da müvafıq olaraq 2010-cu ilin göstəricilərini 2,4 və 2,3 faiz üstələ-
■
mişdir. Bu dövr ərzində ət istehsalı 4 dəfə, süd istehsalı isə 3 dəfə
artmışdır.
Heyvandarlıqda məhsuldarlığm yüksəldilməsini, mal-qaramn
cins tərkibinin yaxşılaşdırılmasını və damazlıq işinin inkişafmı təmin
etmək üçün son iki ildə muxtar respublikaya 280 baş cins mal-qara
gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
Bəhs olunan illərdə m uxtar respublikada quşçuluğun, arıçılı-
121
ğın və balıqçılığm inkişafı da diqqət mərkəzində saxlamlmışdır.
2010-cu ildə quşçuluq sahəsində 7 təsərrüfat subyekti fəaliyyətə baş-
lamışdır. Bundan başqa, ətlik və yumurtalıq istiqamətində daha 5
quşçuluq təsərrüfatmm yaradılması istiqamətində işlər davam etdi-
rilir. 2010-cu ilin sonunda quşların sayı 901 min başdan çox olmuş-
dur. Bu göstərici isə 1989-cu ilin göstəricisindən 3 dəfə çoxdur.
2011-ci ilin yanvarmda muxtar respublikada 52685 arı ailəsi mövcud
olmuşdur ki, bunlardan 710 ton bal istehsal edilmişdir [15, 2011, 29
yanvar]. M uxtar respublikanm zəngin su ehtiyatları balıqçılığm in-
kişafı və qiymətli balıq cinslərinin yetişdirilməsi üçün əlverişli şərait
yaradır. Təkcə 2009-cu ildə 5, 2010-cu ildə isə 2 balıqyetişdirmə tə-
sərrüfatı istifadəyə verilmişdir. Ümumilikdə isə hazırda muxtar res-
publikada 10 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.
Bütün bunlar bir daha əyani olaraq göstərir ki, muxtar res-
publika rəhbərliyinin ardıcıl və məqsədyönlü aqrar siyasəti öz
müsbət nəticəsini vermiş, kənd təsərrüfatmm bütün sahələrində
yüksək nəticələr qazanılmışdır. Belə ki, 1995-ci illə müqayisədə2010-cu
ildə taxıl istehsalı 4,1 dəfə, kartof istehsalı 87 dəfə, tərəvəz istehsalı
41,1 dəfə, bostan məhsulları istehsalı 81,3 dəfə, meyvə və giləmeyvə
istehsalı 1,6 dəfə, ət istehsalı 72,9 faiz, süd istehsalı 2,1 dəfə, yumurta
istehsalı 42,4 faiz, yun istehsalı 74,3 faiz artmışdır.
Naxçıvan M uxtar Respublikasmda torpaq islahatı və özəlləş-
dirmə prosesi ardıcıl olaraq aparılmışdır. 2005-ci ildə muxtar res-
publikanm 205 kəndindən 198-də, 132 təsərrüfatda torpaq islahatı
başa çatdırılmış, 54,9 min hektar torpaq sahəsi xüsusi mülkiyyətə
verilmişdi. M uxtar respublikada özəlləşdirmə prosesi 1996-cı ildən
başlamış və beş il ərzində 2145 müəssisə və obyekt özəlləşdirilmişdir.
Özəlləşdirilmiş obyekt və müəssisələrin satışmdan dövlət büdcəsinə
315,7 milyon manat vəsait daxil olmuşdur. 2005-ci ilə qədər isə 3457
kiçik müəssisə və obyekt özəlləşdirilmiş, 46 dövlət müəssisəsi isə
səhmdar cəmiyyətə çevrilmişdir. 2007-ci ildə özəlləşdirmədən 351, 4
min manat vəsait əldə edilmişdir.
İslahatlar nəticəsində ümumi məhsul istehsalmda özəl bölmə-
nin xüsusi çəkisi hər il artmışdır. Sahibkarlığm inkişafı üçün yara-
dılmış münbit şəraitin nəticəsidir ki, 2010-cu ildə ümumidaxili
məhsul istehsalmda özəl bölmənin payı 86 faizi ötmüşdür. Hazırda
122
Dostları ilə paylaş: |