kanm inkişalı ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağ-
lıdır. Əvvəllər Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə Za-
qafqaziyanm vahid energetika sistemindən 220 kilovoltluq
Ararat-Babək, 110 kilovoltluq Ararat-Şərur, Aqarak-Ordubad elek-
trik xətləri ilə və sistemə qoşulan Araz Su Elektrik Stansiyası vasitəsi
ilə təchiz edilirdi. Ermənistan Respublikasınm həyata keçirdiyi blo-
kada siyasəti nəticəsində 1990-cı ildən etibarən muxtar respublikaya
elektrik enerjisi verilişi dayandırıldı, yalnız Araz Su Elektrik Stansi-
yasında istehsal edilən 15-20 meqavat gücündə elektrik enerjisi şə-
bəkələrə ötürüldü.
1991-92-ci illərdə yaranmış çətin şəraitə baxmayaraq, ulu
öndər Heydər Əliyevin rəhbərliyi ilə blokadada olan Naxçıvan Mux-
tar Respublikasmı elektrik enerjisi ilə təchiz etmək məqsədilə Türki-
yədən 154 kilovoltluq və trandan Naxçıvana 132 kilovoltluq yüksək
gərginlikli elektrik verilişi xətləri çəkildi [1, 2010, 20 oktyabr].
Türkiyədən və tran İslam Respublikasmdan elektrik enerjisi alın-
mağa başlandı. 1993-cü ilin ortalarm da muxtar respublikaya İran
İslam Respublikasından 42 meqovat, Türkiyə Respublikasından isə
63 meqovat gücündə elektrik enerjisi daxil olurdu [15, 2010, 20 okt-
yabr].
90-cı illərin ortalarından başlayaraq m uxtar respublikaya
daxil olan elektrik enerjisinin paylamlmasım yaxşılaşdırmaq, itkiləri
azaltmaq, enerji təchizatınm etibarlıhğım yüksəltmək üçün bir sıra
mühüm tədbirlər həyata keçirildi. İlk növbədə “Koroğlu”, “Araz”,
“Culfa” , “Çeşməbasar”, “A rpaçay”, “Sədərək” , “Xalxal” yarım-
stansiyaları tikilib quraşdırılmış və onlarm gücü artırılmışdır. 2010-cu
ildə Naxçıvan şəhərində “Xalçaçılıq”, “Xətai” və “Sənaye qovşağı”
elektrik yarımstansiyaları qurulmuşdur. Ümumilikdə bu dövr ər-
zində muxtar respublika üzrə 36 ədəd müxtəlif güclü transformator
yarımstansiyasınm quraşdırılması və 55,1 km uzunluğunda 10 və 0,4
kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi başa çatdırılmışdır
[9, s. 104].
M uxtar respublika əhalisini və istehsal sahələrini elektrik
enerjisi ilə təmin etmək üçün 2006-cı ildə görülən tədbirlərin əhə-
miyyəti daha böyük olmuşdur. 2005-ci ildə m uxtar respublikaya
təbii qazm verilməsi yeni elektrik stansiyalarmm işə salmmasına
126
səbəb olmuş, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasmda turbin-
lərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində burada 60 meqovat
gücündə enerji istehsal etmək imkanları yaranmışdır. Ölkə başçısı
İlham Əliyevin himayəsi ilə muxtar respublikada 87 meqovat elek-
trik enerjisi istehsal etmək gücünə malik modul tipli elektrik stansi-
yası çox qısa müddətdə tikilərək istifadəyə verilmişdir. Heydər
Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə, Ordubad rayonu
ərazisində Gilan çayı üzərində 22 meqavat gücündə Biləv Su Elektrik
Stansiyaları tikilmişdir. Bundan başqa Ordubad və Arpaçay su elek-
trik stansiyalarmm inşası üçün texniki-iqtisadi cəhətdən əsaslan-
dırma işləri davam etdirilir.
Naxçıvan M uxtar Respublikasmm Ali Məclisində Naxçıva-
nm enerji ilə təminatı məsələsi dəfələrlə müzakirə edilmiş, qarşıda
duran vəzifələr müəyyənləşdirilmiş və muxtar respublikanm elektrik
enerjisi ixrac edən bir bölgəyə çevrilməsi məsələsi qoyulmuşdur.
Artıq m uxtar respublikada enerji təhlükəsizliyi təmin edilmişdir.
Sovet hakimiyyəti illərində cəmi 1 elektrik stansiyası olan muxtar
respublikada bu gün artıq 5 elektrik stansiyası fəaliyyət göstərir.
1988-ci ildə m uxtar respublikada 86 milyon kilovat-saat elektrik
enerjisi istehsal olunmuşdursa, 2010-cu ildə bu göstərici 6 dəfə arta-
raq 534 milyon kilovat-saata çatmışdır. Əvvəllər elektrik enerjisinin
böyük bir hissəsi qonşu ölkələrdən idxal edildiyi halda, bu gün mux-
tar respublika artıq elektrik enerjisi ixrac edən bir diyara çevrilmiş-
dir.
2.7. Əhalinin qazla təmin edilməsi
Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi iqtisadi
inkişaf strategiyasmm uğurlu davamınm məntiqi nəticəsidir ki, öl-
kəmizin ayrı-ayrı bölgələrində olduğu kimi, muxtar respublikamızda
da irimiqyaslı layihələr reallaşır, genişmiqyaslı quruculuq tədbirləri
həyata keçirilir. Görülən işlərin bir hissəsini də muxtar respublikamızda
əhalinin və təsərrüfat subyektlərinin təbii qazla təmin olunması isti-
qamətində həyata keçirilən layihələr təşkil edir. Ölkə başçısı İlham
Əliyevin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq etdiyi “Azər-
baycan Respublikası regionlarmm sosial-iqtisadi inkişafı Dövlət
127
Proqramı (2004-2008-ci illər)” və bu D övbt Proqrammm icrasmı
yüksək səviyyədo təmin etmək məqsədilə Naxçıvan M uxtar Res-
publikası Ali Məclisi Sədrinin 9 iyun 2005-ci il tarixli Sərəncamla
təsdiq etdiyi “Naxçıvan M uxtar Respublikasmın Regional Inkişaf
Proqramı (2005-2008-ci illər)” muxtar respublikamızda irimiqyaslı
layihəbrin reallaşmasma geniş imkanlar açdı. Hazırda muxtar res-
publikamızın iqtisadiyyatı inkişaf edir, yeni istehsal müəssisələri
yaradılır. Təbii ki, bu inkişafm fonunda təbii qaza olan tələbat da
artır. «Azərbaycan Respublikasmm yanacaq enerji kompleksinin
inkişafı üzrə Dövlət Proqramı (2005-2015-ci illər)»na uyğun olaraq
ölkəmizin ayrı-ayrı regionlarmda olduğu kimi, muxtar respub-
likamızda da ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Lakin
məkrli qonşularımız 1991-ci ildə muxtar respublikaya qaz verilməsini
dayandırdıqdan sonra əhalinin qazla təmin edilməsində problemlər
yaranmışdı. Muxtar respublikanı vəziyyətdən çıxarmaq üçün 1992-ci
ilin avqustun 24-də Naxçıvan M uxtar Respublikası Ali Məclisinin
Sədri Heydər Əliyev İran İslam Respublikasmda səfərdə olarkən
prezident Əli Əkbər Haşimi Rəfsəncani ilə görüşmüş, iqtisadi
əlaqəbrin genişləndirilməsi, həmçinin muxtar respublikanm qaz tə-
ləbatmı təmin etmək barədə söhbətlər aparmış və razılıq əldə etmiş-
di.
İran tərəfi Xoy-Culfa qaz kəmərinin tikintisini öz üzərinə
götürmüşdü. Kəmər istifadəyə verildikdən sonra m uxtar respubli-
kaya sutkada 1 milyon kub metr qaz verilməli idi. Lakin müəyyən
səbəblərdən qaz çəkilişi bir qədər yubandı. İran İslam Respublikası
Naxçıvan MR-ə ayda 100 ton maye qaz göndərməyi öhdəsinə
götürmüşdü. 1998-ci ildə maye qazla qazlaşdırılmış mənzilbrin sayı
46274-ə çatdırıldı. M uxtar respublikanm həyatmda baş verən ən əla-
mətdar hadisə uzun ilbrin fasiləsindən sonra ölkə Prezidenti İlham
Əliyevin bilavasitə himayə və qayğısı nəticəsində 2005-ci ildə İran
İR-dən mübadilə yolu ilə Naxçıvan MR-ə təbii qaz kəmərinin çəkilişi
oldu. Qısa müddət ərzində Culfa-Naxçıvan yüksək təzyiqli, Naxçı-
van-Cəhri orta təzyiqli magistral, Naxçıvan şəhər orta təzyiqli dai-
rəvi qaz kəmərinin çəkilişi başa çatdırıldı. Culfa-Ordubad və
Şahbuz-Sədərək ötürücü qaz kəmərinin təmiri və bərpası tamam-
landı. 2005-ci ildə 6770 mənzil və 195 fərdi ev qazlaşdırıldı. Sonrakı
128
Dostları ilə paylaş: |