İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə33/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   29   30   31   32   33   34   35   36   ...   136

                                                                                                                                                      

98 


 

- Nə vaxtdan kişinin işinə qarışırsan?! 

-  Qarışmıram  soruşuram.  Mən  nəkarəyəm  ki,  sənə  söz  deyəm,  amma 

ürəyim uçunur. Səni and verirəm o balalarıyın canına, ətəyindən daşı tök. 

Cahandar  ağa  yolu  kəsib,  qapının  ağzında  dayanan  və  onu  bayıra  ,    

buraxmaq istəməyən Mələyin döşündən itələdi. 

- Çəkil yolumdan!.. 

Gəlin  tərpənmədi.  Qollarını  gərib  qapının  çərçivəsindən  yapışdı. 

Cahandar ağa bir an nə edəcəyini bilmədi. Hələ indiyə qədər onun qabağını 

kəsən, getdiyi yoldan qaytaran olmamışdı. 

-  Cəhənnəm  ol,  deyirəm  sənə,  yoxsa  o  it  küçüyünün  hayıfını  səndən 

alaram! 


- Al, neylək, al. Vallah, düz sözümdür. 

- Qanını üstümə tökmə! 

- Halal eləyirəm, tök. 

Cahandar  ağa  onu  kənara  eləyib  keçmək  istədi.  Mələk  qapını  örtüb, 

arxasını söykədi. Kişinin beyninə qan sıçradı. Qıllı qaşların tükləri biz-biz 

olub pırpızlandı, arası düyünləndi, qırışlar sıslaşdı, yanaqlarında göyümsov 

ləkələr  oynadı.  Qolunu  hərləyib  var  gücü  ilə  arvada  bir  şillə  çəkdi,  otağın 

divarları  cingildədi.  Mələk  gözlərinə  qan  çökdüyünü  və  qulaqlarının 

uğuldadığını hiss etdi. Ona ele gəldi ki, evin divarları çökəlib, aşağı yatdı. 

Ayağının  altından  yer  qaçdı.  Tavandan  asılmış  otuzluq  lampa  sağa-sola 

gedib ləngərləndi. Arvadın yanağı alışdı, gözlərinə qor doldu. 

Cahandar  ağa  arvadın  çıraq  kimi  sönüb  yerə  çökdüyünü  görəndə  ayaq 

saxladı.  Onun  geri  çəkilib  yol  verəcəyini  gözlədi.  Amma  Mələyin  ətli 

bədəni  divar  boyu  ağır-ağır  sürüşdü  və  birdən  kəsilmiş  ağac  kimi  yerə

sərildi.  "Lənət  sənə  şeytan,  işə  düşmədik",  -  deyə  söylənən  Cahandar  ağa 

onun  üstündən  adlayıb  keçmək  istədi.  Amma  arvadın  sifətinin  kağız  kimi 

ağardığını,  ağız-burnundan  qan  fışqırdığını  görəndə  həyəcanlandı.  Aşağı

əyilib onu yerdən qaldırdı. Taxtın üstünə uzatdı. Arvadı soyuq tor basdığını

görüb, özünü lap itirdi: - Ay uşaq, kim var, tez olun, su gətirin. 

Bayaqdan  o  biri  otaqda  qorxudan  titrəyə-titrəyə  bu  işlərin  nə  ilə

qurtaracağını gözləyən Salatın özünü içəri saldı. Zərnigar xanım da surünə-

sürünə  gəldi.  Mələyin  ağarmış  sifətini,  ağız-burnundan  axıb  laxtalanmış

qanı görəndə üzünü cırıb, dizinə döydü:  

  



                                                                                                                                                      

99 


 

-  Allah  sənə  insaf  versin,  ay  Cahandar  ağa,  bu  yazığı  niyə  öldürdün? 

Yetimin günahı nəydi? 

- Günahın hamısı sənin küçüyündədir. Sümüyümüzü it sümüyünə caladı. 

Onun  nəriltisi  otağı  başına götürdü.  Zərnigar  xanım  "niyə  mənim  olur, 

elə sənin də küçüyündür, adımızı batırdı", - demək istədisə də qorxusundan 

dinmədi. Mələyin üzünə su çiləyən qızına kömək etdi. 

Cahandar  ağa  tüfəngi  taxtın  üstünə  atıb  eşiyə  çıxdı.  Əlləri  əsə-əsə

papiros  eşdi.  Həyətdə  fırlandı.  O,  qəfəsə  salınmış  yaralı  pələng  kimi 

dolandıqca,  göyümsov  tüstü  boynunun  ardında  burulur,  sonra  da  duman 

kimi çoküb, enli kürəyinin ortasında yatırdı. O vurnuxurdu. Əlinin bu qədər 

ağır olduğunu, bir şapalaqla o boyda arvadı yerə sərə biləcəyini ağlına gətirə

bilmədiyindən indi əzab çəkirdi. Qəribə idi: elə bil üç gündən bəri ürəyinin 

başında qurğuşun kimi çöküb dayanan ağrılar yox olmuş, bütün hirsi elə o 

şillə  ilə  çıxıb  getmişdi.  Cahandar  ağa  sinəsində  bir  boşluq,  qollarında 

yorğunluq  hiss  edirdi.  Beyni  güyüldəyir,  gözləri  alacalanırdı.  Mələyin 

başına gələn əhvalat ona her şeyi unutdurmuşdu. Öldürmək istədiyi oğlunu 

da,  tikə-tikə  doğrayacağını  qət    etdiyi  gəlinini  də  yaddan  çıxartmışdı. 

Axşam  qaranlığında  həyətdə  dolaşan  nökərləri,  örüşdən  qayıdan  malları

görmür,  dana-buzov  səsini,  qoyun-quzu  mələşməsini  də  eşitmirdi.  Özünü 

zahirən  laqeyd  göstərsə  də,  fikri  evdə,  Mələyin  yanında  idi.  içəri  girib 

arvadının halını öyrənməyə üzü gəlməsə də, gözünü örtülüb-açılan qapıdan 

çəkmirdi. Tez-tez eşiyə çıxıb, içəri girən Salatın atasına heç nə demir, başı

alovlu ora-  bura qaçırdı. 

Nəhayət,  əl-ayaq  yığışdırılanda  kişi  içəri  girdi.  Mələyi  yorğan-döşəyə

uzatmışdılar. 

O  heç  kimdən  heç  nə  soruşmadı.  Ağır  addımlarla  evin  yuxarı  başına 

keçib  taxtın  üstündə  əyləşdi.  Zərnigar  xanım  belə  vaxtda  ərinin  gözünə

görünməkdən ehtiyat etdiyindən, bir kölgə kimi çəkilib səssizcə öz otağına 

keçdi. Salatın atasına xörək gətirdi. Kişi əl vurmadı. 

- Mənə yer sal! - deyə astaca dilləndi, 

Qız taxtın üstünə yorğan-döşək atdı, sonra da sakitcə otaqdan getdi. 

Cahandar  ağa  gecə  yarıya  qədər  gözünü  tavana  zilləyib,  yata  bilmədi. 

Öləziməkdə olan otuzluq lampanın ətrafında fırlanan xırdaca cücülərin evin 

divarlarında  tərpənən  kölgələrinə  fikir  verdi.  Otağa  qulağı  güyüldədən  bir 

sükut çökmüşdü. Arabir isti şüşəyə toxunan, ya da 

  



                                                                                                                                                      

100 


 

içəri  düşüb  fitilin  alovunda  qarsalanan  pərvanələrin  çırpıntıları,  tozlu 

qanadların  pırıltısı  sükutu  pozurdu.  Cahandar  ağa  hərdənbir  başını

,yastıqdan azca yuxarı qaldırıb Mələk yatan tərəfə baxır, onun nəfəs ,alıb - 

almadığını  bilmək  istəyirdi.  Kişi  fikrini  toplayıb,  müəyyən  qərara  gələ

bilmirdi.  Oğlu  onu  odsuz-ocaqsız  yandırırdı.  Cahandar  ağa  Şamxalın 

küsməyinin bu qədər ciddi olacağını heç güman etmirdi. Onun gec-tez geri 

qayıdacağını  gözləyirdi.  Amma  indi  tamam  əlini  üzdü.  Artıq  hər  şeyin 

bitdiyini qərara aldı. "Öləndə vəsiyyət edəcəm, üstümə qoymasınlar, mənim 

o adda oğlum yoxdur". 

Kişi  yorğanı  başına  çəkib,  üzünü  divara  çevirdi.  Hər  şeyi  unudub 

yatmaq,  ağır  düşüncələrin  pəncəsindən  yaxasını  qurtarmaq  istədi.  Amma 

mümkün olmadı. Şamxal gözünün qabağından çəkilmədi. 

Birdən-birə  Cahandar  ağanın  qəlbində  qəribə  hisslər  baş  qaldırdı. 

Şamxalın balacalığı, anadan necə olması yadına düşdü. El yaylaqda olanda 

peşqurtdan gələn Cahandar ağanın gecə arvadı ilə dəyədə yanaşı uzanması, 

Zərnigar  xanımın  utana-utana  "deyəsən  uşağa  qalmışam"  -  deməsi,  onun 

"oğlum olsa səni təpədən dırnağadək qızıllayacağam", - deye cavab verməsi 

elə  bil  dünən  olmuşdu.  Şamxalın  iməkləməsi,  dəyələrin  qabağında 

tumançaq  qaçması,  arabir  anasının  ğözündən  oğurlanıb  nəmiyə  girməsi, 

camdakı  süd  üzünü  başına  çəkib  tejənlərin  ağzını  açması  məgər  yaddan 

çıxardımı?!  O,  yaman  dəcəl  idi.  Hində  yumurta  qoymaz,  əlindən  təknədə

çörək  qalmazdı.  Daşıyıb  itlərə  tökərdi.  Anası  hirslənib  onu  döyəndə

Cahandar ağa qabağa keçər, Şamxalı qucağına alıb atın belinə qoyardı. O da 

yıxılacağından qorxaraq, bərk-bərk atasından yapışardı. "Bəs indi niyə belə

olsun? Onun  əzizlədiyi,  boynunda gəzdirib dizinin üstündə  oynatdığı  uşaq 

niyə dönük çıxsın? Kim? Uşaq?" 

Cahandar  ağa  gülümsündü.  Birdən-birə  son  dəfə  uzaqlaşıb,  Kürün 

sahilinə doğru enən oğlunun enli kürəyi gözünün qabağına gəldi. Kişi onun 

köynəyinin  cırıq  yerindən  qaralan  zolaqları,  öz  əlinin  nişanələrini  görür 

kimi oldu. Şamxalın kürəyi enləndi və bir az bundan əvvəl tumançaq gəzən 

uşaq  əvəzinə  bığ  yeri  tərləmiş  cavan  bir  oğlan  dayandı.  O  nə  qədər  də

yaraşıqlı  idi!  Belə  oğlun  atasının  nə  dərdi  ola  bilərdi?  Qəribə  bu  idi  ki, 

Şamxal evlənmişdi. Qız götürüb qaçmışdı. Cahandar aga onun bu saat qara 

damda  necə  yatmasını,  arvadı  ilə  necə  qucaqlaşdığını  gözünün  qabağına 

gətirməyə  çalışdı.  Demək,  Şamxal  kişi  həddinə  dolmuşdu?  Ev-eşik  sahibi 

idi. Ola bilməz. Dünənki uşaq nə tez   



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə