İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə29/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   25   26   27   28   29   30   31   32   ...   136

                                                                                                                                                      

85 


 

-  Götür,  götür,  -  deyə  Salatın  sözə  qarışdı.  -  Mənim  ya  sənin,  nə

təfavütü var? 

Şahnigar  özü  Güləsəri  soyundurdu.  Təzə  paltar,  ayaqqabı  geyindirdi. 

Bilərziyi  qoluna  taxdı.  Barmağına  üzük  keçirtdi.  Belindəki  qızıl  suyuna 

çəkümiş enli gümüş kəməri də açdı. 

_  Al,  bağla  görüm  necə  yaraşır?  Bax  belə.  İndi  oldun  nazənin  sənəm. 

Dayan, dayan. Al, bu da baş qızılın. Üç qatardı. Rəhmətlik kişi Tiflisdən, bir 

ləzgi  zərgərindən  almışdı.  Qara  məxmərin  üstündə  lap  qəşəng  görünür. 

Kəlağayının  altından  bağla.  Bəh-bəh,  lap  gül  kimi  açıldın.  Hanı,  qulağını

göstər  görüm.  Deşdirməmisən?  Niyə?  Belə  şeyləri  adam  atası  evində

deşdirər.  Yoxsa  sırğasız  gəzmək  istəyirsən?  Qoymaram,  hər  şeyi  özüm 

düzəldəcəyəm.  Bu  saat  qulağını  da  deşəcəyəm,  sırğa  da  taxacağam.  Ay 

Salatın, kömək elə, mənə iynə-sap, bir az da kömür gətir. 

Ay bibi, başımıza oyun açma. 



Dedim ki, əl-ayağıma dolaşma. 

Güləsərin  etirazına  fikir  vermədən  iynəni  sapladı.  Gəlinin  qulağını 

deşdi.  Kömür  sürtüb,  qanı  kəsdi.  Dərhal  da  sırğalarını  çıxarıb,  Güləsərin 

qulağına keçirtdi. 

Ağrımadı ki? 



Gəlin üz-gözünü turşutmuş olsa da, gülümsəməyə çalışdı. 

Yox, ağrımadı. 



Ay Salatın, bir az sünnə ver, 

Hardan alım? 



Yoxundu? Özümdə tapılar. 

Ay bibi, sən Allah, qızın üz-gözünü qaralama. 



Sən belə şeyləri başa düşməzsən, kənara dur. Bax belə. İndi oldun 

sudan gələn sürməli qız. Bəh-bəh... Qoy indi qardaşım oğlunun 

hünəri var, qabağında dursun. 

Təzə  paltar  və  zinətdən  sıxılan  Güləsər  həyadan  puçur-puçur  tər 

tökdükcə,  Şahnigar  onun  ətrafına  fırlanıb  çırtıq  çalır,  gah  oxuyur,  gah    da 

şaqqıldayıb gülürdü. 

Vallah,  sənin  işlərindən  baş  açmaq  çətindir,  ay  bibi.  -Nə  baş



açacaqsan, a-az, tez ol çaydan, çörəkdən gətir... Bə bu qırışmal harda qaldı? 

Burdayam, ay bibi. 



Bıy,  boyuna  qurban,  gəlibsənmi?  Bə  niyə  dinmirsən?  Qapının 

arxasındaca durub bizi pusursan? 

     

 

 




                                                                                                                                                      

86 


 

Şahnigar  quş  kimi  qanadlanıb  Şamxalı  qucaqladı.  Onun  əlindəki 

qırqovulu  taxtın  üstünə  qoymağa  imkan  vermədi.  Uşaq  kimi  qardaşı

oğlunun  boynundan  asıldı.  Salatın  Şamxalın  vurduğu  quşları  və  tüfəngi 

qardaşının əlindən aldı. Güləsər ayağa qalxdı. Şahnigar bəzəndirdiyi gəlini 

qardaşı oğluna göstərdi. 

Hə, necədir, xoşuna gəlirmi? 



Bu nədir, ay bibi? 

Görmürsənmi, təzə gəlinimizdir. Yoxsa arvadını tanıya bilmədin? - 



O əlini əlinə vurub şaqqıldadı. - Deyəsən, gözün qamaşdı? Siz  

kişilərə belə lazımdır. Bura bax, qardaşoğlu, gəlin gərək tovuz kimi 

bəzəkli  olsun,  bildinmi?  Yoxsa  bu  nədir,  qızı  çılım-çılpaq  gətirib 

soxubsan qara dama. Əynində abırlı bir paltarı da yoxdur. 

Alacam. 


Alacam?  Bə  nə  vaxt?  Toydan  sonra  nağara?  Yox,  xoşuma 

gəlmirsən. Adam bir iş görəndə əməlli-başlı fikirləşər, böyük-kiçiyə 

məsləhət elər. Niyə əvvəlcə mənim yanıma gəlmirdin? Allaha şükür, 

bibin hələ sağdır. 

Özün ki, hər şeyi bilirsən? 



Şamxalın  qaşqabağı  töküldü.  Şahnigar  nahaq  yerə  onun  üstünə 

düşdüyünü dərk etdi. "Deyib-gülmək əvəzinə köhnə yaraları tezələməyin nə

mənası  var?"  -  deyə  düşündü.  Vəziyyətdən  çıxmaq  üçün  yenə  zarafata 

başlamağı münasib bildi. Özünəməxsus bir şuxluqla gözünü qıyıb, qardaşı 

oğlunu barmağı ilə hədələdi: 

Bax,  gəlini  incitmə  ha,  yoxsa  dostluğu  pozarıq.  Yaxşı,  de  görüm 



belə  tezdən  cavan  arvadı  qoyub  hara  getmişdin?  Ova?  Göstər  görüm  nə

vurmusan?  Qırqovul?  Bax  buna  varam.  Vallah,  xoşuma  gəldin.  Deyəsən, 

arvadın  qədrin  bilən  olacaqsan.  -  O,  Salatının  əlindən  qırqovulları  alıb 

diqqətlə baxdı. Düz gəlinin yanına gəldi. Quşları yuxarı qaldırıb, parıldayan 

zərli lələklərini, yaşılı rəngə çalan xınalı boynunu sığalladı. 

-  Daha  nə  istəyirsən,  ay  Güləsər,  ərin  indidən  səni  qırqovull  əti  ilə

yemləmək istəyir. Gərək sən də onun əməyini itirməyəsən. Qırqovula dönüb 

ortada  süzəsən.  Buğum-buğum  cığa  tökəsən.  Hə,  niyə  durubsunuz?  Tez 

olun, ocağa qazan asın. 

Şamxal bibisinin yanında oturdu. Salatın quşları götürüb həyətə çıxanda 

Güləsər də getmək istədi. Şahnigar qızın qolundan tutdu: 

Sən hara? Təzə gəlin bir-iki həftə evdən bayıra ayaq basmaz. Sən 



gərək bu saat heç gərdəkdən çıxmayasan. Otur yanımda. 

  

 



 


                                                                                                                                                      

87 


 

Güləsər Şahnigarın böyrünə qısıldı. 

Aralığa sükut çökdü. Şamxal söhbətə başlamaq üçün münasib söz tapa 

bilmədiyindən  əllərini  ovuşdurur,  tutduğu  bu  işə  camaatin,  ələlxüsus 

atasının nə deyəcəyini bibisindən soruşmağa cəsarət etmirdi. Sahnigar da bir 

anlığa  çətinlik  çəkdi.  Qızların  yanında  özünü  nə  qədər  sərbəst  aparsa  da, 

Şamxalla o qədər açıq danışa bilmirdi. Necə deyərlər cavan da olsa kişi idi. 

Kişinin  zəhmi  isə  həmişə  ağır  olur.  Qazma  evin  yoxsul  və  ürəksıxıcı

görkəmi  onları  daha  da  darıxdırdı.  Bir  anlığa  elə  bil  hava  da  çatışmadı. 

Şahnigar qardaşı oğlunun tutqun çöhrəsinə baxıb, köksünü ötürdü: 

Sənnən küsmüşəm. 



Niyə? 


Bunun niyəsini soruşmazlar, çox etibarsızsan. Başına and olsun, 

düz  sözümdür.  Özümə  söz  vermişdim  ki,  səni  qiyamətəcən 

dindirməyim. Amma neyləyim, yenə ürəyim tab gətirmədi. 

Mən ki, sənə bir pislik eləməmişəm. 



Eləmisən. 

Vallah, yadıma gəlmir. 



Gəlmir, salaram. Əvvəla, de görüm, bu nədir? Heç sənə, Cahandar 

ağa kimi bir kişinin oğluna, qara damda yaşamaq yaraşarmı? Hə? 

Niyə dinmirsən? 

Nə eləyəydim? 



Bibin ölmüşdü? O eyvanlı qoşa otaqları sənin əlindən alan vardı? 

Niyə gəlmirdin? Yoxsa qorxursan, yerimi dar eləyərsən? Görünür, sən 

bibini hələ yaxşı tanımırsan, qardaşoğlu, mənim varım, dövlətim, nəyim 

varsa, hamısı sənə qurbandır. Heç bilirsən sənin qapına nədən 

ötəri gəlmişəm? 

Gələndə nə olar, öz evindir. 



Orası elədir. Ancaq mən sizi köçürməyə gəlmişəm? 

Hara? 


Oz  yanıma.  Ə,  insafın  yoxdur?  Qalmışam  qu  quşu  kimi  damın 

altlnda tək. Nə olar mənim yanıma köçəndə? Otağın biri sənindir. Divarda 

xalısı, asma lampası, qab-qacağı, hər şeyi var. Sənə öz əlimle 

gərdək də qurmuşam. Heç o yan, bu yanı yoxdur, gedəcəksən. Başını

tərpətmə, zornan da olsa aparacam. Salatınla mən bir otaqda qalaram, 

siz də bir. 

Çox sağ ol, ay bibi, kişi gərək qoltuqda yaşamasın. 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə