İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə26/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   22   23   24   25   26   27   28   29   ...   136

                                                                                                                                                      

76 


 

Ay qağa, adam da... 



Səs salma! 

Salatın  qardaşının  yanında  başqa  bir  adamın  da  gəldiyini  görüb  susdu. 

Onlar çardağın qabağında dayandılar. 

Tez ol, çırağı yandır, bunu içəri apar. Yazıq tir-tir əsir. Üst-başı



sudur. 

Salatın çuxaya bürünüb kölgədə dayanan qızı tanımadı. 

-

Bu kimdir? 



-

Güləsər. 

-

Güləsər? Ay qağa, nə elədiyındir? 



-

Uzun danışma. Nə deyirəm ona bax! 

Salatın çırağı yandırıb qabağa keçdi. Şamxal yerindəcə donub qalan qızı 

itələyib içəri saldı. Sonra bacısını səslədi: 

Quru paltarın varsa, ver dəyişsin. 



Onlar  içəri  keçdilər,  Salatın  soyuqdan  gömgöy  göyərmiş  qıza  baxdı. 

Güləsər  uçum-uçum  uçunurdu.  Lakin  soyuqdan  çox,  qarşıdakı  məchulluq 

onu titrədirdi. 

Ay qız, bu nə işdi? 



Güləsər  uşaq  kimi  kövrəldi  və  birdən  Salatının  boynuna  sarılıb 

hönkürdü. Onlar xeyli beləcə dayandılar. Güləsər ağlayıb ürəyini boşaltdı. 

Qurban olum, mənə bir yol göstər. 



Nə yol? Daha gəlib çıxıbsan, 

O mənə heç nə eləməyib. Bəlkə gec deyil, evimizə gedim? 



Salatın həyadan qızardı. Qızlıq ismətinin bakirəliyini saxlamağın 

çox  çətin  olduğunu  bildiyindən,  Güləsərin  halına  acıdı.  Bir  də,  o  geri 

qayıtsa daha pis olmazdımı? "Kasıb qız idi, bir gecə saxlayıb buraxdılar", - 

deyə  yazığı  daşqalaq  etməzdilərmi?  Aralığa  qan  düşməzdimi?  Bir 

dlişmənçilik  dy  bu  yandan  başlamazdımı?  Bunları  fikirləşən  Salatın  yaşlı

qadınlar kimi Güləsərə öyüd-nəsihət verməyə başladı: 

Heç  yana  getmək  lazım  deyil.  Şenliyi  özünə  güldürməkmi 



istəyirsən? 

Salatın  hirslənmişdi.  Qardaşının  heç  kəslə  məsləhətləşməyib,  özbaşına 

arvad  alması  ona  yaman  toxunmuşdu.  "Bu  gədə  lap  ağlını  itirib.  Axırda 

kişinin ürəyi partlamasa yaxşıdır", - deyə xəyalında onu asıb-kəsirdi. Digər 

tərəfdən,  ürəyinin  lap  dərinliyində  baş  qaldıran  bir  hiss  onu  sevindirirdi. 

Qardaşı  evlənirdi.  Məgər  o  bu  günü  çoxdan  arzulamırdımı?  Tez-tez 

Şamxala sataşıb "nə vaxt gəlin gətirirsən?" - deyən 

     


 

 



                                                                                                                                                      

77 


 

o  deyidimi?  Bəs  indi  niyə  hirslənir?  Gülüb  oynamaq  əvəzinə  niyə

qaşqabağını  tökür?  Bu  suallara  Salatın  özü  də  cavab  tapa  bilmirdi.  Bəlkə

qardaşının  belə  xəlvəti  evlənməyi,  cah-cəlalla  toy  etməyib,  qız  götürüb 

qaçması ona toxunurdu? Axı, Salatın Şamxalın toyunda dovunca oynamağı

əhd  etmişdi!  Onun  arzuları  niyə  puç  olurdu?  Bəlkə  Güləsəri  bəyənmirdi? 

Yox,  Güləsər  onun  çoxdan  xoşuna  gəlirdi.  On-az  görüşsələr  də,  bir-birinə

çox yaxın idilər. 

-

Yaxşı, bəsdi. Yad yerə ha gəlməyibsən? 



-

Axı mən belə istəmirdim. 

-

Nə bilirsən, bəlkə bu yaxşıdır. 



-

Qurban olum, məni danlama. 

Salatın  birdən-birə  ayılan  kimi  oldu.  Dolaşıq  fikirlərdən  yaxasını 

qurtarıb, Güləsərin üzündən öpdü. 

Belə xoş gəlibsən. Qədəmin yüngül olsun. Allah sizi qoşa qarıtsın! 



Bir  də  ki,  ay  şeytan,  naz  eləmə,  özüyün  ürəyindəndir.  Pişiyin  könlü 

samanlıqdaydı, it də vurdu samanlığa saldı. Daha nə istəyirsən? 

Elə bil Salatını birdən-birə dəyişdirdilər, azca bundan əvvəlki donuq qız 

haraya isə çıxıb getdi. Əvəzinə şıtıx, qaş-gözünü oynadıb gülən ayar bir qız 

gəldi. O tez sandığı açdı. Quru paltar çıxartdı. 

Aman Allah, gör necə də titrəyirsən? Aaz, gömgöy kəsilibsən. Tez 



ol,  əynindəkini  soyun.  Al,  Allah  eləməmiş  naxoşlayıb-elərsən, 

biabırçılıq olar. Tez-tez. 

Bu yüngüllük və şıtıxlıq Güləsərə də təsir etdi. Onun da çöhrəsi açıldı. 

Qaşlarını  oynadıb  gulümsündü.  Salatın  çırağın  işığında  onun  yaşlı

gözlərinin  dərinliklərində  parlayan  qığılcımlan  duydu.  Qız  koftasını

soyunanda  Salatın  Güləsərin  alt  paltarının  da  islaq  olduğunu  gördü.  Onun 

yenicə  ətə  dolan  ağ  sinəsinə  baxdı.  Yaş  köynək  qızın  yumru  döşlərinə

yapışmışdı. Bəzi yerlərdə ətlə paltar arasında hava qalmışdı. Ağ zolaqların 

arasında açıq-çəhrayı rəngə çalan bədəni görünürdü. 

Salatının  ürəyi  çırpınırdı.  Gicgahlarındakı  damarlar  nəbzinin  ahənginə

uyğun  olaraq  vurmağa  başladı.  Elə  bil  qızın  sifətinə  isti  buğ  verdılər. 

Yanaqları  allanıb  pörtdü.  Birdən  Güləsər  də  dayandı.  Əlindəki  donu 

sinəsinə tutub geri çəkildi. 

Sən Allah, üzünü o yana tut. Qoy köynəyimi dəyişdirim. 



Onlar bir-birinin bədənini çox görmüşdülər. Elə uşaqlıqdan Kürdə yan-

yana  çimir,  bir-birindən  çəkinmədən  soyunub  suya  atılırdılar.  Hətta  bəzən 

bir-birini suya basanda zarafata salıb döşlərini sıxırdılar. Amma 

    


 

 



                                                                                                                                                      

78 


 

indi  Salatın  qıza  baxanda  qardaşı  Şamxalı  gözünün  qabağına  gətirdi  və

özünü itirdi. 

Yaxşı,  soyun,  -  deyə  ondan  aralanıb  yük  yerinə  yaxınlaşdı. 



Dəhlizdə ayaq tappıltısı eşidildi. Salatın yüyürüb qardaşının qabağını kəsdi: 

Gəlmə, qoy qız paltarını dəyişsin. 



O,  qardaşını  geri  qaytarıb  taxtın  üstünə  yorğan-döşək  saldı.  Yastıqları 

qoşalayıb  yan-yana  qoydu.  Küncdə  dayanıb  ona  tamaşa  edən  Güləsərin 

üzündən öpdü. Çıxıb getmək istədi. Qız buraxmadı. "Getmə, qorxuram", - 

deyə titrədi. Salatın onu taxtın üstündə oturdub, qoşa yastıqlara baxdı: 

Heç nə olmaz, - deyə qımışdı və qızın üzündən bir də öpdü, cəld 



otaqdan çıxdı. 

Şamxal  içəri  girəndə  Güləsər  özünü  elə  itirdi  ki,  zifaf  gecəsində  necə 

hərəkət  etməli  olduğu  haqqında  vaxtı  ilə  gəlinlərin  ona  öyrətdiklərini 

unutdu.  Durub  Şamxalın  ayağını  basdalamadı  və  beləliklə  də  bütün  ömrü 

boyu  evdə  "üstünlük  qazanacağı"  ehtimalını  əldən  verdi.  Şamxal  onun 

titrəməsinə, qısılıb küncə çəkilməsinə əhəmiyyət vermədi. Sakitcə: 

Soyun yat, ayaq üstə niyə durmusan? - dedi. 



Güləsər yorğanın arasına necə və nə vaxt girdiyini bilmədi. 

Çıraq söndü. 

Bacadan  süzülən  ay  işığı  torpaq  döşəmənin  ortasına  ağ  bir  ləkə  saldı. 

Güləsər yad və isti bir bədənin təmasından diksinib titrədi... 

Dan yeri sökülürdü. Şenliyin xoruzları səs-səsə verib banlaşırdılar. Şərq 

tərəfdə  üfüq  ağarışır,  göyün  üzü  qızarırdı.  Bu  qızartı  getdikcə  çoxalır, 

Kürün  sularını  belə  alovlandırırdı.  Çəmənliklərdə  və  yolların  kənarında 

səkən quşlar yeni bir səhərin açıldığını duyub oxuyurdular... 

11 

Salatın  bütün  gecəni  narahat  yatdığından,  yalnız  səhərə  yaxın  şirin 



yuxuya getdi. Xoruzlar banladı, toyuqlar tardan töküldü, qapılarda mal-qara 

mələşməyə  başladı,  ancaq  o  oyanmadı.  Həmişə  dan  yerinə  səda  düşəndə

ayaq üstündə olub qapı-bacada hərlənən qız, yatıb yuxuya qaldı. Çardağın 

bacasından süzülüb, üzünə düşən işıq da onu oyada bilmədi. Bacısını birinci 

dəfə belə yorğun görən Şamxal daya 

  

 



 


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə