İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə23/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   19   20   21   22   23   24   25   26   ...   136

                                                                                                                                                      

68 


 

getdi.  Göyün  üzündə  süzən  saysız-hesabsız  qızlarquşunun  səsi  bir-birinə

qarışmışdı.  Suların  şırıltısı,  cələdəki  salxım  söyüd  yarpaqlarının  xışıltısı  

çəmənlərdən küləyin qovub gətirdiyi çiçək qoxuları Güləsəri məst etmişdi. 

O  hərdənbir  ayaq  saxlayır,  Kürün  balıq  qoxusu  verən  nəm  havasını

ciyərlərinə doldururdu. 

Yarğanın  kölgəsi  suya  düşmüşdü.  Onun  qaşı  ilə  gedən  Güləsərin  də

kölgəsi  xırda  ləpələrin  üzəri  ilə  irəliləyirdi.  Qız,  çiynində  səhəng  suyun 

axarının əksinə gedən kölgəsinə tez-tez dönüb baxırdı. Sular çəhrayı rəngə

boyanmışdı.  Yaxındakı  adacıqları  bürüyən  çiçəkləmiş  yulğun  kollarının 

uclarının rəngini sulardan seçmək olmurdu. Elə bil günəş yaxan zaman hər 

yer  -  axar  sular,  yaşıl  təpələr,  sünbüllü  zəmilər  od  tutub  yanırdı.  Güləsər 

Kürün gur yerinə şəfəq saçan günəşə baxdı. Yarısı təpənin dalında gizlənən 

günəşin  əksi  şəffaf  sularda  parıldayırdı.  Yerlə  səma  birləşmiş  kimi 

görünürdü.  Sanki  günəş  Kürün  başında,  təpələrin  ağız-ağıza  qovuşduğu 

yerdə aşağı enmiş və axşam-axşam axar sularda çimirdi. Onun qızılı saçları

suyun üzünə dağılıb qıvrılırdı. 

Güləsər  Suvadağa  çatanda  sahilə  qatı  bir  kölgə  çökdü.  Qız  başını

qaldırıb  üfüqə  baxdı.  Günəş  gizlənmişdi.  Təpələrin  dalından  qızartı

görünürdü.  Elə  bil  kimsə  orada  nəhəng  bir  tonqal  qalamışdı.  Ocağın 

şəfəqləri səmada əks edib ağ buludları alovlandırırdı. 

Güləsər  səhəngi  suya  basıb  doldurdu.  Kənara  çəkib  ağzını  tıxacladı. 

Tələsik üzünə su çırpıb saçını sığalladı. Tezcə də yola düşmək istədi. 

Birdən onun bədəninə üşütmə gəldi. Sinəsində göyərçin kimi çapalayan 

ürəyi  koftasını  titrətdi.  Qız  vahimələnən  kimi  olub  səhəngin  qulpundan 

yapışdı.  Elə  bu  an  sahildəki  yulğun  kollarının  arxasından  bir  qayıq  çıxdı. 

Qız  cəld  səhəngini  çiyninə  alıb  yarğanın  qaşına  dırmanmaq  istədi.  Kimsə

onu  çağırdı.  Güləsər  tanış  səs  eşidib  geri  dönəndə  Şamxalla  qarşı-qarşıya 

dayandı. Bir müddət heç biri dinmədi. Güləsər gözlənilməyən bu təsadüfdən 

özünü  itirdi.  Axşamüstü  çay  kənarında  onları  bir  yerdə  görsələr,  nə

deyərlər?  El  içində  biabır  olmazdımı?  Qız  başını  qaldırıb  Şamxalın  üzünə

baxdı.  Onun  dinmədiyini,  tez-tez  nəfəs  aldığını  gördü.  Gözucu  yarğanın 

aşağısında  sahilə  yan  almış  qayığa  və  orada  intizarla  Şamxalı  gözləyən 

Tapdığa  baxdı.  Qızın  gözlərinə  Kürun  üstünə  enən  kölgədən  də  qatı  bir 

kölgə  endi.  Aralanmaq  istədi,  ancaq  Şamxal  onun  biləyindən  yapışdı. 

Səhəng yerə düşdü. Diğırlanıb sahilə qədər getdi. İri daşa toxunub dayandı. 

Tıxac  siçrayıb  çıxdı.  Səhəngin  suyu  loqqultu  ilə  süzülüb  sahil  daşlarını

islatdı. 

      

  



                                                                                                                                                      

69 


 

Güləsər  qışqırmaq  istədisə,  güclü  bir  əl  onun  ağzını  qapadı.  Şamxal 

qucağında titrəyən qızın çapalamasına baxmadı. Üz-gözünün cırılmasına da 

fikir  vermədi.  Ac  canavar  quzu  götürən  kimi  qızı  basmarlayıb    "qayığa 

saldı. Tapdığa "tərpən" - dedi. Özü isə dal tərəfdə oturub, paçasının arasına 

saldığı  qızı  sinəsinə  sıxdı. Onun  çapalayıb qayığı  çevirməsinə,  ya  da  suya 

atılmasına imkan vermədi. Lal suları yarıb şütüyən qayıq Kürün ortasındakı

adanın arxasında görünməz oldu... 

Mal otaran uşaqlar hay-harayla kəndə qaçdılar. İki oğlanın bir qızı zorla 

qayığa  qoyub  qaçırdıqlarını  söylədilər.  Qızın  tez-tez  çırpınıb  özünü  suya 

atdığını,  oğlanınsa  onu  tııtub  gəmiyə  basdığını  VƏ  üstəlik  bir-iki  şillə

çəkdiyini  elə  yarğanın  qaşından  gördüklərini  danışdılar.  Qız  ağlayıb 

çırpınırmış. Ancaq onun səsini eşidən olmayıb. Qayıq o taya, meşəyə keçib. 

Malı sulamağa aparan naxırçılar boş səhəngi tapıb gətirdilər. Arvadlara 

göstərdilər. Güləsərin olduğunu bilib Qoca kişiyə xəbər yolladılar. Bacısının 

qaçırıldığını eşidən Çərkəz tüfəngi götürüb başı alovlu sahilə qaçdı. Ətrafa 

boylandı.  Yalandan  havaya  bir-iki  güllə  atdı,  ancaq  heç  nə  tapa  bilmədi. 

Qatı  qaranlıq  ətrafı  bürümüşdü.  Kürün  qıjıltısı,  yulğun  kollarının  uğultusu 

adamı vahimələndirirdi. Cələdəki çaqqallar isə səs-səsə verib ulaşırdılar. 

Bir  xeyli  sahildə  vurnuxan  Çərkəz  əlacsız  qalıb  geri,  kəndə  qayıtdı. 

Dikdiri  çıxanda  dayandı.  Kəndin  işıqları  yanmışdı.  Qapılarda  ocaq 

qalamışdılar. Bağdan açılan itlər yal üstündə boğuşurdular. Yalnız onların, 

Çərkəzgilin ucqarındakı evlərdən işıq gəlmirdi. O, köksünü ötürüb ağır-ağır 

qaranlıq daxmaya doğru addımladı. 

* * * 

Güləsərin könlü Şamxalı inişil, dağ köçündə tutmuşdu... Göytəpəlilərin 



arabaları  ağız-ağıza  qovuşan  sisli-dumanlı  dağların  arasındakı  dərə  ilə

qıjıldayıb  çayın  sahilində  dayanmışdı.  Hamı  arabanın  yanına,  elə  göy 

otluğun  üstünə  gəbə  salmışdı.  Kəndin  mötəbər  adamları  mütəkkəyə

dirsəklənib dincəlir, qız-gəlin bulaqdan su gətirib çay tədarükünə başlayırdı. 

Üstü  dəyəli  arabaların  böyründə  ocaq  tüstülənirdi.  Qoyun  kəsib  alişma 

edənlər də var idi. 

Gəmiçi Qocanın arabası həmişəki kimi köçün lap axırında getdiyindən, 

düşərgədə hamıdan sonra, bir az aralı dayanmışdı. 

  

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə