İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə20/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   16   17   18   19   20   21   22   23   ...   136

                                                                                                                                                      

59 


 

 Axı sənə yazığım gəlir. 

-

Niyə? 


-

Saqqalını yolar. 

-

Qırxdırram. 



-      Bəs bığların? 

-      Kəsdirrəm. Hə, indi sözün nədir? 

Əli dayandı, sifətinə qayğıkeş bir görkəm verdi. 

Bacımın xasiyyəti pisdir. Qoca dayı, gəl bu işdən əl götür. Vallah, 



başına oyun açar. 

Məsələn, nə qayırar? 



Paçalama üstünə minib, tumanının bağı ilə səni boğar. 

Uşaqlar qəhqəhə çəkib gülüşdülor. Qoca kişi də onlara qoşuldu. 

Ay haramzadalar, məni bağladınız. Gəlin, balıqları sizə verim, 



aparın nişanlınıza. 

Nişanlımız sənin balığına qalmayıb, özümüz tutarıq. 



Bəlkə, əliniz boşa çıxdı? 

Onda gəlib apararıq. 



İndi alın, sonra peşman olarsınız. 

Aldatmazsan ki? 



Mənim siznən zarafatım var? 

Uşaqlar  gülə-gülə  ondan  aralanıb  eniş  aşağı  düşdülər.  Qoca  kişi  sahilə 

enən uşaqların dalınca xeyli baxdı. Nəfəsini dərib yoluna davam etdi. İndi o 

daha cəsarətlə addımlayırdı. 

Gəmiçi  Qoca  həmişə  kəndin  yeniyetmələri  ilə  zarafatlaşmağı  sevərdi. 

Heç  kəs  kişinin  bu  şuxluğundan  inciməz,  əksinə,  harda  görsələr,  başına 

toplaşıb ona sataşardılar. Kişi də söz altında qalmazdı. Deyib-güldükcə elə

bil cavanlaşıb yüngülləşərdi. İndi də uşaqlarla zarafatlaşandan sonra özünü 

yüngül hiss etdi. Elə bil bədəninin ağrısı da azaldı. 

Yoxuşu çıxıb qaşı aşandan sonra dayandı. Təpələrdən əsib gələn bahar 

küləyi onun üzünə vurdu. Kişi dayanıb kəndə doğru baxdı. Bu il havaların 

yaxşı  keçməsi,  tez-tez  yağış  yağması  dəmyələri  gömgöy  enmişdi.  Kəndin 

üst  tərəfindəki  təpələr  yamyaşıl  idi.  Dəmyədə  əkilmiş  taxıllar  qurşağa 

çıxırdı. Arpalar buğum verib sünbülləmişdi. Bir az bəridə, təpələrin döşündə

isə  quzular  otlayırdı.  Qarnı  doyan  çəpişlərin  çəmənlikdə  atılıb-düşməsi 

Kürün  sahilindən  belə  görünürdü.  Sarı  çiçəklər,  topa-topa  bitən  lalələr 

adamın gözünü oxşayırdı. Bir dəstə qız pencər dərirdi. 

   

 

 




                                                                                                                                                      

60 


 

  

Gəmiçi Qoca ətrafını ot basmış cığırla kəndin ucqarındakı evinə doğru 



addımladı.  Onun  qara  damı  torpaqdan  güclə  seçilirdi.  Damın  ətrafındakı

kalafalıqları,  xırman  yerini,  çardağın  yanını  ot  basmışdı.  Hətta  qazmanın 

üstündə belə ot cücərmişdi. Arvadı Züleyxa ölənə qədər ev səliqəli olardı. 

Ancaq  iki  il  idi  ki,  qarı  rəhmətə  getmişdi.  Bundan  sonra  kişinin  əl-ayağı

soyumuşdu.  O,  həftələrlə  evə  baş  sala  bilmirdi.  Əgər  qızı  Güləsər 

olmasaydı, bəlkə də aylarla gəminin yanında qalar, heç evə qayıtmazdı. 

O,  düz  bir  həftə  idi  ki,  evə  gəlmirdi,  binəyə  köçənləri  o  taya,  meşəyə, 

yaylağa  hazırlaşanları  isə  bəri  üzə,  kəndə  keçirirdi.  Aldığı  haqdan, 

pendirdən.  çörəkdən  yeyib,  oralarda  dolanırdı.  Hərdənbir  də  uşaqlar  ona 

balıq gətirirdiler. Əgər srağagün Güləsər onun yanına gəlməsəydi, bəlkə heç 

bu gün də evə qayıtmayacaqdı. Gəmiçi Qoca həm də heç olmasa, bir-iki gün 

dincəlməli  idi.  Axı  bu  gün-sabah  el  yaylağa  qalxacaqdı.  Meşədən  köçüb 

gələn  binələrin,  qoyun  sürülərınin,  mal-qaranın  sayı-hesabı  olmayacaqdı. 

Onların çoxunu Qoca kişi öz gəmisində bəri üzə keçirməli idi. 

Kəndin  girəcəyində  başını  qaldırıb  ətrafa  baxdı.  Güləsər  taxılın  içində

pencər yığan qızlardan aralanıb atasına doğru gəlirdi. O, çit donunun ətəyini 

belinə sancmışdı. Ayaqları yalın idi. Yemlik yeməkdən əlləri və dodaqları

bir  az  qaralıb,  şabalıdı  rəngə  düşmüşdü.  Çöllərin  küləyi  qızın  yanağını

cızmışdı.  Dodaqları  da  qaysaqlanan  kimi  olmuşdu.  Onun  ətəyi  dolu  idi. 

Əlindəki  bıçaq  və  dırnaqları  nəm  torpağa  bulaşmışdı.  Kişi  qızını  gorəndə

sevindi. Ayaq saxladı. Güləsər bərabərinə çatanda gulümsündü: 

-

Burda nə gəzirsən, a xalası göyçək? 



-

Sənə pencər dərirəm. 

-

Mən də gör sənə nə gətirmışəm. 



-

Bıy nə yaxşı balıqlardır, ay dədə, özünmü tutubsan? 

Qoca  kişi  balığı  gəmi  ilə  keçirdiyi  uşaqlardan  aldığını  demədi.  Başını 

tərpədib, qızının sözünü təsdiqlədi. 

Dedim, şeytanım qoy bu gün balıq yesin. 



Dünən də qağam tutmuşdu... Şamxal da bizdə idi. 

Qız  ağzından  söz  qaçırdığına  peşman  olub  qızardı.  Atası  dabunu  hiss 

etdi. Qızının xatirinə dəyməmək üçün araya söz qatdı. 

Nə dəribsən? 



İlanotu. Sənə pencər bişirəcəm. 

     

 

 




                                                                                                                                                      

61 


 

 Yağın varmı? 

 Dünəndən  bir  qaşıq  saxlamışam.  Yəqin  neçə  gündür  dilinə  isti  çörək 

dəymir. 


Niyə dəymir, ay bala, özüm horradan-zaddan bişirirəm. 

O, əlindəki balıqları qızına verib qabağa keçdi. Güləsər atasının çatlamış 

dabanlarına baxa-baxa onun izi ilə getdi. 

Hər  şey  oyanmışdı.  Yolun  kənarındakı  çiçəklərin  üstünə  qonan  xallı

kəpənəklər qanadlarını oynada-oynada şirə sorur, bəzən də havanın ətrindən 

xoşlanıb  göyə  qalxır  və  bir-biri  ilə  zarafatlaşır  kimi  çəmənlərin 

dərinliklərinə  uçurdular.  Onlarla  bəhsə  girən  bal  arıları  güllərin  başına 

dolanırdılar.  Cığırlarda  cığır  salan  qarışqalar  harasa  tələsir,  əllərinə

keçənləri  daşıyıb  yuvalarına  doldururdular.  Güləsər  dayanıb  baxdı.  İki 

dozanqurdu  mal  təzəyini  yumurlayıb  aparırdı.  Onlar  başıaşağı  durub,  dal 

ayaqları  ilə  kürəciyi  dığırlayırdılar.  Bir-birini  necə  də  başa  düşür,  necə  də

köməkləşirdilər!  Arabir  lap  yaxından,  Qoca  kişinln  az  qala  ayağının 

altından  pırıltı  ilə  qalxan  quşlar  uçub  qabağa  düşür  və  bir  xeyli  cığırın 

ortasında  səkirdilər.  Bəli,  yaz  gəlmişdi.  Bütün  canlılar  əlləşib  işləyirdilər. 

Qəribə  idi.  Həmişə  gül-çiçək  içində  üzən  kəpənəklər  necə  də  gözəl  idilər. 

Onlar  əziyyət  çəkmir,  səhərdən  axşama  qədər  çiçəkdən-çiçəyə  qonurdular. 

Amma qarışqalar, ya da təzək yuvarladan dozanqurdular əlləşirdilər... 

Güləsər  köksünü  ötürdü  və  ondan  xeyli  aralanan  atasının  yorğun 

görkəminə tamaşa etdi. Kişi qocalıb əldən düşmüşdü. Güləsərin əlacı olsa, 

onu  heç  yana  buraxmazdı.  Özü  qolunu  çırmayıb  ortaya  atılardı.  Amma 

neyləsin, qızın əlindən nə gələ bilərdi? 

Onlar  həyətə  çatdılar.  Qoca  kişi  talvarın  altında  eşələnən  Çərkəzin 

yanına getdi. Adəti üzrə şuxluğa başladı: 

- A xalası göyçək, burda nə əlləşirsən? 

Çərkəz belini düzəldib tərini sildi Atasının sualına zarafatla cavab verdi. 

Qabağındakı qırıq arabanı göstərdi: 

- Ölü dirildirəm. 

Qoca  kişi  toz-torpaq  basmış  boyunduruğa  və  təkərləri  əyilən  arabaya 

baxdı.  Əvvəllər  onun  arabasının  bir  cağı  da  sınıq  olmazdı.  Dağ  köçünə

hamıdan qabaq hazır olardı. İnişil arvadı öldü, keçən il də əlləri aşağı oldu. 

Bu  il  isə  heç  araba  qoşmamışdı.  Heç  Çərkəz  də  arabaya  yaxın  durmazdı. 

İndi oğlunun hərəkəti onu xeyli düşündürdü. 

- Fikrin nədir, ay bala?  

- Bəlkə, dağa köçdük.      

  

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə