İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə18/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   14   15   16   17   18   19   20   21   ...   136

                                                                                                                                                      

54 


 

bilməyəcəyini  başa  düşdüyündən,  qovrulub  yanırdı.  Zərnigar  xanım  kişi 

üçün  lazım  olan  gənclik  təravətini  itirdiyini  böyük  dəhşət  hissi  ilə  dərk 

edirdi. Mələyin hər cəhətdən ondan üstün olduğunu, ərinin onun qoynundan 

çıxmayacağını,  özününsə  bu  evə  elə-belə,  el  üzünə,  arvad  olacağını

duyurdu.  Qəzəblənsə  də,  hirsindən  ev-eşiyi  bir-birinə  qatmaq  istəsə  də

olmur, qəlbinin dərinliyindən sanki bir səs baş qaldırıb ona "sakit ol, özünü 

yorma, atılan daş geri qayıtmaz" - deyirdi. Qocalıq öz kölgəsini onun üstünə

salır, arvadın varlığını sıxırdı... 

Salatın  bu  hadisədən  sonra  anasının  qəlbindən  keçənləri  bilməsə  də, 

onun  sakitləşməsinə  sevindi.  Elə  Mələyin  də  hərəkətlərindən  xoşu  gəldi. 

Deyəsən, arvadların susması Cahandar ağanın da qaşqabağını açmışdı. Daha 

o, evdə kabus kimi gəzmirdi. 

Anası  bir  az  dincələndən  sonra  Salatın  qardaşını  düşündü.  Onun  evə

qayıdacağını  gozlədi.  Ancaq  aradan  iki  gün  keçdi.  Şamxal  qayıtmadı.  Qız 

xəyallandı.  Ağlına  cürbəcür  şeylər  gəldi.  Sıldırım  yarğanlar,  çiləkənli, 

buruılğanlı  sular,  nərildəyib  dəli  Kürün  şaxələnmiş  qolları  gözünün 

önündən  keçdi.  Diksinib  fikirdən  ayıldı.  "Ağlıma  gələn  dağlara,  daşlara, 

mən  nə  fikirləşirəm?  Allah,  mənə  ölüm  ver,  gör  necə  sarsaq  xəyallara 

düşürəm",  -  deyə  özünə  qarğış  etdi.  Evdə  darıxdı.  Elə  bil  onu  qara  basdı, 

qorxulu fikirlərdən yaxasını qurtarmaq üçün eyvana çıxdı. 

Kəndin üst tərəfindəki təpələri qara bulud bürümüşdü. Üfuqdəki dağları, 

bir  də  bəridəki  taxıl  zəmilərini,  döşlərdəki  təkəm-seyrək  ağacları  görmək 

mümkün  deyildi.  Ətəyini  sallayan  duman  yavaş-yavaş  aşağı  enirdi. 

Dalbadal şimşək çaxırdı. Elə bil göyün səthi çatlayıb aralanmışdı. Səmada 

göz qamaşdıran əyri-üyrü işıqlar oynayırdı. 

Buludlar  birdən-birə  istiqamətini  dəyişib  kəndin  üstünə  yeridi. 

Tozanaqlı külək sahillə kənd arasındakı çəmən otlarının telinə daraq çəkib 

bəriyə  doğru  gəldi,  qapı-bacalardakı  toz-torpağı,  ot  qırıntılarını  süpürüb 

apardı.  O  tayda  sähilboyu  uzanıb  gedən  qovaq  ağaclarının  yarpaqları

tərpəndi.  Yaşıl  don  geyinmiş  meşənin  üstünə  elə  bil  birdən-birə  qırov 

düşdü. Yarpaqların astarı göründü. Yulğun kolları uğuldadı. Yağış havasını

duyan toyuqlar qaçıb talvarın altına doluşdular. 

Göy inildəyib şaqqıldadı. Selləmə yağış başladı. Suyun üzü alılıb-düşdü. 

Elə bü Kürü daşa basdılar. Xırdaca ləpələr qırçınlaşıb sahilə axışdı. Kəndin 

üstündən keçən dolu suları döyəclədi... 

Gurultu ilə başlayan yağış tez də ötüb keçdi. Səma yaralı  nəhəng kimi 

bir neçə dəfə nərildəyib susdu. 

    

  



                                                                                                                                                      

55 


 

Uşaqlar  şalvarlarını  çırmalayıb  həyətə  qaçışdılar.  Gölməçələri  yarıb, 

yalın  ayaqlarını  şappıldada-şappıldada  bir-birilərini  qovdular.  Təpələrin  o 

üzündən qalxan göy qurşağı ətəyini sallayıb kəndi qucaqladı. 

Salatın bir az bundan əvvəlki ağır düşüncələrini unutdu. Onun dərdi də

bahar  yağışı  kimi  ötüb  keçdi.  Gözünü  Kürün  sahilinə  enən  cığıra  zillədi. 

Suya  gedən  Güləsəri  gördü.  Talvarın  altına  yüyürüb,  səhəngi  götürdü  və

kəsə yolla Güləsərin dalınca yollandı. Otların şehi onun donunun ətəyiəyini 

islatdısa  da,  fikir  vermədi.  Özünü  qıza  yetirməyə  çalışdı.  Güləsər  isə

xəbərsiz  halda,  sürüşüb  yıxılacağından  ehtiyat  edərək,  asta-asta  enişdən 

enirdi.  Yağışın  yenicə  yuyub  islatdığı  cığırda  onun  yalın  ayağının  ləpiri 

qalırdı. 

Salatın  addımlarını  yeyinlətdi.  Arxasındakı  hənirtini  duyan  Güləsər 

qanrılıb  baxdı.  Onlar  bir-birilərinə  yaxınlaşdılar.  Bir  müddət  heç  biri 

dinmədi.  Yanaşı  dayandılar.  Güləsərin  yanaqları  qızarmışdı.  Salatın  onun 

sorğu-suala  başlayacağından  ehtiyat  edərək  susdu.  Hər  ikisi  dinməz-

söyləməz  yola  düşdü.  Salatın  qabaqda  gedirdi.  Güləsər  onun  hörüklərinə, 

atlas koftasına, topuğuna enən qırçınlı ipək donuna diqqətlə baxdı. Bu gözəl 

paltarın ətəyi şehə və palçığa bulanmışdı. Güləsərin heyfi gəldi. Əgər onun 

belə  paltarı  olsa,  boğçaya  büküb  saxlayar,  gündəliyə  geyinib  bu  kökə

salmazdı. 

Suvadağa  çatanda  yenə  dayandılar.  Su  yolu  sürüşkənləşmişdi.  Güləsər 

qabağa keçdi. 

Qoy, mən düşüm, sənin də səhəngini doldurum. 



Yox, yox, özüm enərəm. 

Sürüşərsən. 



Eybi yoxdur, çəkməmi soyunaram. 

Hazır mən ayağı yalınam. 



Salatın  Güləsərin  dərisi  qaralmış  balaca  ayağına  baxdı.  Barmaqlanın 

arasına palçıq dolmuşdu. Xınası solmuş dırnaqları lilə batmışdı. 

Ayaqqabın yoxdıırmu? 



Var. Palçıqdır deyən, geyinməmişəm. 

Salatın sualının yersiz olduğunu başa düşüb xəcalət çəkdi. Güləsər aşağı 

endi.  Kürün  suyu  bulanıb  köpüklənmişdi.  Ləpələr  şıltaqlıqla  atılıb-düşür, 

yarğanın sarı torpağını yalayırdı. 

Güləsər  əvvəlcə  öz  səhəngini  suya  basdı.  Su  poqquldadı.  Səhəng 

agırlaşıb  aşağı  batdı.  Güləsər  onu  dartıb  sudan  çıxartdı  və  Suvadağın 

qaşında dayanan Salatına verdi. İkinci səhəngi də doldurandan sonra kənara 

çıxmaq istədi. Salatın aşağı əyilib əlini uzatdı: 

   


  


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə