İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə19/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   15   16   17   18   19   20   21   22   ...   136

                                                                                                                                                      

56 


 

-

 



Biləyimdən yapış. 

Güləsər  onun  köməyi  ilə  yuxarı  çıxdı.  Belini  düzəldib  nəfəsini  dərdi. 

Sonra  da  səhənglərin  palçığını  silib,  tıxacları  taxdı.  Salatına  kömək  elədi. 

Özü  isə  səhəngini  dalına  alıb,  çatı  ilə  sarıdı.  Cahandar  ağanın  evinin 

bərabərinə çatanda Güləsər sükutu pozdu: 

-

Heç görünmürsən? 



-

Özün başımıza gələni bilirsən ki?! 

-

Hə, eşitdim. Kişi yaman pıs iş tutub. 



-

Tutduğu iş cəhənnəmə, qağam evdən didərgin düşüb. 

Güləsər dinmədi. Qardaşı Çərkəzin sözlərini yadına salıb susdu 

Xeyli sonra özünü bilməməzliyə vurub soruşdu: 

Haradadır ki? 



Nə bilim, - deyə Salatın doluxsunub cavab verdi. - Tərsin biridir, 

yaman qorxuram... 

Heç nə olmaz, - deyə Güləsər onun sözünü kəsdi, - balaca ha deyil. 



Salatın qanrılıb qızın üzünə baxdı. Güləsərin gözləri gülürdü. 0, 

sözlü adama oxşayırdı. 

Deyəsən səndə xəbər var. 



Nə xəbər? 

Qağamı görübsənmi? 



Bıy, ay Salatın, mən onu hardan görərəm? 

Bəlkə Çərkəzin yanıa gəlib? Qız susdu. 



Səni and verirəm o qardaşın Çərkəzin canına, düzünü de, qağam 

sizdədimi? Niyə dinmirsən? Sənə nə oldu? Niyə qızardın? 

Heç, - deyə Güləsər silkələndi və qabağa keçdi. 



Onlar yolayrıcıda dayandılar. Salatın gözünü Güləsərin üzünə zillədi. 

Heç kəsə deməzsən ki? 



Qağamın canı üçün yox. 

Dünən bizdəydi. Ancaq ağzından qaçırma ha. Mənə özləri tapşırıb, 



bircə sənə deyirəm. 

Arxayın  ol,  Sən  Allah,  ona  yaxşı  bax.  Bəlkə  axşam  qaranlıq 



qarışanda oğurlanıb xəlvəti sizə gəldim. 

Gəl, gözləyəcəyəm. 



Güləsər  ondan  aralanıb  evlərinə  doğru  yollandı.  Salatın  qızın  dalınca 

xeyli  baxıb  köksünü  ötürdü.  Səhəngi  çiynində  rahatlayıb  qolunu  qulpnaa 

keçirdi.  Dönüb  evlərinə  sarı  addımladı.  O  sevinirdi.  Anasına  bir  az 

sakitləşdiyinə, qardaşının yerini bildiyinə görə az qalırdı ki, uşaq 

     

  



                                                                                                                                                      

57 


 

kimi atılıb düşsün. O bu saat anasının yanına qaçacaq, Şamxalın heç yana 

getmədiyini,  kənddə  olduğunu  ona  xəbər  verəcəkdi.  Anası  da  sevinəcəkdi 

Bəs sonra? Eh, sonrası Allah kərimdir. 

Salatın  xırmana  yaxınlaşdı.  Nə  isə  bir  şey  an  kimi  vızıldayıb  havada. 

Birdən elə bil onu daldan itələdilər. Çiynindəki səhəng  ağırlaşdı. Qiz qədər 

çalışdısa da müvazinətini saxlaya bilmədi. Təngildəvib qabağa yeridi. Ağzı  

üstə palçığa yıxıldı.  Səhəng onun çiynindən düşüb üç-dörd addım qabağa 

dığırlandı. Qız qolunun siyrilmiş yerindən axan qana fikir vermədən durub 

səhəngi  götürmək  istədi.  Gözunə  inanmadı.  Səhəng  deşilmişdi.  Su  fışqırıb 

axırdı.  Salatın  özünə  gəlməmiş  Güləsərin  təlaşlı  səsi  eşidildi:  Allah,  mənə

ölüm ver, Allah mənə ölüm ver. Ay qız, Salatın, bu nə idi? 

O dalındakı səhəngi yerə qoydu. Qızın qolundan tutub qaldırdı. Salatın 

ətrafına boylanıb çiynini çəkdi. 

Heç özüm də bilmirəm, niyə yıxıldım. 



Güləsər kənara düşmüş səhəngə baxdı. Fikirli-fikirli başını buladı. Qızın 

qolundan tutub yaşlı qadınlar kimi ürək verdi. 

-

Allaha şükür, yaxşı qurtarıbsan. 



-

Nə olub ki? 

-

Görmürsən səhəngə güllə dəyib? 



-

Elə şey olmaz. 

-

Qağayın canı üçün düz sözümdür. Bircə bax, səhəngin ortası necə 



deşilib. Yəqin hansı ciyəri yanmışınsa çovutma gülləsi dəyib. 

Nökərlər  tökülüşüb  gəldilər.  Güllə  səsi  eşidən  Cahandar  ağa  tüfəngi 

götürüb samanlığın üstünə çıxdı. Gözünü o taya, meşəyə zillədi. 

Güləsər  Salatını  yıxıldığı  yerdən  qaldırandan  sonra  belini  düzəldib 

sahilə  baxdı.  O  tayda  bir  atlının  meşəyə  girərək,  kolların  arasında  gözdən 

itdiyini gördü. 

Cahandar üzünə qaldırdığı tüfəngini aşağı saldı. 

 Qoca  ağır-ağır  yoxuşu  qalxırdi.  Əlindəki  söyüd  çubuğuna  keçirdiyı



balıqların  pulları  parıldayır  və  quyruqları  açıq-çəhrayı  rəngə  çalırdı.  Kişi 

yorulmuşdu.  Tez-tez  dayanıb  nəfəsini  dərir,  çiynindəki  əndırləri  silkələyib 

kürəyinin ortasına atırdı.  O, möhkəm 

  

 



 


                                                                                                                                                      

58 


 

islanmışdı.  Dizi  yamaqlı  şalvarı,  arxalığının  altından  görünən  boynu  qara 

sapla  işlənmiş  kirli  alt  köynəyi  belə  yaş  idi.  Çarıqlarını  və  iplik  corabını

soyunub  əlinə  almışdı.  Gecəli-gündüzlü  suda  qaldığından  ağappaq  olan 

dabanını  və  codlaşmış  ayaq  barmaqlarını  qızmış  tozlu  torpağa  basdıqca, 

bədəninə  istilik  yayılırdı.  O,  iri,  saçaqlı  papağını  boynunun  dalına 

itələmişdi.  Qırxıq  başından  buğ  qalxırdı.  Sinəsinə  düşən  ağ  saqqalının 

pərakəndə tüklərini səhər küləyi oynadırdı. 

Kişi  dayanıb  nəfəsini  dərdi.  Bir  xeyli  Kürdə  çimişən  uşaqlara, 

yulğunluğa  doluşan  mal-qaraya  baxdı.  Öküzünün  burada  olub-olmadığını

yoxladı.  Sonra  yenə  yoluna  davam  etdi.  Dikdirin  qaşına  çatanda  bir  dəstə

uşaqla qarşılaşdı. Onların əllərində balaca qarmaqlar var idi. 

Uşaqlar  Qoca  kişini  araya  aldılar.  Hərisliklə  onun  əlindəki  balıqlara 

baxdılar. Gözləri parıldayan balıqların içində hələ də nəfəs alanları var idi. 

Qoca dayı, bunları hardan tutmusan, yerini bizə də de! 



Demirəm. 

Niyə ki? 



Xeyri yoxdur. 

Nəyin xeyri yoxdur? 



Sizdən balıq tutan olmaz. 

Niyə olmur, ay Qoca dayı? 



Uşaqsınız, bala, gedin ağzınızın qatığını silin. 

-       Kim, biz uşağıq? 

Bəs nəsiniz, ay xalası göyçəklər? 



Xalamızda işin olmasın. 

Yaxşı, - deyə Qoca kişi dayanıb onları süzdü. Yanları qırış-qırış



gözləri  kiçilib  balacalaşdı.  -  Xalanız  olmasın,  nişanlınız  olsun.  İndi 

məndən nə istəyirsiniz, ay nişanlısı göyçəklər? 

Ey-ey, - deyə uşaqlardan Əli adlı birisi dilləndi. - Elə eləmə ki, 



qızına... 

Qızıma nə deyəcəksən, ay sənin bacıyın məməsini yeyim... 



Əli gözünü qıyıb kişini süzdü. Onun sinəsinə düşmüş saqqalına baxdı. 

Axı bacarmazsan. 



Niyə bacarmıram? 

Qocasan. 



Qoca olanda nə olar, ay qırışmal, bacını məndən artığına 

verəcəksən? 

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə