İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə27/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   23   24   25   26   27   28   29   30   ...   136

                                                                                                                                                      

79 


 

nıb qıza xeyli tamaşa etdi.  Salatın yorğanı üstüno çəkib paltarlı yatmışdı. 

Saçları yastığa dağılmışdı. 

Qalx, çaydan-çörəkdən hazırla. 



Salatın  gözünü  açsa  da,  heç  nə  başa  düşmədiyindən,  maddım-nıaddım 

qardaşının üzünə baxdı. Yerin içində gərnəşib bərkdən əsnədi. 

Ancaq yenə çevrilərkən, ot tayasının bərabərindən ona boylanan gunəşin 

şüaları düz gözünün içinə düşdü. Əzik donunun ətəyini aşağı cəkdi. Saçını

gözünün üstündən geri elədi. 

-

 



Qıza da baş çək. 

Yalnız bundan sonra məsələni başa düşən Salatın diqqətlə çiyni tüfəngli 

qardaşına baxdı. 

Tezmi qayıdacaqsan? 



Bir az fırlanıb gəlirəm. 

Şamxal hələ də yuxudan tamam ayılmamış bacısını başdan-ayağa süzüb 

gülüınsündü və tüfəngini çiyninə aşırdı. Salatın cığırla uzaqlaşan qardaşının 

arxasınca  baxdı.  Ona  elə  gəldi  ki,  Şamxalın  kürəyi  dünənkindən  xeyli 

enlənmiş,  elə  boyu  da  uzanmışdır.  Hətta,  deyəsən,  səsi  də  dəyişmişdir. 

Amma  nədənsə  bir  az  süst  kimidir.  Yerişində  bir  ağırlıq  var.  Dünənəcən 

qırğı kimi süzən Şamxal indi ağır-ağır addımlayir, bircə gecənin içində yaşa 

dolub  toxtamış  kimi  görünürdü.  Qardaşında  hiss  etdıyi  bu  dəyişiklik  həm 

onu  sevindirdi,  həm  də  nədənsə  qüssələndirdi.  Elə  bil  qız,  uzaq,  əlçatmaz 

bir  aləmlə  vidalaşdı.  O,  kəlağayısının  ucü  ilə  yaşarmış  gözlərini  quruladı. 

"Boyuna  qurban  olum,  ay  qardaş,  lap  kişi  həddinə  dolubsanmış",  -  deyə

xəyalından  keçirdi.  Sonra  da  ocaq  yerindəki  kösövü  qorlandırıb  alışdırdı. 

Qazan  asıb,  samovara  od  saldı.  Çalğını  götürüb,  qapı-bacanı  süpürdü. 

Ancaq içəri, Güləsərin yanına gedə bilmədi. Bir-iki dəfə ayaqlarının ucunda 

qapıya  yaxınlaşdısa  da,  ürəyinin  çırpındığını  hiss  edib  geri  qayıtdı.  İndiyə

qədər  bir  yerdo  oynayıb  güldükləri  Güləsərin  üzünə  necə  baxacağını

təsəvvürünə  gətirə  bilmədi.  "Axı  mən  ona  nə  deyəcəyəm?  Qız  gözümün 

qabağında  duranda  ətim  çimçişir.  İçəri  getsəm  danışmağa  söz  də

tapmaram". 

Güləsərin də səsi-səmiri gəlmirdi. Görünür, o da utandığından eşiyə çıxa 

bilmirdi. 

Gün  xeyli  qalxdı.  Sığırçınlar  malları  haylayıb  apardılar.  Salatın 

qaynatdığı  çayı  təzədon  isitməli,  düşürdüyü  qazanı  yenidən  ocağa  asmalı

oldu.  Şamxal  gəlmədi.  Qız  darıxdığından,  doqqaza  doğru  getdi  və

gözləmədiyi halda Şahnigarla qarşılaşdı. 

  

 

 




                                                                                                                                                      

80 


 

Səndən nə əcəb, ay bibi? 



Mən sizin kimi etibarsız deyiləm. 

Şahnigar  qucaqlayıb  qızın  yanaqlarından,  alnından  öpdü.  Dinməz-

söyləməz çardağın yanına qədər gəldilər. Arvad xeyli ocaqdakı qazana, hələ

əl  dəyməmiş  stəkan-nəlbəkiyə,  taxtın  üstündəki  yorğan-döşəyə,  sonra  da 

bağlı qapıya baxdı. 

A-a-a-z, bu viranın uşaqları hələ durmayıblar? Günorta olub, bu 



qədər də yatmaq olarmı? 

-

Kimi deyirsən, ay bibi? 



-

Necə yəni kimi, təzə bəylə gəlini. 

-

Bunu sən hardan bilirsən? 



-

Yerlər qulaqlıdır. 

Salatın əli üzündəcə quruyub qaldı. Qorxu və həyəcanla bibisinə baxdı. 

Bu xəbərin belə tezliklə yayılacağını gözləmədiyindən özünü itirdi. Ona elə

gəldi  ki,  bu  saat  bibisinin  ardınca  şenliyin  camaatı  bura  töküləcək,  hamı

onları  daşqalaq  edəcək.  Qız  hamıdan  çox  atasından  qorxurdu.  Oğlunun 

tutduğu  işdən  kişinin  qəzəblənəcəyini  yaxşı  bildiyindən,  Salatının  ürəyi 

uçurdu.  Qızdırmalı  adamlar  kimi  titrəyib  saraldı.  "Bəlkə bibim  elə  al  dillə

bir xəbər tutmağa gəlib? Əhvalatı öyrənəndən sonra hay-haray salacaq? Bəs 

Şamxal niyə ləngidi? Allah, sən özün saxla". 

Qızın bu halı Şahnigarın gözündon qaçmadı. 

A-a-a-z, sənə nə oldu, rəngin niyə saraldı? 



Qurbanın olum, ay bibi, dədəm bilirmi? 

Biləndə nə olar? 



Qorxuram araya qan düşə. 

-

Heç nə olmaz. Bir də, bu sirri hələ məndən başqa heç kim bilmir. 



-

Bəs sən hardan?.. 

-

Tapdıq dedi. 



-

Ağzından söz qaçırmaz ki? 

-

Tapşırmışam. 



-

Bilmirəm bu işlərin axırı necə olacaq? 

-

Bəd-bəd danışma. Get uşaqları qaldır, bəsdir yatdıqları. 



-

Qağam yoxdu. 

-

Haraya gedib? 



-

Kürün qırağına. 

-

Belə de... BƏ burada niyə durmuşuq, gedək. 



  

 

 




                                                                                                                                                      

81 


 

„ Yazıqdı... Qoy qız yatsın. 

 Bıy-bıy,  başıma  xeyir,  ay  qız,  deyəsən  bizi  bəxtəvərə  salacaqsan, 

yatmaq nədi? Bəri gəl görüm. 

Şahnigar  incə  bir  şuxluqla  qaş-gözünü  oynadıb  güldü.  Yanaqlarında 

qırmızı  ləkələr  əmələ  gəldi.  Dingəsindəki  qızıl  pullar  titrəyib  cingildədi. 

Xırdaca  çənəsi  buxağın  içində  itdi.  Sıx  dişləri  parıldadı.  Salatın,  həmişə

deyib-gülməkdən xoşu gələn bibisinin yenə də şitlik edəcəyini bilib qizardı. 

İçəri getmək istəyən arvadı saxlamağa çalışdı. 

Yaxşı deyil, qoy qağam gəlsin. 



Belə dur görüm, qağan kimdir? 

Şahnigar yenə qəhqəhə çəkdi. Sonra Salatını ehmalca kənar edib, qabağa 

düşdü.  Ləngərlənə-ləngərlənə  qapıya  yaxınlaşdı.  Onun  zər  baftalı,  qırçınlı

atlas donunun qırçınları dalğalandı. Arvad dəhlizdə ayaq saxlayıb, arxasınca 

gələn Salatına göz vurdu. 

Gedək görək nə qələt qarışdırıblar. 



O, yenidən uğunub keçdi... 

Güləsər  yorğan-döşəyi  yığıb,  taxtın  küncündəcə  oturmuşdu.  Elə  bil 

kiçilib gözdən gizlənmək istəyirdi. 

Şahnigar  gözü  alışana  qədər  qapının  ağzında  dayandı.  Sonra  səliqə  ilə

süpürülmüş evə, yük yerindəki yorğan-döşəyə, taxtın üstünə salınmış palaza 

baxdı. Təzə gəlinin tezdən durub evi yığışdırması onun xoşuna gəldi. Qapını

taybatay açıb irəlilədi. 

Güləsər  nə  edəcəyini  bilmədi.  Elə  əvvəlki  kimi  büzüşüb  otursunmu, 

yoxsa ayağa durub Şahnigarın qabağında dizmi çöksün? Görəsən arvad ona 

nə  deyəcəkdi?  Saçından  tutub  bayıramı  atacaqdı,  yoxsa  qucaqlayıb 

öpəcəkdi? 

Güləsər fikrini toplayana qədər Şahnigar onun başının üstünü kəsdirdi. 

Əlini belinə qoyub, daha da büzüşən gəlinə baxdı. Arvadın səsi qazma evin 

divarlarında cingildədi: 

Bir  ayağa  dur  görüm,  qardaşım  oğlu  sənin  nəyinə  aşiq  olub? 



Güləsər sürüşüb taxtdan düşdü. Verilən sualın mahiyyətini anlamadığından 

başını  aşağı  saldı.  Bundan  daha  ağır,  təhqirli  sözlər  gözlədi.  Şahnigar  isə

qızın ətrafında dolanıb, ağzını marçıldatdi; 

Hm... pis deyilsən. Bir belə fırlan görüm... Qəşəngsən. Vallah, 



düz sözümdür. Meymun ağzının dadını bilirmiş... ha...ha...ha... Başını

niyə aşağı salırsan? Üzümə bax, utanma. Hamımızın başına gələn iş

deyilmi? Eh, kaş qiz olub, təzədən ərə gedəydim. 

     


 

 



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə