İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə28/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   24   25   26   27   28   29   30   31   ...   136

                                                                                                                                                      

82 


 

Ay bibi, bəsdi. 



Nə  olub,  ay  qız,  ərə  getmək  pisdir?  Vallah,  hamınızın  ürəyi 

zoqquldayır. Bığı burma bir oğlan qabağına çıxsa getməzsən? Hə, niyə 

İrişirsən? Deyəsən xoşun gəlir? 

Sən Allah, ətimizi tökmə. 



Tökülməz. - O, üzünü yenidən Güləsərə çevirdi. - Sən ona qulaq 

asma, qızım, cavanlıq gözəl şeydir. İllaha da ərin qəşəng olanda. Gecələr 

ki, qucaqlaşıb nəfəs-nəfəsə yatırsan, su da töksən ayırmaq olmur. 

İstəyirsən ki, qollarıyın arasındakını beçe balı kimi sorub yeyəsən. 

Amma neyləyim ki, mənim bəxtim gətirmədi... Hə, belə işığa gol 

görüm... Sir-sifətinə diqqətlə baxmaq istəyirəm. Bəy, gözləriyin altı nə

yaman qaralıb? Yəqin qırışmal səni yamanca yorub, hə, eləmi? Qoy 

bircə qayıtsın, gör başına nə oyun açacam! 

Bibi, bsdir, qızı utandırma. 



Nə  utanmaq,  ay  bala,  ərə  getməyi  bilən  adam  utanmaz.  Şahnigar 

qəşş  edib,  taxtın  üstündə  oturdu.  Güləsəri  də  çəkib  yanında  əyləşdirdi. 

Gəlinin  utanıb  büzüşdüyünü  görəndə  daha  da  şaqılldadı:  -Niyə  qısılırsan, 

pis oğlana gəlibsən? Yoxsa qorxursan? 

-

Vallah, nə bilim? 



-

Ürəyinə heç nə gətirmə, bir qız bir oğlanındır. Yaxşı eləyibsən. 

-

Kaş hamı sənin kimi olaydı. 



-

Olmurlar  olmasınlar.  Ağrım  ürəklərinə.  Təki  məni  ərim  çox 

istəsin... hə... ürəyini sıxma, yeməli şeysən, Şamxal səndən əl çəkməz. 

Ancaq sən də gərək bir az usta olasan, kişini əldə saxlaya biləsən. Kişi 

ki, var, pişik kimi şeydir, sığallayıb qılığına girdin, qıırtardı. Olmaya- 

bilməyə kəcinə çəkəsən, eşitdinmi?.. Yaxşı, de görüm qardaşım oğlu 

naz-zad qanırmı? Sənin kimi  telli-toqqalı gəlinin işvəsinə  dözə

biləcəkmi? 

Ay bibi, sən Allah, üzümüzün suyunu tökmə. 



Üzünüzün suyunu niyə tökürəm, ay bala, düz sözümdür. Kişi ki, 

naz-qəmzə bilmədi, ondan bir uzunqulaq yaxşıdır. Bircə qulaq as. 

O,  çiyninin  üstündən  sürüşüb  düşən  hörüyünün  ucunu  əlinə  aldı. 

Sinəsinə  basıb  saz  kimi  çaldı.  Evin  ortasında  aşıqsayağı  tirlana-fırlana 

astadan, lakin məlahətli səslə oxumağa başladı: 

İşvə bilməz, qəmzə bilməz, naz bilməz,  

Sevgi bilməz, söhbət bilməz, saz bilməz. 

  

 

 




                                                                                                                                                      

83 


 

Söz eşitməz, qaş anlamaz, göz bilməz,  

Ana, məni bir nadana verdilər,  

Günahıma, babalıma girdilər. 

Qoyun deyil qoyunlara qatam mən,  

Öküz deyil çodarlara satam mən,  

İgid deyil qucaqlaşam, yatam mən,  

Ana, məni bir nadana verdilər,  

Günahıma, babalıma girdilər. 

Mahnını  qurtaran  kimi  yenə  qəhqəhə  çəkdi.  Fırlana-fırlana  gəlib  tastın 

üstündə  oturdu.  Güləsərin  qəlbinə  çökən  qurğuşun  ağırlıqlı  kədər  elə  bil 

yoxa çıxdı. Salatın da uğunub getdi. 

Sən lap aşıqsanmış ki, ay bibi, nə yaman oxuyursan?! 



Məni dərd oxudur, a bala, dərd. Qıraqdan baxan da adımı arsız 

qoyur. 



Allaha şükür, sənə nə olub ki, ay bibi, varın, dövlətin. 



Eh, neyləyirəm varı, ay bala, bir bığıburma ərim olsaydı, onların 

hamısına dəyərdi. 

Qabağına duran ha yoxdur. 



Ağzın isti yerdədi deyin, ərə getmək sənə asan gəlir. Elə bilirsən 

hər papaq geyinənlə bir yastığa baş qoymaq olar? Ağrım ürəklərinə, 

onların çoxunun elə qaraltısı var. Kişi gərək axır nəfəsinə qədər qırğı

kimi şövqlü ola, qucaqlaya, dişləyə, sən də ləzzət alasan. Kürt toyuq 

kimi yanını kəsdirib oturan yatağan öküzdən nə çıxar? 

Ay bibi, acığın tutmasın, - deyə Salatın çəkinə-çəkinə çoxdan 



ürəyində dolaşan sualı verdi. - Rəhmətlik Əbil dayını özün sevib- 

seçmişdin? 

Yox, ay bala, - deyə arvad dərindən köksünü ötürdü. - Mən istəyən 



oğlan  dədəyin  qorxusundan  heç  papağının  ucunu  göstərə  bilmədi.  Sıxma-

boğmaya  salıb.  mənciyəzi  Əbilə  verdilər.  Rəhmətlik  pis  kişi  deyildi, 

birtəhər  dolanırdıq-  Allah  onu  da  mənə  çox  gördü,  apardı  qara  torpağın 

altına. İndi qalmışam qara daram altında tək. Bilmirəm dulam, yoxsa gəlin. 

Salatın  bibisinin  kövrəldiyini  və  bu  saat  uşaq  kimi  doluxsunub 

ağlayacağını  duydu.  Araya  söz  qatmaq  və  onun  fikrini  yayındırmaq  üçün 

arvadı qucaqladı. 

  

 



 


                                                                                                                                                      

84 


 

Sənə nə olub, qocalmayıbsan ha?! 



Düz deyirsən, amma eşitməyibsənmi "Ömür keçir, gün keçir,  

cavan olmaram bir də mən". Cavanlıq gözəl şeydir, onun qədrini bilin. 

Nə qədər bacarırsınız kefinizi sürün, sonra peşman olarsınız. 

Şahnigar  gözünün  yaşını  silib,  gülümsəməyə  çalışdı.  Onun  nəm 

bəbəkləri parıldadı. 

Məni danışdırıb, dərdləndirdiyiniz bəsdir. Başımı qatmayın. 



Mən buraya vacib iş üçün gəlmişəm. 

O, taxtın yuxarı başında, idincə yığılmış yorğan-döşəyə ötəri nəzər saldı. 

Sonra da ehmalca Güləsərin böyrünə toxundu. 

Üz ağlığım göstər görüm. 



Bibi!.. 


Sən işində ol, mən nə elədiyimi bilirəm. Niyə durursan? 

Güləsər həyadan yerə girəcək olsa da, arvadı şübhəyə salmamaq 

üçün gözünün ucu ilə taxtın yuxarı tərəfinə doğru baxdı. Salatın üzünü 

çevirib,  qapıya  sarı  getdi  və  dayandı.  Şahnigar  yorğan-döşəyin  arasındakı

mələfəni  tapdı  və  birdən  uşaq  kimi  evin  ortasında  oynadı.  Güləsər  üzünü 

əlləri  ilə  qapadı.  Ancaq  Şahnigar  onun qolundan  yapışıb,  bacadan  süzülən 

işığa gətirdi. Qızı qucaqlayıb marça-marçla öpdü. 

Üzün ağ olsun, qızım, indən sonra sənə canımı da qurban eləyərəm. 



O,  yenicə  görürmüş  kimi  qızın  əynindəki  nimdaş  paltarlarına,  yalın  

ayaqlarına  baxdı.  Dərindən  köksünü  ötürdü.  Qardaşıgildə  olub-keçənləri 

unutmağa  çalışıb  gülümsündü.  Əvvəlcə  barmağındakı  yaqut  qaşlı  üzüyü 

çıxartdı. Sonra da ağ buğumhı biləyindən bilərziyi açdı. 

Yaxın gəl, görüm. Bax bu sənin nişan üzüyün, keçirt barmağma, 



bu da bilərziyin, bibi payıdır, götür. Sonra nəyin çatışmır? 

Salatın  özünü  sındırmaq  istəmədi.  Həm  də  qardaşının  evdə  dava 

salacağından qorxduğıı üçün verilən şeyləri Güləsərdən alıb, geri qaytarmaq 

fikrinə düşdü. 

Ay bibi, özünün üzüyünə nə gəlib, hər şeyi var. 



Hər şeyi var, bəs niyə bu kökdədir, hanı gəlinin paltarı? Tez ol, 

sandığı aç. 

Salatından qabaq özü yük yerinin yanındakı sandığa yaxınlaşıb qapağını 

qaldırdı.  Qardaşı  qızının  ipək  paltarlarından  bir  dəst  çıxarıb  Güləsərin 

üstünə atdı. 

Tez ol, geyin. İkiniz də bir boydasınız. 



Lazım deyil. 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə