İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə31/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   27   28   29   30   31   32   33   34   ...   136

                                                                                                                                                      

92 


 

qaçdığını  necə  xəbər  verəcəyini  bilmirdi.  Əsl  həqiqəti  ondan  gizlətsinmi, 

yoxsa "bacın burdadır, görüşmək istəyirsənsə dur, evə gedəkmi" - desin? Bu 

xəbəri Çərkəz necə qarşılayacaq? 

Samxal papirosunu sümürüb kənara atdı.  Səbirsizliklə cavab gözləyən 

Çərkəzin üzünə belə baxmadan sakitcə dilləndi; 

- Hansı tərəfə getmək fikrindəsən? 

- O taya. Deyirlər qızı Kürdən keçiriblər. 

- Gümanın kimə gəlir, qızı kim aparmış olar? 

- Nə bilim? 

Onlar  yenə  susdular.  Şamxal  mümkün  qədər  səbirli  olmağa 

çalışdığından, Çərkəzi sakitləşdirmək üçün münasib söz axtarırdı. O hələ də

elə etmək istəyirdi ki, Çərkəz vaxtından əvvəl şübhələnməsin. O, "işim var" 

-  deyə  boyun  qaçırda  bilərdi.  Ancaq  bunu  kişiliyinə  sığışdırmırdı.  O 

istəmirdi ki, Çərkəz onu qorxaqlıqda ittiham etsin, məsələnin əslini biləndən 

sonra isə təzədən üstünə gəlib, dava-qalmaqal salsın: "Qızı götürüb qaçmağı

bilirsən, amma boynuna almağa kişiliyin çatmır?" - deyə onu yamanlasın. 

Aralıqdakı sükut Çərkəzi darıxdırdı. O tələsir, bir quş kimi qanadlanıb, 

gümanı  gəldiyi  yerlərə  baş  vurmaq  istəyirdi.  Başqa  vaxtda  bircə  işarəyə

bənd olan dostu isə indi karvanı batmış kimi daşa dönüb dinmirdi. Ona nə

olduğunu basa düşmək çətin idi. 

- Nə yaman fikrə getdin? 

Çərkəzin səsini eşidəndən sonra Şamxal başını qaldırıb ürkək nəzərlərlə 

müsahibinin üzünə baxdı. 

- Gec deyilmi? 

- Nə gec deyilmi? 

- Deyirəm, qızı axtarmaq gec deyilmi?.. Dünən aparıblar... İndi yəqin iş 

işdən keçmiş olar... Təzədən... 

- Mənim bacıma heç kəs əl vura bilməz! 

Şamxalın dodaqları qaçdı. Bığının altından astaca qımışdı. Çərkəz güclə 

sezilən  bu  təbəssümdə  özündən  razı  qalan  arxayın  bir  adam  istehzasını

gördü. 


- Niyə əl vura bilməz? 

- Onun anasını ağladaram! 

Şamxal nə qədər səbirli olmağa çalışsa da, son sözə dözmədi. Çərkəzə 

toxunmalı bir cavab verməsə, sakitləşə bilməyəcəyini duydu.  

- Çox sinənə döymə, gecikmisən. 

  



                                                                                                                                                      

93 


 

     -  Bura  bax,  -  deyə  Çərkəz  hirslə  ayağa  durdu.  –  Getmək  myelin 

yoxdursa, açıq de, çərən-pərən danışma. 

- Ə, nə odlu-odlu danışırsan? Tutaq ki, qızı tapdın, baş kəsəcəksən? 

- Niyə kəsmirəm. 

- Əlinə nə keçəcək? 

- Heç olmasa, ürəyim soyuyar. 

- Bacın da qalar ortalıqda, eləmi? 

- Bə nə olsun deyirsən, qızın başından keçim? 

- Keçmə, niyə keçirsən? 

Şamxal  yenə  qutusunu  çıxartdı.  Əvvəlcədən  bükdüyü  papiroslardan 

birini  götürdü.  Çərkəz  onun  alışqanı  yandırarkən  barmaqlarının  titrədiyini 

gördü.  Əgər  Şamxalın  baxışlarındakı  ürkəklik  olmasaydı,  Çərkəz  onun 

həyəcanlanmasına fikir verməzdi. Ancaq Şamxalın hərəkətləri onu ayıldan 

kimi  oldu.  Səhərdən  dostunun  bir  dəfə  də  olsun  onun  üzünə  şax  baxa 

bilmədiyini,  nəzərlərini  yayındırıb,  yan-yörəsinə  boylandığının  fərqinə

vardı. "Niyə suçlu adamlar kimi gözlərini məndən gizlədir? Söz danışanda 

gah yerə baxır, gah da çiynimin üstündən o yana boylanır? Heç boynunu da 

dik  qaldırmır.  Pələ  camış  kimi  yalmanıb  fısıldayır.  Yoxsa  bu  işdən  xəbəri 

var? Onun üçün də dilini sürüyür?" 

Çərkəzin sinəsi qabardı. Gözləri ilə Şamxalı yeyəcək oldu. 

- İndi nə məsləhət görürsən? 

- Bir az gözlə. 

-  Gözləyə  bilmirəm.  Heç  olmasa  qızı  hansı  köpək  oğlunun  apardığını 

öyrənməliyəm, ya yox?! 

Şamxal  dik  atıldı.  Əlini  xəncərin  dəstəyinə  aparması  ilə  yarıya  qədər 

siyirməsi bir oldu. Sinəsini qabağa verib, səsini ucaltdı: 

- Ağzını təmiz saxla! 

- Nə deyirsən?! 

- Deyirəm artıq-əskik danışma! 

- Bura bax, sən niyə özündən çıxırsan? Soğan yemiş adamlar kimi için 

niyə göynəyir? 

Şamxal  qabağa  yeriyib,  Çərkəzlə  üzbəüz  dayandı.  O,  qəsdən  aradakı

məsafəni  qısaltdı  və  söhbət  müddətində  ilk  dəfə  şəstlə  müsahibinin 

gözlərinin içinə baxdı. Elə bil zəhmli baxışları ilə qarşısındakını sarsıtmaq, 

ürəyindən keçənləri üzündən oxumaq və eşidəcəyi sözdən sonra onun necə

hərəkət edəcəyini əvvəlcədən öyrənmək istədi. Döyüşə hazırlaşan xoruzlar 

kimi dimdik-dimdiyə dayananların nəfəsi 

  



                                                                                                                                                      

94 


 

bir-birini  vurdu.  Şamxal,  bir  şey  olsa,  dərhal  rəqibinin  əl-qolunu  tutmaq 

üçün özünü bir az irəli verdi və təmkinlə dilləndi: 

- Dağa-daşa düşmə, qız məndədir. 

Çərkəz yalnız bircə anlığa susdu. Qarşısında dayanan Şamxalın sifətində 

quyruğunun  üstünə  qalxıb,  adamı  çalmağa  hazırlaşan  şahmar  ilan 

soyuqluğunu  duydu.  Ona  elə  gəldi  ki,  üzünə  zillənən  gözlərdə  ovunu 

əvvəlcə  ovsunlayıb,  sonra  yeyən  bir  yırtıcı  sehrkarlığı  var.  Şamxalın 

üzündəki  tüklər  də  ona  zəhərli  tikanlar  kimi  görünürdü.  Əgər  bircə  an  da 

keçsə,  Çərkəz  fürsəti  əldən  verəcək,  gozünün  içinə  fısıldayıb  qıvrılan 

Şahmar  atılıb  boynuna  dolanacaqdı.  O  doğrudan  da  qəfildən  zəhərli  ilanı

tapdalayan adam kimi dəhşətlə geri atıldı və dərhal da tüfəngi hərlədi. Bir 

göz qırpımında gülləni lüləyə verdi. Barmağını tətiyə uzadana qədər Şamxal 

ov  güdən  pişik  cəldliyi  ilə  irəli  şığıdı.  Tüfəngdən  yapışıb,  lüləni  yuxarı

qaldırdı.  Onlar  süpürləşməyə  başladılar.  Şamxal  bir  əli  ilə  qundaqdan,  bir 

əli ilə də lülədən yapışıb, tüfəngi həm özündən uzaqlaşdırır, həm də vurub 

Çərkəzin  əlindən  almaq  istəyirdi.  Çərkəz  isə  var  gücü  ilə  müqavimət 

göstərir, necə olursa-olsun silahı əldən verməməyə çalışırdı. 

Şamxal ayağını Çərkəzin qarnına dayayıb, tüfəngi geri çəkdi. Rəqibinin 

qolunu  qanırıb,  silahı  qoparmaq  istədi.  Ancaq  bacarmadı.  Belə  olduqda 

qundağı  yuxarı  qaldırıb,  lüləni  torpağa  doğru  çevirməyə  çalışdı.  Çərkəz 

onun  fikrini  duyduğundan,  var  gücünü  topladı  və  barmağını  tətiyə  yetirdi. 

Güllə  Şamxalın  qulağını  yalayıb  keçdi.  Çiynini  qarsaladı.  Kəsif  barıt 

qoxusu  burunlarına  doldu.  Bundan  sonra  onlar  tüfəngdən  daha  möhkəm 

yapışdılar.  Hər  ikisinin  dizi  yerə  gəldi.  Bir  anlığa  dayanıb,  nəfəslərini 

dərdilər.  İkisi  də  qan-tərə  batıb,  taqətdən  düşmüşdü.  Köynəklərinin  yaxası

açılmışdı.  Şamxalın  sinəsindən  tər  axırdı.  Çərkəzin  islanmış  saçı  dağılıb, 

alnına  yapışmışdı.  Nəfəs  aldıqca  sinələri  qalxıb-enir,  genişlənmiş  burun 

pərələrindən nəfəsləri fisqırırdı. Onlar son dəfə güclərini sınayırdılar. Bu ani 

sükutdan  sonra  qəti  hücumun  başlanacağı  şübhəsiz  idi.  Şamxal  arada 

tüfəngi  buraxıb,  xəncəri  siyirməyi  ağlından  keçirtdi.  Lakin  ürək  eləmədi. 

Çərkəzin  dərhal  ayağa  durub,  çaxmağı  yenidən  hərləyəcəyindən  qorxdu. 

Bəs  nə  etməli?  O  birdən  var  gücü  ilə  tüfəngi  özünə  tərəf  çəkib  burdu. 

Çərkəz  bunu  gözləmədiyi  üçün  səndələdi.  Müvazinətini  itirdiyindən,  başı

çatıltı  ilə  Şamxalın  alnına  dəydi.  Gözlərindən  qığılcım  qopsa  da,  tüfəngi 

buraxmadılar. Buynuzlarını bir-birinə keçirdib, kəllə-kəlləyə 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə