İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə30/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   26   27   28   29   30   31   32   33   ...   136

                                                                                                                                                      

88 


 

-  Bərəkallah,  qardaşoğlu,  yaxşı  cavab  verdin.  Ə,  mən  yadammı

belə  söz  danışırsan?  Mənim  sizdən  başqa  kimim  var?  Ərim  yox, 

uşağım yox, bir sizsiniz. İndi bu nə cavabdır, mənə verirsən? 

Arvad kövrəldi. Şamxal dediyi sözə peşman oldu. Əslinə baxsan 

o, bibisinin könlünə toxunmaq istəmirdi. 

- İncimə, bibi, ele-belə, sözgəlişi dedim. 

- Gərək deməyəsən. Mən sidq ürəklə sənə söz danışıram, sən də... 

- O, gözünü quruladı. - Bax heç o yan, bu yanı yoxdur. Qaranlıq 

qarışıb,  əl-ayaq  yığışdırılanda  arabanı  qoşursan,  evində  nə  var 

doldurub birbaş gəlirsən bizə. Eşidirsənmi? 

- Hələ axşama çox var, fikirləşərik. 

- Heç nə fikirləşmək lazım deyil. 

Salatın  ehmalca  içəri  girdi.  Bir  xeyli  tərəddüd  içində  qardaşının 

üzünə baxdı. Onun saralmış sifəti yarıqaranlıq evdə daha da solğun 

görünürdü.  Şamxal  bacısının  nə  isə  bir  söz  demək  istədiyini,  ancaq 

qorxudan dillənə bilmədiyini anladı. O da həyəcanlandı. "Yoxsa atası

bu  xəbəri  eşidib  gəlmişdi?  Yenə  ata-oğul  üz-üzə  dayanacaqdır?"  O 

ehmalca ayağa durdu. Dirəyə söykənən bacısına yaxınlaşdı. 

- Nə olub? 

Salatının dodaqları güclən tərpəndi. 

- Səni çağırırlar. 

- Kim? 

- Çərkəz... 



12 

Şamxal  ayağa  durub  kəmərini  daraltdı.  Boğazı  qaytanlı

köynəyinin  qırışlarını  arxaya  tərəf  yığdı.  Yüngül  addımlarla  qapıya 

yaxınlaşdı.  Əlini  cəftəyə  uzatmazdan  əvvəl  dönüb  geri  baxdı. 

Şahnigar  xanımın  sinəsi  qalxıb-enir,  Salatın  isitməli  adamlar  tək 

titrədir, Güləsər isə cəsəd kimi yerindən tərpənə bilmirdi. O bunları

görsə  də  dinmədi,  sakitcə  divara  söykədiyi  tüfəngə  yaxınlaşdı. 

Beynində  ildırım  sürətli  fikirlər  gəlib  keçdi.  "Tüfəngi  götürsünmü? 

Yoxsa Çərkəzin qabağına elə-belə, saymazyana, əliboş çıxsın? Onun 

yanına yaraqlı getmək qorxaqlıq deyilmi? Arvadlar, illah da Güləsər 




                                                                                                                                                      

89 


 

buna  nə  deyərdi?  Elə  ilk  gündən  arvadının  gözündən  düşməzdimi? 

Yox, elə-belə, əliboş 

  

gedəcəm.  Bəlkə  onun  silahı  var?  Qapıya  çıxan  kimi  sinəmi  nişan 



alacaq ? Heç əl-ayaq tərpətməyə qoymayacaq? Kimi, məni? Çərkəz 

mənə Cahandar ağanın oğlu Şamxala əl qaldıracaq? Vallahi onların 

külünü torba ilə daşıtdıraram. Hünəri var, tərpənsin!" 

O,  ehmalca  tüfəngi  götürüb  əlində  hərlədi.  Şahnigar  xanım 

qardaşı  oğlunun  ürəyindən  keçənləri  üzündən  oxudu.  Onun  iki  su 

arasında  qaldığını  və  qəti  bir  qərara  gələ  bilmədiyini  başa  düşdü. 

Sakitcə Şamxala yaxınlaşdı. Gözlərini onun üzünə zillədi. 

-  Ehtiyat  igidin  yaraşığıdır,  oğul,  kişi  kişinin  qabağına  yaraqsız 

çıxmaz. 

Bu  sözdən  sonra  Şamxal  tüfəngin  çaxmağını  çevirdi.  Xəzinənin 

boş olduğunu görüb, taxtın üstündəki qoltuqaltıdan bir daraq patron 

götürdü və tüfəngi doldurdu. Çaxmaq şaqqıltısı kəsəndən sonra evdə

kiminsə  təlaşla  nəfəs  aldığını  duydu.  Dönüb  Güləsərə  baxdı.  Onun 

kəlağayısı  sürüşüb  çiyninə  düşmüşdü.  Şahnigar  xanımın  yenicə

qulağına  taxdığı  sırğalar  titrəşirdi.  Boynundakı  damarlar  şişib 

göyərmişdi. Hər dəfə nəfəs aldıqca sinəsi körük kimi qabarırdı. Gəlin 

boğulurmuş  kimi  tez-tez  udqunurdu.  Şamxal  Güləsərin  lal 

baxışlarındakı  məzlumluqla  bərabər,  məzəmmət  və  yalvarışı  da 

duydu. Geniş açılmış gözlərinin ətrafında həlqələnən yaş gah çoxalıb 

bəbəklərinin  üstünü  örtür,  gah  da  geri  çəkilib  kirpiklərinin  dibində

titrəşirdi.  Şamxal  hiss  etdi  ki,  Güləsərin  başı  hərlənir,  hər  şey onun 

gözlərində  tor  görünür.  Bir  az  da  belə  keçsə,  bəlkə  də  ürəyi  sıxılıb 

yerə  səriləcəkdir.  O,  arvadının  qarşısında  acizlik  edəcəyini 

duyduğundan,  yönünü  çevirdi  və  getmək  istədi.  Ancaq  Güləsərin 

yaşarmış  gözlərini  xəyalından  çıxarda  bilmədi.  Ona  elə  geldi  ki, 

kürəyinin  ortasını  nə  isə  yandırır,  köz  kimi  deşib  ürəyinə  keçir  və

bütün  əzalarını  sızıldadır.  Elə  bil  güclü  əl  onu  yerindəcə  fırlatdı. 

Birdən  özü  də  hiss  etmədən  geri  çevrildi.  Arvadının  üzünə  baxdı, 

yenə  lal  baxışlarındakı  yalvarışı  gördü.  Astaca  addımlarla  evin 

ortasındakı  dirəyə  yaxınlaşdı,  tüfəngi  mismardan  asdı.  Arvadların 

üzünə baxmadan qapını açıb, ağır-ağır həyətə çıxdı. 



                                                                                                                                                      

90 


 

Çərkəz  təzə  düşmüş  cığırın  ortasında  dayanıb  papiros  çəkirdi. 

Burnunun  deşiklərindən  fısqırıb  çıxan  tüstü  uzun  qoşa  zolaq  kimi 

qabağa  vurur,  sonra  isə  bir-birinə  qarışır  və  süd  rəngli  havada 

əriyirdi. 

Şamxal  Çərkəzin  fısıldaya-fısıldaya  papiros  çəkdiyini  və

çiynindəki  tüfəngin  qayışını  barmaqları  ilə  didişdirdiyini  görəndə, 

silahsız  gəldiyinə  peşman  oldu.  Əlini  xəncərin  dəstəyinə  qoyub, 

"ölmək öl- 



                                                                                                                                                      

91 


 

məkdir,  xırıldamaq  nədir,  əgər  bir  balaca  əl  tərpətsə,  sıçrayıb  üstünə

cummaqdanbaşqa  əlacım  yoxdur"  -  deyə  düşündü  və  səksəkəli  halda 

irəlilədi, həyəcanını gizlətmək üçün təmkinini pozmamağa çalışdı. 

Çərkəz  yerindən  tərpənmədi.  Şamxal  ona  yaxınlaşanda  belə  başını

qaldırmadı. Dostlar xeyli sakitcə dayandılar. 

-Xeyirdimi? 

Çərkəz  hərisliklə  sümürdüyü  papirosu  yerə  atıb,  tüfəngin  qayışını    

çiynində düzəltdi. Yalnız bundan sonra Şamxalın üzünə baxdı. 

- Tüfəngin hanı? 

- Neyləyirsən? 

- Lazımdır. 

- Nəyə lazımdır? 

Şamxal  Çərkəzin  bu  saat  "Mən  yaraqsız  adama  əl  qaldırmaram.  Get 

tüfəngini  gətir,  sonra  danışarıq.  Özünü  də  bilməməzliyə  vurma",  - 

deyəcəyini gözlədi. Amma Çərkəz suala sualla cavab verdi. 

- Başımıza gələni eşitməyibsənmi?.. Qızı götürüb qaçıblar. 

Şamxal  dərindən  nəfəs  aldı.  Əlini  xəncərin  dəstəyindən  çəkib,  papiros 

qutusunu çıxartdı. Barmaqları əsə-əsə tütün eşdi. Çərkəzin heç nədən xəbəri 

olmadığını biləndən sonra daha da həyəcanlandı. 

- Yaxşı, indi fikrin nədir? 

- İşin yoxdur ki? 

- Nədir ki? 

- Gedək qızı axtaraq. 

Şamxal  sakitcə  papirosunu  sümürüb,  tüstünü  göyə  üfürdü,  Çərkəz 

dostunun  da  həyəcan  keçirəcəyini,  bu  xəbəri  eşidən  kimi    əl-ayağa 

düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. O, elə zənn edirdi ki, 

Şamxal  dərhal  tüfəngi  götürəcək,  yerin  altında  da  olsa,  Güləsəri  axtarıb 

tapacaqlar.  Çərkəz  xeyli  vaxtdan  bəri  Şamxalın  Güləsərə  meyl  saldığını

duyduğundan,  buna  daha  çox  əmin  idi.  O,  üzdə  bir  söz  deməsə  də,  bunu 

etiraf etməyə məcbur olur, elə ona görə də dar ayaqda Şamxala dərdini açıb 

kömək  istəyirdi.  Ancaq  Çərkəzin  gözlədiyinin  əksinə  bu  xəbər  Şamxalı

narahat  etmədi.  O,  sakitcə  papirosunu  sümürdü,  sonra  da  xəncərini  yana 

çəkib  çöməldi.  Çərkəz  də  tüfəngini  dizinin  üstünə  qoyub,  onun  yanında 

sallağı oturdu. Aralığa sükut çökdü. Çərkəz ondan cavab gözləyir, həm də

bir  az  tələsmək  lazım  olduğunu  söyləmək  istəyirdi.  Şamxal  isə  tüstünü 

ciyərlərinə doldurur, heç nədən xəbəri olmayan Çərkəzə nə deyəcəyini, qızı

özü götürüb 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə