İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə24/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   20   21   22   23   24   25   26   27   ...   136

                                                                                                                                                      

70 


 

Güləsər atasının fikirli-fikirli arabanın yanında dolaşdığını, anasının, əli 

qoynunda,  ocaqlara  asılmış  qazanlara,  buğlanan  ağ  samovarlara  tamaşa 

etdiyini gördü. Arvadın gözü yol çəkirmiş kimi intizam idi. Sifətində məlul-

müşkül bir ifadə var idi. Güləsər bircə an fikrə getdi. Sonra arabanın içindən 

boz  kilimi  götürüb  yerə  saldı.  Üstünə  balaca  döşəkçə  atdı.  Sarı  samovarı

çıxartdı. Arvad qızının qab-qaşıq tədarükünü görüb təəccübləndi: 

Bala, fikrin nədir? 



Heç, - deyə sakitcə cavab verən Güləsər üzünü atasına tutdu. 

Ay dədə, gəl uzan, dincəl. Mən də ocaq qalayacam. 



O, səhəngi götürüb bulağa getdi. Yarımca saatdan sonra Qoca kişinin də 

arabası yanında ocaq tüstüləndi. Qazanda nə isə dığıldamağa, sarı samovar 

poqquldamağa  başladı.  Güləsər  hələ  də  təəccüblə  ona  baxan  anasının 

boynunu qucaqladı: 

Ay ana, kimdi gəlib sənin qazanına baxan? Qoy hamı elə bilsin 



ki, biz do ocağa xörək asmışıq, çay dəmləmişik. 

Ay bala, köçün işini nə bilmək olar, birdən qonaq-zad gələr, 



biabır olmarıqmı? 

Olanda da olarıq, neyləyək. 



Doğrudan da aradan bir az keçməmiş Çərkəzlə Şamxal onların arabasına 

yaxınlaşdı.  Çərkəz  gözaltı  qaynayan  samovarı,  ocaqdakı  qazanı,  kilimin 

üstünə  uzanmış  atasını  süzdü.  Özünü  sındırmamaq  üçün  Şamxalı  süfrəyə

dəvət  etdi.  O,  Şamxalın  təşəkkür  edib  gedəcəyi  və  burada  dayanmayacağı

zənnində idi. Amma Çərkəzin gözlədiyinin əksinə Şamxal: 

Bir  stəkan  çay  içərəm,  -  deyə  onun  təklifini  qəbul  etdi.  Çərkəz 



anasının təlaş içində qaldığını, Güləsərin onsuz da dağ havasından allaşmış

yanağının  daha  da  qızardığını  və  lal  baxışlarla  nə  isə  demək  istədiyini 

anladı.  Ancaq  gec  idi.  Şamxal  Qoca  kişi  ilə  salamlaşıb  yanını  yerə

qoymuşdu. 

Güləsər sakitcə samovarın yanında oturdu. Aylarla sandıqda saxladığı və

indicə əyninə keçirdiyi qırçınlı qırmızı donunun uzun ətəyi ilə yalın ayağını

örtdü. Stəkan-nəlbəkini yuyub silməyə başladı. 

Şamxal gələndən sonra pərtləşən Qoca kişi nəhayət dilləndi: 

A bala, kasıblığın üzü qara olsun, indi səni nəyə qonaq edək? 



Heç nə lazım deyil, Qoca dayı, elə Güləsər bir stəkan çay versə

pis olmaz. 

    


 

 



                                                                                                                                                      

71 


 

Çayımız var, amma... 



Kişi  dayandı.  Sualedici  nəzərlərlə  arvadına,  sonra  da  qızına  baxdı. 

Güləsər  atasının  və  anasının  vəziyyətini  başa  düşdü,  özü  də  hiss  etmədən 

dilavərliyə başladı: 

Qəndimiz yoxdur. 



Niyə  yoxdur,  ay  bala,  ancaq  farmaşdadı.  Bu  saat  gətirərəm. 

Züleyxa  arvad  yerindən  qalxmaq  istədi.  Şamxal  Çərkəzin  qaşqabağından 

məsələni  anladı  və  onları  çıxılmaz  vəziyyətdən  qurtarmaq  üçün 

gülümsündü. 

Əziyyət  çəkməyin,  Züleyxa  xala,  sizin  çayınız  qəndsiz  də  şirin 



olar.  Güləsər  süzdüyü  çayı  Şamxalın  qabağına  qoydu  və  nə  üçünsə  başını

qaldırıb  onun  üzünə  baxdı.  Qızın  dodaqlarındakı  təbəssüm  donub  qaldı. 

Üzünə zillənən gözlərdə həm mehriban, həm də qəlbə nüfuz edən qəribə bir 

ifadə oxudu. Qız ömründə ilk dəfə duyduğu və mənasını başa düşmədiyi bir 

hissin təsiri ilə sarsıldı. Ona elə gəldi ki, üzünə zillənən gözlər köz kimi onu 

yandırıb  qarsadı.  Deyəsən,  özü  də  hiss  etmədən  bir  xeyli  beləcə  dayandı. 

Yoxsa  atası  öskürüb  bərkdən  içini  arıtlamaz,  Çərkəz  də  qaş-göz 

oynatmazdı. 

Güləsər atasının "taxsırın hamısı bu xalası göyçəkdədir," - deyə oğlunu 

göstərdiyini  və  onu  xəbərsiz  qonaq  gətirməkdə  məzəmmət  etdiyini 

eşidəndon  sonra  əlini  stəkandan  çəkdi.  Onun  qulaqları  güyüldədi. 

Samovarın  istisi  vurduqca  qızarmış  yanaqları  daha  da  pörtdü.  Kişilərin 

söhbətini güclə eşitdi. Ayağa durub uzaqlaşmaq istədisə də bacarmadı. 

Şamxal  çox  oturmadı.  Çayı  içən  kimi  ayağa  durdu.  "Ağzınız  şirin 

olsun",  -  deyə  təşəkkür  etdi.  Çərkəzlə  bərabər  arabadan  uzaqlaşmazdan 

əvvəl dönüb bir də Güləsərə baxdı. Qız onun Çərkəzə: 

Maşallah, bacın lap böyüyüb, - dediyinı aydınca eşitdi. 



Güləsər dağların kölgə saldığı cığırla güneyə doğru addımlayan Şamxalı 

və  qardaşını  xır  yoluna  qədər  gözdən  qoymadı.  Anası  onu  səsləməsəydi, 

bəlkə də axşama qədər beləcə dayanacaqdı. 

O,  süfrəni  və  stəkan-nəlbəkini  yığışdıranda  da  Şamxalın  sözləri 

qulağından getmədi. "Sizin çayınız qəndsiz də şirin olar". Bu nə demək idi? 

Necə yəni çayınız qəndsiz də şirin olar? Yoxsa o başqa söz demək istəyirdi? 

Amma qəribə gözləri var. Adamın düz ürəyinin içinə baxır. 

Qız sonralar dağda olanda da, hətta arana köçəndə də bu sözləri unuda 

bilmədi. O, hiss etdi ki, qəlbində nə isə baş qaldırır, bu xatirələr     

 

 




                                                                                                                                                      

72 


 

nə  üçünsə  onu  sevindirir,  özünə  bir  həmdərd  axtarmağa,  ürəyindən 

keçənləri  kimə  isə  danışmağa  sövq  edir.  Ancaq  bu  sirri  kimə  söyləyə

bilərdi? Onu məsxərəyə qoymazdılarmı? "Gor qızın iştabından nə keçir?" - 

deyə ələ salmazdılarmı? 

O, bəzən qara damda mitil yorğan-döşəyə bürünüb gözlərini his basmış

kərənə  zilləyir,  torpaq  divarın  yarıqlarında  cırıldaşan  gecə  böcəklərinin 

səsini  dinləyir,  bəzən  göyün  üzünə  səpələnmiş  ulduzlara  orta  bacadan 

tamaşa edərək xəyala dalırdı. Bacadan seyr etdiyi səmanın bir parçası onun 

xəyalı  tək  gah  tərtəmiz  olur,  gah  da  küləyin  qovub  gətirdiyi  dumana 

bürünüb tutqunlaşırdı. Bacadan evin ortasına düşən ay işığı azalır, onsuz da 

qaranlıq  olan  qazmaya  ürək  sıxıcı  bir  kölgə  çökürdü.  Güləsər  gözünü 

yumub yuxulamağa çalışsa da bacarmır, yerinə qor dolmuş kimi səhərəcən 

qovrulurdu.  Qız  özünün  də  ayırd  edə  bilmədiyi  hallar  keçirirdi.  Bəzən  "o 

hara,  mən  hara?"  -deyə  özünü  danlasa  da,    Şamxalın  sözləri  yenə  

qulaqlarında  səslənir,    xəyalı  gözünün  önündən  getmirdi.  Şamxal  atını

sulamağa  aparanda  bir  bəhanə  ilə  səhəngi  götürüb  Kürə  enir,  uzaqdan  da 

olsa  oğlanı  görməklə  təsəlli  tapmağa  çalışırdı.      Səhərlər  yorğan-döşəyi 

salmaq  adı  ilə  çardağın  üstünə  çıxıb  hərlənir,  Cahandar  ağagilin  həyətinə

boylanmaqdan  yorulmurdu.  Hərdən  təsadüf  onları  qarşılaşdıranda  isə

Güləsər yolunu dəyişdirib, Şamxaldan qaçır, özünü elə aparırdı ki, guya heç 

nə onu maraqlandırmır. Ancaq kürəyinə zillənən baxışları duyur, düz yolda 

ayaqları  dolaşır  və  az  qalırdı  ki,  büdrəyib  yıxılsın.  Belə  hallarda  Güləsər 

indicə ürəyinin partlayacağından qorxurdu. Bu iztirab və məchul hisslər ona 

əzab  versə  də,  xoş  və  ləzzətli  idi.  Gənclik  qəlbinin  sirlərini  məgər  axıra 

qədər  başa  düşmək  olurmu?  Orada  cücərən  meyllərin,  parıldayan 

qığılcımların, kül altında qalmış köz kimi işıldayıb sönən arzuların sayını-

hesabını  bilmək,  hansının  alovlanıb  parıldayacağını,  hansının  vaxtsız 

sönəcəyini əvvəlcədən demək olurmu?! 

* * * 


Şamxal  elo  o  gecə  kəndə  qayıtdı.  Güləsəri  meşəyə  aparmadı.  Qayığı

birbaş  Kürün  ortasındakı  balaca  adaya  sürüb,  yulğun  kolluğunda  gizləndi. 

O, iz itirmək, camaat yatandan sonra şenliyə dönmək istəyirdi. 

Güləsər əvvəlcə çox çırpındı. Adaya çatan kimi qaçıb özünü suya atdı. 

Üzüb keçmək istədi: Şamxaldan əvvəl Tapdıq qabağa keçdi. Qızı 

     


 

 



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə