İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə22/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   18   19   20   21   22   23   24   25   ...   136

                                                                                                                                                      

65 


 

Əslinə  baxsan,  Şamxala  ayrılıb  ev  tikməyi  elə  Çərkəz  məsləhət 

görmüşdü:  "Sənə  nə  var,  dədəyin  malı-dövləti  aşıb-daşır.  Əlində  on  beş

iyrimi  kənd  var.  Biçənəklərinin  ucu-bucağı  görünmür.  Torpağın  gözü  də

sizindir.  Yaman  günündə  beş-on  tağarlıq  yer  götürüb  əkib-bicərsən.  Daha 

mənim  kimi  deyilsən  ki,  -  demişdi.  -  Əgər  evinizə  qayıtmaq  istəmirsənsə, 

belə  məsləhətdir.  Qonum-qonşunun  qoltuğunda  yaşamaqdan  pis  şey 

yoxdur".  Şamxal  çox  fikirləşmiş  və  ona  haqq  vermişdi.  Bu  söhbətdən  bir 

gün sonra Şamxal qərarını ona demiş və köməkləşib ev tikmişdilər. 

Şamxal bir həftə beləcə yaşadı. 

Bir  axşam  həyətdə  oturmuşdu.  Çardağın  dirəyindən  asılan  qara  çırağın 

başına  dolanan  pərvanələrin,  xırdaca  böcəklərin  sayı-hesabı  yox  idi.  Ətraf 

yaşıllıq olduğundan, uçub işığa gələn cücülərin ardı-arası kəsilmirdi. Dirəyə

bağlanmış  at  qabağındakı  göy  otu  xımırtladırdı.  Şamxal  həmişəki  kimi  bu 

axşam da atını Kürə sulamağa aparmış, qayıdanda biçənəkdən bir qucaq ot 

çalımşdı. 

O,  içəri  keçib  taxtın  üstünə  uzandı.  Ulduzlar  sayrışırdı.  Cırcıramaların 

səsi bir-birinə qarışmışdı. Cələdəki çaqqallar səs-səsə verib ulaşdıqca kənd 

itləri hürüşürdü. Kimsə xır yolunda araba sürürdü. Təkərlər qıcıldayırdı. 

Şamxalı  fikir  götürmüşdü.  "Bəlkə  Habil  oğlu  Qasımın  yanına  getsin? 

Onun  dəstəsinə  qoşulub  çapqınçılığa  başlasın?  Maldan-qaradan  oğurlayıb 

birbaş həftəbazarına sürsün? Bircə günün içində xırıd edib paltar-palazdan 

alsın, ev-eşiyini sahmana salsın? Axı, deyirlər, çox adam bu yolla varlanıb? 

Hərçənd  bu  yolda  ölüm-itim  də  var.  Ancaq  nə  olsun,  yaranan  bir  gün 

ölməyəcəkmi?" 

O,  yanı  üstə  çevrildi.  Papiros  eşib-yandırdı.  Dalbadal  sümürüb  tüstünü 

kənara üfürdu. Yenə fikrinə davam etdi. "Yox, nahaq bu xəyallara düşürəm. 

Haramçılıqdan bir şey çıxmaz. Adam öləndə də bir şey üstündə ölər. Yoxsa 

oğurluq  üstündə  ölmək  heç  kişilikdən  deyil.  Camaat  adamın  cəmdəyinə

tüpürər". 

Şenliyin aşağısından səs-küy qalxdı. Kimsə damın üstünə çıxıb bərk qıy 

çəkdi.  Dalbadal  güllə  atıldı.  İtlər  səs-səsə  verib  ulaşdılar.  Şamxal  qalxıb 

oturdu.  Şirin-şirin  ot  yeyən  at  qulaqlarını  şəkləyib  fınxırdı.  İtlər  nəyi  isə

qovub  cələyə  doğru  apardılar.  Beş-on  dəqiqədən  sonra  hər  şey  sakitləşdi. 

Cırcıramaların səsi, Kürün qıjıltısı aydınca eşidildi, 

Şamxal  yaxında  hənirti  duyub  qulaq  kəsildi.  Göy  otluqda  araba 

surürdülər. Təkərlərin otları əzməsi və öküzlərin arabir fısıldayıb ot 

    


 

 



                                                                                                                                                      

66 


 

qoparması  eşidilirdi.  Arabaçı  tez-tez  çubuğunu  şaqqıldadır,  "ho-ho,  hiş"  - 

deyə  heyvanları  səsləyirdi.  Görünür,  o,  qabağa  düşmüş  və  yo-iz  olmayan 

yerlərdə arabanı xəndəyə salmaqdan ehtiyat edirdi. Şamxal gələnlərin ötüb 

gedəcəyini  zənn  etdi.  Ancaq  səs-küy  yaxınlaşdı.  Araba  düz  işığa  gəldi. 

Şamxal nökərləri Tapdiğı tanıdı. 

-

Xoş gördük, ağa. 



-

Xoş gördük, hara belə? 

-

Heç hara, elə sənin yanına gəlmişəm. 



-

Bəs bu araba-zad nədir? 

-

Paltar-palazdır. Xanım göndərib. 



-

Qaytar geri, mənə heç nə lazım deyil. 

Indiyəcən  arabanın  üstündən  düşməyib,  qardaşının  nə  deyəcəyini 

gözləyən  Salatın  dözmədi.  Yerə  enib  bnun  yanına  gəldi.  Quş  kimi 

qanadlanıb Şamxalın boynuna sarıldı. 

Qurbanın olum, ay qağa, nə təhərsən? 



Bacısının  onu  duz  kimi  yalaması  Şamxalı  qəhərləndirdi.  Qızın  saçını 

sığallayıb üzündən öpdü. Kirimişcə: 

Anam nə təhərdir? - dedi. 



Yaxşıdı.  Elə  fikri-zikri  sənsən.  Evin  də  mübarək.  Bəs  təkcə 

darıxmırsan? 

Əlacım nədir? - deyə Şamxal sakitcə dilləndi. 



Salatın  onun  kövrəldiyini  hiss  etdi.  Fürsəti  əldən  verməyib  üzünü 

Tapdığa tutdu: 

Tez ol, şeyləri boşalt. 



Heç nə lazım deyil. 

Bıy,  dərdin  ürəyimə,  ə,  nə  danışdığındır?  Quru  yerdə  ha 



yatmayacaqsan? Evdə palaz-paltar olmazmı? 

Özüm hamısını düzəldərəm. Onun mənə heç nəyi lazım deyil. 



O  kimdir?  -  Salatın  dayandı  və  qardaşının  atasına  işarə  etdiyini 

başa düşdü. - Gətirdiyimiz şeylərin hamısı anamındır. Öz cehizindəndir. 

Tapdıq bacı-qardaşın başı qarışdığından istifadə edib, arabadakı yüklərin 

bəzi  qismini  boşaltdı.  Salatın  Şamxala  imkan  vermədi.  Çırağı  götürüb 

qabağa keçdi. 

Gəl görüm, evin necədir? 



Onlar çardağı keçib içəri adladılar. Salatın his verən qara çırağı yuxarı 

qaldırdı.  İri  və  vahiməli  kölgələr  torpaq  döşəmədə  gəzdi,  divarlara  düşdü, 

bəzən də tavana qalxıb pərdələrdə dolaşdı. 

    



                                                                                                                                                      

67 


 

Salatın  boş  evin  ortasında  dayandı.  Divar  nəm  idi.  Yaş  kərən  və

Pərdələrdən az qala su damırdı. Evin içi bomboş idi. Taxtın üstündə bir cırıq 

palazda yox idi 

A bacın ölsun, burda necə yatırsan? 



Birtəhər. 

 Özümü öldürrəm, səni bu cür qoymaram. 

Onlar ay doğana qədər əlləşdilər. Gətirdikləri şeylərin hamısını dasıyıb 

içəri doldurdular. Tapdıq geri qayıtdı. Salatın qardaşından ayrılmadı. 

Səni tək qoyub, heç yana gedən deyiləm. 



Onlar  elə  həyətdə,  çardağın  altında  yer  saldılar.  Ay  yuvarlanıb  yuxarı 

qalxmışdı. Təpələrin, çöllərin üzərinə solğun işıq çilənmişdi. Çəmənlərdən 

biçilmiş ot qoxusu gəlirdi. Onların gözünə yuxu getmirdi. 

Sabah  evini  silib-süpürəcəm.  Divarlara  kilim  tutacam.  Yorğan-



döşəyini  yük  yerinə  yığacam.  Qab-qacaq  da  gətirmişəm.  Anam  hər  şey 

göndərib. Görək indi sözün nə olacaq. Bizi tək qoyub qaçdın. Heç insafın 

yoxdur? 

-

Özün gördün ki? 



-

Gördüm. Ancaq nə olsun, atandır. Hirslənmişdi. Gəl qayıdaq. 

-

Az  danış,  ağzın  yekə  olar,  -  deyə  Şamxal  zarafata  salıb  bacısını 



susdurdu.  Yorğanı  çiyninə  çəkib,  kürəyini  ona  doğru  çevirdi.  Salatın 

qardaşını arxadan qucaqlayıb büzüşdü. 

10 

Güləsər  gecikmişdi.  Səhər  tezdən  ev-eşiyi  süpürmüş,  qızlarla  pencərə



getmiş,  geri  qayıdanda  səhəngin  boş  olduğunu  görmüşdü.  Atası  indicə

gələcəkdi.  Çərkəz  də  axşamüstü  evə  dönəcəkdi.  Heç  olmazsa  onlara  bir 

stəkan çay vermək lazımdı. 

O,  səhəngi  götürüb  birbaş  Kürə  yollandı.  Gün  yaxmışdı.  Kəndin  qərb 

tərəfindəki  hündür  təpələrin  zirvəsi  narıncı  rəngə  boyanmışdı.  Sahildəki 

söyüd  ağaclarının  budaqları  qızılı  rəngə  çalırdı.  Güləsər  hündür  yarğanın 

yanından  sola  burulub  cığırla  aşağı  endi.  Çəmənlikdə  oynaşan  uşaqlar 

malları  qabağına  qatıb  kəndə  doğru haylayırdılar.  Lap  uzaqda bir oğlan at 

çapırdı.  Ətrafa  sərinlik  gətirən  kölgə  çökürdü.  Güləsər  addımlarını

yeyinlətdi. Suyun yaxası boyu uzanan yarğanın qaşı ilə 

  

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə