İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə21/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   17   18   19   20   21   22   23   24   ...   136

                                                                                                                                                      

62 


 

Kişi oğlunun şini düşmüş təkərlə oynamasını əbəs zəhmət hesab etsə də, 

bir  şey  demədi.  Arabanın  cağları  çürümüşdü.  Təkərlərin  əyrisi  çatlayıb 

aralanmışdı.  Deyəsən,  ox  da  qacıyıb  əyilmişdi.  Belə  bir  arabanı

sazlamaqdansa,  təzəsini  bağlamaq  daha  asan  olardı.  Bir  də  axı  bu  əziyyət 

nəyə lazımdır? Onlar ki, dağa köçən deyildilər. 

Kişi çiynindəki kəndiri həyətə atdı. İslanmış corablarını talvarın üstünə

tulladı. Çarıqlarını qızına verdi. 

-  A  bala,  elə  yerə  qoy  ki,  it-pişik  aparmasın.  Zəhrimar  islanıb  cılğıya 

dönüb. 


Güləsər  atasının  altı  deşilmiş  çarığını  gözdən  keçirdi  və  içəri  adladı. 

Orta ocaqda korun-korun yanan kötüyün ucunu vurub qorlandırdı çır-çırpı

yığıb  üstünə  tökdü.  Ocaq  tüstüləndi.  Ətrafı  boğaz  acışdıran  göyümsov  bir 

tüstü  bürüdü.  Bu  duman  bir  müddət  laylanıb  evin  içinə  çökdü  və  yavaş-

yavaş  orta  bacadan  burulub  çıxdı.  Qız  bir-iki  dəfə  ocağı  püflədisə,  odun 

yanmadı. Güləsər göz yaşını və buruunu silib, uzun donunun ətəyi ilə ocağı

yellədi.  Kösövlər  çatırdadı  və  birdən  alışıb  parıldadı.  Tüstüdən  nəfəsi 

kəsilən Güləsər eşiyə çıxdı. 

Ay dədə, sənə pencərmi bişirim, balıqmı? 



Pencər yaxşıdır. Heç bu il nübar eləməmişəm. İstəyirsən balığı 

da pörtdət. 

Çərkəz  fırladıb  o  üz-bu  üzünə  baxdığı  təkəri  əlindən  buraxdı.  Təkər 

həyətin ortasında dığırlanıb bir-ikı dövrə vurdu və göy otluğa düşdü. Onun 

şini cingilti ilə çıxıb, təkərdən üç-dörd addım kanardakı çokəyə yuvarlandı. 

Çərkəz əlınin tozunu silib, taxtın üstündə oturan atasına yaxınlaşdı. 

Ay dədə, deyəsən, balıq tutmusan, hanı, göstər görüm? 



Sən tutduğun balığı mənə göstərdinmi, mən də göstərim? 

Sən mənim balıq tutduğumu hardan bilirsən? 



-Bilirəm, ay xalası göyçək. 

Kişi oğlunun üzünə baxıb, xırıltılı  səslə güldü. Çərkəz əvvəlcə atasının 

qıyıq gözlərinə, sonra da ocağın kənarında eşələnən bacısına baxdı. 

Balığı kimnən tutmuşdun? 



Şamxalnan. 

O bizə gəlmişdi? 



Hə, - deyə Çərkəz cavab verdi və qaşqabağı tökülən atasına 

baxdı. -Nə olarki? 

Heç, - deyə kişi sakitcə dilləndı. 



  

 

 




                                                                                                                                                      

63 


 

Bir  azdan  yağda  qızardılmış  soğan  iyi  ətrafa  yayıldı.  Güləsər  iri  mis 

cama  çəkdiyi  pencəri  atasının  qabağına  qoydu.  Özü  isə  Çərkəzlə  yanaşı

oturdu. Sarımsaqlı qatığı irəli çəkib bir-iki qaşıq pencərin üstünə tökdü. 

„Ay  dədə,  -  dedi,  -  sarımsaqlı  yaxşıdır.  İştahan  açılar.  Balığa  da 

asmışam. Bu saat hazır olar. Soyutma bişirirəm. 

Qoca  kişi  qızının  bu  mehribanlığına  qarşı  necə  minnətdarlıq  edəcəvini 

bilmədi.  Ancaq  onun  üzünə  baxıb  gülümsəməklə  kifayətləndi.  Camı

qabağına çəkib bardaş qurdu. Çörəkdən kəsib pencəri çömçələdi. 

Kisi  quru  çörəyi  dişsiz  damağında  övkələdikcə  çənəsi  şaqqıldayır, 

gicsahlarındakı  damarlar  oynayırdı.  O,  tez-tez  əyilib  fətir  götürən  qızım 

gözaltı süzürdü. Güləsər böyümüşdü. Heç bir il bundan qabaqkı arıq, quru 

qıza  oxşamırdi.  Elə  bil  rəngi  də  ağarmışdı.  Döşləri  nimdaş  qoftasını  dik 

tuturdu. Kişi bunun fərqinə indi vardığından, təəccüblə ona baxır, deməyə

söz tapmırdı. O indiyə qədər Güləsəri uşaq hesab edirdi. Amma bu gün elə

bil yuxudan ayılmışdı. 

Güləsər qardaşı ilə bir qabda xörək yeyirdi. Tez-tez şitlik edir, Çərkəzin 

qabağındakı pencəri çömçələyib götürürdü. Qardaşını cinləndirib xısın-xısın 

gülürdü.  Kişi  görürdü  ki,  qızı  şuxluq  edir.  Zarafatlaşmaq,  əzilib-büzülmək 

istəyir.  Gözləri  oyur-oyur  oynayır.  Yanaqları  rəngdən-rəngə  düşür. 

Güləsərdə ilk dəfə müşahidə etdiyi bu hal kişini hürkütdü. "Günü qara lap 

özünü açıb, - deyə xəyalından keçirdi, -indidən mazaqlaşmaq istəyir. Allah 

sizin  damazlığınızı  kəssin.  Boyları  bir  qamçı  olan  kimi  adamın  belinə 

sıçrayırlar". 

Onun iştahası qaçdı. Camı geri itələyib, əllərini şalvarının dizinə çəkdi. 

Güləsər atasının dayandığını görüb təəccüblə soruşdu: 

Niyə yemədin, ay dədə, yoxsa xoşuna gəlmədi? 



Yox, qızım, çox sağ ol, ağzın şirin olsun. Doydum. 

Güləsər qabı götürdü. 

Bu saat balıq gətirim, - deyə ayağa durdu. 



Kişi onun arxasınca baxdı. Qoşa hörükləri görəndə xəyalı uzaqlara getdi. 

Qız  lap  anasına  oxşayırdı.  Boyu,  buxunu,  yeriyəndə  boynunu  bir  az  yana 

əyməsi lap Züleyxa idi. O da bunun kimi ortaboylu, tökməbədənli idi. "Yox, 

qız lap yetişib, gözdə-qulaqda olmaq lazımdır". 

Kişi taxtın üstünə uzandı. Güləsər köhnə bir mütəkkə gətirib onun 

başının altına qoydu. Qoca kişi qəlyanını doldurdu. Arxalığının cibindən 

çaxmağını çıxardıb qovu alışdırdı. Qəlyanın üstünə qoyub sümürdü. 

Baş barmağı ilə közərmiş tütünü basıb, çubuğunu tüstülətdi. Kişini fikir 

gotürdü... 

  



                                                                                                                                                      

64 


 

Şamxal  kəndin  kənarında,  biçənəklərin  üst  tərəfindəki  təpənin  qaşında 



özünə  ev  tikdi.  Kənd  cavanları  ona  kömək  etdilər.  Birləşib  yer  qazdılar. 

Meşədən  dirək,  kərən  gətirdilər.  Üç  gün  gecəli-gündüzlü  işləyəndən  sonra 

qazma daxmanın üstünü örtdülər. 

Damın  pərdilərini  Şamxal  özü  örtdü.  Enli  qovaq  ağaclarını  doğrayıb 

ortadan  yardılar.  Səliqə  ilə  yonub  yan-yana  qoydular.  Şamxal  evin  dal 

tərəfindən balaca bir pəncərə açdı. Uşaqların hardansa tapib gətirdikləri bir 

parça  şüşəni  ora  saldı.  Qara  damın  həyətində  iri  bir  çardaq  da  tikdilər. 

Şamxal  özü  çardağın  ətrafını  yulğun  çubuğu  ilə  hördü,  torpağın  süzülüb 

axmasının  qabağını  aldı.  Həyətdəki  ot-ələfi  təmizlədi.  Harda  xırman 

açacağını, samanlığı, tövləni harda tikəcəyini indidən müəyyənləşdirdi. 

Kənd  camaatı  əvvəlcə  bu  işə  təəccüb  etdi.  Şaraxalın  yanına  gəlib  onu 

danlayan ağsaqqallar da oldu. Ancaq o, sözündən dönmədi. 

Bu  xəbər  Cahandar  ağanı  təəccübləndirmədi.  "Tərs  oğlu  tərs,  südünə

çəkib, - deyə ürəyində onu yamanladı. - İnadın birıdir. Bilirdim ki, axırı belə

olacaq".  O  bu  işə  bir  tərəfdən  sevinir,  oğlunun  öz  atasına  belə  boyun 

əymədiyıni, kişi kimi sözünün üstündə durduğunu bəyənirdi. O biri tərəfdən 

də onun, Cahandar ağanın oğlunun qara damda yaşamasını şəninə sığışdıra 

bilmirdi. "Bir gün ağıllanar, başı əlhəd daşına dəyib geri qayıdar" - deyirdi. 

Ancaq  onun  gözlədiyi  kimi  olmadı.  Bir  dəfə  ilxıçılar  xəbər  gətirdilər  kı, 

Şamxal çəmənliyə gəlib ayağı səkil qaşqa atı aparmışdır. O heç kəsə heç nə

demədən birbaş ılxının içinə girib atı yallamış və quş kimi sıçrayıb belinə

qalxmışdı.  Dikdiri  çıxıb  kəndə  doğru  gedyn  atlının  qabağına heç  kəs  keçə

bilməmişdi. Bu xəbər Cahandar ağanı hirsləndirsə də dinməmişdi. 

Əri iIə küsü saxlayan Zərnigar xanım da buna dözə bilməmiş, "Axır ki, 

istəyinə çatdın. İndi ürəyin dincəlsin", - deyə ərini sancmışdı. Cahandar ağa 

oğlunun  yenə  nə  isə  aparacağını  gözləyirdi,  ancaq  Şamxal  bir  daha 

buralarda hərlənməmişdi. 

Şamxal divarından nəm qoxusu gələn daxmada tək yaşayırdı. Onun nə

yorğan-döşəyi,  nə  künc-bucağında  yeməyə  bir  şeyi  vardı.  Əvvəlcə  ayrı

yaşamaq  ona  çox  asan  gəlirdi.  Amma  özünə  ev  tikəndən  ikicə  gün  sonra 

belə  yaşamağın  çətinliyini  dərk  etdi.  Hətta  bir-iki  dəfə  qəsdləndi  ki,  atını

minib  dayısıgilə  getsin.  Sonra  fikrindən  daşındı.  Çərkəzgilə  getməyə  də

arlandı. 

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə