İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə17/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   13   14   15   16   17   18   19   20   ...   136

                                                                                                                                                      

51 


 

 Allahyar ertəsi günü tezdən binələrə yola düşdü. Qocalar cəsədi 

basdırdıqları  yeri  ona  nişan  verdilər.  Allahyar  qumu  qazdı.  Meyit 

indi  daha  da  tanınmaz  olmuşdu.  Yarım  saata  qədər  cəsədi  diqqətlə

nəzərdən keçirən Allahyar arvadına oxşar bir nişanə tapa bilmədi. Nə

əynindəki paltar paltara, nə də cəsəd insana bənzəyirdi. Amma boy-

buxununa  uyğun  gəlirdi:  görünür,  qadın  həm  cavan,  həm  də  ətli-

əndamlı imiş. Nəhayət, onun barmağındakı üzük Allahyarı çaşdırdı. 

O,  cəsədi  aparmağı  qərara  aldı.  Allahyar  evə  çatıb  meyiti  gətirmək 

üçün araba sazladığı vaxt doqqazda bir atlı onu çağırdı. Onlar yarım 

saata  qədər  xısın-xısın  söhbət  etdilər.  Atlı  içəri  keçmədi.  Allahyar 

tələsik  geri  qayıtdı.  Arabanı  qoşan  nökərə:  "Heç  nə  lazım  deyil, 

öküzləri aç,  arabanı  da yerinə  çək.  Tez  ol,  atı yəhərlə", - dedi. Özü 

isə evə keçib, tüfəngini və qoltuqaltısını götürdü. Atın belinə qalxdı. 

Sual dolu gözərini onun üzunə dikən anasına heç nə demədi. 

Atlılar  kənddən  uzaqlaşdılar.  Allahyarın  dodaqları  astadan 

tərpənir, titrək barmaqları tüfəngin tətiyində oynayırdı.  

Əlləri  qoynunda,  eyvanın  dirəyinə  söykənib  selləmə  bahar  yağışına 



tamaşa  edən  Salatını  fıkir  götürmüşdü.  Şamxal  evə  qayıtmamışdı.  Onun 

hara  getdiyini  dəqiq  bilən  yox  idi.  Atasının  qorxusundan,  bir  də  söz-

söhbətdən  xoşu  gəlib  ara  qızışdıran  arvadların  üzünü  görmək 

istəmədiyindən evdən eşiyə çıxmamışdı. Anası da o gündən bəri ağzı üstə

döşənib qalmışdı. Ev suyu soğulmuş dəyirmana dönmüşdü. 

Cahandar ağa ailəsini o taya, meşəyə, binəyə göndərmək istəmişdisə də, 

Zərnigar xanım: "Bircə onu görməyəcəksən, - deyə kişisinə cavab vermişdi. 

- Bizi başından eləyib, yerini xəlvətləmək istəyirsən, bacarmayacaqsan! 

Kişi  hirsindən  boğulsa  da,  heç  nə  deməmiş,  dinməz-söyləməz  çıxıb 

getmişdi.  Salatın  duyurdu  ki,  atası  əziyyət  çəkir,  tutduğu  işə  peşmandır. 

Ancaq tüpürdüyünü yalaya bilmir. 

Mələk  də  çıxılmaz  vəziyyətdə  qalmışdı.  Dava-dalaşın  səhərisi  günü 

Zərnigar xanımın yanına getmişdi. Salatın onun qorxa-qorxa, ölümə gedən 

adamlar kimi, ayağını sürüyə-sürüyə necə içəri girdiyini unuda bilmirdi. 

  

 

 




                                                                                                                                                      

52 


 

Mələyin  bədəni  əsirdi.  Elə  bil  qızdırmadan  yenicə  durmuşdu.  Salatın 

onların  yenidən  dalaşa  biləcəklərindən  ehtiyatlandı  və  Mələyin  arxasınca 

sakitcə içəri girdi. Zərnigar xanım günüsünü görən kimi yerindən dik atıldı

və  naqafil  üstü  alınmış  pələng  kimi  hücuma  hazırlaşdı.  Gəlin  onun  burun 

pərələrinin  genişləndiyini,  sinəsinin  qalxıb-endiyini  gözlərinin  oynadığını

görsə  də  dinmədi,  bir-iki  addım  irəli  gəlib  sakitcə  arvadın  qabağında 

dayandı. Otağa sükut çökdü. Salatın atıasının fısıltısını aydınca eşitdi. 

-

Başını yuxarı qaldır! 



-

Sənnən deyiləm?! 

-

Ay  həyasız,  yoxsa  utanırsan,  gözümün  içinə  baxa  bilmirsən?! 



Mələk  sinəsinə  enmiş  başını  qaldırıb  Zərnigar  xanımın  üzünə  baxdı.  Bir 

xeyli  beləcə  dayandılar.  Salatın  gördü  ki,  anası  gözləri  ilə  gəlini  yemək 

istəyir.  Onun  yanaqlarına,  qaşlarına,  hələ  iz  düşməmiş  alnına,  azca 

aralanmış dodaqları arasından parıldayan dişlərinə, genişlənmiş bəbəklərinə, 

qonur  gözlərinin  həlqəsində  parıldayan  yaşına,  hirsini  və  daxildən  qopub 

gələn  hönkürtüsünü  boğub  göz  yaşını  saxlamaq  istədikcə  kənarı  səyriyən 

dodağına,  əzələləri  büzüşən  çənəsinin  zənəxdanına  hərisliklə  baxır.  Arvad 

elə  bil  onun  sifətindəki  hər  bir  cizgini  yadında  saxlamağa  çalişır,  gəlinin 

ürəyindən keçənləri göz bəbəyindən oxumaq istəyirdi. 

Salatın  anasının  ani  olaraq  köks  ötürdüyünü,  qollarını  yanına  salıb 

dayandığını  və  beləliklə  də  Mələyin  daha  gözəl,  daha  cazibədar  olduğunu 

dərk  etdiyini  duydu.  Arvad  sanki  təslim  oldu:  hirsindənmi,  acizliyini  dərk 

etdiyindənmi,  nədənsə,  geri  döndü  və  birdən  gözü  bədənnüma  güzgüyə

sataşdı. Mələk ona baxırdı. Onlar qarşı-qarşıya dayanmışdılar. 

Zərnigar  xanımın  gözləri  güzgüdə  oynadı.  Gah  özünə,  gah  da  Mələyə

baxdı. Saçlarına dən düşdüyünü yenicə görürmüş kimi donub qaldı. Yalnız 

bir an, bircə an fikrə getdi, Zil qara, qıvrım saçlı Mələyin məzlum görkəmi 

onu  daha  da  hirsləndirdi.  Salatın  anasının  titrədiyini  və  birdən  geri  dönüb 

gəlini  şillələdiyini  gördü.  Özünü  irəli  atmaq  istədisə  də  bacarmadı.  Anası

onu döşündən geri itələdi. Elə Mələk də mane oldu. Astadan "işin yoxdur", 

-  deyə  pıçıldadı.  Kirpiklərində  titrəyən  yaş  yuvarlanıb,  yanaqlarından 

süzülsə  də,  səsini  çıxartmadı.  Dodaqlarını  dişləyib,  hıçqırığını  boğdu. 

Özünü şax tutdu. Zərnigar xa- 

     


 

 



                                                                                                                                                      

53 


 

nın  daha  da  hirsləndi.  Gəlinin  üzünə,  gözünə  döyəclədi.  Saçlarını

dartışdırdı.  Çəkib  donunun  yaxasını  cırdı.  İtələyib  yıxmaq  istədi.  Mələk 

tərpənmədi. Onun yorulub dayanmasını gözlədi. Zərnigar xanım əlləri 

ağrıyıncaya qədər onu döydü və birdən kökündən kəsilmiş ot kimi taxtın 

üstünə  çökdü.  Mələk  də  bunu  gözləyirmiş  kimi  onun  qarşısında  dizi  üstə

düşüb başını Zərnigar xanımın sinəsində gizlətməyə çalışdı Arvad əvvəlcə

onu  itələyib  özündən  uzaqlaşdırmaq  istədi.  Ancaq,  nədənsə,  dayandı. 

Salatın anasının öz günüsünün başını sinəsinə sıxıb hönkürtü ilə ağladığını

gördü. Yalnız bu vaxt Mələk bayaqdan güclə saxladığı göz yaşını axıtmağa 

başladı. Onlar ağır fəlakətə düşmüş və dar gündə rastlaşıb, bir-birinə həyan 

olan doğma adamlar kimi qucaqlaşıb hönkürüşdülər. 

Salatın da onlara qoşuldu... 

Neçə  gündən  bəri  sinəsini  sıxıb,  nəfəsini  kəsən  ağrılardan  can  qurtarıb 

yüngülləşən  Mələk,  nəhayət,  başını  yuxarı  qaldırdı.  Onun  yanaqları

islanmışdı.  Pırpızlanmış  saçından  ayrılan  qıvrım  telinin  bir  qismi  üzünə

yapışmışdı.  Kirpikləri  yaş  idi.  O,  əlini  üzünə  çəkib  saçını  geri  elədi. 

Qızarmış gözünü Zərnigar xanıma zillədi. Körpə uşaq kimi hıçqırdı. 

-

Məni öldür, ancaq evdən qovma. 



-

... 


-

Çevir balalarıyın başına, ömürlük qaravaşın ollam. 

Zərnigar  xanım  heç  nə  demədi.  Mələyin  döşündən  itələyib  astaca 

özündən uzaqlaşdırdı. 

Çıx get, öz dərdim özümə bəsdir. 



Məndə nə taxsır var? 

-Rədd ol, dedim sənə! 

Mələk gəldiyi kimi də sakitcə qapıya yaxınlaşdı. Astanada qanrılıb çiyni 

üstündən  Zərnigar  xanıma  baxdı.  Arvad  büzüşüb  oturmuşdu.  Onun  məlul-

müşkül görkəmi qurğuşun siqlətli daşları da əridərdi. Görünür Mələk buna 

dözmədi. Geri döndü. Qollarını açıb arvadın üstünə yeridi. Onu qucaqlayıb, 

əllərini öpməyə başladı. 

Kaş öləydim, səni dərdə salmayaydım... 



Mələk  gedəndən  sonra  Zərnigar  xanım  taxtın  üstünə  döşəndi.  hönkür-

hönkür ağladı. Anasının yanını kəsdirən Salatın nə qədər çatışdısa da, onu 

ovundura  bilmədi.  O,  başa  düşə  bümirdi  ki,  Zərnigar  xanımı  bu  saat 

sakitləşdirmək mümkün deyil. Arvad özünün itilirilmiş -ənclıyinə, gəlinkən 

saçlarına dən düşüb, eşqindən yarımadığına ağlayırdı. O nə qədər çalışsa da, 

ərini bir daha özünə ram edib, geri qaytara 

   

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə