İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə16/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   12   13   14   15   16   17   18   19   ...   136

                                                                                                                                                      

48 


 

Anası ona yer saldı. Allahyar özünü sakit göstərməyə çalışsa da səhərə

qədər  yata  bilmədi.  Gözünü  qaranlıqda  tavana  zilləyib  dayandı.  Başının 

altındakı yastıqdan Allahyara tanış bir qoxu gəlirdi. O, Mələyin sinəsindən 

və  saçından  gələn  mixək  iyinə  bənzər  rayihəni  hələdə  unuda  bilmirdi. 

Əslinə  baxsan,  Allahyarı  əvvəlki  arvadlardan  Mələyə  daha  çox  bağlayan 

qızın bədəninin ətri idi. Ənlik-kirşan çəkməyən üstünə gül suyu çiləməyən 

bu gəlinin bədənində onu ən ağır dəqiqələrdə belə məst edən, xoş bir qoxu 

vardı. 

Mələyin ətri yorğan-döşəyə hopmuşdu. Allahyar əvvəllər buna o qədər 



fikir  verməmişdi.  Amma  indi,  arvadının  xəbərsiz-ətərsiz  yoxa  çıxdığı  bir 

vaxtda,  yastığa  çökmüş  tanış  və  bir  qədər  də  doğma  bir  insanın  ətri  ona 

rahatlıq vermirdi. Allahyara elə gəlirdi ki, Mələk onun yanındadır. Yanaşı

uzanıbdır. Arvadının saçı onun üzünə toxunur. 

İnsan  çox  zaman  qiymətli  bir  şeyi  əldən  verəndən,  onun  qədrini 

bilməyib  itirəndən  sonra  ayılır.  Hər  gün  görsə  də,  qəlbinin  duymadığı, 

nəfəsinin  ətrini  hiss  etmədiyi  bir  adam  ondan  uzaqlaşandan  sonra, 

qəlbindəki boşluğu görür və gecə-gündüz xiffət çəkir. İndi Allahyar da belə

idi.  O,  ömründə  ilk  dəfə  doğma  bir  adamın  yoxluğunu  duyurdu.  Əgər  bu 

saat  Mələk  yanımda  olsa,  onunla  bir  yastığa  baş  qoysa,  nə  gözəl  olardı! 

Allahyar  onun  saçını  sığallayıb,  sinəsini  qoxulamazdımı?  Səhər  şəfəqləri 

pəncərə şüşələrində oynayana qədər onun mışıltısına  qulaq asmazdımı?! 

Allahyar  yerin  içində  çevrilir,  öz-özünü  tanıya  bilmirdi.  Ona  nə

olmuşdu? İndiyə qədər qəlbinə yad olan bu hisslər hardan gəlib çıxmışdı? 

Nə üçün o titrəyirdi? Məgər Mələyi azmı döymüşdu? Onun gözünün yaşını

azmı  axıtmışdı?  Azmı  onun  sinəsini  yumruqlamışdı?  Bəs  indiyəcən  onun 

ətrini  niyə  duymamışdı?  Hələ  şəhərdən  arvadının  yoxa  çıxması  xəbərini 

eşidəndə  dişini-dişinə  sıxıb  söyüş  söyən,  "əlimə  keçən  kimi  səni  tikə-tikə

doğrayacağam", - deyən o deyildimi? Elə bircə saat bundan əvvəl yol uzunu 

onu asıb-kəsmirdimi? İndi birdən-birə ona nə oldu? Yoxsa Mələyi sevirdi? 

Yoxsa  indiyəcən  qəlbinin  harasındasa  mürgüləyib  yatan  hisslər  çılğın  bir 

ehtirasla oyanıb baş qaldırmışdı? 

Allahyar  heç  nə  anlamırdı.  Gözünü  tavana  zilləyib  xəyalən  arvadını

axtarırdı.  Gah  onu  sağ-salamat  tapıb  gətirir,  gah  da  çiləkənlərin  altından, 

burulğanlardan dartıb çıxardırdı. 

Ətraf  səssiz  idi.  Onun  qulaqları  güyüldəyirdi.  Arabir  buxarının 

yanındakı qarafatmaların cırıltısı eşidilirdi. 

  

 



 


                                                                                                                                                      

49 


 

*** 


Allahyar  səhər  tezdən,  nökəri  yola  salandan  sonra,  atı  minib 

Kürün sahilinə endi. Yarğanların dibinı, çiləkənlərin ətrafını, yulğun 

kolluğunu saymazyana axtardı. Atını sürüb çay aşağı uzaqlara getdi. 

Balaca  adacıqları,  suyun  şıldır  yerində  qurulayan  qaraltıları

nəzərdən  keçirdi.  Tez-tez  atının  başını  saxlayıb,  göyün  üzündə

fırlanan  quşlara  baxdı.  Qarğa-quzğunun  bir  yerə  toplanıb-

toplanmadığını  yoxladı.  O  hələ  hec  kəsə  heç  nə  açmaq  istəmirdi. 

Bəzən öz-özünü danlayır, nahaq  bu  fikrə    düşdüyünə  söylənirdi. O, 

arvadının  ölümünə  inanmırdı.  Axşamüstü  nökərin  geri  qayıdacağını

və  Mələyin  əmisigildə  olduğu  xəbərini  gətirəcəyini  gözləyirdi. 

"Yaxşı, bəs niyə belə xəlvəti gedib! Nə üçün anama bir şey deməyib? 

Əgər gedibsə, bəs niyə evinə qayıtmir?". Şübhələr yavaş-yavaş onun 

qəlbinə  hakim  olurdu.  "Yəqin  başi  əlində  deyil.  Yoxsa  bir  xəbər 

çıxardı. Bəlkə heç özünü suya atmayıb? Birdən ayağı sürüşüb? Axı o 

üzmək bilmirdi. Axmış olsa bir yerdə qurulamazdımı?" 

Allahyar  atını  sürür,  o  tərəf-bu  tərəfə  boylanırdı.  Suda  çimib, 

qumluqda  eşələnən  uşaqların  yanında  bəzən  ayaq  saxlayıb,  onları

dilləndirirdi. Uşaqlar axan meyit görsəydilər, dərhal deyərdilər. 

Allahyar  axşama  qədər  bəri  üzü  axtarmağı  qərara  aldı.  "Əgər 

nökər əliboş qayıtsa, sabah o biri sahili də gəzərəm", - deyə düşündü. 

Günün  qulağı  əyilib  axşama  dönəndə  Allahyar  geri  qayıtdı. 

Birdən  yulğunluqların  o  tərəfindo,  yarğanın  dibində,  qarğa-quzğun 

dolaşdığını gördü. Ürəyi az qaldı ki, oynayıb yerindən qopsun. Rəngi 

saraldı.  Atını  mahmızlayıb  Kürdən  ayrılan  balaca  qoldan  keçdi. 

Yulğun  kollarını  yara-yara  quşların  firlandığı  yerə  yaxınlaşdı. 

Qarğalar  onu  görüb  kənara  qaçdılar.  İri  bir  quzğun  isə  özünü  suya 

çırpır,  yenə  də  havaya  alxırdı.  Allahyar  atdan  düşdü.  Ürəyi  əsə-əsə

gölməçəyə yaxınlaşdı. 

Orada  nə  isə  qaralırdı.  Quşlar  dimdiklədikcə  çırpınıb,  suyu 

şappıldadırdı. Allahyar iri bir naqqanın quruladığını görüb sakitləşdi. 

Görünür, daşanda balaca qola gəlib bu gölməçəyə düşən naqqa geri 

qayıda bilməmişdi. Quşlar onun belini didib parçalamışdılar. 

Allahyar  atını  minıb  uzaqlaşdı.  Qarğa-quzğun  yenidən  balığın 

üstünə töküldü... 

O  nökərlə  bir  vaxtda  evə  çatdı.  Eşitdiyi  xəbərdən  məyus  oldu. 

Dinməz-söyləməz içəri keçib üzüqoylu taxtın üstə döşəndi. 




                                                                                                                                                      

50 


 

*** 


Üç gündən sonra Kürün lap aşağısında, binələrin bərabərində, bir  

qadın meyitinin qurulaması xəbəri kəndə yayıldı. Deyilənə görə, malı

sulamağa aparan uşaqlar heyvanların böyrüşüb geri qaçdığını görmüş

və  hürkən  mallardan  qabaq  özləri  təngnəfəs  halda  binəyə

qaçmışdılar.  Onun  söylədiklərinə  qulaq  asan  qocalardan  bir  neçəsi 

sahilə  gəlmiş  köpüklü  suyun  kənarında  uzanan  meyitə  baxmışdılar. 

Ləpələr cəsədi kənara atmışdı. Suda çox qaldığından qaralan və şişən 

meyit  tanınmaz  hala  düşmüşdü.  Əynindəki  paltardan  nişanə

qalmamışdı. Sualtı daşlar baş-gözünü əzmişdi. Qadının ayaqları hələ

də suda idi. Ləpələr tərpətdikcə cəsəd yırğalanırdı. 

Qoca bu kimsəsiz meyiti kənara çəkmiş, elə oradaca, qumun içinə

basdırmışlar. "Bir gün sahibi gəlib çıxar", - deyə arxayınca evlərinə

dağılışmışlar. 

Bu  hər  şenliyə  yayılan  kimi  pıçıldaşmalar  başladı.  Allahyar  nə

qədər  çalışsa  da  sirr  açılmış,  Mələyin  yoxa  çıxması  hamıya  məlum 

olmuşdu.  Əlində  çatı,  buzovu  mala  qatan  arvadlar  bir-birini  görən 

kimi xosunlasırlar. 

Mələyin başına gələni eşidibsənmi? 



Esmişəm. Deyirlər yazıq özünü yarğandan atıb. 

Heç ağlım kəsmir. 



Bəs nə  olar? 

Kim bilir? 



Yəni  deyirsən... 

Olar olar. Elə kişidən hər nə desən çıxar. 



Allah sən saxla, hələ çox şey görəcəkmişik. 

Yaxın heç kimi yoxdur. 



Elə həmişə yetimin başı qapazlı olar. 

Barı meyitini gətirib basdıraydılar. 



Çay  kənarında,  qaynar  başında  da  bu  cür  söhbətlər  olurdu.  Bu  xəbər 

şenliyə yayılan günün axşamı kəndin ağsaqqallarından biri Allahyarı kənara 

çəkib danladı: 

Ay bala, namusu itə atıblar, it yeməyib, bəs sənin qeyrətin hanı? 



Niyə gedib qadını axtarmırsan? 

Gəzmədiyim yer qalmayıb, - deyə Allahyar sakitcə dilləndi. 



Deyilənə görə, aşağılarda bir meyit tapılıb. Get yoxla, bəlkə elə

sənin arvadındır. 



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə