İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə12/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   8   9   10   11   12   13   14   15   ...   136

                                                                                                                                                      

37 


 

Apar, ver ağana, qoy təzə xanımının gözünə soxsun. 



Tapdıq  nə  isə  demək  istədi.  Lakin  Zərnigar  xanım  ayağını  yerə  döyüb 

onun üstünə qışqırdı: 

-

 

Bu saat rədd ol burdan! Yoxsa, ağanı sənə, səni də ağana qataram. 



Nökər  dinməz-söyləməz  bayıra  çıxdı.  Arvadı  yenidən  hirs  götürdü. 

"Yox, bu evin altını üstünə çevirəcəyəm. Onun yurduna od vuracağam. Bu 

hayfi  onda  qoymaram.  Mən  çöldə-zadda  qalmamışam.  Mənim  də  sahibim 

var. Yerlər qulaqlıdır. Bu gün-sabah gəlib çıxarlar". 

O doğrudan da qapını açıb həyətə çıxmaq, ərini Mələyə, Mələyi də arinə

qatmaq  istədi.  Ancaq  səhərki  əhvalatı  xatırlayanda  susdu.  Büzüşüb  bir 

küncdəcə oturdu. Əli hər yerdən üzüldüyündən, gözlərinə dəm verdi. 

Salatın  yük  yerindən  yorğan-döşək  götürüb  yer  saldı.  Sakitcə  anasına 

yaxınlaşdı. 

Dur, ana, qurbanın olum, canına yazığın gəlsin. 



Zərnigar xanım bu dəfə dinmədi. Elə pallı-paltarlı yerinə uzandı. Salatın 

anasının böyrünə qısıldı. O, bu saat atasının fikrini dağıtmaq üçün çox şey 

söyləmək istəyirdi. Ancaq nədən başlamağı bilmirdi. Qardaşından söz salıb 

Şamxalın  harda  olduğunumu  soruşsun,  yoxsa  Əşrəfdən  danışıb  qardaşına 

almaq  istədikləri  qızımı  tərifləsin?  İki  gün  əvvəl  Kürün  qırağında  onu 

gördüyünümü  söyləsin?  Anasına  desinmi  ki,  qız  Əşrəfi  soruşurdu?  Onun 

qaş-gözunü  tərifləyib,  şirin  gülüşündən,  çənəsindəki  qara  xalından  sözmü 

salsın? 


Salatm çox fikirləşdi, çox düşündü və özünün də xəbəri olmadan yuxuya 

getdi.  Qızının  bir  quzu  kimi  böyrünə  qısıldığını  görən  Zərnigar  xanım 

ehmalca onun üstünü örtdü. Salatın şirin-şirin mışıldayırd!. Arvad bir anlığa 

hər  şeyi  unutdu.  Onun  qəlbindəki  analıq  hissi  qadınlıq  duyğusuna,  kin-

küdurətə və qısqanclığa üstün gəldi. "Mən bunu hara qoyum gedim? - deyə

düşündü.  -  Tutalım,  sifariş  elədim,  qardaşlarım  gəlib  məni  apardılar,  bəs 

sonra?  Onlar  dinc  duracaqlarmı?  Araya  qan  düşməyəcəkmi?  Kim  bilir, 

dilim-ağzım qurusun, bəlkə də uşaqlardan birini öldürdülər. Ya da ki, bizim 

kişini  vurdular,  onda  necə  olacaq?  Elə  də  olsa,  belə  də  olsa,  yenə  mənim 

evim  yıxılmayacaqmı?  Oğlum-qızım  düzdə  qalmayacaqmı?  Nə  bilim 

vallah,  heç  özün  də  bu  işlərdən  baş  açmıram.  Kaş  yaranmayaydım.  Allah 

məni bura gatirən günə daş yağdıraydı". 

Artıq  ətraf  sakitləşmişdi.  Ay  solğun  işığını  pəncərədən  içəri  salmışdı. 

Kürün qıjıltısı aydınca eşidilirdi. Zərnigar xanım gözünü pəncə- 

  

 

 




                                                                                                                                                      

38 


 

rədən bayıra zilləyib fikrə getdi. Xəyal onu uzaqlara, bu yerlərə gəl-diyi ilk 

günlərə aparıb çıxardı... 

Zəmigar  üç  qardaşın  tək  bacısı  idi.  Evin  körpəsi,  anasının  sonbe-şiyi 

olduğuna  görə  hamı  onun  başına  pərvanə  kimi  dolanırdı.  Evdəki  gəlinlər 

onu  əzizləyir,  Özlərinə  bir  don  tikəndə,  ona  ikisini  biçirdilər.  Zərnigar 

qayğısız  bir  həyat  keçirirdi.  Kənddə  bir  toy,  nişan  olanda  gəlinlər  onu  da 

aparır, qardaşları, bu tək bacını dönə-dönə oynadıb əllərini şabaşla doldurur, 

yorub taqətdən salmamış ondan əl çəkmirdilər. İllər keçdikcə Zərnigar yaşa 

dolur,  nazik,  ucaboy  bir  qıza  dönürdü.  Artıq  nişanlı  qızlar  onu  öz 

cərgələrinə  qatır,  bəy  gəzəndə  onu  da  özləri  ilə  aparırdılar.  Zərnigar  belə

yerlərdən çox vaxt əlləri və dırnaqları xınalı qayıdırdı. 

Qardaşları  onu  belə  görəndə  sataşır,  "A  xınalı  kəklik,  çox  dağa-daşa 

çıxma, naqafil ovçuya rast gələrsən", - deyirdilər. Zərnigar bu atmacaların 

mənasını o qədər də yaxşı başa düşməsə də, qızarıb evdən bayıra qaçırdı. 

Bir gün yenə kəndlərində toy vardı. Cavanlar cıdıra çıxmışdılar. Qızlar, 

gəlinlər damların üstünə toplaşıb qoşalaşan atlara baxırdılar. Nəməri kimin 

alacağı  hamını  maraqlandırırdı.  Zurnaçılar  cuşa  gəlib  daha  da  zilə

çəkirdilər. Atlılar uzaqlaşır, xır yolunu keçib o tərəflərə, təpələrin ətəyindəki 

düzənliyə gedirdilər. 

Onlar  kənddən  aralanıb  döngədə  görünməz  oldular.  Az  sonra  geri 

qayıtdılar. Qabaqda göy buxara papaqlı, kəhər atlı bir oğlan gəlirdi. At quş

kimi  süzür,  xəndəklərin  üstündən  yüngüllüklə  atılırdı.  Çərkəzi  paltarlı  bu 

oğlan  atın  yalına  yataraq  qamçını  oynadırdı.  Onun  başlığı  ağ  göyərçin 

qanadı  kimi  havada  çırpınırdı.  Hamı  təəccüblə  cıdırın  qalibinə  baxırdı. 

Camaatın arasına pıçıltı düşmüşdü: 

-

Bu kimin oğludur? 



-

Vallah, tanımıram. 

-

Heç biz tərəfin adamına oxşamır. 



-

Deyəsən qonaqdır. 

-      Qonaq ürək eləyib bizim cavanların qabağında at oynatmaz. 

Ciyərli oğul özünü hər yerdə göstərər. 



Adamlar  atlının  qabağına  yüyürdülər.  Qərib  oğlan  nəməri  göydə  alıb 

atının  boynuna  doladı.  Gümüş  döşlüklü  kəhərin  yalı,  qırmızı  kəlağayının 

altından  qız  teli  kimi  axıb  töküldü.  Oğlan  arxada  qoyduğu  cavanları

gözləmədən atını birbaş zurnaçıların qabağına sürdü. Kəhər şaxə 

  

 

 




                                                                                                                                                      

39 


 

qalxıb kişnədi. Dəfin ahənginə uyğun olaraq qabaq ayaqlarını yerə döydü. 

Oğlan  birdən  yəhərdə  başı  üstündə  dayandı.  At  qaçaraq  onu  xeyli  uzağa 

apardı  və  geri  dönüb  dördnala  çapdı.  Oğlan  görünməz  oldu.  Arvadların 

çoxu,  elə  Zərnigar  da  içini  çəkib  qışqırdı.  At  qaçıb  camaata  yaxınlaşanda 

kəhərin  böyrünə  yatan  oğlan  sıçrayıb  ayaq  üstə  atın  belinə  qalxdı. 

Zurnaçıların bərabərinə çatanda atılıb yerə düşdü. 

Hamı heyran qalmışdı. Ancaq, deyəsən, kənd cavanlarının çoxu qəzəbli 

idi.  O,  atı  yedəkləyib  kənara  çəkilən  kimi,  kimsə  xəncərin  dəstəyindən 

yapışıb irəli çıxdı. 

Ə,  toy  toğlusu  kimi  nə  atılıb-düşürsən!  Yoxsa  bizi  arvad  hesab 



eləyirsən? 

Oğlan çiyni üstündən dönüb saymazyana ona baxdı. 

Özün arvad adını üstünə götürürsənsə, mən bir şey demirəm. 



Xəncərin havada parıldaması ilə qəribin oğlanın biləyini göydə tutması 

bir oldu. 

Vaxtsız  banlayan  beçənin  başını  tez  kəsərlər,  bala,  ağır  otur, 



batman gəl. 

Cavanlardan  bir  neçəsi  irəli  çıxanda  Zərnigarın  qardaşları  qırğı  kimi 

atılıb ortaya keçdilər və qəribi araya aldılar. 

Kimi  əcəl  hərləyirsə,  qabağa  çıxsın,  -  deyə  xəncərlərini  hazır 



tutdular. Elə bu vaxt zəhmli bir səs eşidildi: 

Rədd olun burdan, haramzadalar! Adam da qonağa əl qaldırarmı? 



Cavanlar  xəncərlərini qınına qoyub geri çəkildilər. Toy sahibi qonağın 

kürəyinə döydü. 

Ananın  südü  sənə  halal  olsun,  a  bala,  sən  onlara  baş  qoşma, 



yandıqlarından elə eləyirlər. 

Zərnigar  camaatdan  aralanıb  qardaşlarının  yanma  qaçdı.  Qərib  oğlana 

diqqətlə baxdı. Ev sahibi yenə oğlana müraciət etdi: 

A bala, kimlərdənsən? 



Göytəpədənəm. 

Bəs burada bir simsarın varmı? 



O dillənənə qədər Zərnigarın böyük qardaşı cavab verdi: 

Bizə qonaq gəlib, qohumumuzdu, ay Murad dayı. 



Kişi diqqətlə onları süzüb gülümsündü. 

Olsun, a bala, ət yeyən quş dimdiyindən bilinir. 



Zumaçıl ar susmuşdular. Hamı məsələnin nə ilə qurtaracağını gözləyirdi. 

Murad kişi çiynindən sürüşüb düşən əbasını düzəldib qışqırdı: 

 

 



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə