İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə10/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   6   7   8   9   10   11   12   13   ...   136

                                                                                                                                                      

31 


 

Ay doğandan sonra ulduzlar solğunlaşıb titrəşdi. Asta, olduqca mülayim 

bir  bahar  küləyi  əsdi.  Şamxalın  burnunu  çəmən  çiçəklərinin  qoxusu 

qıcıqlandırdı. 

Çərkəzin  xorultusu  mışıltıya  çevrilmişdi.  Şamxal  qibtə  ilə  ona  baxırdı. 

Ay doğanda onu oyatmalı olduğunu belə unutmuşdu. 

Birdən Çərkəz hövlnak oyanıb, başını yorğanın altından çıxartdı: 

Aya, a Şamxal. 



-       Nədi? 

Deyəsən, hava aydınlaşıb? 



Hə, dur, ay çoxdan doğub. 

Çərkəz  yorğanı  üstündon  atıb  ayağa  durdu.  Qollarını  açıb  gərnəşdi. 

Sərin havanı ciyərlərinə çəkib bərkdən əsnədi. 

Deyəsən, yatıb qalmışıq. 



Yaman şirin yuxuya getmişdin, özüm qaldırmadım. 

Çərkəz yorğanı kilimə büküb çardaqdan endi. Həyətdən içəri atdı. Bir az 

kənarda onu gözləyən Şamxalın papirosu işıldayırdı. 

Onlar  kəsə  cığırla  birbaş  sahilə  yollandılar.  Ətraf  səssiz  idi.  Kükrəyib 

daşan Kürün qıjıltısı daha aydın eşidilirdi. Cələdəki çaqqallar ulaşırdı. 

Yarğanın  qaşına  çatdılar.  Suyun  sərin  havası  onların  üzünə  çırpıldı. 

Şamxalın  bədəni  üşürgələndi.  Çərkəz  Ay  işığında  parıldayan  qol-qanadlı

Kürə baxdı: 

Deyəsən, su daşıb? 



Yəqin  yenə  yuxarıya  yağıb.  Axşamdan  dağların  başında  şimşək 

çaxırdı. 

Çərkəz köksünü ötürüb uzaqda qaraları qayalıqlara baxdı. 

-

Yazıq kişi hələ də gəlib evə çıxmayıb. 



-

Kim, Qoca dayımı? 

-

Hə, - deyə Çərkəz cavab verdi. Sonra köksünü ötürüb əlavə etdi: 



- Kişi yaman qocalıb. Daha əvvəlki kimi deyü, əldən-ayaqdan düşüb. 

Qoyma getsin. O yaşda adama gəmiçilik etmək çətindir. 



Əlacımız nədir? Bir də, onu ölənəcən gəmidən ayırmaq olmaz. 

Srağagün gəminin başını aldırırlar. Kişi çəpi dayayıb gəmini saxlayır. 

Suyun  ortasına  gələndə  çəp  yerə  çatmır.  Özü  də  suya  düşür.  Birtəhər 

üzüb çıxır. İndi neçə gündür evə gəlmir. 

Şamxal  susdu.  Çərkəz  də  dinmədi.  Tozlu  araba  yolunu  keçib  sahilə

endilər. 

Su yaman bulanıb. 



Onda bəxtimiz kəsib. 

  

 

 




                                                                                                                                                      

32 


 

Asmaları su aparmaz ki? 



Ağlım kəsmir. Ancaq sən de ki, su daşıb adanı basmamış ola. 

Səs eşidən şələquyruq bir tülkü gözləri parıldaya-parıldaya qaçıb, 

özünü  yarğanın  altındakı  yulğunluğa  verdi.  Çərkəz  zil  səslə  qıy  çəkib 

onu daha da qorxutdu. 

Gərək tüfəngi götürəydim. 



Ə kişi, sən balıqdan danış, tülkünü neyləyirsən? 

Tülkülərlə  mənim  haqq-hesabım  çoxdur.  Köpək  oğlunun  malı 



qapıda toyuq-cücə qoymayıb. 

Çərkəz suyun qırağına çatan kimi paltarını soyımdu. Bir neçə gün əvvəl 

su daşanda əmələ gələn gölməçəyə yaxınlaşdı. 

Ə, hara gedirsən? 



Qurbağa tutmağa. Qarmağa keçirəcəyəm. 

O özünü şappıltı ilə suya atdı. Bir az bundan qabaq səs-səsə verib suyun 

üzündə  süzən  qurbağalar  susdular.  Çərkəz  balaca  gölməçədə  xeyli  əlləşdi. 

Bir-iki dəfə əlinə toxunan soyuq və süruşkən qurbağaları qaçırtdı. 

Şamxal dolaqlarını açıb ayaqlarını soyunana qədər çərkəz qayıtdı. Onun 

əlində  beş-altı  qurbağa  vardı.  Çərkəz  onları  başıaşağı  sallamışdı. 

Qurbağaların qarnı ağarırdı. 

Al, qarmağa keçir. Özün də əlli tərpən. 



Əlimə ziyil düşməz ki? 

Boş sözdür. Amma qarmağa elə keçir ki, ölməsinlər. 



Onlar  paltarlarını  soyunub,  yarğanın  dibində,  iri  bir  daşın  altında 

gizlətdilər. Şamxal suya girməzdən evvəl dönub Çərkəzin üzünə baxdı. 

Hansı tərəfə gedəcəyik? 



Adanın  o  üzündəki  çiləkənlərin  alt  tərəfinə.  Orada  həmişə  balıq 

olur. 

Kürün üstünü qatı duman bürümüşdü. Xırdaca və köpüklü ləpələr 



yarğanın  dibini  yalayır,  ağac  qırıntılarını  və  çör-çöpü  kənara  atırdı. 

Onlar sahilboyu qalxdılar. Bir azdan Şamxal dayandı. 

Ə, hara gedirsən, gəl elə şığanıb buradan keçək. 



Yox, bir az da gəl. Yuxarıdan düşək ki, birbaş adanın üstünə çıxaq. 

- O. dayanıb Şamxala baxdı. - Yoxsa üşüyürsən? 

Niyə sən üşümürsən, mən üşüyürəm? 



Mənə baxma, rəiyyət balasının canı bərk olur. - O, sözünün dalını 

demədən  şappıltı  ilə  suya  atılıb  üzməyə  başladı.  -  Gözlə  ha,  qurbağaları

axıdarsan. 

Su  soyuq  idi.  Ancaq  bunu  nə  Şamxal,  nə  də  Çərkəz  hiss  edirdi.  Onlar 

bir-birinin bəhsinə üzüb adaya çatdılar. Yalnız burada bədən- 




                                                                                                                                                      

33 


 

 lərinin  soyuqdan  qızardığını  hiss  etdilər.  Çərkəz  yaxşı  tanıdığı  cığırla 

yulğunluğu  keçib,  qarmaq  atdığı  yerə  gəldi.  Qarmağın  biri  yerli-dibli  yox 

idi.  Bunu görən Çərkəz özünü saxlaya bilmədi. -Vay, köpəkuşağı! 

Nə olub? - deyə ona yaxınlaşan Şamxal soruşdu. - Bəlkə balıq 



kəndiri qırıb? 

Yox...Dayan,  dayan,  ayaq  izi  var.  Vay  sizin...  Özüdə  indicə  aparıblar- 

Yəqin balıq düşübmüş. 

Adamın  o  tərəfindəki  qamışlıqdan  səs  gəldi.  Çərkəz  birbaş  oraya 

yüyürdü. Şamxal onu tək buraxmadı. 

Anasının  əmcəyini  kəsənlər,  hara  qaçırsımz?  Əyə,  dal  tərəfdən 



qabaqlarına  keç,  qoyma  bunları,  -  deyə  Çərkəz  qışqırıb,  ayağına  batan 

çökürlərə fikir vermədən irəli cumdu. 

Onlar  qamışlığa  çatanda  heç  kəsi  görmədilər.  Duman  daha  da 

qatılaşmışdı.  Ancaq  o  taydan,  yarğanın  qaşından  səs  gəlirdi.  Xısın-xısın 

danışıb gülürdülər. 

Gəl qayıdaq, heç kəs yoxdur. 



Görmürsənmi səs gəlir?! Yəqin Sadıqlının uşaqlarıdır. Yaxşı, 

borc olsun!.. 

Onlar geri qayıtdılar. Atılan qarmağın birini də balıq aparmışdı. Çərkəz 

daha  da  əsəbiləşdi.  Elə  bu  vaxt  sudak:  qarmağın  zərblə  dartıl-dığını

gördülər.  Çərkəz  hər  şeyi  unudub,  birbaş  çiləkənin  yanına  qaçdı.  Balıq 

çırpınıb suyun üzərinə çıxır, quyruğunu şappıldadıb dartınır, sonra da suyun 

dibinə cumurdu. Kəndir az qalırdı ki, üzülsün. 

Əyə, tez özünü yetir, deyəsən yaman zırpı balıqdır, gücüm çatmır. 



Çərkəz kəndirdən tutub var gücü ilə dartır, balıq isə onu sürüyüb 

aparırdı.  Şamxal  onun  köməyinə  çatmasa  idi,  Çərkəz  axıracan  tab  gətirə

bilməyəcəkdi.  Naqqa  bir  anlığa  suyun  üzünə  qalxdı.  Sanki  düşmənlərinin 

kim  olduğunu  bilmək  istəyirmiş  kimi  onlara  baxdı  və  birdən  quyruğunu 

suya  elə  çırpdı  ki,  onların  hər  ikisi  səksənib  geri  sıçradı.  Balıq  yenə  suya 

cumdu.  İslanmış  kəndir  dartınıb  onların  əlini  kəsirdi.  Balıq  onları  addım-

addım su aşağı aparırdı. 

Əyə, tez kəndiri bir yerə bağla, - deyə Çərkəz qışqırdı. Şamxal güc-



bəla  ilə  ipi  yulğun  koluna  dolayıb  dayandı.  Onlar  nəfəslərini  dərdilər. 

Görünür, balıq da dincəlirdi. 

İndi ipi yavaş-yavaş yığ! 



Onlar  güc-bəla  ilə  kəndiri  çəkdilər.  Naqqa  yavaş-yavaş  təslim  olurdu. 

Nəhayət, onu çəkib çıxartdılar. Çərkəz sahildə, qumluqda, ça- 

  

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə