İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə8/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   4   5   6   7   8   9   10   11   ...   136

                                                                                                                                                      

26 


 

bulaq  üstündə  görəndə  daha  əvvəlki  kimi  həsrənə  baxmırlar.  Ondan  daha 

cavan, yeniyetmə qızlara söz atıb mahnı qoşurlar. 

Nəhayət, bir gün Mələyi Kürün aşağı tərəfindəki kəndlərdən birinə ərə

verdilər.  Kişi  ondan  xeyli  yaşlı  idi.  Deyilənlərə  görə,  kəndin  varlı

adamlarından  olan  Allahyar  yeddi  dəfə  evlənmişdi.  Sonuncu  arvadını

boşayandan sonra heç kəs ona qız verməmişdi. "Nə olsun, dövləti varsa da, 

arvad saxlayan deyil. Bəlkə heç kişiliyi də yoxdur", - deyə onun arxasınca 

ağız əymişdilər. 

Allahyar  aldığı  arvadla  altı-yeddi  aydan  artıq  yaşamırdı.  Hərəsində  bir 

eyib tapır və evdən qovurdu. Əslində isə onun dərdi, uşaq dərdi idi. 

O,  sonuncu  arvadı  ilə  haqq-hesabı  kəsəndən  sonra  öz  kəndlərindən 

evlənə  bilməyəcəyini  başa  düşüb,  birbaş  yuxarı  dağ  kəndlərinə  getmiş  və

orada Mələyi görüb elçi düşmüşdü. Cəmi bir neçə həftəyə hər şeyi həll edib 

qızı evə gətirmişdi. 

Onsuz  da  taleyindən  küskün  olan  Mələk  elə  ilk  ətindən  ərinə  boyun 

əymiş,  onun  dediyi  ilə  oturub  durmuşdu.  Allahyar  da  ilk  günlər  ona  pis 

olmamışdı.  Mələyi  geyindirib-kecindirmiş,  "Yetinliklə  böyümüsən,  qoy 

əynin  sevinsin",  -  demişdi.  Ancaq  bir  üdən  sonra  yavaş-yavaş  kürlüyo 

başlamış,  Mələyin  yediyini-içdiyini  burnundan  tökmüşdü.  Hər  gün  bir 

bəhanə ilə onu danlayıb söymüş, "Niyə ıışağın olmur, sonsuz arvad mənim 

nəyimə lazımdır", - deyə evdə dava-dalaş salmışdı. 

Mələk  şam  kimi  ərisə  də,  dərdini  heç  kəsə  açmırdı.  Bir  də  bu  qərib 

kənddə  onun  dərdini  söyləyəsi  bir  adamı  da  yox  idi.  Mələk  sirrini  çölə

salmamaq  üçün  qonum-qonşuya  belə  getmirdi.  Tez-tez  eyvanda  dayanıb 

yuxanlara, dolama yolların uzanıb getdiyi təpələrin o üzündəki dağ ətəyində

güclə görünən kəndlərinə baxırdı. "İndi yəqin ki, oraların otu hələ solmayıb. 

Çiçəklər də yazın əvvəlindəki kimi tərtəzədir. Bulaqların suyu görəsən yenə

sərindirmi?  Yenə  qayaların  arasından  sızdıqca  şırıldayırmı?  Ah,  Allahın 

altında bircə günlüyə qanadlı quş olaydım, uça-uça gedib bacamızdan içəri 

düşəydim,  əmimə,  evimizə  doyunca  baxaydım,  sonra  da  bulaq  başına 

qaçaydım.  Otların  üstünə  sərilib,  göydəki  buludların  dağların  başına  neca 

qonduğuna  baxaydım.  Çiçəklərimizin,  kəkotumuzun  iyindən  ötəri 

burnumun ucu  göynəyir. Görəsən  məni  heç  yada  salan varmı?  Suya  gələn 

qızlardan,  atını  sulayan  oğlanlardan  məni  anan  olurmu?  Yoxsa  yaddan 

çıxmışam?" - dey düşünür, örpəyinin ucu ilə dolmuş gozlərini silirdi. O, bir 

an belə kəndlərini, döşlərdə mal otaran uşaqları, atını çapıb çəmənliklərdə 

  

 



 


                                                                                                                                                      

27 


 

gəzən  oğlanları  unuda  bilmirdi.  Tez-tez  yarpızlı  dərələr,  dolama  cığırlar 

yuxusuna  girirdi.  Onu  qınayan  olmasaydı,  ya  piyada,  ya  da  yuxarı  gedən 

arabaların  biri  ilə  evlərinə  qayıdardı.  O,  hiss  edirdi  ki,  burada,  Allahyanı

evdə qəfəsə salınmış quş kimi yaşayır. Əri o yana dursun, qayınanası da ona 

göz  verib,  işıq  vermir.  Ancaq  hələlik  səbr  edir,  bütün  bu  işlərin  sonuna 

çatmaq  istəyirdi.  Bərk  ayaqda  əmisinə  sifariş  edib  yanına  çağırmağı  və

dərdini ona açmağı qərara almışdı. Əgər o, Mələyi eşitməsə onda... 

Mələk  axır  vaxtlar  tez-tez  Kürün  sahilinə  çıxır,  əlini  gözünün  üstünə

qoyub çiləkənlərə, yarğanların dibindəki burulğanlara, lap aşağılarda suların 

birləşdiyi  yerdəki  qayalıqlara  baxırdı.  O,  cana  doysa  da,  hələ  qəti  qərara 

gələ bilmirdi. 

Bax elə bu vaxtlar Cahandar ağa peydə oldu və ley cücə götürən kimi, 

onu caynağına alıb birbaş evinə gətirdi. 

Gecədən  xeyli  keçmiş  kəndin  aşağısında  itlər  hürüşdü.  Ucqardakı  qara 

damdan kiminsə səksəkəli səsi eşidildi. 

Ayə, a adam, kimsən? 



Şamxal  Çərkəzə  cavab  vermədi.  Yavaş-yavaş  evə  yaxınlaşdı.  Qara 

damın  qabağındakı  çardağın  dirəyini  özünə  dalda  edən  Çərkəz  qaraltının 

kim  olduğunu  bilənə  qədər  əlini  tüfəngin  tətiyindən  çəkmədi.  Şamxal 

çaxmaq şaqqıltısını eşidib dinləndi: 

Ə, mənəm, nə səs-küy salıbsan? 



Çərkəz gözlədi. Qaraltı ona yaxınlaşandan sonra dirəyin halından çıxdı: 

Ə, xeyir ola, gecə vaxtı qəbirdən xortdamış kimi bardan gəlirsən? 



Şamxal həmyaşıdı Çərkəzin xasiyyətinə bələd idi. O, yeri oldu olmadı, 

həmişə zarafat edib adamlara sataşmağı sevərdi. Şamxal da dil altında qalan 

deyildi. Ancaq bu dəfə ona cavab verməyə həvəsi yox idi. Çərkəz hələ də

çaxmağın dabanını endirməmişdi. Bunu görən Şamxal sakit dayana bilmədi: 

Ə, düşmənli adamlar kimi tüfəngi niyə hazır tutubsan? 



Nə  çoxdu  anasının  əmcəyini  kəsənlər.  Ehtiyatlı  oğulun  anası 

ağlamaz. 

Onlar  sakitcə  içəri  keçdilər.  Dirəkdən  asılmış  qara  çıraq  qazma  damın 

divarlarını  güclə  işıqlandırırdı.  İçəri  his  dolmuşdu.  Orta  bacanın  altındakı

ocaq yerində iri bir kötük yanırdı. Qorun altında qara aftafa vardı. Çırağın 

hisindən  kərənlər  qapqara  olmuşdu.  Divarın  torpağı  quzulayıb  tökülürdü. 

Küncə-bucağa  dolmuş  qarafatmaların  qəmli  cırıltıları  çöldəki  böcəklərin 

səsinə qarışmışdı. Hisli çırağın başına dolanan pərvanələrin iri kölgələri gah 

divarda sürünür, gah da torpaq döşəməyə sərilirdi. 

Bu  qərib  sükutdan  Şamxal  elə  bil  vahimələndi,  gözucu  mitil  yorğan-

döşəkdə  yatana  baxdı.  Güləsər  yumaq  kimi  büzüşüb  yuxuya  getmiş,  uzun 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə