İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə11/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   7   8   9   10   11   12   13   14   ...   136

                                                                                                                                                      

34 


 

palayıb çırpınan balığı əldən qaçırmamaq üçün iri bir ağac götürüb var gücü 

ilə  naqqanın  başına  endirdi.  Gicəllənən  balıq  bığlarını  oynadıb  rahatlaşdı. 

Çərkəz onu candan eləməmiş əl çəkmədi. 

Belə  eləməsəm  suya  düşən  kimi  diriləcəkdi.  İtlərin  Allahı  verdi, 



köpənəcən yeyəcəklər, - deyə Çərkəz naqqanı ayağı ilə arxası üstə çevirdi. 

Dayanıb bir-birinin üzünə baxdılar. Bədənlərindən buğ qalxırdı. 

Hə, üşümürsən ki? 



Yox. 


Onda gedək, çiləkənin alt tərəfinə qarmaq ataq. 

Yəni orda balıq var? 



Var. Qızıl balığın əsl məkanı oradır. 

Şamxal etiraz  eləmədi. Yulğunların arası ilə Çərkəzin göstərdiyi səmtə 

doğru addımladılar. 

...  Onlar  paltarlarını  geyinib  sahilə  qayıdanda  artıq  dan  yerinə  səda 

düşmüşdü.  Səba  nəsimi  Kürün  səthinə  çökmüş  dumanı  qovub  uzaqlara 

aparırdı.  Sahildəki  yulğun  kolları,  yaşıl  otlar,  hətta  cığırlar  belə  şehə

bulaşmışdı. Kənd itləri səs-səsə verib hürüşür, at kişnəməsi və mal-qara səsi 

ətrafa yayılırdı. 

Çərkəz  yarğanın  kənarındakı  dikdirdə  ayaq  saxladı.  Yenicə  tut-duqları

pullu balıqları irəli uzatdı. 

Al, evə apar. Mən yenə tutaram. 



Yox, - deyə Şamxal etiraz etdi. - Gedək sizə. Güləsər bişirsin. 

-       O nə qanır balıq bişirməyi? 

Elə demə, çox ləzzətli balıq bişirir. 



Çərkəz qaşlarını çatdı. Təəccüblə Şamxalın üzünə baxdı: 

Sən hardan bilirsən? 



Bilirəm, - deyə Şamxal sakitcə cavab verdi. 

Çərkəz heç nə demədi. Şamxal onun evə doğru könülsüz addımladığını 

hiss etdi. 

Qaranlıq  qarışıb  əl-ayaq  yığışandan  sonra  Zərnigar  xanım  yan  otağa 



çəkildi.  Səhərdən  dilinə  bir  şey  dəyməsə  də  qulluqçuların  gətir-diyi  çay-

çörəyə  əl  vurmadı.  Anası  ilə  bərabər,  göz  yaşı  axıdan  Salatın  nə  qədər 

yalvardısa  da,  arvad  inadından  dönmədi.  Evə  qaranlıq  çökdü.  Qızının 

lampanı yandırmaq istədiyini görəndə acıqlandı: 

  



                                                                                                                                                      

35 


 

-

Yıxıl, öl bir yerdə! Mənim çırağımı fələk özü söndürüb. 



-

Ana, dərdin alım, adamın ürəyi darıxır. 

-

Bəs mənim ürəyim darıxmır? 



-

Qoy yandırım. 

-

Sənə dedim otur bir yerdə. Mən bu evin ocağını kor qoyacağam. 



-

Sən qağamın canı. 

- Qağan da ölsün, sən də. Əl çək məndən. 

- Ana, necə qıyıb qağama elə dedin? 

Arvad  hirsli  olduğundan  nə  danışdığını  bilmirdi.  Salatın  səsini  kəsib 

təəccüblə onun üzünə baxanda Zərnigar xanım elə bil yuxudan ayıldı. Hələ

də evə qayıtmayan oğlunu xatırladı. 

Allah  atan  Cahandar  ağanın  əlifini  yanıltsın,  ay  bala,  məni  elə



çaşdırıb ki, nə danışdığımı da bilmirəm. 

Salatın anasının boynunu qucaqlayıb, üz-gözündən öpdü: 

Dərdin alım, ay ana, qağama qarğama. 



Həmişə  mal-qara  öriişdən  qayıdanda  həyətə  çıxıb,  əli  belində, 

qulluqçulara  göstəriş  verən,  inəklərin  südünü  bir  yana  yığdırıb  eyməyə

çəkdirən,  toyuq-cücəni  rahatlayıb,  itlərin  yalına  belə  göz  qoyan  Zərnigar 

xanım  indi  yerindən  tərpənmədi.  Yarğanın  qaşında  at  kişnəyəndə  ərinin 

gəldiyini  hiss  etdi.  Otaq  onun  başına  fırlandı.  Arvadın  bədənini  titrətmə

götürdü.  O,  pəncərədən  hər  şeyi  görürdü.  Əlində  çatı  buzov  dalınca 

qaçanları  da,  malları  xalxala  dolduranları  da,  itlərin  zəncirini  açıb  yal 

tökənləri də gözündən qoymurdu. Onun həyatı dünənə qədər nə yaxşı sakit 

keçirdi. Şamxal bir tərəfdə hərlənər, hamıdan çox istədiyi, boynunu oxşayıb 

"mənim  yaranal  ərim"  -  dediyi  Cahandar  ağa  samanlığın  üstündə  oturub 

nərildəyərdi. Zərnigar xanım da ortada hərlənərdi. Amma indi!.. 

Onun  fikri  bayırda  qalsa  da  yerindən  tərpənmir,  canını  dişinə  tutub 

dayanırdı. Hətta xalxaldan çıxan təpəl buzov anasını əməndə arvad hər şeyi 

unudub "ay qız!" - deyə çığırdı da. Salatın anasından nə olduğunu soruşanda 

Zərnigar xanım "heç" – deyə köksünü ötürdü. Onun gözü yolda idi. Bu gün-

sabah  kiçik  oğlu  oxumaqdan  qayıdacaqdı.  Ona  nişan  aparacaqdılar. 

Zərnigar  xanım  düz  iki  il  idi  ki,  kənd  qızlarını  gozündən  qoymurdu.  İstər 

Qaynarda,  istərsə  də  Kürdə  çimişəndə  onlara  baxır,  toyda,  nişanda  özünə

gəlin seçirdi. Əşrəf onun istəklisi idi. Ozünün dediyi kimi, ilk ovunun balası

idi. Onun özünə layiq bir qız axtarıb tapraaq, sonra da cah-cəlalla toy etmək 

Zərnigar xanımın arzu- 

  

 



 


                                                                                                                                                      

36 


 

su idi. Axı, Əşrəf hər oğulun tayı deyildi. Hələ bu mahalda onun kimi gözəl-

göyçək, qanacaqlı, mərifətli bir oğul yox idi. Zərnigar xanım elə bilirdi ki, 

göy  çat  eləyəndə  Əşrəf  yerə  düşüb.  O  hər  yerdə,  hər  məclisdə  oğlundan 

danışar, onun boyunu sevərdi. Buna onun haqqı da var idi. Doğrudan da, bu 

mahalda  iki  savadlı  vardısa,  onun  biri  Əşrəf  idi.  Əlbəttə,  kitab-dəftərin  nə

olduğunu  bilməyən  Zərnigar  xanım  oxumağın  da  nə  olduğunu  başa 

düşmürdü. Ancaq bircə şeyi bilirdi ki, oğlu deyəsən hamıdan, hətta doğma 

qardaşı Şamxaldan da seçilir. 

Bir  ay  bundan  əvvəl  onlar  qazının  qapısına  getmiş  və  qız  "həsini 

almışdılar. Onlar Əşrəf gələnə qədər hər şeyi hazır etmək istəyirdilər. Elə bu 

məqsədlə də Cahandar ağa şəhərə, həftə bazarına getmişdi. Geri qayıdanda 

parça-paltar əvəzinə Mələyi gətirmişdi. Zərnigar xanımı da elə yandıran bu 

idi. Bunları düşündükcə onun başından tüstü çıxır, ünü göyə qalxırdı. "Səni 

görüm el içində xəcil olasan, ay kişi, oğul-uşaq yanında üzün qara olsun", - 

deyə ərinə qarğayırdı. 

Həyətdə ocaq qalanıb maralın dərisi soyulanda arvad yenidən hirsləndi. 

"Səni  görüm  gora  sağ  baş  aparmayasan!  Təzə  eşqə  düşdüyün  yerdə  tanrı

belini qıraydı, Gör nə tezcə də ova gedib? Gül kimi balamı evindən didərgin 

salıb,  hələ  utanmır,  iştahından  maral  əti  də  keçir.  Görüm  yediyiniz 

boğazınızda qalsın. Bilirəm ki, elə də olacaq. Təzə bardağın suyu sərin olar. 

İndidən xanımına maral əti yedirdir. Qoy olsun. Mənim ahım sızi tutmasa, 

daha heç nə bilmirəm". 

Salatın anasının vəziyyətini başa düşsə də, bir şey deyə bilmirdi. Axı o 

nə edə bilərdi? Anasına təsəlli vermək üçün bir sözü yox idi... 

Tapdıq  qapını  ayağı  ilə  itələyib,  yavaşca  araladı.  Əlindəkiləri  yerə

salmamaq üçün çiynini qabağa verib, otağa keçdi. Yenicə qalaylandığından 

par-par parıldayan iri mis sinini taxtın üstünə qoydu.  Sacdan götürdüyü isti 

yuxaları qatlayıb göy soğanla birlikdə camın yanına düzmüşdü. 

Tapdıq sinini ehmalca irəli itələdi. 

- Xanım, özüm bişirmişəm. İsti-isti yeyin. 

İstiot və kəkotu səpilmiş kababın xoş ətri dərhal otağa doldu. Salatın tez 

ayağa durdu. O, birtəhər anasının könlünü almağa çalışdığından, qabı irəli 

çəkdi. Ancaq anası ona imkan vermədi. İlan çalmış kimi yerindən dik atılıb 

camı  götürdü  və  vıyıltı  ilə  bayıra  atdı.  Tikələrin  hərəsi  bir  tərəfə  dağıldı. 

Mis cam daşa dəyib danqıldadı, sonra da otluğa diyirləndi. Otağı əsəbi bir 

səs bürüdü: 

  

 



 


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə