İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə13/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   9   10   11   12   13   14   15   16   ...   136

                                                                                                                                                      

40 


 

Əyə, niyə kiridiniz, çalın görək. Qoyun qızlar oynasın! 



Zurnaçılar oyun havası çaldılar. Yenə hər kəs öz işinə başladı. Yalnız bu 

zaman  qonaq  dönüb  Zərnigara  baxdı.  Qız  hər  şeyi  unutmuşdu.  Oğlanın 

cəsarəti,  bu  yad  yerdə  qorxmaması  onu  heyran  etmişdi.  Oğlan  nədənsə

gülümsündü, sonra da üzünü Zərnigarın böyük qardaşına tutdu: 

Bu qiz kimdir? 



Bacımdır. 

Oğlan  ani  fikrə  getdi  və  birdən  atın  boynundan  kəlağayını  açıb 

Zərnigarın çiyninə atdı: 

Al, qoy sənin olsun. 



Zərnigarın qardaşları azca pərt oldular. Ancaq bir şey demədilər. Yalnız 

kiçik qardaşı qızın üstünə acıqlandı: 

Çənəmizin altını niyə kəsdiribsən, çıx get! 



Zərnigar cəld qızların yanına qaçdı. 

-

Ay qız, o kim idi? 



-

Ay batmış, gözlə ha. 

-

Yamanca şeysən, şeytandan üç gün qabaq yaranmısan. 



-

Kəlağayı hanı, göstər görək. 

-

Nəməri niyə sənə verdi? 



-

Pis oğlan deyil, amma yaman qaradır. 

Qızlar  onu  sərçə  kimi  didişdirib  suala  basdıqca,  Zərnigarın  yanaqları 

qıpqırmızı  olub,  boynundakı  kəlağayını  rəngindən  seçilmədi.  Nəhayət,  o, 

sinəsini qabardıb qızlara qürurla cavab verdi: 

Belə öz qohumumuzdur, sizə nə var? 



Toy  qurtardı.  Oğlan  bir  gecə  qonaq  qalıb  getdi.  Ancaq  Zərnigar  onu 

unuda  bilmədi.  Oğlanın  bağışladığı  qırmızı  kəlağayını  qatlayıb  sandıqda, 

ala-bəzək  parçalardan  tikdiyi  boğçanın  içində  gizlətdi.  Hərə  bir  tərəfə

dağılıb, evdə sakitlik olanda Zərnigar boynundan asdığı açarla sandığı açıb 

pal-paltarını  tökər,  kəlağayını  çıxarıb  baxar,  tərli  at  qoxusunun  gedib-

getmədiyini  yoxlayar,  sonra  da  keçən  yay  dağda  dərdiyi  sarı  boğça 

çiçəyinin  arasına  qoyub  yenə  sandıqda  gizlədərdi.  Qız  oğlanı  unuda 

bilmirdi.  Hətta  bir  gecə  işığı  söndürüb  anasının  yanına  uzananda  səbr  edə

bilməyib: 

-

O oğlan kim idi? - deyə soruşdu. 



-

Hansı, dərdin alım? 

-

Mənə kəlağayı bağışlayan. 



-

Qohumumuzdur, dərdin alım, atan tərəfdən qohumuq. 

  



                                                                                                                                                      

41 


 

- O ki, bizim kənddən deyil, hardan qohum olduq?  

 Axı  qızını,  bizim  də  əslimiz  o  tərəfdən,  Kürün  aşağısındakı  Göy-

təpədəndir. Sonra köçüb buraya gəlmişik.  

- Niyə? 

- Eh, neylirsən, qızım, onları soruşub? Bu, uzun əhvalatdır. 

Zərnigar israr etmiş, anası da demişdi ki, rəhmətlik babanın əlindən xata 

çıxıb,  araya  qan  düşüb.  Kənddə  ikitirəlik  olub.  Axırda  baban  cana  doyub, 

gecənin  birində  arvad-uşağını  arabaya  doldurub,  kənddən  qaçıb.  İndi  biz 

burda  olsaq  da  kökümüz-nəslimiz  ordadır,  dərdin  alım.  Cahandar  ağa  da 

babayın nəslindədir. 

Zərnigar o gündən sonra oğlanı daha intizarla gözlədi. 

Bu hadisədən düz bir il sonra qıza elçi gəldi. Nişan taxdılar, sonra da toy 

oldu. Zərnigarı Cahandar ağaya verdilər... 

...  Gözünü  pəncərəyə  zilləyib  dayanan  Zərnigar  xanım  hər  şeyi  indiki 

kimi  xattriayırdı.  Düz  üç  gün,  üç  gece  toy  çaldılar.  Sonra  da  qumrovlu 

fayton  gətirdilər.  Qardaşları  kövrəlmişdi.  Deyəsən,  bacıla-rından  ayrılmaq 

onlara  ağır  gəlirdi.  Zərnigar  onların  boynunu  qucaq-layıb  ağladı.  Gəlini 

evdən  çıxartdılar.  Kimsə  "gəlin  oynasın",  -dedi.  Zərnigan  ortaya  çəkmək 

istədilər. Ancaq qızın böyük qardaşı irəli yeridi. "Mənim bacım öz toyunda 

oynamayacaq".  Mübahisə  qızaşdı.  Axırda  yengə  ortaya  çıxdı.  "Gəlində

işiniz olmasın", - dedi. Faytonlar qatarlaşdılar. Zərnigar evlərindən ayrıldı. 

Kimsə  "yola  çıxan  kimi  faytonları  dayandırıb  gəlini  oynadacağıq",  -  dedi. 

Zərnigar, qardaşının hirsli səsini eşitdi: "Beşaçılanı doldurub damın üstündə

gözləyəcəyəm. Kimin hünəri varsa, oynatsın!". 

Qumrovlu  faytonlar  yola  çatıb  dayandı.  Zurnaçıları  düşürdüb  oyun 

havası  çaldırdılar.  Gəlini  oynatmaq  istədilər.  Elə  bu  vaxt  başlarının 

üstündən  dalbadal  üç  güllə  vıyıldayıb  keçdi.  Dönüb  baxdılar.  Zərnigar  da 

üzündən  duvağı  araladı.  Damın  üstündə  əli  tüfəngli  dayanan  qardaşını

gördü. Ağsaqqal bir kişi cavanlara acıqlandı: 

- A bala, höcət eləməyin, görmürsünüzmü tərs damarına düşüb?! 

Faytonların  qumrovları  yenidən  zınqıldadı.  Atlılar  qaçıb  qabağa 

keçdilər. 

Bütün bunlar düz iyirmi il qabaq olmuşdu. O zaman Zərnigarın on altı

yaşı  vardı.  İndi  o,  üç  uşaq  anası  idi.  Əri  həmişə  onu  "Zərrim,  Zərrim",  - 

deyə  əzizləyərdi.  "Bəs  indi  nə  oldu?  Niyə  birdən-birə  üzü  döndü?  Yox, 

kişiyə cadu yazdırıblar. Üstünə qurd yağı sürtüblər. Allah mər- 

  

 



 


                                                                                                                                                      

42 


 

dimazarın  evini  yıxsın.  Paxılın  goru  çatlasın.  Məni  gözü  gotürməyənin 

gözünə nar şaxı batsın". 

Bayırda külək qalxdı. Həyətdə dirəkdən asılmış tənəka ləyən yerə düşüb 

danqıldadı. Tardakı toyuqlar qığıldaşdılar. Talvarın üstündəki ot tayası uçub 

yerə  töküldü.  Zərnigar  xanım  küləyin  otu  bir  yumaq  kimi  büküb  xırman 

yerinə  qədər  apardığını  gördükdə  yerindən  tərpənmədi.  "Qoy  Allah  hər 

şeyin  altını  üstünə  çevirsin",  -  deyə  öz-özünə  pıçıldadı.  Nökərlərin 

samanlığın  yanında  qaladıqları  ocaq  yerindəki  kösövlər  közərdi.  Külək 

şiddətləndikcə ocaq qalanır, qığılcımlar göyə sovrulurdu. 

Zərnigar  xanım  yerin  içində  dirsəkləndi.  "Belləri  qırılmışlar,  elə  yeyib 

yatmağı bilirlər. Ocağı da söndürməyiblər. Bu saat samanlığa od düşəcək". 

O,  həyəcanlandı  və  bir  az  bundar;  əvvəl  dediyi  sözləri  unudub  yerindən 

qalxdı. Qapıya yaxınlaşdı. Nə qədər hirsli olsa da, ərinə qarğayıb söysə də, 

var-dövlətinin yanıb kül olmasını istəmirdi. Necə deyərlər, dil desə də, ürək 

razı olmurdu. 

Zərnigar  xanım  qapını  açıb  bayıra  çıxdı.  Nökərləri  qaldırıb  danlamaq, 

sonra  da  ocağı  söndürməyə  göndərmək  istədi.  Pəncərənin  qabağından 

keçərkən gözucu içəri baxdı. Fitili aşağı çəkilmiş otuzluq lampanın solğun 

işığında  ərini  və  onun  qolu  üstündə  yatan  Mələyi  gördü.  Arvadın  gözünə

qaranlıq çökdü. Ona elə gəldi ki, eyvanın dirəkləri əyildi, tavan onun üstünə

uçdu. Arvad divara söykənib güc-bəla ilə ayaq üstündə dayandı. Hər şey - 

közərən  ocaq  da,  vıyıldayan  külək  də,  alışıb  yanan  od  da  onun  yadından 

çıxdı.  O,  qaranlıqda  yol  itirən  adamlar  kimi  divardan  tuta-tuta  birtəhər 

sürünüb özünü evə saldı. İniltinin səsi otağa yayıldı: 

- Gözün tökülsün, ay tanrı, məni niyə bu günlərə qoydun? 

Mələyin  yoxa  çıxması  xəbərini  eşidəndən  yarımca  saat  sonra  Allahyar 



yola  hazırlaşdı.  Qumar  yoldaşlarının  və  karvansara  sahibini  duyuq 

salmamaq  üçün  əhvalatı  açmadı.  Onların  sualına  "daha  bəsdir,  evdə  işim-

gücüm tökülüb qalıb", - deyə təmkinlə cavab verdi. 

Onun  atını  gətirdilər.  Bu  neçə  gündə  arpa  yeyib  kökələn  ot  yüyənini 

çeynəyir,  həndəvərinə  hərlənən  adamları  dişləyib  gəmirmək  istəyirdi. 

Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bər- 

  

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə