İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə15/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   11   12   13   14   15   16   17   18   ...   136

                                                                                                                                                      

45 


 

mirdimi? Hətta əlaltından özünə yeni arvad axtarmırdımı? Bəs belə isə  nə

üçün təşvişə düşmüşdü? 

Allahyar kəndə çatan kimi Mələyin əmisigilə adam göndərib, mə-sələni 

öyrənməyi qət etmişdi. Əgər çıxıb əmisigilə gedibsə, onda özündən küssün. 

Heç kəs ona minnət etməyəcəkdi. Əgər getməyibsə?! Elə məsələ da bunda 

idi. Allahyarı narahat edən də bu idi. 

At döngələri burulduqca qulaqlarını şəkləyib fırnıxır, bəzən də tırıldayıb 

dayanırdı.  Allahyar  yoldan  kənara  çıxıb  gizlənir,  atın  başını  çəkib  ətrafı

dinləyirdi. Ala-toranda çökəklərdə adam olub-olmadığını yoxlayırdı. Ancaq 

axşam  küləyinin  dərə  boyu  otları  yalaya-yalaya  ötüb  keçdiyini  gördükdə

ürəklənib  atını  mahmızlayırdı.  O  qorxurdu.  Əgər  şəhərdə  namus  ona  güc 

verməsəydi,  bəlkə  də  heç  yola  çıxmaz,  gecə  yenə  qumar  oynayar,  səhər 

tezdən işıq gözünə, atın belinə qalxardı. Ancaq artıq gec idi. Birtəhər kəndə

çatmaq lazımdı. 

Allahyar  ürəyindəki  xofu  dağıtmaq  və  dərələrin  birində  qarşısına  çıxa 

biləcək  qaçaq-quldurun  yolunu  kəsməsi  ehtimalını  unutmaq  üçün  yenə  də

Mələyi düşünməyə başladı. "Bəlkə özünü Kürə atıb? Axı son vaxtlar onun 

söyülüb, danlanmadığı gün olmurdu. Hər gün qapazlanırdı. Bəlkə elə canı

boğazına yığılıbmış, indi də alinə fürsət düşüb, özünü yarğandan atıb?". 

Allahyarın  dodaqları  qaçdı.  Ürəyində,  "əger  belə  edibsə,  lap  ağıl-sız 

arvadmış", - deyə düşündü və yüngülləşmiş kimi atını mahmızladı. 

Qarşıdakı  hündür  təpənin  üstündə  üç-dörd  qaraltı  göründü.  At  yenə

nədənsə  fınxırıb  qulaqlarını  qırpdı.  Allahyar  tüfənginin  qayışını  qoluna 

dolayıb  ətrafı  dinlədi.  Sol  tərəfdə  yolun  altındakı  dərədən  axan  suyun 

şırıltısı  aydınca  eşidilirdi.  Qamışlıqda  quruldayan  qurbağalar  tez-lez 

səslərin: kəsib şappıltı ilə suya atılırdılar. 

Allahyar  ən  çox  qorxduğu  yerə  çatmışdı.  Burada  dərənin  ətrafın-dakı

təpələr ağız-ağıza gəlib daralırdı. Yol burulub çayın içindən keçir və sonra 

düzənliyə  çıxırdı.  Buranı  salamat  ötmək  evə  çatmağa  bərabərdi.  İndiyə

qədər bu Acı dərədə çox adamın qanı axıdılmışdı. 

Deyilənə  görə,  qarşıdakı  dərədə  bir  gecədə  yeddi  qardaşı  xəncər-dən 

keçirib,  yarğandan  atıblar.  Yaralılar  səhərəcən  "qardaş  vay",  -  deyə  bir-

birini çağırıb inildəmişdilər. Elə o vaxtdan buranın adı "Qardaş vay" dərəsi 

qalmışdır. 

Allahyarın  həmişə  olduğu  kimi,  indi  də  bu  dərayə  çatanda  sümüyü 

eyməndi. 

  

 



 


                                                                                                                                                      

46 


 

O, sol tərəfdəki təpədə do qaraltılar gördü. Özünü lap itirdi, Atın başını

qanırıb dönmək və birbaş şəhərə qayıtmaq istədi. Ancaq gec idi. Çaxmağı

yavaşca  hərləyib  gülləni  lüləyə  verdi.  Atı  xır  yoldan  torpaq  yola  saldı. 

"Allaha  pənah",  -  deyə  irəlilədi.  Təpələrin  ağız-ağıza  qovuşduğu  yerə

çatanda  gözünü  yumub  atın  yalına  yatdı.  Kəhər  götürüldü Allahyar  dərəni 

burulub  çayı  necə  keçdiyini,  dördnala  çapıb  düzanliyə  nə  vaxt  çatdığını

bilmədi. Bir xeyli qulağı səsdə, səksəkəli halda irəlilədi. Ancaq dalınca heç 

kəsin  gəlmədiyini  yəqin  etdikdən  sonra  atı  yavaşıtdı.  Qanrılıb  geri  baxdı. 

Təpədəki  qaraltılar  daha  aydın  görünürdü.  Allahyar  yalnız  indi,  qorxduğu 

yerdən dörd-beş verst aralandıqdan sonra məsələni başa düşdü. Təpələrdəki 

qaraltıların  çox  qədim  zamanlarda  salınmış  qəbristanlıqdakı  başdaşıları

olduğunu görüb, nəfəsini dərdi. Dəsmalını çıxardıb alını basmış soyuq təri 

sildi. 


Arlıq  kəndin  işıqları  görünürdü.  Deyəsən  kəhər  də  sakitləşmişdi. 

Bayaqdan balaca bir qaraltı görəndə fınxırıb dayanırdısa, indi gözləri yana-

yana  yolu  o  üz-bu  üzə  keçən  tülkülərə  belə  əhəmiyyət  vermə-dən 

irəliləyirdi. 

Təpələrin  dalından  ay  boylandı.  Ətrafa  solğun  ay  çiləndi.  Uzaqda 

şaxələnib  axan  Kürün  suları  ağarışdı.  İlbizlər  səs-səsə  verdilər.  Allahyar 

kənd  itlərinin  boğuq  səsini  eşidib  ürəkləndi.  Əlini  atın  boynuna  çəkdi. 

Kəhər  suyun  içində  idi.  "Bir  az  da  belə  sürsəm,  atı  çatladardım",  -  deyə

düşündü və cilovu dartdı... 

O,  darvazaya  yaxınlaşanda  itlər  hürüşürdülər.  Bir  az  bundan  əvvəl 

kəndin aşağısında səs-küy qalxanda oyanıb yol gözləyən nökər gələ-nin kim 

olduğunu  bilib  qapını  açdı.  İtlər  sahiblərini  tanıyıb  atın  ətra-fında  atılıb-

düşdülər, sonra da Allahyara şırvandılar. 

O  sakitcə  atdan  endi.  Tüfəngin  çaxmağını  hərləyib  gülləni  lülədən 

çıxartdı.  Atın  tərkinə  bağladığı  xurcunu  götürdü.  Onun  hərəkətlərin;  göz 

qoyan nökərə üzünü belə çevirmədən: 

- Atın yəhərini al, həyətdə bir az gəzdir, - dedi, - tərlidir. 

O  heç  bir  şey  olmamış  kimi  ağır  addımlarla  pilləkəni  qalxıb  göy 

məhəccərli  eyvana  çıxdı.  Neçə  gündən  bəri  əli  qoynunda,  səksəkəli  qalan 

anasına "xoş gördük" - deyib içəri keçdi. Arvad oğluna nə cavab verəcəyini 

düşünə-düşünə  onun  ardınca  getdi.  Allahyar  xurcunu  taxtın  üstünə  atdı. 

Tüfəngi yuxarıda, buxarının yanında, divara söykəyib qoltuqaltısını çıxartdı. 

Anasının kömək etməsinə razılıq verməyib, uzu 

  



                                                                                                                                                      

47 


 

 boğaz  çəkmələrini  özü  soyunmalı  oldu.  O,  sağ  ayağındakı  dar  xrom 

çəkməsinin  dabanını  sol  çəkməsinin  burnuna  dayayıb dartdı  və heç  xəbəri 

yoxmuş kimi gözünü otaqda gəzdirib:  

- Mələk hanı? Çağır gəlib çəkmələrimi çıxartsın, - dedi.  

Arvad  dinmədi.  Gözləri  oğlunun  üzünə  zilləndi.  Deyəsən,  gədənin  nədən 

xəbəri yoxdur. İndi moən nə edim? Başıma haranın daşını salım? deyə öz-

özünə  söyləndi.  -  Bəlkə  heç  açıb-ağartmayım?  Qoy  rahat  yatsın,  sabah 

onsuz da eşidəcək. Bir də, axşamın xeyrindən sa-bahın şəri yaxşıdır. 

Nə  bilim,  yenə  hansı  cəhənnəmdəsə  yıxılıb  yatır.  Qoy  özüm 



soyundurum. 

Allahyar razı olmadı. Birtəhər çəkmələrini çıxartdı. Yuxarı başa keçib, 

mütəkkəyə dirsəkləndi. 

-

Aclığın varmı, dərdin alım? Ürəyin nə istəyir, gətirim. 



-

Heç nə lazım deyil. Bəs gəlin hanı? 

-       Dedimki, bilmirəm. 

-

Neçə gündü yoxa çıxıb? 



Arvad  ancaq  indi  məsələni  başa  düşdü. Demək,  oğlu  hər şeyi  bilirmiş. 

Bəlkə elə ona görə də gecə ikən atı çapıb kəndə qayıdıb. - Ela sən gedəndən. 

-  İzi-tozu  qalmayıb?  -Nə  bilim,  ay  bala,  axşamüstü  səhəngi  götürüb  suya 

getdi. Qaranlıq qarışdı, gəlmədi. Mal-qara örüşdən qayıtdı, əl-ayaq yığışdı, 

heyvanları rahatlayıb, itlərə yal verdim, yenə qayıtmadı. O gecə səhərəcən 

eşiyə  çıxıb,  içəri  girməkdən  yoruldum.  Yolu  qara  gəlmiş  cımbata  vəkildi. 

Heç  gördüm  deyən  olmadı.  Obaşdan  gədəni  Kürün  qırağına  göndərdim. 

Səhəngi  tapıb  gətirdi.  Aralığa  sükut  çökdü.  Hardasa  lap  yaxında,  deyəsən 

buxarının yanında, divardakı yarıqlardan birində gizlənmiş qarafatma kəsik-

kəsik  oxumağa  başladı.  Bu  hüznlü  səs  otağı  başına  götürdü.  Allahyar 

öləziməkdə olan lampaya baxıb daha da darıxdı. Bəlkə, atasının dağılmışına 

qaçıb?  Nə  bilim  vallah,  adamın  gümanı  hər  yerə  gəlir.  Sən  də  ki,  evin 

tikilsin,  getdiyin  yerdən  qayıtmaq  bilmirsən.  Qalmışam  evdə  tək.  Qonum-

qonşuya da çıxa bilmirəm. Açıb-ağardılası dərddimi ki, deyəsən!  

Arvad oğlunun bərk tutulduğunu görüb sözünü dəyişdi.  

-

 



Elə sən deyən olacaq. Yıxıl yat. Sabah öyrənərsən. 

  

 



 


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə