İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə25/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   21   22   23   24   25   26   27   28   ...   136

                                                                                                                                                      

73 


 

dartıb  sudan  çıxartdı.  Güləsərin  bədəni  tir-tir  əsməyə  başladı.  Qız  qorxdu. 

İllərdən  bəri  ürəyində  bəslədiyi  arzuların  puç  olduğu  qənaətinə  gəldi- 

Şamxalın  onu  özünə  yox,  nökərlərinə  götürüb  qaçırdığını  yəqin  etdi.  O, 

yenidən  çırpındı.  Canını  qurtarmaq  üçün  var-qüvvəsini  toplayıb  dartındı. 

Oğlanın  onu  buraxmayacağını  hiss  etdikdə isə  gözləri  ilə  Şamxalı  axtardı, 

onu  köməyə  çağırmaq  istədi.  Şamxal  bunu  duymuş  kimi  qabağa  keçib 

axşam  ayazında  tir-tir  əsən  Güləsərin  qolundan  tutdu.  Qızın  baxışlarında 

acizanə yalvarışla bahəm dərin bir məzəmmət, dil anlamaz, mərhəmətsiz bir 

adama qarşı coşan kin qarışıq gjley-güzar var idi. 

Tapdıq  çəkilib  kənarda  dayanandan  sonra  Güləsər  bir  az  sakitləşdi. 

Şamxal  qızı  çəkib  yulgun  kollarının  qalın  yerinə  apardı.  Güləsərin  canını

yenidən titrətmə götürdü. 

Qurban olum, mənə dəymə. Üzüm ayaqlarıyın altına, ay Şamxal, 



məni biabır eləmə. 

Qız qorxusundanmı, yoxsa imdad axtardığındanmı, nədənsə, heç özu də 

bilmədən onun qoynuna qısıldı. Şamxal islaq paltarı bədəninə yapışan qızın 

əzalarının  titrədiyini  hiss  etdi.  Yazıq  qız  çırpınır,  həm  qorxudan,  həm  də

soyuqdan çənəsi şaqqıldayırdı. 

Şamxal ələ keçirdiyi ovu yırtıcı bir ehtirasla parçalamaq fikrində deyildi. 

O,  Güləsəri  evinə  aparmaq  və  həmişəlik  özünə  arvad  etmək  istəyirdi. 

İndiyəcən  atasının  bu  işə  qol  qoymayacağını  bildiyindən,  sirrini  heç  kəsə

açmamışdı.  Ancaq  indi  işlər  tərsinə  dönmüşdü.  Görünür,  insan  öz 

taleyindən qaça biiməzmiş! 

On  yeddi  yaşı  yenicə  tamam  olan  Güləsər  isə  başına  gələn  əhvalatdan 

heç  nə  anlamır,  elə  buradaca,  kolun  dibində  dəhşətli  və  eyni  zamanda 

cazibədar bir maraqla gözlədiyi əhvalatın baş verəcəyindən qorxurdu. Hələ

indiyə  qadər  bir  oğlan  əli  toxunmayan  bədəni  Şamxalın  təmasından  daha 

şiddətlə titrəyirdi. Oğlan onu qucaqlayanda sudan kənara atılmış balıq kirni 

çapalayır, əl-qolu tutulanda isə dartınıb çirpınırdı. 

Şamxal  onun  özünü  həlak  edəcəyini  görüb,  ehtiras  və  həyəcandan 

boğulan bir səslə dilləndi: 

Ay dəli, özünü niyə öldürürsən? 



Qurbanın olum, məni qaytar evimizə. 

Qız  onun  sinəsinə  qısılıb  belindən  qucaqladı.  Şamxalı  tutub  saxlamaq, 

əl-qol atmağa qoymaq istəmədi. O da bunu hiss edib tərpənmədi. 

    

 

 




                                                                                                                                                      

74 


 

Çuxasının  ətəyi  ilə  Güləsəri  bürüyüb  özünə  doğru  çəkdi.  Qızın  uşaq 

koftasına yapışmış yumru döşlərinin, ürəyi çırpındıqca titrədiyini hiss etdi. 

Onun nəfəsi darıxdı. Qızın ayaqlarını yerdən üzüb yuxarı qaldırdı Təpimiş

dodaqlarını onun yanaqlarında, üzündə gəzdirdi. İlk öpüşdən başı gicəllənən 

Giüəsər sustaldı. 

Mən səni biabır eləmək istəmirəm ki, niyə qorxursan? 



Ölüm ayaqlarıyın altında, mənə dəymə. 

...Gecə  yarıdan  keçib,  şenlik  sakitləşəndən  sonra  onlar  yenə  qayığa 

oturdular. Bu dəfə Güləsər çırpınmadı. Şamxalın çuxasına bürünüb sakitcə

əyləşdi.  O,  oğlanı  yola  gətirdiyinə  və  bir  azdan  evlərinə  qayıdacağına 

sevinirdi.  Şamxal  insaflı  imiş.  Güləsər  götürülüb  qaçırılan  qızların 

döyüldüyünü, zorla başlarına oyun gətirildiyini çox eşitmişdi. 

Hətta onları aylarla gizlədib ortaya çıxarmırdılar da. Ancaq Şamxal ona  

güldən ağır acı bir söz də demədi. Bu sarıdan qızın ürəyi sakitləşmişdi, 

Görəsən gecədən çoxmu keçib? Dədəm evə gəlibmi? Çərkəz hardadır? 

Mə qapıdan içəri girəndə nə deyəcək? Yəqin boynunu qucaqlayıb "Nə yaxşı 

gəldin, ay Güləsər, - deyib üzümdən öpəcək.  

-  Sənsiz  lap  darıxmışdım".  Bəlkə,  döşümdən  itələyib  heç  içəri 

buraxmayacaq?!  

Qızı dəhşət götürdü. Ağlına gələn qara fikirlər ildırım kimi çaxıb  onu 

sarsıtdı. Axı, onun qolundan yad kişi yapışmışdı! Yəqin ki, bu saat şenliyin 

adamları  onun  götürülüb  qaçırıldığını  bilirlər.  Ağıllarına  cürbəcür  fikirlər 

gəlir. Aman Allah, nə böyük rüsvayçılıqdır! İndi mənə kim inanar? Üzümü 

qaralayıb, eşşəyin belində tərsinə oturdub, kəndin içində gəzdirməzlərmi? 

Qız hıçqırdı. Ancaq onu eşidən olmadı. Kürək çəkildikcə şütüyən qayıq 

xırdaca  ləpələri  yarıb  suyu  şapıpldadırdı.  Şamxal  qabaq  tərəfə  keçdi. 

Qayığın  burnu  sahil  daşlarına  dəyib  xırçıldayanda,  atılıb  kənara  çıxdı. 

Qarışıq  fikirlərdən  hələ  də  özünə  gələ  bilməyən  Güləsəri  astadan  səslədi. 

Əlindən tutub sahilə çıxartdı. Qayıqda oturan Tapdıq pıçıltı ilə dilləndi: 

Mən də gəlimmi? 



Yox, özümüz gedərik. 

Birdən yolda-zadda... 



Heç nə olmaz, sən qayıt. 

Tapdıq  qayığı  itələyib  sahildən  aralandı,  suyun  axarı  ilə  aşağıya  doğru 

getdi, O, yarğanların kölgəsində gözdən itəndə Şamxal Güləsərin qolundan 

yapışdı. Qız yenə də titrədi. 

     


 

 



                                                                                                                                                      

75 


 

Onlar kənd itlərini duyuq salmamaq üçün çəmənliyin ortasındakı cığırla 

getdilər. Güləsər qabağa düşmüşdü. Şamxal isə ağır-ağır adımlayırdı. Qız az 

qala  qaçır,  qurşağa  çıxan  otların  arasıyla  kölgə  kimi  irəliləyirdi-  Sürüdən 

ayrı düşən qoyun da belə, müti halda canavarın qabağınca qaçır. 

Onlar  dəyirmanın  üst  tərəfındən  keçib  qaşdakı  tut  ağacının  yaxınlında 

dayandılar.  Kənd  zulmət  içində  idi.  Cırcıramalar  səs-səsə  verrnisdilər. 

Arabir sudan sıçrayan iri balıqların şappıltısı eşidilirdi. Dəyirmanın novuna 

tökülən suların şırıltısı arasında çaxçağın qulağa dəyən boğuq taqqıltılarına 

qarışırdı. 

Şamxal  təpələrin  dalından  yenicə  doğan  ay  işığında  qızı  başdan-ayağa 

süzdü. 


İndl fikrin nədir? Hara getmək istəyirsən? 

Qız  dinmədi.  Yerindəcə  silkələnib  dayandı.  Danışmaq  istədisə  də 

bacarmadı. Yaş onu boğdu. Yaylığının ucunu ağzına salıb didişdirdi. 

Şamxal  onu  evlərinə  buraxan  deyildi.  Əgər  qızı  qaytarsa,  sabah  baş

qaldırib,  şenliyin  arasında  gəzə  bilməzdi.  Cavanlar  onu  məsxərəyə  qoyub 

gülər, kənd arasında, doqqazda oturan kişilər salamını da almazdılar, "bivec, 

- deyə ələ salardılar, - gül parçası kimi bir qızı da özünə ram edə bilməyib. 

Daha  o  nə  kişidi?"  Qaçırılan  qızın  bəkarətinin  pozulmadan  geri  qayıtması

oğlan  üçün  ölüm  sayılırdı.  Ona  görə  vəhşilik  dərəcəsinə  gəlsə  də,  heç  kəs 

qaçırdığı qızı salamat buraxmaq istəmirdi. Burada ikinci bir cəhət də vardı. 

İsmətini itirmiş qız, ömürlük işgəncə də olsa, həmin adamla qalıb yaşayır, 

bir  də  geri,  atasının  evinə  qayıtmırdı.  Şamxal  bunları  çox  yaxşı  bilirdi  və

dediyindən də dönən deyildi. Ancaq Güləsəri də incitmək istəmirdi. Bir də, 

qızın  ona  meylli  olduğunu  duymuşdu.  Elə  buna  görə  də  bir  az  arxayın 

tərpənirdi. 

Özün bilən yaxşıdır. Tərtəmizsən. Əlim-ayağım dəyməyib. Ancaq 



sənə kim inanacaq? 

Elə Güləsəri də sarsıdan bu idi. 

Şamxal  onun  tərəddüd  etdiyini  görüb,  qələbəsinə  əmin  oldu  və  heç  nə 

soruşmadan qızı kirimişcə qabağına salıb evə gətirdi. 

Qara damda təkcə oturub, vahimə içində qardaşını gözləyən Salatın gecə

yarıdan sonra şıqqıltı eşidib, həyətə çıxdı. Səksəkəli halda: 

Adam, kimsən? - Deyə soruşdu. 



Şamxal astaca dilləndi: 

Mənəm. 



    

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə