İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.

səhifə2/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   38

 

gözlərindəki  cazibə  onları  ləngitməli  oldu.  Onlar  kofeni 
Aliyənin  yanında  içə  bilmirdilər.  Özlərini  ədəbli  aparmaq 
duyğuları  onları  sıxırdı.  Loğma  ötəndə  Qəzənfərin  boğazı 
quruldadığı  kimi,  kofe  içəndə  də  Əmirin  dodaqları  fışıltı  saldı. 
Bu  da  utanıb  özlərini  qısanda  əmələ  gəlirdi.  Ona  görə  də 
çənəlik,  dişlik  bir  işi  olmayan  peroqu  çeynəyə-çeynəyə  bir-
birinə baxıb gözlərini döyürdülər. Aliyə də salondan tez çıxana 
oxşamırdı. Onlarla işi vardı. O da gözləyirdi ki, onları loğmanı 
udandan  sonra  danışdırsın.  Lakin  nə  Aliyə  gözlərini  onlardan 
çəkir,  nə  də  onlar  sıxıntıdan  qurtarırdılar.  Aliyə  narahat  idi, 
tələsirdi,  tez-tez  kambuza  boylanırdı.  Yəqin  ki,  soğançanın 
yanacağından  qorxurdu.  O  çox  gözləyə  bilmədi  nəhayət, 
dilləndi.  
– Günortaya nə istəyirsiniz? Kotlet, bozartma, yoxsa, tava-
kabab?  Qəzənfərlə  Əmir  əllərilə  ağızlarını  örtüb  loğmanı 
boğula-boğula  uddular.  Bir-birinə  çiyin  vurub,  göz  ağardıb 
«gülmə» dedilər. Ancaq dodaqlarını iradəyə tabe edə bilmədilər, 
hırıldaşdılar.  
– Qəribə oğlanlarsınız. – deyə Aliyə incik səslə gileyləndi.  
– Keçəl baxar güzgüyə, adını qoyar özgəyə. Onlar özlərini 
yığışdırdılar. Əvvəlcə Qəzənfər özünü təmizə çıxarmağa çalışdı:  
–  Bu  nə  sözdür!  Allah  eləməsin!  Şeytan  qəlbimə  çoxdan 
dolmuşdu,  sizin  yanınızda  özümü  saxlaya  bilmədim.  Üzr 
istəyirəm. Özüm ölüm ki, ayrı şeyə gülürdük. Gülməyim tutanda 
səsimi  yas  yerində  də  boğa  bilmirəm.  Buna  görə  də  məni 
öldürəcəksinizsə,  buyurun,  canım  da  qurbandır  sizə.  Aliyə  öz-
özünə:  «Sözə  bax!  Canımda  da  qurbandır  sizə.»  Deyirdilər 
dənizçilər  sırtıq  olur,  inanmırdım.  Tanımadığı  adama  öz  əzizi 
kimi  canını  necə  qurban  eləyir!?  Sənin  başınçün!  Xırda  biç, 
sonra  parçadan  çatmaz  şalvarsız  qalarsan!»  Əmir  də  bəraət 
qazanmaq istədi:  
– Məni bu azarı güclü gəlmiş güldürdü. Bağışlayın, bəyəm 
sizin  elə  bir  eybiniz  var  ki,  biz  ona  gülək!?  Aliyə  hiddətləndi, 
onları  çəp-çəp  süzərək  üz  çevirib:  «Canınçün!  Sizin  ağzınız 


 

düyü  yayması  bişirər,  ət  xörəyi  yox!  Mənə  deyən  gərək:  ay 
axmaq,  öz  kefin  nə  istəyir  onu  da  bişir  də.  Gedib  onları  niyə 
adam  yerinə  qoyursan  ki,  iştahı  özgədə  olanlar  da  sənə  lağ 
eləyir.»  Aliyə  küsüb  kambuza  gedən  kimi  onlar  hırıldaşıb 
ürəklərini  boşaltdılar,  kofeni  içdilər,  salondan  çıxdılar,  geri 
boylandılar,  sonra  davamlı  nəzərlərlə  bir-birini  süzüb 
həmişəkindən fərqli olaraq xudahafisləşmədən, salamatlaşmadan 
ayrıldılar. Əmir trapla aşağı -maşın şöbəsinə sürüşdü. Qəzənfər 
isə yuxarı-şturman rubqasına yollandı. Vəziyyətin məcburiyyəti 
olmasaydı  heç  biri  bu  gün  işə  çıxmaz,  ürəkləri  deyənə  qulaq 
asar, gözləri görəndən uzaqlaşmazdılar. Onların ikisini də Aliyə 
ilə  barışmaq  arzusu  deyil,  nəsə  ondan  da  şirin  bir  şey  dala 
dartırdı.  2.  Günorta  vaxtı  idi.  Qəzənfərlə  Əmir  növbəni  təhvil 
vermiş,  çörək-xörək  yeyib  hər  kəs  öz  çarpayısına  uzanmışdı. 
Onlar adətən işdən sonra ya yatır, ya kitab oxuyur, ya da qırmızı 
guşədə nərd, şaxmat oynayırdılar. Lakin onlarda  bu gün nəinki 
əylənməyə, bir məşğuliyyət tapıb vaxt keçirməyə, hətta işləməyə 
də  həvəs  yox  idi.  Günortayacan  da  könülsüz  işləmişdilər. 
Gördükləri  işlərdən  özlərinin  də  xoşu  gəlməmişdi.  Həmişə  od, 
alov parçası kimi tərpənən cavanların indi ikisi də tənbəlləşmiş, 
süstləşmişdilər.  Onlar  məhzun  idilər.  Gözləri  yol  çəkir,  dinib-
danışmır,  əllərini  boyunları  arxasında  daraqlayıb  dalğınlıqla 
düşünürdülər.  Gəminin  ürək  döyüntüləri  sayılan  mühərriklərin 
gumbultusu  onların  üz  əzələlərini,  qollarının  qom  ətini, 
üzərlərinə saldıqları mələfələri titrədir, çarpayını sirkələyib onun 
ağırlıq  düşmüş  yayını  cırıldadır.  Gəmi  azacıq  ləngər 
vurduğundan dairəvi illüminatorlardan içəri düşən günəş şüaları 
qapının  başı  ilə  ayağı  arasında  sürünür,  dolanıb  dövr  edirdi. 
Kambuz  onların  kayutu  üzərindəki  mərtəbə  olduğundan 
Aliyənin  yuyub  sivirmələri  yığdığı  çəngəl-bıçaqların  cingiltisi, 
qazanların danqıltısı, ayaqqabıların tık-tuku eşidilirdi. Onlara nə 
kambuzdan gələn müxtəlif səslər, nə Aliyənin yerişi, nə də sağa, 
sola  burulan  sükan  çarxlarının  çax-çuxu,  iniltisi,  fəryadı  mane 
olurdu. Onlar öz fikir-xəyal  aləmlərində idilər. Onların  ikisi də 


 

mühakiməyə başlamışdılar. Hər kəs öz ürəyində Aliyənin kimə 
qarşı  necə  münasibət  bəslədiyinə  müxtəlif  mənalar  verirdi. 
Qəzənfər  ürəyində  deyirdi:  «Aliyə  Əmirin  nimçəsini  borşla 
ağzınacan  doldurmuşdu,  mənimkini  yarıyacan.  Onun  qabına 
bozartmanın  yağlı  tikələrini  qoymuşdu,  mənimkinə  yavanını. 
Əmirə  buludun  təzə  çörək  yığılan  tərəfini  çevirmişdi,  mənə 
boyatını. Eh, mən də yaman xırdaçıyam ha. Onda nə təqsir var! 
Günah çömçədədir. Bəyəm çömçə qazana  özbaşına girib xörək 
çıxardır?» Onu xörəklə doldurub nimçələrə tökən əl ürəkdən su 
içmirmi?! Birinin payını çox, digərinkini az eləyən ürəkdir. Belə 
deyilsə,  Aliyə  payın  çoxunu  niyə  mənə  vermədi?!  Bunlar  bir-
birinə  nə  tez  bənd  oldular?  Bu  tezlikdə  də  sevişmək  olarmı? 
Aliyə  ikimizdən  də  inciməmişdimi?  İkimiz  də  işə  bir  gedib, 
işdən  bir  qayıdıb,  salona  da  bir  gəlmədikmi?  O,  haçan  fürsət 
tapıb Aliyə ilə barışdı? Görünür bayaqkı hırıldaşmanın günahını 
yoğurub  təkcə  mənim  boynuma  qoyub.  Belə  olmasa  Aliyə  ona 
doğma,  mənə  isə  ögey,  yetim  payı  verməzdi.  Əmir  yəni  belə 
oğlandır? Üç il bir gəmidə işlədiyim, bir kayutda yaşadığım, bir 
süfrədə çörək yediyim adamı tanımamışam?» Əmir isə öz-özünə 
belə fikirləşirdi: «Aliyə, məni qarınqulu hesab eləyir. Mən gərək 
xörəyin  hamısını  yeməyəydim.  Hər  xörəkdən  bir  az  saxlamalı 
idim. Mən səfeh də  ona  baxa-baxa  xörəyi  elə iştahla yedim ki, 
heç bilmirəm o bir elə su-sel qarnımın harasında yerləşdi. Özgə 
vədə  iki  qaşıq  artıq  yeyəndə  qarnım  köpür,  öldüm-öldümə 
düşürdüm,  indi  az  da  olsa  məni  incitmədi.  Elə  bil  iki  tatın 
xörəyini  mən  yeməmişəm.  Şam  yeməyində  gərək  Aliyəyə 
deyəm ki, mənim payımı az eləsin. Yox, demək lazım deyil, qoy 
nə qədər gətirir gətirsin. Yediyimi yeyərəm, qalanı da qalar. Bu 
ədəbsizlikdir,  belə  olmaz,  qabda  xörək  qaytarmazlar.  Deyəsən, 
Qəzənfər  Aliyənin  xoşuna  gəlib.  Bəyənməsə  nimçəni  onun 
qabağına  ehtiyatla,  yavaşca,  mənimkinə  isə  göyün  bir  qatından 
tappıltı  ilə  qoymazdı.  Qəzənfər  göyçəkdir,  sevilər.  Həm  də  bir 
saat sükanı idarə edəndə yarım saat da göyərtədə, kurilkada, kefi 
harda  istəsə  orda  veyillənə  bilir.  Yəqin  vaxt  tapıb  Aliyə  ilə 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə