İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.

səhifə9/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

 
26 
dözümsüzü  mən  sayılırdım.  Gəmi  bir  balaca  yırğalanan  kimi 
başım  üstümdə  durmur,  tezcə  dəniz  xəstəliyinə  tutulurdum. 
Amma indi bilirsən məni fırtına harada tutur? Aliyənin «harada» 
– deyə soruşan nəzərləri Təyyara çevrildi. – Bilmirsən? – Xeyir. 
Təyyar əllərini şappıldadıb ciddi bir səslə soruşdu: – Doğrüdan 
bilmirsən?  
– Doğrudan bilmirəm.  
– Aliyə bacım, mən elə guman edirdim ki, dənizçinin hansı 
fırtınada  ağlını  itirdiyinə  heç  olmasa  kitablarda  rast  gəlmiş 
olarsınız.  İndi  ki,  bilmirsən,  deyim  də,  keçib.  Sahildə, 
restoranda. Təyyarın sözünə Əmir qəhqəhə çəkdi. Aliyə çevrilib 
geri baxdı. O doğrudan da Təyyarın söhbətinə aludə olduğundan 
Əmirin  onlarla  dabanbasdı  gəldiyini  büsbütün  unutmuşdu. 
Əmirin  cingiltili  gülüşü  ona  xoş  gəldi.  O,  Əmirə  ikinci  dəfə 
nəzər  yetirdi.  Əmir,  Aliyənin  dostanə  baxışlarından  cürətlənib, 
gülüş doğurub, qızı da güldürmək üçün Təyyara bir sual verdi: – 
Hansı  dərəcə  altında?  Yan  basa-basa  yeriyən  Təyyar  geri 
qanrılmadan: – Qırx üç dərəcəli bir ağbaşın təsiri altında. – dedi 
–  Ağbaş  deyirəm  ha,  qarmızıbaşların  dalğası  məni  yatağa  yıxa 
bilmir.  Qəzənfər  söhbətə  qarışa  bilmədiyi  üçün  yanıb-yaxıldı. 
Münasib  bir  sual  axtardı.  Lakin  fikirləşdi  ki,  Təyyar  pis  cavab 
verib  Aliyənin  yanında  onu  utandıra  bilər.  Buna  görə  də  o 
axtarışını  acı  bir  təəssüf  hissilə  dayandıraraq  yarışda  onu  ötən 
«rəqibinə»  heç  kimin  görə  bilmədiyi  bir  nifrətlə  baxdı.  Təyyar 
burda olmasaydı Qəzənfər bir ağrı, bir təsir vasitəsi tapıb Əmiri 
dilxor edərdi. Lakin o indi bir tərəfdən də çox yaxşı anlayırdı ki, 
Əmirlə  əvvəlki  kimi  rəftar  eləmək  olmaz,  o  Aliyəni  yanında 
təhqirə,  həqarətə  dözməz,  səbirsiz  cavanların  çoxu  kimi  o  da 
irəlini,  gerini  fikirləşməyib  pis  dillənər.  Bu  düşüncələr 
Qəzənfərə  əzab  versə  də  o,  ürəyində,  qəlbində  uçuşan  qızıl 
qanadlı qığılcımları söndürə bilməyib Aliyəyə, Əmirlə mübarizə 
etmədən  sahib  olmağa  ümid  bağlayırdı.  Axı,  o  sirsifətcə 
Əmirdən  qəşəngdir.  Onlar  dəmir  yol  şəbəkəsindən  keçib 
meydançaya  çıxdılar.  –  Avtobus  basa-bas  olur.  Həm  də  mən, 


 
27 
üst-başına  ətir  çiləmiş  ənlikli-kirşanlı  arvadların  maşina 
doldurduqları  qoxudan  boğuluram.  –  deyə  Təyyar  üzünü 
Aliyəyə tutdu.  
–  Taksiyə  oturaqmı?  Aliyə  onların  hamısında  göz 
dolandırıb zarafatla: – Deyəsən, hamınızın cibi boşdur. – dedi – 
Məndən  soruşursunuz,  ya  mənim  cibimdən?  Cibimdən 
soruşursunuzsa mən hazıram. Təyyar əlini onun kürəyinə vurdu: 
– Aliyə bacım, lap yerində dedin. Əmir, dənizçi kamandası beşə 
qarşı iki hesabı ilə uduzdu. Taksiyə yönəldilər. Təyyar Aliyəyə 
qabağı – şoferin yanını göstərdi. Aliyə isə dalda oturdu. Təyyar 
israr  etdi:  –  Aliyə  bacım,  düş,  bura  keç.  –  Mən  ki,  nabələdəm. 
Bələdçi  qabaqda  oturmalı  deyilmi?!  –  Doğru  sözdür,  –  deyə 
Təyyar  qabaqda  əyləşdi.  –  Aliyə  bacım  bizi  yaman  tez-tez 
borclu  çıxarır.  Əmir,  Aliyənin  sağında  oturdu.  Qəzənfər  sol 
tərəfdəki qapını açıb oturmaq istəyəndə şofer dedi ki, maşina o 
yandan  oturmaq  küçə  hərəkəti  qaydalarına  ziddir.  Qəzənfərin 
niyyəti  baş  tutmadı.  «Pobeda»  dağ  yolunu  dırmanır,  yaşıllıqlar 
içində  şütüyürdü.  Aliyənin  nəzərləri  yeni  gördüyü  dağ-
dərələrdə,  zümrüd  meşələrdə,  meşələrin  içində  salınmış  ağ  evli 
təzə  qəsəbələrdə  olsa  da  fikir  diqqəti  Əmirdə  idi.  Əmir  tez-tez 
Aliyəyə  baxır,  lakin  gözlərini  onun  üzündə  çox  saxlamayıb 
başqa  səmtə  çevirirdi.  Əmirin  baxışları  Aliyənin  qılçalarına 
zillənəndə  o  diksindi.  Aliyəyə  elə  gəldi  ki,  dizlərinin  üstü 
açılmışdır. Baxarkən qılçasının Əmirin qılçasına yapışdığı və bu 
utancaq oğlanın öz ayağını götürüb o tərəfə qoymasını görəndə 
ürəyində  ona  qarşı  dərin  bir  ehtiram  duydu.  Maşın  onları 
yırğalayıb  çiyin-çiyin  vuranda  Əmirin  necə  qızardığını,  onun 
özünü  Qəzənfərə  sıxdığını  müşahidə  etdi:  «Namuslu  oğlana 
oxşayır. Yaman da utancaqdır. Ayrısı olsa yırğalanmanı bəhanə 
eləyib  üstümə  yıxılar,  ətinin  ətimə,  bədəninin  bədənimə 
toxunmasından ləzzət alardı. Bu da bəziləri üçün bir təsəllidir.» 
«Pobeda»  şəhərə  girmişdi.  Şofer  onların  hara  gedəcəklərini 
soruşmadan  sürürdü.  Təyyar  güldü.  –  Ay  şofer  saxla.  Şofer 


 
28 
qardaş,  dillənməsəm  bizi  hara  aparacaydın?  Şofer  gülümsədi, 
lakin cavab vermədi. Aliyə maşından düşərək:  
–  Görünür  planı  yarımçıqdır.  –  dedi  –  müştərisi  az  olan 
taksi həmişə belə eyləyir. – Yaman dedin ha! – deyə şoferə pul 
verən  Təyyar  gülməkdən  az  qala  yıxılacaqdı.  Şofer  də  gülüb 
maşını tərpətdi. – Aliyə bacım, kinoya gedək, yoxsa gəzək? Bu 
kinonu  yaman  tərifləyirlər.  Bizim  bu  kəl  oğlanlar  keçən  səfər 
baxıblar.  Qoy  özləri  desinlər  gərək  baxmağa  deyərmi?  – 
Qiyamət  kinodur.  –  deyə  Qəzənfər  ağzını  açmağa  hazırlaşan 
Əmirə  aman  verməyib  tez  tərifə  keçdi.  –  Mənim  hər  kinodan 
xoşum  gəlməz,  amma  «Hələ  sən  mənimləsən»  kimi  kino 
görməmişəm.  Az  qaldım  ağlayam.  Nə  cür  daşürəkli  adam  olsa 
gözləri  dolar.  –  Adamı  orada  ağladan  nədir?  –  deyə  Aliyə 
dayanıb Qəzənfərin üzünə fəhmlə baxdı. – Ona görə ki... Adama 
bərk təsir eləyən?  
– Hə. Qəzənfər qısa müddətli sükutdan sonra əlavə etdi:  – 
Bir  nəfər,  kişinin  halalca  arvadını  əlindən  almağa  çalışır.  – 
Zorla?  –  Bir  yanı  zorla,  bir  yanı  da  xoş.  Aliyə  elə  güldü  ki, 
Qəzənfər,  qıtlıq  zamanı  çörək  təknəsinə  yüyürərək  analıq 
tərəfindən kötəklənən yetim uşaq kimi geriləyib dala qaldı. – Pis 
kino  deyil  –  deyə  Əmir  izah  elədi  –  Orda  həyat  var,  orda 
psixologiya  var,  orada  insan  taleyi  var,  orada  ailə  ər-arvad 
məhəbbəti  var.  Kinonun  sonunu  həyəcan,  intizar  içində 
gözləyirsən. Bədbəxt kasıb ərin gözəl namuslu arvadının maddi 
çətinliklərə  dözməyib  pul  qazanmaq,  ərinə  kömək  etmək 
istəməsi, həmin qadının ifaçılıq məharəti və bu istedada vurulan 
kinorejissorun  məhəbbəti  göstərilir.  Məncə  baxsanız  sizin  də 
xoşunuza  gələcəkdir.  Əmirin  kinoya  verdiyi  qısaca  xülasə 
Aliyəni  heyran  qoydu.  Təyyar  bunu  düşüb:  –  Aliyə  bacım,  – 
dedi  –  təəccüblənmə.  Dənizçilər  indi  sənin  çoxdan  eşitdiklərin 
kütbeyinlər,  qabalar  deyillər.  Səni  inandırıram  ki,  bizdən  çox 
qəzet, kitab, jurnal oxuyan olmaz. Haradan desən dənizçi oradan 
sənə xəbər verər. Atalar sözü var: «Çox oxuyan alim olar.» Biz 
oxuyub  alim  olmasaq  da  hər  kitabdan,  hər  qəzet-jurnaldan  bir 




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə