İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

 
29 
şey  öyrənir,  bir  şey  götürürük.  Mübahisə  yaxşı  şeydir.  Adama 
çox  şey  öyrətməsi  bir  yana  dursun,  insanın  bildiklərini  də  öz 
hafizəsində  möhkəmləndirir.  Dənizçinin  mübahisəsiz  bir  günü 
olmur.  Çənəbazarı  açılanda  mübahisəyə  hamı  qarışır,  söhbətdə 
hamı  iştirak  edir.  İndi  dənizçilər  nəzakətlidirlər,  həssasdırlar, 
qayğıkeşdirlər, danışıqları savadlıdır, söhbət eləyəndə kəkələyib 
zəhlə  tökmürlər.  Ekipaj  üzvlərimizin  yarıdan  çoxu  qiyabiçidir, 
institutlarda oxuyurlar. Bu kəl oğlanların ikisi də «politexnikə» 
üç il bundan qabaq qəbul olunublar, bir neçə ildən sonra bitirib 
ali  təhsilli  adam  olacaqlar.  Hə,  Aliyə  bacım,  dənizçilər  indi 
tərəqqidədirlər.  ...  Onlar  kinodan  sonra  dəniz  kənarındakı  bağa 
gəldilər.  Yay  kafesində  oturub  dondurma  yeməyə  başladılar. 
Oradan  dəniz,  dəniz  kənarı  apaaydın  görünürdü.  Plyajda 
qumsallığa  səpələnmiş  göbələyə  oxşar  ağ  çətirlər  diqqəti  cəlb 
edirdi.  Yelkənli,  matorlu  qayıqların  süzməsi,  yerişi,  qaçışı 
məlum  olmayan  uşaqların  top  kimi  dığırlanıb  ləpədöyəndə 
oynaşması,  çimib  çıxanların  çətirlərin  altında  kölgələnməsi, 
tankerlərin  nəhəng  gövdəsini  çəkib  limana  girməsi,  limandan 
çıxması  adamın  nəzərini  özünə  çəkirdi.  Dənizdən  əsən  meh 
kofedə oturanların saçları ilə oynayırdı. Kofenin ortasındakı gül 
xiyabanı  gəlib-gedəni  salamlayırmış  kimi  yırğalanıb  xışıldayır, 
dalğalanıb pıçıldayırdı. Kafenin sonundakı fəvvarə fışqırıb göyə 
qalxır,  sonra  da  boynunu  büküb  şırıltı  ilə  hovuza  tökülürdü. 
Aliyəgilin  stolu  fəvvarənin  yaxınlığında  idi.  Onların  üst-başına 
su  zərrəciklərindən  mirvarilər  düzülürdü.  Kafedəkilərin  demək 
olar  ki,  hamısı  dənizə,  dəniz  kənarındakı  canlanmaya  baxırdı. 
Aliyənin  də  nəzərləri  dənizdə  idi.  Buna  baxmayaraq  o,  kinoda 
onunla  yanaşı  oturan  Əmirin  hərəkətləri  haqda  düşünürdü: 
«Qoltuqaltında  dirsəklərimiz  bir-birinə  toxunan  kimi  Əmir 
qolunu çəkdi. Önümüzdə oturanlar uzun idilər. Biz boynumuzu 
əyib iki başın arasında qalan yerdən ekrana baxmalı idik. Əmir 
başını o səmtə qətiyyən yaxın gətirmədi, boynunu əyib Qəzənfər 
tərəfdən baxdı. Kino rejissor o ərli arvadı öpmək istəyəndə mən 
qeyri-iradi  olaraq  ayaqlarımı  qaldırıb  yerə  vurdum,  əmirin 


 
30 
ayaqlarını  tapdaladım.  O  heç  nə  demədi,  verdiyim  ağrının 
əvəzində  mənə  bir  təbəssüm  bağışladı.  Qadın  rejissorla  tək 
qalanda  Əmir  ağlayırdı.  O  bunu  məndən  gizlətməyə  çalışırdı, 
ancaq  bacarmırdı.  Əmir  niyə  ağlayırdı?  Görəsən,  onun  qəlbini 
kişinin  kasıblığımı,  yoxsa  o  məsum  qadını  amansız  ehtiyac 
burulğanının  alçaq  meyillərə  doğru  çəkib  aparmasımı 
qanatmışdı?  Əmir  kinodan  çıxandan  sonra  da,  elə  indinin 
özündə  də  bədbindir.  Səhv  etmirəmsə,  bu  qeyri-adi  oğlandır. 
Deyəsən  ailə  şərəfini,  ər-arvad  məhr-məhəbbətini  hər  şeydən 
üstün  tutur.  Əmirin  arvadı  xoşbaxt  olacaq.»  Aliyə  köksünü 
ötürdü.  Ərnikləyən  dondurmanı  qaşıqlayıb  yeməyə  başladı. 
Qonşu stolun arxasında cüssəli, kök iki oğlan oturmuşdu. Onlar 
kofeyə Aliyəgildən sonra gəlmişdilər. Aliyə öz fikirlərilə məşğul 
olduğundan  onların  nə  zaman  gəldiyini  hiss  etməmişdi.  O 
oğlanlar içmişdilər, onların kefi yuxarı idi. Hərdən söyüş söyür, 
pis-pis  danışırdılar.  Oğlanların  biri  saqqallı  idi,  onun  gözləri, 
yanaqları  köz  kimi  qızarmışdı.  Tuşla  qollarını,  sinəsini 
döydürmüş,  müxtəlif  epiqraflar  yazdırmış,  şəkillər  çəkdirmişdi. 
Onun  ətli  boynu  belindən  yoğun  idi.  Köhnə  boğazlı  çəkmə 
geyinmişdi.  Yaxası  açıq  qolsuz  yay  köynəyinin  ətəyini  nimdaş 
şalvarının  üstündən  aşağa  buraxmışdı.  Onun  yönü  Aliyəyə  sarı 
idi.  Dumanlı,  bulanıq  gözləri  ilə  hərdən  Aliyəni  süzürdü.  O, 
Aliyəni kiməsə oxşadırmış kimi gözlərini geniş açıb gülümsədi. 
Bir  əlini  oturduğu  stulun  söykənəcəyinə,  digərini  isə  stolun 
üstünə  dirəyib  içkidən  taqətsizləşib  ağırlaşan  bədənini  zorla 
yuxarı qaldırdı. Səntirləyə-səntirləyə gəlib Aliyəyə salam verdi. 
O  ayaq  üstə  dura  bilmirdi.  Gah  irəli,  gah  da  geri  gedib  özünü 
yıxılmaqdan  güclə  saxlayırdı.  Yoldaşı  onu  geri  çağıranda  əlini 
yellədi  və  bircə  addım  da  irəli  atıb  dirsəyini  Aliyənin 
qarşısındakı  stolun  üstünə  dayadı.  Əlini  qızın  saçlarına  vurdu, 
pozğun  rus  dilində  Aliyəni  sevdiyini  söylədi.  Əmir  qalxmaq, 
sərxoşu  dilə  tutub  uzaqlaşdırmaq  istədi.  Lakin  Aliyə  ona  göz 
vurdu: işin olmasın.  


 
31 
–  Məni  çoxdanmı  sevirsən?  Sərxoş  əlini  ürəyinin  üstünə 
apardı: – Bu ürəyim şahiddir.  
–  Ürəyinə  girməmişəm  ki,  nə  bilim  orada  nə  var.  Sərxoş 
qəddini düzəldib yumruğunu ürəyinin üstünə döydü.  
–  Bu  mənə  heç  zaman  xəyanət  eləməyib.  Aliyəni  gülmək 
tutdu. Ancaq o özünü tez ələ aldı.  
–  Xəyanət  eləsə  neynərsən?  Sərxoş,  Aliyənin  sualına 
istehza  edirmiş  kimi  gülümsündü.  Cibindən  bir  bıçaq  çıxartdı. 
Bıçağın  sapında  olan  düyməsini  basan  kimi  tiyəsi  şaqqıldayıb 
açıldı.  Ağ  tiyə  parıltı  saçdı.  Sərxoş  tiyənin  iti  ucunu  ürəyinə 
tuşladı.  –  Onu,  bax,  bu  bıçağa  qurban  elərəm.  –  İnanıram. 
Sərxoşun  gözlərində  vəhşi  ehtiras  göründü.  –  Demək, 
məhəbbətimə  inanırsan.  Aliyə  əlilə  ağzını  örtüb  gülüşdən 
titrəyən çiyinlərini də içinə qısdı, güclə: – Əlbəttə! – deyə bildi. 
Sərxoş, Aliyənin qolundan tutub: – Dur, bu yana gedək. – dedi – 
Oturub  söhbət  eləyək,  axşamın  düşməsini  gözləyək.  Qaranlıq 
qarışandan sonra sən göydəki ulduzlara baxarsan, mən də sənin 
gözlərinə. Aliyə qolunu onun əlindən birtəhər çıxarıb dedi:  
– Etirazım yoxdur. Ancaq get iki şampan, yeməyə də sənin 
kefin  nə  istəyir ondan  al. Biz, orda  acından ölmərikmi? Sərxoş 
əlini qulağı bərabəri qaldırıb əskərsayağı salam verməyə çalışdı, 
lakin  bədəni  ortadan  sınacaqmış  kimi  əyilib  onu  dala  dartdı.  – 
Baş üstə, bu saat. Ancaq...  
–  O  bel-buxununu  və  yerişini  düzəldib  irəli  gəldi.  –  Bir 
dəfə  öpüm  sonra  gedim.  Aliyənin  fikri  onu  şampan  dalınca 
göndərib  aradan  çıxmaq  idi.  Kafenin  bufetində  şampan  şərabı 
satılmırdı. Sərxoş şampan almağa bağdan da xeyli o tərəfdə olan 
ərzaq  mağazasına  baş  çəkməli  idi.  Lakin  araq  açıb  ağlını 
azaltmış  sərxoş  nədənsə  aldanmadı,  qayıdıb  Aliyəni  qucaqladı. 
Aliyə qalxıb var gücü ilə onu dala itələdi. Sərxoş yıxılıb qalxdı, 
saralmış  qıcırtdayıb  bıçağını  çıxartdı:  –  Paskuda!  Əmir  onun 
qolunu burub bıçağı əlindən aldı.  
–  Burma!  –  deyə  Əmirə  acıqlanan  Təyyar  sərxoşla  onun 
arasına  girdi.  –  Aliyəni  də  apar  get!  Sərxoşun  şilləsi  Əmirin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə