53
çatacağı göstərilirdi. Demək, gəmi səkkiz saat səmərəsiz
dayanacaqdı. İstismar vaxtına qənaət edən, səfərləri tez başa
vurmaq uğrunda dəqiqələri, anları qovan ekipaj bu cür sakit
havada səkkiz saat itirəcəkdi. Onlar səkkiz saata həm yükü
boşaldıb qurtarar, həm də növbəti səfərdən otuz, qırx mil yol qət
edə bilərdilər. Gələndə elədikləri qənaəti qayıdanda artırar, aylıq
planı iyirmi gündə doldurub pul mükafatı alardılar. Onlar
kisədən gedən bu səkkiz saatın uğursuzluğuna təəsüflənirdilər.
Nə etmək olar, bundan ötrü onları qabaqda gözləyən qələbə
günləri, ayları içində itirərlər. Dənizçilərin diltəngliyi çox
çəkmədi. Onlar soyunub özlərini günəşə yandırmağa, çəkişməyə
başladılar. Nicat dairələri kəndirlərlə məhəccərə hörüklənib
dənizə atıldı. Dənizə hoppananların kumbultusu, şap-şupu
yatmış suları dalğalandırıb oyatdı. Nicat dairələri yırğalandı,
çevrə şəkilli dalğalar getdikcə genişlənib dənizin üzünə yayıldı.
Çimənlər bir-birinin üzünə su atıb zarafatlaşır, yorulanlar nicat
dairələrindən tutub dincəlir, çimməyənlər də göyərtədən onlara
tamaşa edirdilər.
– Aliyə bacım, sən niyə çimmirsən, yoxsa üzmək
bilmirsən? Məhəccərə söykənib çimənlərə baxan Aliyəni
dindirən Təyyar idi. O başına əlüz dəsmalı sarımışdı. Köynəyini
qoltuğuna vurmuşdu. Orta göyərtədən gəlirdi. Gün onun tüklü
sinəsini, çiyin kürəklərini yandırıb qıpqırmızı qızartmışdı. İri
biçimli əllərinin üstündəki damarlar üfürülüb şişmişdi. –
Bilirəm.
– Bəs, niyə çimmirsən, utanırsan? Utanmaq nədir! «Çünki
oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu.» Aliyənin əynində
xələt, başında böyük çevrəli ağ aşpaz papağı vardı. Günəşin
sularda əks edən şüaları onun lətif üzündə, mavi gözlərində
oynayırdı. – Utanmıram, çimmək kastyumum yoxdur. Təyyar
nəsihətverircəsinə:
– Bu haqda gərək gəmiyə gəlməyə hazırlaşanda düşünəydin
– dedi. – Dənizdə çimmək yaxşı şeydir. Adamın canı-başı
bərkiyər, ciyərlərin hava tutumu artır, nə bilim daha nə kimi
54
faydaları olur. Belə işləri həkimlər yaxşı bilirlər. Mən də bu
dediklərimi onlardan eşitmişəm. Sınamışam da. Doğurdan da,
dənizdə çox çiməndə, avar çəkəndə adam başqa fiziki işlərdə
təngnəfəs olmur. Xəstəliklərə qarşı da davamlılığı artır.
Məsələn, qrip kimi xəstəliyin necə şey olduğunu mən beşinci
ildir ki, tanımıram. Bir az susub əlavə etdi:
– Get hazırlaş gəl, gedək.
– Hara?
– Bax, o gəmiyə.
– Təyyar. üç mil aralıda lövbər sallamış gəmini göstərdi. –
«Donbasdır» O Həştərxan çay donanmasınındır. Reydə gələn
gəmiləri ərzaqla təmin edir. Orada sənaye malları mağazası da
var. Keçən səfərlərin birində ora getmişdim, onda orada çimmək
kastyumu görmüşdüm. Satılıb qurtarmamış olar, gedək birini
səninçün alaq. «Donbas»da yaxşı Həştərxan qarpızı da olur. – O,
ləzzətlə başını yırğaladı. – Həştərxan qarpızı yeməmisən?
– Yeməmişəm. Təyyar əlini Aliyənin çiyninə vurub onu
tələsdirdi: – Ağzımın suyu axdı, tez ol! Paltarını dəyiş, bu
paltarda ora getmək olmaz. Orda bizim hər şeyimizə fikir
verəcəklər. Əmir haradadır? – Təyyar o yan-bu yana boylanıb
Əmiri axtardı. – Seyfəddin, Əmiri tez bura çağır. Aliyə yaşıl
yubqa, ağ kofta geyinmişdi. Balaca cəhrayı ridikülünün qulpunu
biləyinə keçirmişdi. Qızıl saatı, qızıl sırğaları, mirvarilərlə
özünü bəzəyib məlahətini bir az da artırmışdı. Sırğaları
yırğalandıqca parıltı saçırdı. Sanki təmiz səmada şimşək çaxır,
ulduzlar parlayıb sönürdü. – Təyyar qardaş, biz ora nə ilə
gedəcəyik? Geyinib göyərtəyə çıxaraq köynəyini qollarını geri
qatlayan Təyyar: – «Volqa» ilə – dedi. – Doğrudan nə ilə?
– Qayıqla. Əmir uşaqlara de, qoy sənə kömək eləsinlər,
qayığı suya salın. Aliyə trapla düşmək sənə çətin olacaq, indidən
çıx otur qayığın içində. Mən də pul götürüb gəlirəm. – Məndə
var Təyyar qardaş. Təyyar məzəkarlıqla dedi: – Mənə tüfeyli
həyat sürməyi öyrətmək istəyirsən, yoxsa, rüşvətlə gözlərimi
indidən pərdələmək niyyətindəsən? Aliyə qayığa oturdu.
55
Matroslar qayığı suya salladılar. Əmir də trapla qayığa enib
yerini rahatladı, avarların ikisini də nizamlayıb «səfərə» hazır
oldu. Təyyar bu vaxt göyərtədən Aliyəyə üzrxahlıq elədi:
– Aliyə, məni bağışla, gedə bilməyəcəyəm. İndicə, elə bu
dəqiqə radioqram aldım, ona təcili cavab verməliyəm. Doğru
cavab üçün də gərək keçən rüblərin hesabatlarını gözdən
keçirəm. Bu ən azı iki saat vaxtımı alacaqlar. Bu qədər vaxtda
da siz həm ora çatar, həm də əskik-gərəyinizi alıb bəri yola
düşərsiniz. Nə etmək, görünür bir yerdə dəniz gəzintisinə
çıxmaq bizə nəsib deyilmiş. Sizə yaxşı yol! Əmir kürəklə!
Təyyar onlara gülə-gülə əl elədi. Gəmi boyu sürünən qayıq,
sinəsi malalanmış lal dənizin üzündə oyanmış pıçıltılı sulardan
özü öndə köpüklü yol salıb getdi. Aliyə ağ çətirini açıb başı
üzərində tutmuşdu. O gəmidən baxanda şehli çəmənlikdə bitən
tənha göbələyə oxşayırdı. Radioqram məsələsi yalan idi,
Təyyardan heç bir şey soruşulmurdu. O özü qəsdən getmədi.
Əmirin Aliyəyə rəğbət bəslədiyini duymuşdu. Həm də
fikirləşmişdi ki, Aliyə uşaqların birinə nə qədər tez bağlansa
yaxşıdır. Yoxsa uşaqlar keflənib gəldikcə qıza sataşacaqlar. Hər
halda bunun nəticəsi yaxşı olmayacaq. Ekipajın adı biabır
olacaq, onu da yuxarı çağırıb danlayacaq, abrını alacaq, gəmidə
tərbiyənin aşağa səviyyədə olmasına görə töhmətləndirəcəklər.
Əmirlə Aliyə beş, on dəqiqə dinib danışmadılar. Onların əvəzinə
qayığın arxasınca qaynayıb axışan sular bitib-tükənməz bir
söhbət başlamışdı. Sanki Əmirin ürəyindəkiləri Aliyəyə
söyləyir, onun cavab vermədiyini görüb gileylənirdi. Aliyənin
xəbəri yox idi; Əmiri heyvani bir hiss çuğlamışdı. Onun
qulaqları batmışdı, o heç bir səs, söz eşitmək iqtidarında deyildi.
Ürəyinə soxulmuş qasırğa onu üşüdürdü. Əmir ağappaq
ağarmışdı. Böyümüş gözləri heç nəyi görmürdü. Hava azlıq
edirdi, o boğulurdu, avar çəkə bilmirdi. Avarlar bəzən havada
gedib gəlir, bəzən də suların dərinliyinə işləyib. Əmirdən böyük
qüvvət tələb edirdi. Əmirin isə qollarında güc qalmamışdı.
Aliyə, Əmirin üzünə baxanda qorxdu, geri çəkilib qayığın
Dostları ilə paylaş: |