İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

 
77 
tuturlar.  Aşiqanə  sözləri  bir  ucdan  onun  üzərinə  yağdırırlar. 
Dostların məqsədi xidmətçi qadınla vədələşmək, gələn səfərlərə 
«isti yuva»  hazırlamaq  olur.  Müsahiblərin ikisində  də  bu  şövq, 
həvəs eyni dərəcədə alovlanır, bir-birinə güzəştə gedə bilmirlər. 
Elektrik  mexaniki  şturmana  deyir:  –  Sən  bənd  olma,  mənə 
nisbətən  yaşlısan.  Belə  fədakarlıqlar  cavanlara  məxsusdur.  Get 
özünə  özün  kimi  dişləri  tökülüb  ağzı  çökəlmişin  birini  tap  ki, 
arxası  yerə  gələndə  o  da  sənin  təki  ulduza  fılfız  desin. 
Mexanikin  sözünü  zarafat  sanan  şturman  ona  o  mənada  cavab 
qaytarır:  –  Böyüklərin  borcu  qabağa  düşüb  yol  açmaq, 
kiçiklərin,  südəmərlərin  işini  asanlaşdırıb  onları  zəhmətlərdən 
qurtarmaqdır.  Söhbətin  bu  yerində  əvvəlkindən  də  artıq  işvə, 
qəmzə,  nazla  silahlanmış  qadın  onların  yanına  gəlir.  Şturman 
qadının  əlini  sığallayaraq  ondan  soruşur.  –  Düzmü  deyirəm? 
Sualdan heç nə anlamayan qadın müştəri qarşısında həmişə üzü 
təbəssümlü,  gözləri  gülüşlü,  mehriban  olmaq  tələbilə 
gülümsəyir:  –  Siz  heç  yalan  danışmısınız  ki...  Şturman  gülüb 
mexanikə  acıqverircəsinə  qadının  belini  qucaqlayır:  – 
Adamımsan.  Onda  yüz  də  gətir.  Axırıncı  yüzü  sənin  sağlığına 
içəcəm.  Qadın  gedir,  mexanikin  kəlbətin  əli  şturmanın 
çiyinlərindən  yapışır.  –  Donuz!  Şturman  qadını  çağırır,  süfrə 
xərcinin hamısını verib restorandan çıxır. O mexaniki hədələmir
özünü  elə  aparır  ki,  guya  mexanikdən  zərrə  qədər  də 
inciməmişdir.  Şturman  avtoya  oturub  dəmir  yol  vağzalına, 
oradan  da  buxtaya  gəlir.  Keşikçi  dayanan  qapıdan  keçib  dəniz 
kənarında  gizlənir.  Mexanik  gəmiyə  qayıdanda  onun  qarşısına 
çıxır,  əlindəki  dəmiri  başına  endirir.  Sahili  döyən  ləpələrin 
gurultusu onun səsini batırır, mexanikin fəryadını eşidən olmur. 
Şturman  onu  ikinci,  üçüncü  zərbələrlə  tamam  candan  eləyir  və 
mexaniki sürüyüb dənizə atır. Gəmi yükünü boşaldandan sonra 
bir  saat  yarım  səmərəsiz  dayanıb  onu  gözləyir.  Mexanik  gəlib 
çıxmır,  gəmi  yola  düşür,  adını  da  qoyurlar  –  səfərdən  qaldı. 
Aradan üç gün keçmiş şişib üzə çıxan meyidi ləpələr sahilə atır. 
Liman  işçiləri  onu  görüb  milis  şöbəsinə  xəbər  verirlər.  Milis 


 
78 
işçiləri  də  kapitandan  tutmuş  ocaqçıya  qədər  hamını  bir-bir 
dindirir.  Mexanikdən  ştarmanla  gəzməyə  bir  getdiklərini, 
restorana  girdiklərini  və  orada  yeyib–  içdiklərini,  xidmətçi 
qadınla «dilxoşluq» elədiklərini onları görən matrosdan öyrənib 
kələfin  ucunu  tapırlar.  Bundan  sonra  möhkəm  yaddaşa  malik 
xidmətçi  qadının  şturmanı  tanıması,  onun  verdiyi  doğru izahat, 
şturmanın etirafı başlanır. Ekipaj üzvləri bu hadisənin üzərində 
daha  çox  dayandılar.  Çıxışlardan  hamının  qəzəbləndiyi 
görünürdü.  Hamı  da  aqibəti  o  cür  olmayan,  lakin  ona  oxşar 
sərgüzəştləri  xatırlayıb  misallar  gətirirdi.  Heç  bir  faydası 
olmayan  mənasız  mübahisələrin,  şit  zarafatların,  yaxşı  nəticəsi 
ilə  qurtarmadığını  yada  salır,  yoldaşlarını  səmimi  rəftara, 
mehribanlığa,  qayğıkeşliyə  çağırırdı.  Müzakirə və  çıxışların  ilk 
küləyi  Qəzənfəri  tutdu.  Qəzənfərin  haqqında  hamıdan  qabaq 
bosman  danışdı:  –  Hər  bir  insan  səhv  edə  bilər.  Ancaq  eyni 
səhvin  dönə-dönə  təkrar  olunması  o  deməkdir  ki,  bu  adamın, 
düzəlməklə, özünə də, ekipaj üzvlərinə də hörmət qoymaqla işi 
yoxdur.  Qəzənfər  yaxşı  işçidir,  qoçaqdır,  adam  yarıdandır, 
diribaşdır  –  bunları  inkar  etmək  olmaz,  ancaq  intizamsızdır. 
Neçə  dəfə  tapşırıq,  neçə  dəfə  töhmət  alıb  danlanmasına 
baxmayaraq yenə də bildiyini babasına vermir. Adama nə qədər 
tapşırıq,  töhmət,  öyüd-nəsihət  verərlər?!  Görünür  bu  adam 
qozbeldir və buna da qəbir lazımdır. Mənim təklifim Qəzənfərin 
gəmidə  –  bizim  gəmidə  saxlanılmamasıdır.  Bosmandan  sonra 
gəmi komitəsinin sədri danışdı. O da bosmanın dediklərini başqa 
şəkildə  təkrar  etdi.  Ümumiyyətlə  söz  alıb  qalxan  Qəzənfərin 
gəmidən  qovulmasını  tələb  etdi.  Əmir  növbədə  idi.  Aliyə  ilə 
Qəzənfər  isə  yanaşı  otrub  çıxışları  dinləyirdilər.  Aliyə  elə 
fikirləşmişdi ki, hamıdan sonra Təyyar danışıb ekipaj üzvlərinə 
Qəzənfərin  bu  dəfə  də  bağışlanmasını  məsləhət  görəcəkdir. 
Lakin Təyyar qımzanmırdı. Məsələ də ciddiləşir, təkliflərin səsə 
qoyulması  vaxtı  yaxınlaşırdı.  Qəzənfər  də  Aliyə  kimi 
düşünmüşdü.  Ancaq  bu  qədər  təklifin  nəticəsiz  qalmayacağını 
bilib  narahat  olmuşdu.  Aliyə  Qəzənfərə  pıçıldadı:  –  Sən 


 
79 
Təyyarın  yanına  getməmişdin?  –  Getmişdim.  –  Nə  üçün 
qaldığını danışmamışdın? 
– Danışmışdım.  – Təyyar nə demişdi.  –  Demişdi  ki, sənin 
məsələni  gəmi  yığıncağı  həll  edəcək.  Təkliflər  səsə  qoyulanda 
Aliyə əlini yuxarı qaldırdı: – Mənə icazə verin, bir-iki kəlmə söz 
demək istəyirəm. Hamı heyrətləndi: Aliyə görəsən, nə deyəcək, 
nə  söyləyəcəkdi?  Tanımadığı  adamın  haqqında  o  nə  deyə 
bilərdi?  Hamının  göyə  qalxmağa  hazırlaşan  əli  aşağa  endi. 
Qırmızı guşədə qəribə bir sükut yarandı. 
– Evlad nə üçündür? Ana büdrəyəndə oğul onun qolundan 
tutmasa  o  nəyə  gərəkdir?  Hamının  anası  var,  kiminki  ölüb, 
kimininki  sağdır,  bunda  sözüm  yox.  Kimin  anası  xəstələnəndə 
ürəyi  ağrımaz?!  Ananı  yataqda  bihal  qoyub  işə  gedən  oğula 
mən,  evlad  demərəm.  Qəzənfərin  də  anası  xəstələnibmiş. 
Anasını  o  vəziyyətdə  qoyub  gələ  bilməyib.  Qəzənfər  bir  onda 
səhv  eləyib  ki,  vəziyyəti  kapitana  xəbər  verməyib.  Mən 
soruşmamışam,  bilmirəm,  o  bəlkə  də  anasının  xəstələndiyini 
bildirmək  üçün  gəlib  gəmiyə  çatmayıb,  gecikib.  Məncə  anaya 
göstərdiyi  qayğıya  görə  evladın  iş  məsələsini  həll  etməzlər.  İş 
məsələsinə  sizin  kimi  ötəri  yanaşmazlar.  Bura  yığancaqdır. 
Əsaslı ittiham olanda belə hakim müqəssiri dindirməmiş gəlmir. 
Amma siz onun nə üçün səhv etdiyini heç soruşmadınız. Kimsə 
yerdən söz atdı:  
–  Bu  birinci  bəhanə  deyil.  Qəzənfər  nə  qədər  səfərdən 
qalıb,  o  qədər  də  qohumlarından  xəstələnib  ölənlər  olub.  Bu 
hesabla  gərək  Qəzənfərin  anası  da,  qohumları  da  qırılıb 
qurtarmış  olsun.  Hamı  gülüşdü.  Aliyə  pərt  oldu.  Lakin 
dilxorçuluğunu  bildirmədən  dedi:  –  Mən  Qəzənfəri  müdafiə 
etmək  fikrində  deyiləm.  Mənim  üçün  buradakıların  hamısı 
birdir. Onu demək istəyirəm ki, müqəssiri həm qanunla, həm də 
vicdanla  mühakimə  edərlər.  Bəlkə  bəzilərinin  ürəyi  daşdandır, 
ana-bacısının,  qohum-qardaşının  xəstələnməsi  ona  əsər  eləmir. 
Belələri  ana-bacı,  qohum-qardaş  qeydinə  qalanlara  irad 
tutmaqda  özlərini  gülünc  vəziyyətə  salırlar.  Qəzənfər  əgər  hər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə