İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

 
80 
dəfə  sizi  aldadıbsa  onun  yalançılığının  üstünü  kim  açıb?  Kim 
sübut  eləyər  ki,  o  bütün  ekipaj  üzvlərinə  kələk  gəlib?  Niyə 
susursunuz,  durun  deyin  də!  Gümanla  yəqinlik  hasil  etməzlər. 
Aliyə  oturdu. Heç kim cınqırını çıxartmadı. Hamı  göyçək, dilli 
müdafiəçisinə görə Qəzənfəri həsəd hissilə süzdü. Qəzənfər hər 
yandan dikilib onun üzərində mərkəzləşən qibtə dolu nəzərlərin 
altında  şişərək  böyüdü.  Sinəsi  ürəyinə,  varlığına  ruhuna  darlıq 
elədi. Yığıncaqdakıların baxışları görüşüb danışdı: neynəyək?  
–  Bizi  yamanca  tənqid  elədiniz  –  deyə  yığıncağa  sədirlik 
edən şturman səhvini başa düşmüş adam məyusluğu ilə dilləndi. 
Onun  sözünü  istehza,  kinayə  zənn  edən  Aliyə  qalxıb  üzünü 
bozartdı:  –  Düz  deyirəm.  Həmişə  təqsirkarı  dindirərlər.  Amma 
siz  elə  hərəkət  etdiniz  ki,  elə  bil  Qəzənfər  canidir,  onun 
dindirilməsinə  lüzum  yoxdur  və  o  xüsusi  tapşırıqlar  üzrə 
qabaqcadan  müəyyən  edilmiş  cəzaya  məhkum  edilməlidir.  – 
Mən nə deyirəm ki...  
– 
Şturman 
mübahisədə 
məğlub 
olmuş 
çərənçi 
peşmançılığını xatırladan üzgün bir səslə əlavə etdi, – haqlısınız. 
Eşitdiyimə görə... Yaxşı, qalxıb desin görək səfərdən niyə qalıb 
və  bu  intizamsızlığa  haçan  son  qoyacaq.  Qəzənfər  Aliyənin 
söylədiklərini tutuquşu kimi təkrar etdi: – Anam xəstələnmişdi. 
Həkimin,  dərman-davanın  dalınca  ora-bura  çox  qaçdım. 
Tələsdim  ki,  kapitandan  icazə  alam,  çatmadım,  gəlib  gördüm 
gəmi  gedib.  Mən  başqa  kefdən  ötrü  qalmamışam.  Söz  verirəm 
ki, bu mənim birinci və axırıncı intizamsızlığım olacaqdır.  
–  İki  təklif  var  –  deyə  şturman  əyləşənlərə  müraciət  etdi. 
Aliyənin səsi, etirazı onun səsini ağzında qoydu: – Belə də iclas 
olar?!  Belə  də  məsələ  müzakirə  edərlər?!  İkinci  təklif 
verilməmişdən  məsələni  səsə  qoyarlar?!  Yığıncağı  həmişəmi 
belə aparırsınız?! Şturman sözünə haqq qazandırmağa çalışdı. – 
Burada  dolaşıq,  qaranlıq  bir  məsələ  yoxdur.  Birinci  təklif 
bosmanınkıdır,  ikinci  də  sizin.  Çıxış  eləmək  istəyən  varsa 
buyursun. – Şturman nəzərlərini qırmızı guşə boyu dolandırdı. – 
Danışmaq  arzusunda  olan  yoxdur  ki?  –  Əl  qaldıran,  ağız  açan 


 
81 
olmadı  –  Yoxdur.  Kim  Qəzənfərin  gəmidən  qovulmasının 
tərəfdarıdır,  əlini  qaldırsın.  Hamı  Aliyəyə,  Aliyə  də  hamıya 
baxdı. Başlar sinəyə əyilib gözlər döşəməyə dikildi. Təyyardan, 
bosmandan və şturmandan başqa əl qaldıran olmadı. – Üç nəfər. 
Kim  qalmasının  tərəfdarıdır?  Aliyənin  əli  yaydan  çıxmış  ox 
kimi göyə milləndi. O kimin üzünə boylandısa o da əl qaldırdı. 
Burada  gözəllik,  qadın  izzəti-nəfsinə  hörmət,  ehtiram  qalib 
gəldi.  11.  Təyyarın  ağzına  su  alıb  susması,  bir  kəlmə  də 
danışmaması  Aliyəni  yaman  hirsləndirmişdi.  «Bu  Təyyar  niyə 
belə  nə  ətdir,  nə  balıq?  Axı,  o  kapitandır,  gərək  məsələnin  bu 
qədər çək-çevirinə yol  verməyəydi. Durub deyəydi: yoldaşlar... 
Axır  ki,  bir  söz  danışaydı.  Kapitanın  ki,  ağzı  qatıq  kəsmədi, 
ondan yaxşı şeylər gözləmək olmaz. Belə əfəlin kapitan olduğu 
gəmidə işləmək də düz deyil. Bu gəmidə intizam yoxdur. Balıq 
başından  iylənər.  Kapitan  ağızdan  ölü  olanda  gəmidə  qayda-
qanun  görünməz.  Bakıya  qayıdanda  gərək  kadrlar  şöbəsinə 
gedəm,  ya  məni  başqa  gəmiyə  göndərsinlər,  ya  da  diplomumu 
özümə  versinlər,  sahildə  işdən  çox  iş  var,  bir  yer  taparam.  Bu 
gəmidə  işlədiyim  on  iki  gün  ərzində  əsəbiləşməkdən  qeyri  bir 
qazancım  olmayıb.  Haqsızlığın  hökm  sürdüyü,  hərənin  bir  cür 
ağa  olmaq  istədiyi  gəmidə  qalmağın  mənası  yoxdur.  Anasına 
görə  səfərdən  qalan  adamı  az  qalırlar  məhkəməyə  versinlər.» 
Aliyə  çarpayıya  uzanıb  Jan-Jak  Russonun  seçilmiş  əsərlərinin 
ikinci cildini açsa da oxuya bilmir, beynində gedən mübarizəni 
sonsuzluqdan  qurtarmağa  çalışırdı.  Lakin  rəf  etdiyi  fikirlər 
ümmanını  yeni  düşüncələr  qasırğası  dalğalandıraraq  coşdurur, 
təlatümə  yenidən  qoşulan  susmuş  duyğular  Aliyəni  öz  əsrarlı 
qoynuna  alırdı.  O  öz  fikirlərilə  mübarizə  etməkdən  usanır, 
mələfəni başına çəkib yatmaq, yuxunun köməyilə bu ziddiyyətli 
düşüncələrdən xilas olmaq istəyirdi. Lakin yeni hisslər beyninə 
soxulub  Aliyədən  öz  həllini  tələb  edirdi.  Hiylə  yollarına  oxşar 
sual  işarələri  onun  hafizəsində yazılıb  pozulur,  pozulub yazılır, 
mərdanə nidalar isə öz qeyrətini göstərə bilmirdi. Aliyə yuxuya 
gedə  bilməyib  vəziyyətini  dəyişdi.  Bunun  faydasızlığı  da 


 
82 
Aliyənin əsəblərinə bu yandan toxundu. Onun bədəni gicişmişdi. 
Sanki  qollarını  gicitkən  dalamışdı.  O  qollarını  qaşıdı.  Mələfəni 
üzündən  atıb  yastığın  altına  qoyduğu  kitabı  götürdü,  başının 
üstündəki  işığı  yandırıb  Yuliyanın  cavab  məktubunu  oxumağa 
başladı. İki cümlə oxumamış saata baxdı. Kitabı yastığın altına 
qoyub  mələfə  ilə  üzünü  yenə  örtdü.  Bayaqkı  qaşınma  özünü 
Aliyənin  sinəsində,  kürəklərində,  baldırlarında  göstərdi:  «Mənə 
nə  olub?  bu  nədir?  İndi  ki,  yuxu  mənə  haramdır,  gedim  heç 
olmasa çimim, həm əsəblərim sakitləşsin, həm də məni yuxu tez 
aparsın.»  Aliyə  qalxıb  dabanıbasıq  şap-şuplarını  geyindi. 
Xələtini  stolun  söykəncəyindən  götürəndə  qapı astaca  döyüldü. 
–  Kimdir?  –  Mənəm.  Aliyə  bacı  işığın  gəlir,  deyəsən  hələ 
yatmamısan. – Yatmamışam.  
–  Sənlə  işim  vardı.  –  B  u  saat.  Aliyə  xələtini  geyinib 
yatağını düzəltdikdən sonra qapını açaraq Təyyarı içəri buraxdı. 
Təyyar  nə  üçün  gəlmişdi?  Onun  Aliyə  ilə  nə  işi  ola  bilərdi? 
Səhərin açılmasını gözləməməkdə onu bura hansı təxirəsalınmaz 
iş,  məsələ  çəkib  gətirmişdi?  Aliyə  Təyyarın  gəlişindən  hələlik 
heç bir şey anlamırdı. O bu suallara özündə cavab tapa bilmədi. 
Ona  elə  gəldi  ki,  Təyyar  da  birinci  şturmanın  təmannasına 
düşüb,  hamı  yatandan  sonra  gəlməkdə  də  məqsədi  heç  kimin 
şübhələnməsinə  yol  qoymamaqdır.  Aliyə  Təyyarın  üzünə  həm 
qorxa-qorxa,  həm  də  sonsuz  bir  ikrah  hissilə  baxdı.  Lakin 
Təyyarın simasında axtardıqlarını tapmayıb bir qədər rahat oldu. 
Ancaq  tam  arxayınlığa  qapılıb  ehtiyatlı  olmağı  unutmadı: 
«Təyyar  uşaq-muşağın  tayı  deyil.  O  ustadır,  təlim  keçmiş 
hisslərini  cilovlamağı  bacarır.  Təyyar  özünü  əlbəttə  başqaları 
kimi aparmayacaq. Onun yəqin ki, belə şeylərdə böyük təcrübəsi 
var. Təyyardan qorunmaq lazımdır, bundan gözlərim su içmir.» 
–  Aliyə  bacı  qıpını  ört,  özün  də  otur.  Aliyə  nə  oturdu,  nə  də 
qapını örtdü: – Yaman bürküdür, qoy hava dəyişsin. – Səsimizi 
eşidən olar, yaxşı deyil, ört. – Eşidəndə nə olar?! Biz ki, oğurluq 
eləmirik!  Aliyə  təlaş  və  həyəcanını  gizlədə  bilmədi.  Onun 
hərəkətlərindəki – şaşqınlıq, səsindəki titrəyiş Təyyarın şüuruna 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə