İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   30   31   32   33   34   35   36   37   38

 
104 
nağılını  korlayacaq.  Bu  nağıla  yaxşı  hazırlaşmaq  üçün  mənə 
ikinci  görüşümüzə  kimi  möhlət verin.  Təyyar  nə  «hə»  dedi,  nə 
də  «yox».  Təyyarın  müəllimə  acığı  tutmuşdu.  Bura  nağıl 
danışmaq  yeridirmi?!  Gəmi  səfərə  çıxmalıdır,  bu  başlayıb 
çərənləməyə!  Müəllim  təsirli  bir  çıxış  eləmək  istəyirdisə, 
sözlərini qabaqcadan ölçüb-biçməli idi. Axı, o müəllimdir, hamı 
yaxşı danışmağı, tutarlı sözləri, hikmətli ifadələri müəllimlərdən 
eşidib  öyrənməli  deyilmi?!  Müəllim  ki,  sözü  uc-uca  calaya 
bilməyəndə,  danışığının  əvvəl  axırını  fikirləşməyəndə  ona  nə 
deyəsən?!  Təyyarın  narazı,  töhmətli  baxışları  müəllimə  təsir 
etməmiş  olmadı.  Müəllimin  alnında  muncuqlanan  tər,  sifətinin 
qızarması  onun  utandığını  göstərdi.  Tələbə  qızların  biri 
müəllimə pıçıldadı:  
–  Başınızı  bəlaya  saldınız.  Müəllim  qızın  sözünə  xəfif  bir 
təbəssümlə  cavab  verib  öskürdü:  –  Hörmətli  dənizçilər,  siz 
dənizdə  qərq  olanı  xilas  edib  nəcib  iş  gördüyünüz  qədər  də 
inadkarsınız.  Dənizçilərlə  mənim  bu  günə  qədər  heç  bir 
yaxınlığım  olmayıb.  Dəniz  qəhrəmanlarını  mənə  kitablar 
tanıdıb.  Bu  əlbəttə  qiyabi  tanışlıqdır.  Təkcə  bugünkü 
görüşümüzlə  də  mən  sizi  tanıya  bilmərəm.  Bizim  mənalı 
görüşlərimiz  qabaqdadır.  Yəqin  ki,  mən  sizin  macəralarla  dolu 
fantastik həyatınızın bir çox cəhətlərini öz gözlərimlə görəcəm. 
Bu adi bir maraqdan doğan arzu deyildir. Məni bu səhərdən bəri 
özünə  çəkən  fədakarlığınıza  bütün  qəlbimlə  vurulmuşam. 
Məqsədim  bədiilikdən  məhrum  olsa  da  dünən  gecəki  təsadüfə 
bir  sənədli  əsər  yazmaqdır.  Mən  bayaq  dedim  ki,  cızma-
qaraçıyam.  Bu  arzu  məni  dəfələrlə  sizin  gəmiyə  gətirəcəkdir. 
Söz yox ki, boş vaxtlarımda da sizinlə səfərə çıxacam. Sahildən 
baxanda çox gözəl görünən dənizin sərt, əsəbi üzünü, dalğaların 
dəhşətli qaçış və nəriltisini öz gözlərimlə görüb, öz qulaqlarımla 
eşitməsəm  təhlükə  qarşısında  qalan,  siz  həyat  verdiyiniz  o  iki 
nəfər  tələbəmizin  başı  üzərini  alan  ölümün  amansızlığına 
oxucunu  inandıra  bilmərəm.  Sənətkar  qələminin  qüdrəti  onun 
təsvir  etdiyi  həyata  nə  dərəcədə  bələd  olmasından  asılıdır. 


 
105 
Srağagün təcili yardım stansiyasında növbətçi idim. Məni təcili 
ağır  xəstə  yanına  çağırdılar.  Xəstə  ikitərəfli  sətəlcəm  idi. 
Qızdırması  qırxı  keçirdi.  Amma  o  sağlam  adam  kimi  şən  idi. 
Özü  də  mənim  yardım  göstərməyə  getməyimdən  narazı  qaldı. 
Vəziyyətdən  anladım  ki,  həkim  çağırılmasından  onun  xəbəri 
yoxdur; bu qayğını ondan xəlvət arvadı göstərib. O dənizçi idi. 
Mən nə qədər dil tökdümsə də onu inadından döndərə bilmədim. 
Bir dənə ağbaşla özünü tamam-kamal sağaldacağından danışırdı. 
Mən ondan soruşdum ki, dənizçilərin hamısımı belə inadkardır? 
O dedi:  
–  Ümumiyyətlə  hə.  Anadangəlmə  də  xasiyyət  olarmı?! 
Dənizçilərdəki  bu  tərsliyi,  –  əslində  inadkarlığı  –  dənizin  qaba 
rəftarları  doğurur.  Dənizçi  kobud  və  inadkar  olmasa  kortəbii 
qüvvələrin  törətdiyi  fırtınaların,  qasırğaların  qoynunda  yaşaya 
bilməz.  Babamın  nağılı  da  belə  bir  qorxmaz  adamla  öz 
kölgəsindən  ürkən  qorxağın  təsadüfi  yol  yoldaşı  olub 
söhbətləşmələrindən danışır. Müsafirlər keçmiş günlərin birində 
piyada kəndə gəlirlərmiş. Minik yox imiş. Çox gedəndən sonra 
yorulub  otururlar.  Oturanacan  onların  söhbəti  zəmanənin 
gərdişindən  gedirmiş.  Dincəlməyə  başlayanda  xurcunlu  kişi 
müsahibinin harada işlədiyi ilə maraqlanır.  
– Dənizdə. – Dənizdə? – Bəli, dənizdə. – Rəhmətliyin oğlu, 
camaat  düz  yerdə  başını  zorla  salamat  saxlayır,  sən  də  gedib 
özünə  ucuz  ölüm  tapmısan.  Dənizçi  gülür:  –  Ölüm  hər  yerdə 
var. Xurcunlu kişi mömincəsinə deyir:  
– Əlbəttə Allahın altından heç yana qaçmaq olmaz. Ancaq 
bir var əcəl  
–  Allah  əmri,  bir  də  var  kəlləmayallaq  –  yan  dəmirik.  – 
Romantik  həyatdır  –  deyə  dənizçi  xatırladığı  bir  hadisəni 
xurcunlu  kişiyə  nəql  edir.  Dənizçi  hissə  qapılıb  matros 
vəzifəsində işlədiyi gəminin fırtına zamanı yolunu azaraq su altı 
qayalara  çırpılıb  dağıldığını,  gəminin  tədriclə  batmağa 
başladığını,  dənizçilərin  dağ  boyda  dalğaların  oynaşdığı  dəniz 
üzərində  kiçik  bir  qayığın  ümidinə  necə  qaldıqlarını  bütün 


 
106 
təfərrüatı ilə danışdıqca xurcunlu kişi titim-titim titrəyir. Qalxıb 
yollarına  davam  eləyəndə  o  ayaqlarını  yerə  yavaş  basa-basa 
yeriyir.  Sanki  bu  anacan  tapdalayıb  incitdiyi  torpağın  qədr-
qiymətini  indi  bilir,  yerin  şikayətini  indi  eşidir,  köhnə 
günahlarının bağışlanmasını mütiliklə ondan xahiş edir. Dənizçi 
onun qorxaqlığına gülür: – Səni dənizə haçan aparım? Xurcunlu 
kişi  səksənir, yoldan yana  sərpir,  kənara  çıxıb  daşlı  cığırla  çox 
qorxaq,  torpağa  olan  böyük  bir  ehtiramla  yeriyir.  O  ayaqlarını 
yerə  elə  ehtiyatla  qaldırıb  qoyur  ki,  elə  bil  yol  boyu  düzülmüş 
yumurtaların  sıx  cərgəsi  arasından  keçir,  əgər  birini  basıb 
sındırsa  Sibirə  göndəriləcəkdir.  Dənizçi  xurcunlu  kişini 
dolamağa  başlayır:  –  Şəhərə  qayıdan  kimi  sənin  adını  dənizə 
yazdıracam. Dalınca qaradovoy göndərib səni gəmidə işlətməyə 
aparacaqlar  .  Xurcunlu  kişi  qayıdıb  dənizçini  qucaqlayır, 
ağlayır, yalvarır ki, bir inəyim var, mənlə gedək, onun boğazına 
çatı  salıb  sənin  yedəyinə  verəcəm,  amma  sənə  and  verirəm 
Allaha mənim adımı ora yazdırma. Dənizçi qəhqəhə çəkməkdən 
özünü  zorla  saxlayıb  onu  inandırmağa  çalışır:  –  İnəyin  mənim 
nəyimə lazımdır. Mən burada deyiləm, kəndə ona görə gəlirəm 
ki,  sənin  kimilərin  adını  öyrənib  qaradovoya  xəbər  verim.  Bu 
xəbərçiliyim  üçün  mən  yüz  tümən  qızıl  alacam.  Xurcunlu  kişi 
huşunu  itirib  yıxılır.  Bizim  ölümün  ağzından  diri  çıxan 
tələbələrimizin  danışdığına  görə  sizin  Qəzənfər  də  şir  ürəkli, 
aslan cəsarətli bir dənizçidir. Qəzənfərin ki nicat dairəsi götürüb 
dənizə  atılmasını,  xeyli  məsafəni  üzüb  onların  köməyinə  necə 
gəlməsini  söyləyəndə  mən  üzünü  görmədiyim  bu  dəniz 
pələnginin şücaətinə heyran qaldım. Təyyar, müəllimin gözünün 
qabağına  balaca  bir  kağız  tutdu.  Təyyar  orada  bu  sözləri 
yazmışdı: «Müəllim, yükü boşaldıb qurtarmışıq, maşın hazırdır, 
gəminin bir saat səmərəsiz dayanması dövlətə doqquz min ziyan 
vurur.  Mümkünsə  qısa  danışın.»  Müəllim  göz  qapaqlarını 
endirməklə «baş üstə» – deyib qırmızı lentin üzərinə ağ hərflərlə 
«Əsl  xilaskar»  nidası  nəqş  edilmiş  böyük  gül  çələngini 
qucağından  götürdü.  –  Möhtərəm  dənizçilər,  tələbə  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə