İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   30   31   32   33   34   35   36   37   38

 
107 
müəllimlərin  sizə  sonsuz  hörmət  və  məhəbbəti  var.  Məktəbdən 
yüzlərlə  ürəyin,  yüzlərlə  qəlbin  bir  səmimi  təşəkkürünü 
gətirmişik.  Dostsuz  adam,  duzsuz  xörəkdir.  Qoy  bu  kiçik  ətirli 
bahar  güllərindən  düzəldilmiş  çələng  bizim  ilk  tanışlıq  və 
dostluğumuzun  yadigarı  kimi  sizin  gəmidə  qalsın.  Söz  yox  ki, 
güllər  solacaqdır.  Ancaq  söz  verirəm  ki,  bizim  dostluğumuzun 
rəngi solmayacaq, ətri, rahiyəsi azalmayacaqdır. Salona gurultu 
qopdu,  hamı  əl  çaldı.  –  Əsl  xilaskarı  şəxsən  tanımaq  olarmı? 
Qəzənfər lap arxada oturmuşdu. Yoldaşları onu dürtmələdilər ki, 
ayağa  qalxsın.  Lakin  o  nədənsə  stula  bərk  yapışmışdı.  – 
Qəzənfər.  Qəzənfəri  Təyyarın  çağırışı  qaldırdı.  Müəllim 
Qəzənfərin  yanına  yeridi,  çələngi  boynuna  salıb  onun  alnından 
öpdü.  Çəpik  səsləri  salonu  titrətdi.  Tələbələr  bir-bir  dənizçiləri 
təbrik  edib  gülləri  onların  yaxasına  taxdılar.  Gül  qızlar 
dənizçilərin  yaxasına  güllərdən  bəzək  vurdular.  Sevinc 
Qəzənfəri  göylərə  qaldırmışdı.  Amma  o  özünü  bu  bəxtiyarlıq 
səmasında tənha görürdü. Kaş ruh kəhkəşanlar uçuşuna səmavi 
gözlərin  məhəbbətini  də  özü  ilə  aparaydı.  14.  Əmir  Aliyənin 
davamlı  baxışlarındakı  həyat  qüvvəsinə  tab  gətirməyib  başını 
aşağa saldı. Onlar qırmızı guşədə üz-üzə oturmuşdular. İkisinin 
də  qolları  aradakı  qırmızı  mizin  üstünə  düşmüşdü.  Aliyənin 
qarşısında  dəftər-qələm  vardı,  Əmirinkində  isə  kitab.  Onlar 
güşədə  tək  deyildilər.  Nərd,  şaxmat,  damino  həvəskarları 
onlardan az aralı oturub oynamağa başlamışdılar. Buna görə də 
Əmirlə  Aliyəyə  fikir  verən,  nəzər  yetirən  yox  idi.  –  Gəmidə 
bədii özfəaliyyət dərnəyi yaratmaq istəyirik, üzv yazılırsanmı?  
–  Mən  bacaran  iş  deyil.  Əmir  Aliyənin  üzünə  baxmadan 
cavab  verib  qarşısındakı  kitabı  oxumağa  başladı.  Aliyənin 
dodaqları  utancaq  bir  təbəssümlə  dartındı.  Baxışları  əvvəlki 
itiliyini, sifəti ciddiliyini itirdi.  
–  Təyyar  qardaş  buraxmasa  da  mən  bu  gəmidə 
qalmayacam.  Aliyə  Əmirin  bu  xəbərdən  sarsılacağını,  həyəcan 
keçirəcəyini  güman  etmişdi.  Lakin  Əmir  başını  qaldırmadı. 
Onun  bu  etinasızlığı  Aliyənin  qəlbində  bir  hiddət  qasırğası 


 
108 
doğurdu. Ondan heç kim soruşmadığı halda bu gəmidə işləmək 
istəməməsinin  səbəbini  söylədi:  –  Çünki  bəzilərində  əqidə 
möhkəmliyi yoxdur, hərdəmxəyaldır; bu gün yaz olur sabah qış. 
Əmirdən yenə də səs çıxmadı.  
– Adını yazımmı?  
–  Qəzənfərin  adını  yaz.  –  Qəzənfər  səni  vəkil  tutub?  – 
Onun  səsində  tükənməz  bir  zənginlik  var.  Özü  də  çoxlu  qəzəl, 
qoşma, bayatı bilir. Qəzənfər yaxşı oğlandır. Bir az səbirsizdir. 
Eybi  yoxdur,  arzusuna  çatandan  sonra  o  da  düzələr,  dəyanətli 
olar.  
–  Sən  nədən  danışırsan!  Yuxu  görürsən  nədir?!  Əmir 
sakitcə:  –  Səni  inandırıram  ki,  yatmamışam,  –  dedi  –  düz 
sözümdür. Aliyə doluxsundu, Əmiri qəzəblə təqlid etdi: – «Düz 
sözümdür.»  Səndən  soruşulur  ki...  Aliyə  göz  yaşlarını  zorla 
saxlayıb  getmək  istəyəndə  Təyyar  içəri  girdi:  –  Aliyə  bacım, 
çoxmu  adam  yazıldı?  Bu  nədir?  Kim  sənə  nə  dedi?  Aliyənin 
gözləri  Təyyara  Əmiri  göstərdi.  Təyyar  onun  biləyindən  tutub 
geri  qaytardı.  Aliyəni  oturtdu.  Özü  də  onunla  yanaşı  əyləşib 
dəftəri qabağına çəkdi. – İkicə adam yazılıb? Yəni bizim gəmidə 
musiqi  həvəskarı  yoxdur?!  Hər  gün  bizim  «Buranı  tut,  oranı 
ovla» deyə baş-beynimizi aparan bunlar deyil?! – Təyyar uca bir 
səslə  ətrafdakılara  müraciət  etdi:  –  Uşaqlar,  bir  ay  yarımdan 
sonra  dənizçilər  klubunda  bədii  özfəalliyət  kollektivlərinin 
çıxışına baxış keçiriləcəkdir. Məgər biz o vaxtacan bir şey təşkil 
eləyə bilmərik? Niyə orada bizim dənizçilərin səsi eşidilməsin?! 
Orada  tək  mahnı  ifa  etmək  yox,  şeir  də,  poemalar  da, 
romanlardan  parçalar  da  oxumaq  olar.  Yaxşı  ifaçılar 
mükafatlandırılacaqdır.  Hamamdan  çıxıb  qırmızı  guşəyə  gələn 
Qəzənfərin başından buğ qalxır, alnından tər axırdı. Telini səliqə 
ilə  geri  yatırtmışdı.  Ağ  ütülənmiş  köynəyinin  qollarını 
dirsəyəcən  geri  qatlamışdı.  Boyun-boğazında,  sir  –  sifətində 
alqırmızı  ləkələr  gəzişirdi.  Hakimanə  baxışları  ilə  Aliyənin 
dəftərə  dikilmiş  küskün  nəzərlərini  öz  seyrinə  çağırırdı.  – 
Qəzənfər səni də yazıram. Sən mütləq yazılmalısan. – Nəyə? – 


 
109 
Bədii  özfəaliyyət  dərnəyinə.  –  Yaz.  Aliyə  onun  üzünə  razılıq 
hissilə baxdı. – Yaxşı oxuya bilirsənmi?  
–  Aliyənin  səsi  ağlayıb  susmuş  qəlbinin  gizli 
məyusluğundan  hələ  də  təmizlənməmişdi.  –  Muğamatı  yaxşı 
oxuyursan, yoxsa mahnıları? – Hər ikisini babat. – Əmir səni də 
yazıram  –  Təyyar  töhmətləndirici  nəzərlərini  ona  hərlədi.  – 
Mahnı  oxumaq  istəməzsən,  yaxşı  bir  şer  əzbərlərsən.  Dərnək 
üzvlərimizin  çıxışı  rəngarəng  olsa  yaxşıdır.  Təyyarın  nə  üçün 
tərs  baxdığını  Əmir  başa  düşürdü.  Axı,  Aliyə  qırmızı  guşədən 
inciyib çıxdığını, doluxsunduğunun səbəbini şikayətli, deyingən 
nəzərlərilə  Təyyara  bircə  anda  söyləmişdi.  Aliyənin  bu 
«yüngüllüyü»  Əmirə  pis  təsir  bağışlamışdı.  Lakin  o  hiss 
etməmişdi  ki,  Aliyə  öz  nəzərlərilə  Təyyarı  məzəmmətləmişdi: 
«Deyirdin Əmir məni sevir. O məni sevirmiş. Hörməti, ehtiramı 
dostu Qəzənfərə görə imiş. Təyyar qardaş, mən elə bilirdim sən 
səhv  etməzsən;  demə  yalançı  duyğular  səni  də  aldadırmış.»  – 
Mənim  yaddaşıma  çox  zəifdir,  şeir  əzbərləyə  bilmərəm.  Xahiş 
eləyirəm məni yaddan çıxarasınız. – Əmir bu günəşin istisindən, 
bu  ayın  işığından  uzaq  olmaq,  ünsiyyət  və  musiqinin  iradəyə 
üstün  gələn  sehrkar  təlqinindən  kənarda  qalıb  Qəzənfərin 
xatirinə  özünü  hər  nəşədən  məhrum  etmək  niyyətilə  boyun 
qaçırtdı.  
–  Səhər  yediyim  çörəyi  axşam  xatırlaya  bilmirəm.  Təyyar 
təkidlə: – Dərnəyin rəhbəri Aliyədir. Onun musiqidən başı çıxır. 
Elə  fərz  edirdin  ki,  sahildən  bura  başqa  musiqiçi  çağıracayıq; 
ona görə də yazılmaq istəmirdin, eləmi? – dedi. Əmirin sol sifəti 
əsəbi  bir  titrəyişlə  uçundu:  –  Mənim  belə  bir  arzum  olmayıb. 
Müəllimin  köməkçi  sualları  indi  yox,  qolumdan  ikinci,  üçüncü 
siniflərdə oxuyarkən qaldırıb.  
–  Yaxşı,  –  deyə  dilxor  olan  Təyyar  turşumuş  nəzərlərini 
qırmızı guşə boyu dolandırdıqdan sonra qələmin arxasını dəftərə 
döydü  –  Aliyə  bacım,  get  kamanını  gətir.  Heç  kimə  minnət 
eləməyəcəm, 
uşaqların 
hamısı 
yazılacaq. 
«Yalvarana 
yalvararlar».  Kamanı  dilləndir,  qabaqca  özüm  oxuyacam. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə