İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

 
95 
altından  aşağa  sürüşdü.  Onun  nəfəsi  də  dördnala  qaçan  atın 
nəfəsi kimi fışıldayırdı. Böyümüş gözlərindəki ifadə Qəzənfərin 
elə  bu  dəqiqə  huşunu  itirmiş  adam  kimi  qışqırıb  yıxılacağını 
xəbər verirdi. O özünü büsbütün unutmuşdu. Cəsarətini toplaya 
bilmirdi; elə hey udqunur, irəli, geri, sağa, sola əyilən bədənini 
qılçaları  üzərinə  zorla  çəkib  düzəldirdi.  Birdən  ona  haradansa 
ilahi  bir  fərasət  gəldi.  O  əlləri  içində  istilik,  alnında  hərarət 
duydu,  qulaqlarının  açıldığını,  ürəyinin  yavaş  döyüldüyünü, 
baldırlarının  çimilləşdiyini,  kürəklərini  titrəyib  qızışmağa 
başladığını  hiss  etdi.  Qəzənfər  dəmiri  iki  əlli  göyə  qaldırdı. 
Lakin  ona  bir  anda  hakim  olan  gücsüzlük,  süstlük  Qəzənfərin 
qollarını üsulluca qatlayıb başı üzərinə, sonra isə önünə endirdi. 
Bu  dəfə  ki,  taqətsizlik  onu  əldən  elə  saldı  ki,  o  ayaq  üstə  belə 
durmağı  bacarmayıb  döşəməyəmi,  yaxud  Əmirin  üstünə 
yıxılacağından  dəhşətə  gəldi.  Qəzənfər  öz  mətanətini  son  dəfə 
köməyə  çağırdı.  Onun  canı  yenə  buz  kimi  soyudu.  Bədəni  onu 
dala dartdı, ayaqları yerdən qopdu. Qəzənfər divaradək dalı-dalı 
geri  getdi.  Kürəklərini  divara  dayayandan  sonra özü  ilə cəsarət 
gətirən  bayaqkı  istilik  onun  canını  yenidən  bürüdü.  O  yeni 
qüvvət,  yeni  cəsarətlə  irəli  gəldi.  Yerdə  yastılanmış  ədyalı  bir 
əlilə  götürüb  dəmiri  başı  üzərinə  qaldırdı.  Əmirin  gərnəşib  üzü 
üstə  çevrilməsi  Qəzənfərin  əlini  havada  saxladı.  Qəzənfər  geri 
çəkildi: «Mən onu niyə öldürürəm? Sevdiyinə görəmi? Sevənlər 
ölməli,  öldürülməlidir?  Bəs,  məni  niyə  öldürən  yoxdur?  Əmir 
mənə  neynəyib?  Namusuma  sataşıb?  Mən  nə  qədər 
ağılsızammış!  Aliyə  mənim  nəyimdir?  Heç  nəyim!  Nolsun  ki, 
sevirəm.  Məyər  təkcə  bununla  iş  bitir?!  Onu  danışdırmışammı, 
ona  ürəyimi  açmışammı,  ondan  «hə»  cavabı  almışammı?  Yox! 
O  da  məni  sevirmi?  Bilmirəm.  Əmirin  təqsiri  nədir?  Heç  nə!» 
Qəzənfər Əmirin kayutundan çox ehtiyatla çıxdı. Lülə dəmiri və 
ədyalı öz çarpayısının üstünə atıb Aliyənin qapısına yaxınlaşdı: 
«Yatmış  olar.  Gecənin  bu  vaxtı  onun  yuxusuna  haram 
qatmayım,  səhər  danışaram.»  deyib  göyərtəyə  qalxdı.  Qəzənfər 
göyərtədə təzəcə gəzişirdi ki, dalğaların şappıltı və guppultusuna 


 
96 
qarışıb gələn zəif bir səs eşitdi, bu, taqətdən düşmüş insan  səsi 
idi.  Səs  ikinci  dəfə  xırıltılı  çıxdı.  Elə  bil  kimsə  boğulurdu. 
Gəmidən  yıxılanmı  oldu?  Ola  bilməz!,  Bəs  açıq  dənizdəki  bu 
fəryad, bu çağrış nədir? Axşam çağı matorsuz qayıqla limandan 
az  aralı  dalğasındıran  bərənin  yanına  balıq  ovuna  gələn  qız  və 
oğlanın  sahilə  qayıda  bilməməsi  xəbəri  ildırım  sürətilə  bütün 
şəhərə  yayılmışdı.  Xilasedici  gəmilər  onları  saatlarla  axtarıb 
tapa  bilməmişdi.  Axşamın  dəniz  üzərinə  çökən  qaranlığı 
«ovçuları»  öz  qoynuna  alıb  görünməz  etmişdi.  Maxaçkalanın 
yerli  şimali-qərb  küləyi  onların  qayığını  açıq  dənizin  Dərbənd 
rayonuna sarı qovmuşdu. Bu hadisə dənizdə olan bütün gəmilərə 
radioqramla  xəbər  verilmişdi.  Təyyar  da  radioqramı  bir  az 
bundan  qabaq,  yəni  Qəzənfər  göyərtədə  gəzişən  zaman  almış, 
lakatoru  işə  salmış,  növbətçi  matrosun  birini  bayıra  göndərib 
qulağının  səs-səmirdə  olmasını  tapşırmışdı.  Lakator  qızana, 
ekranı işıqlanıb ətrafı göstərənəcən Qəzənfər rubqaya qaçmışdı.  
– Səs eşitdim, səs!  
–  Hayanda?  Bu  yanda.  Gəminin  sağ  burun  tərəfində. 
Təyyar eşiyə atıldı. Səs borusunu ağzına yapışdırıb qışqırdı:  
– Ehey, ehe. e. ey... Dalğaların yürüşü gəminin burnundan 
idi. Külək Təyyarın səsini geri apardı.  
–  Xaric  işıqları  da,  projektorları  da  yandırın,  tez!  Təyyar 
tələsə-tələsə  rubqadan  dürbini  götürüb  boynundan  asdı. 
Teleqrafla gəminin sürətini azaltmağı maşın şöbəsinə əmr verdi. 
Projektorun  gur  işığını  dənizə  yönəltdi,  dənizin  üzərində 
gəzdirdi. – Qışqırın, haraylayın, göz-gözdən iti olar, yaxşı baxın. 
Növbətçi  şturman  da,  matros  da,  Qəzənfər  də  durbin 
götürmüşdü.  Projektorun  işığını  səkkiz  diqqətli  nəzər  izləyirdi. 
Qəzənfər  bağırdı.  –  Odur,  gördüm.  –  Harada,  harada?  –  İşığın 
axırına  bax,  axırına.  Görürsənmi?  –  Gördüm.  Təyyar  gəminin 
burnunu o səmtə döndərməyi əmr etdi. İşığı yaxınlaşmaqda olan 
qayığın üstünə saldı. Dalğaların başından enib-qalxan qayıqdan 
dörd  əl  göyə  qalxmışdı.  Onların  başları  güclə  görünürdü.  Qızı 
uzaqdan  da  tanımaq  olurdu.  Onun  qətran  kimi  gur  saçı  ağ, 


 
97 
solğun üzünə səpələnmişdi. 13. Xilas edilənlərin vəziyyəti yaxşı 
deyildi.  Oğlanın  halı  nisbətən  babət  idi.  Qızı  isə  səkkiz  saatlıq 
dalğalar  döyüşü,  tamamilə,  əldən  salmışdı.  O,  ölü  kimi  solğun 
idi;  qızdırması  qırxı  keçirdi.  Təyyarın  dərmanları  onun 
hərarətinin  aşağı  düşməsinə  kömək  etmirdi.  Hərarəti  yüksək 
olan xəstənin yanaqları allanar, dodaqları quruyub qaysaqlanar, 
özü  inildəyər,  anasını  çağırar,  sayıqlayıb  parpılayar,  bu  qız  elə 
bil kürədən çıxarılmış qızmar, dilsiz-ağızsız bir daş parçası idi; 
nə  tərpənir,  nə  fəryad  qoparırdı.  Oğlanla  qızı  bir  kayutda 
rahatlamışdılar.  Təyyar  gəmidə  xəstəyə  şəfa  verəcək  bütün 
imkanlardan istifadə etsə də bunların faydası yox idi. Xəstələrin 
vəziyyəti  get-gedə  ağırlaşırdı.  Oğlanın  da  hərarəti  qalxmağa 
başlamışdı. O bəzən sayıqlayır, qışqırır, qasırğa onları apararkən 
dediyi  sözləri  təkrar  edirdi:  «Valya  qorxma,  qorxma,  qayıqdan 
möhkəm  yapış!  Qışqırma,  biz  ölməyəcəyik,  ölməyəcəyik!  Bu 
yerli  küləkdir, açıq  dənizdə  bu  cür  böyük  dalğalar,  güclü  külək 
olmayacaq.» Valya oğlanın sayıqlamalarında öz adını eşidərkən 
gözlərini  zorla,  zülümlə  açıb,  bir  birinə  möhkəm  qısılmış 
dodaqlarını aralayıb, çətinliklə «da» dedikdən sonra kirpiklərini 
yenidən  qovuşdururdu.  Aliyə  qıza,  Qəzənfər  isə  oğlana  qaşıq-
qaşıq  şirin  südlü  sıyıq  içirirdi.  Qızın  çənəsi  çox  çətin  açılırdı. 
Aliyə,  iştahsız  uşağın  nazı  ilə  oynayan  ana  kimi  on  dəqiqə 
iltifatlı dil töküb sıyıqdan bir qaşıq güc-bəla ilə ona yedizdirirdi. 
Qəzənfərin  xəstəsi  isə  şıltaq  deyildi,  sözə  tez  baxırdı.  Təyyar 
radioqram verib vertolyot çağırmışdı. Xəbər veriləndən bir saat 
sonra  vertolyot  gəldi.  O  gəminin  üzərində  guruldayaraq  dövrə 
vuranda  gecə  keçmişdi,  artıq  səhər  idi.  Odlu  yay  günəşi  üfüqə 
toplaşan  bəyaz  buludların  arasından  səma  səyahətinə  tələsir, 
əldən  uçan  şar  kimi  göyə  yüksəlirdi.  Vertolyot  yavaş-yavaş 
aşağa  enib  lövbər  atmış  gəminin  yüz  metr  hündürlüyündə  öz 
müvazinətini  saxladı.  Qarnının  altından  qoşa  bağırsaq  kimi 
uzanan  kəndir  nərdivan  salladı.  Nərdivanın  ayaq  yerləri  də 
kəndirdən  idi.  Onun  ucuna  xərək  də  bərkidilmişdi.  Hamı 
göyərtəyə  toplaşmışdı.  Xəstələri  göyərtəyə  çıxarıb  göyə  baxır, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə