İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

 
86 
Təyyar  hədər  vaxtına,  səmərəsiz  söhbətinə  heyfsilənirmiş  kimi 
Aliyəyə  küskün  bir  nəzərlə  baxdı.  Aliyə  dodaqlarını  büzdü, 
başını  sol  çiyninə  əyib  qaldırdı:  –  Təyyar  qardaş  utanmazlıq 
edirəm, axı ürəyimdə bir şey yoxdur. Təyyar gülüb yarızarafatla: 
– Bu pərvanələrin birini ora sal da – dedi. – İki ölmək istəyənin 
birini  diriltmək.  Həyat  vermək  lazımdır.  Bilirsən  mən 
neynəmişəm?  Haradan  biləcəksən.  Qəzənfərlə  Əmiri  bu  axşam 
bir-birindən ayırmışam. Qəzənfərə başqa kayutda yer vermişəm. 
Neynim,  qorxuram.  Əmirə  də  tapşırmışam  ki,  yatanda  həmişə 
qapını daldan bağlasın. Onların ikisinə də yazığım gəlir. Onları 
bir-birindən  nə  üçün  ayırdığımı  özlərinə  deməsəm  də  anladılar. 
Yazıqlar  etiraz  etmədilər,  tezcə  razılaşdılar.  Məhəbbət  yaman 
bəladır, bəzən dostları da düşmən eləyir.  
– Onlar yəni elə... Təyyar və inam və qətiyyətlə: – Hər şey 
olar,  –  dedi  –  hər  şey!  –  Təyyar  qardaş  indi  ki,  belədir  gəmi 
Bakıya  gələn  kimi  məni  işdən  azad  edib  kadrlar  şöbəsinin 
sərəncamına  göndərin.  –  Bacım  bunun  xeyri  yoxdur.  Əksinə 
sənin  getməyin  onların  hisslərini  daha  da  alovlandırar.  Bacım 
gözüm  bayaqdan  sənin  üzündə,  gözündədir.  Əmirin  adı 
çəkiləndə  dodaqlarında  təbəssüm,  gözlərində  şəfəq  görünür. 
Söhbətimizə  Qəzənfərin  adını  gətirəndə  qaşların  düyünlənir, 
alnın  qırışır,  dodaqların  da  elə  sıxılır  ki,  –  hələ  baxışlarındakı 
hiddəti demirəm – elə bil kimi isə pis-pis sözlərlə qırmaclamağa 
hazırlaşırsan.  Bax,  indinin  özündə  də  həmin  ifadələr  simanda 
görünüb keçdi. Bacım sən Əmiri sevirsən. Öz hisslərinə biganə 
olma.  Bilirəm  hələ  götür-qoy  edirsən,  fikirləşirsən,  əlbəttə  belə 
lazımdır,  bu  həyat  məsələsi,  ömür-gün  sevdasıdır;  bir  günlük, 
yaxud bir saatlıq işrət təklifi deyil ki, çox düşünməyəsən. Amma 
öz ürəyinə, öz qəlbinə yaxşı boylan, yaxşı nəzər sal, orada Əmir 
öz  yerini  tutub.  Yenə  də  gözlərin  parıltı  saçdı...  Yaxşı  mən 
gedirəm,  sən  də  yat.  Bilirəm  ki,  yatmayacaqsan,  fikirlər  səni 
dara  çəkəcək,  xəyallar  səni  aləmdən-aləmə  aparacaq;  bu 
yaxşıdır.  Taleyini  düşünənlər,  gələcəyə  şüurlu  istiqamət 
götürənlər  peşman  olmazlar.  Heç  bir  qərara  gələ  bilməməyin, 


 
87 
qətiyyətsizliyin 
öz 
duyğularına 
laqeyd 
münasibət 
bəsləməyindədir.  Sən  inanırdın,  ancaq  əmniyyəti  səndən 
uzaqlaşdıran  bir  təsəvvür  var,  o  da  onların  iltifatlarını  oğlanın 
qıza  olan  hörməti  kimi  qiymətləndirilməyindir.  Sən  onların 
hərəkətinə  yaxşı  diqqət  yetirsən  görəcəksən  ki,  onlarınkı  adi 
ehtiramdan  deyil,  sevənlərə  məxsus  bir  itaətkarlıqdır.  Bacım, 
axı,  mən  də  sevmişəm,  mən  də  cavan  olmuşam.  Əmirin 
gözlərində  gözlərini  bir  balaca  çox  saxla  gör  nə  hala  düşür. 
Gözlərin  yenə  də  nur  saçdı,  dodaqlarını  təbəssüm  bəzədi.  Mən 
gedirəm,  gecən  xeyrə  qalsın.  Təyyar  gedəndən  sonra  Aliyə 
yarım  saata  qədər  stuldan  qalxa  bilmədi.  O  düşünmək,  yalnız 
düşünmək istəyirdi. Lakin düşünə bilmirdi. Uçurduğu xəyalı bir 
aləmin seyrinə dalmamış tezcə geri qayıdır, Aliyədən yeni ruh, 
yeni şövq, yəni şətarət tələb edirdi. Aliyə isə onu yenidən pərvaz 
edib  uzaqlara  göndərmək  iqtidarında  deyildi.  Təyyarın 
söhbətinin  onda  yaratdığı  duyğular  hələlik  xəstə  və  şikəst  idi. 
Aliyə  onları  sağaltmağa  çalışırdı.  Ancaq  buna  ağlının  qüdrəti 
çatmırdı. Aliyə buna qabil idi; o fikir dərinliklərinə baş vurmağı, 
düşüncə  ənginliklərində  qanad  çalmağı  bacarırdı.  Ona  mane 
olan  Təyyarın  Aliyəyə  bəxş  etdiyi  bir  sevinc  idi.  O  sevilirdi. 
Özü də onu iki adam sevirdi. Aliyə bunu onsuz da hiss etmişdi. 
Ancaq  Təyyarın  dilindən  eşitdiyi  bu  nəzm  o  qədər  şirin  idi  ki, 
bunun  hədsiz-hüdudsuz  lətafəti,  nəşəsi  Aliyəni  məst  etmişdi. 
Demək  onun  sevildiyini  gəmidə  çoxları  bilir.  Bu  nə  böyük 
xoşbəxtlikdir.  Sevilmək  necə  yaxşı  şeydir,  kaş  adam  həmişə 
seviləydi.  Sevilənlərə  bu  əmniyyət,  bu  səadətin  ixlaskarlığı 
bəsdir, ona dünyada heç bir şan-şövkət lazım deyil, təki sevilsin, 
təki  qəlblərdə  yaşayan  canlı  əksinin  haşiyəsi  ülvi  məhəbbətdən 
olsun.  Aliyəni  sevinc  təlatümü  kayutdan  eşiyə  qovdu.  Sonsuz 
fərəh  az  qala  Aliyəyə  qapıları  döydürtdürüb  dedirdəcəkdi:  ay 
camaat sevilirəm. Mən xoşbəxtəm, mən bəxtiyaram, gəlin əlimi 
sıxın,  məni  təbrik  edin,  aşab-daşan  sevincimi  qarşılayın.  Məni 
sevirlər,  eşiyə  çıxın,  gəlin  göyərtəyə  toplaşıb  bəxtimin 
tərəqqisinə, iqbalımın fatehinə bir mahnı oxumaq, qoy dalğalar 


 
88 
səsimizi  aparıb  sevimli  rəfiqələrimə,  mənə  göz  verib  işıq 
verməyən,  bədrəftarı  ilə  məni  öz  evimizdən  didərgin  salan 
qardaşım  arvadına  çatdırsın.  Aliyə  Əmirin  qapısını  döymək 
istədi.  Lakin  qatlanmış  şəhadət  və  orta  barmağını  qapının 
taxtasına  yavaşca  toxundurub  əlini  geri  çəkdi,  yumruqlarını 
sinəsinə  sıxdı,  çiyinlərinə  səpələnmiş  saçlarını  xışmaladı,  dala 
döndü,  üç,  dörd  addım  atıb  dayandı,  geri  qanrıldı,  çevrilib 
Əmirin  qapısının  ağzına  gəldi.  Nədənsə  bayaq  Qəzənfərin 
kayutu zənn etdiyi qapını döyməyə qolu qalxmadı, utandı. Sanki 
Əmirin  gözlərinə  görünməsində  bir  ədəbsizlik  vardı.  Aliyə  öz 
kayutuna  yüyürdü.  Kamanı  götürüb  göyərtəyə  çıxdı.  Qnextin 
üstündə oturub kamanın biz ayağını sol dizi üzərində rahatladı. 
Barmaqlarını  pərdələrdə  gəzdirdi.  Kamanın  həzin  naləsini 
gəminin  arxasından  əsən  külək  alıb  irəli  apardı.  Gecənin 
intəhasız  qara  qəlbini  sanki  kiçik  bir  qəlbin  sevinci  doldurdu. 
Üzü görünməyən ləpələrin hərəsi ağ dodağında bir mahnı gətirib 
gəmiyə  çatdırdı,  gəmini  ötdü,  irəli  axışıb  Aliyənin  sevincini 
bütün dənizə payladı. Gəmi yırğalandı, ağır-ağır gah sağ, gah da 
sol böyrü üstə əyilib düzəldi. Motor gumbuldadı, sükan çarxları 
cingildədi. Elə bil gəmi özünü beşiyə bənzədərək fərəhdən bihal 
olmuş  Aliyəyə  layla  çalırdı.  Gəmi  gedir,  kamanın  səsi  isə  axıb 
sulara  tökülərək  ləpələrin  intizamsız  mahnılarına  zəngulələr 
vururdu. Aliyə arxa tərəfdən insan nəfəsi duydu. Geri boylandı. 
Əmir beş addım ondan aralı dayanmışdı.  
–  Əmir,  yatmamışdın?  –  Aliyə  qalxıb  utancaq,  hətta 
peşmançılıq  duyulan  bir  səslə  dilləndi.  –  Yuxunu  sənə  haram 
elədim... Hərəkətsiz dayandığı üçün gecənin qaranlığında heykəl 
görkəmi  alan  Əmirdən  səs  gəlmədi.  Lakin  onun  dilinin  ucunda 
sual vardı: «Aliyə, mənim qapımı sən döydün?» – Əmir... Aliyə 
nə  soruşacaqdı?  Yoxsa,  Əmirə  «Yaxın  gəl,  niyə  uzaqda 
durmusan!»  –  deyəcəkdi?  Kim  bilir,  bəlkə  də  bütün  varlığını 
çulğalamış  sevincə  əsir  düşməsini  söyləmək  istəyirdik. 
Qaranlığa  bürünmüş  ismət-həyanın,  izzəti-nəfsin  hansı 
təmənnada olduğunu müəyyən etmək  çətin idi.  – Qapını döyən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə