İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

 
74 
yığılmış  qarğı  qırıqlarına  oxşar  çiy  makaronlar  gəmini  titrədən 
mühərriklərin çırpıntısından uçunurdu.  
–  A..a..a,  xoş  gördük,  gəlmisən?  –  Aliyə  Qəzənfəri 
Əmirdən tez gördü.  
–  Səfərdən  niyə  qalmışdın?  Evinizdə  nə  var,  nə  yox, 
salamatlıqdırmı?  Anan  xəstələnmişdi?  Aliyə  hazır  cavab  tapıb 
Qəzənfərə  verməsəydi,  o  yəqin  ki,  qızı  təəssüfləndirəcək  bir 
uydurma  söyləyə  bilməyəcəkdi.  Aliyə  makaronları  qazana 
dolduraraq  öz-özünə  danışırmış  kimi:  –  Deyirəm  axı,  o  hər 
şeydən  ötrü  səfərdən  qalmazdı  –  dedi.  –  Xəstəliyi  nədir?  – 
Soyuqdəymə.  – Bekara  şeydir. Acsanmı?  Acsansa  kotlet  verim 
ye.  
–  Evdən  ac  gələrlər?  Əmirin  dodaqları  büzüldü,  qaşları 
sallandı. Sanki uşaq atasının haqsız tənbehindən incimişdi. Aliyə 
Əmirin  üzündəki  bir  ifadələri  görmədi.  Qəzənfərin  diqqəti  isə 
Aliyədə  olduğundan  Əmirin  üzünə  baxmamışdı.  Əmir  əllərini 
yuyub sildi, xələti soyunub asılqandan asdı, Qəzənfərlə görüşdü. 
– Xala doğrudan xəstələnmişdi? Qəzənfər kinayə ilə:  
–  Yox,  yalandan,  –  dedi.  Onlar  həmişə  təsirli  bir 
səmimiyyətlə  görüşərdilər,  sorğu-sual,  cavab  xəbər  ürəkdən 
gələrdi,  təəssüf,  təlaş  sinədən  qopardı,  səsdəki  həyəcan, 
gözlərdəki  qayğı,  ehtiram  məmnuniyyət  doğurardı.  Amma  indi 
çox soyuq görüşdülər. Elə bil birinin əli tikan olub digərininkinə 
sancılıcaqdı.  Aliyənin  yanında  olmasaydılar  şübhəsiz  ki, 
görüşməzdilər,  onların  özləri  də  nəyin,  yaxud  kimin  xatirəsinə 
əl-ələ  verdiklərini  anlayırdılar.  Qəzənfərin  Əmirə  baxan  kinli 
gözlərinə  bunlar  yazılmışdı:  «Nəyinə  lazımdır?  Sən  kimsən! 
Tutalım anam ağır vəziyyətdədir, sən nə eləyəcəksən!? Əlindən 
bir  iş  gələn  adam  kimi  də  yekə-yekə  xəbər  alırsan:  Xala 
doğrudan xəstələnmişdi?» – Qızdırması vardı? Qəzənfər çiynini 
divara dayayıb, Əmirə yanını çevirdi. Mənası «Zəhləmi tökmə!» 
olan  bir  hərəkətlə  başını  tərpətdi.  –  ıhı.  Qəzənfərin  münasibəti 
Əmiri təəccübləndirmədi. O küləyin hansı tərəfdən əsdiyini çox 
yaxşı  bilirdi.  Axı,  bu  fırtına  Əmirin  özünü  də  Qəzənfər  kimi 


 
75 
təlatümə  gətirmişdi.  İki  ruhun  eyni  ehtirasa  malik  hakim  olma 
meyllərinin  qarşılaşması  onlardan  bunu  tələb  edirdi.  –  Aliyə 
mən gedə bilərəmmi, daha b aşqa əmrin yoxdur ki? Aliyə güldü: 
– Əmirə başqa əmrim yoxdur, azaddır. Əmir gözlərilə Qəzənfəri 
göyərtəyə  çağırdı.  Qəzənfər  baxışları  ilə  soruşdu:  «Nə  var,  nə 
deyirsən?»  Əmir  əl  elədi:  «Bura  gəl  söz  deyirəm.»  Qəzənfər 
əlinin əsəbi hərəkətilə: «Əl çək!» dedi. Əmir şəhadət barmağını 
dik  tutdu:  «Bircə  dəqiqəliyə  gəl.»  Qəzənfər  boğazını  uzadıb 
başını  irəli  atdı:  «Rədd  ol!»  Onların  lal  danışıqlarını  Aliyə 
görürdü.  Aliyə  ucadan  güləndə  Əmir  qızardı.  Qəzənfər  isə 
əllərini  ciblərinə  soxub  lovğa  bir  yerişlə  Əmirə  doğru  getdi:  – 
Nə deyirsən? – Xala evdə yatır, ya xəstəxanada?  
–  Nəyinə  lazımdır?  –  Axı  mən  sizə  getmişəm.  O  mənim 
qabağıma  çay-çörək  qoyub,  məni  sənin  dostun  kimi  tanıyıb. 
Qəzənfər  həqarətlə  güldü:  –  Yanına  getmək  istəyirsən?  Əmir 
qolundakı saata baxdı: – Saat yarım vaxtımız var, çataram. – Biz 
dostuq? Qəzənfərin kinayəsi Əmiri açıq danışmaq məcburiyyəti 
qarşısında  qoydu.  Bu  sualla  müzakirə  açmaq  olardı.  Bu  sorğu 
Əmirdən etiraf tələb edirdi. Əmir haqqı öz tərəfində görürdü. O 
mübahisəyə  başlasalar  Qəzənfəri  borclu  çıxaracağına,  onu 
susduracağına əmin idi. Lakin açıq danışmaqdan çəkinirdi. Axı, 
nisyə  söhbətdən  nə  çıxardı!  Aliyə  hələlik  hər  ikisinə  də  eyni 
gözlə 
baxırdı. 
Onunla 
danışmamışdan, 
onun 
fikrini 
öyrənməmişdən  Əmir  hansı  əsasla  Qəzənfəri  təqsirləndirə 
bilərdi?  Aliyə  kimin  olacaq?  O  kimin  tərəfindədir?  Qız  kimə 
daha  çox  meyl  göstərir?  Bunlar  aşiqlərə  məlum  deyildi.  Onlar 
gümanlar,  fərziyyələr  ummanında  çapalayırdılar,  bunlardan  da 
əsas  olmazdı.  Əmir,  Aliyənin  ona  qarşı  olan  ongünlük 
münasibətlərini  xəyalından  keçirtdi.  Bu  xəyal  lövhələrinin  heç 
birinə  əli  ilişmədi.  Onlar  elə  sürətlə  ötdülər  ki,  elə  bil  onun 
gözləri  qarşısından  keçənlər  tez  unudulan  yekrəng  röyalar 
silsiləsi idi.  
–  Gəl  kayuta  gedək.  Qəzənfər  Əmirə  tərs-tərs  baxıb 
göyərtəyə gəzinməyə başladı:  


 
76 
–  Kayutda  nə  var?!  –  Söz  deyəcəm.  Qəzənfər  geri 
çevrilmədən: – Saxla, özünə lazım olar. Sənin mənə nə sözün!? 
Əmir  onun  dalınca  getdi.  Qəzənfər  dala  dönəndə  üz-üzə 
dayandılar.  Qəzənfərin  gözləri  soruşdu:  «Nə  deyəcəksən,  de!» 
Əmirin  nəzərlərində  cavab  görünmədi.  O  dodaqlarını  gəmirdi. 
Qəzənfərin  də  yumruqlanmış  əlləri  içəridən  onun  ciblərini 
dombaltdı. – Ə, yaz çolpaları kimi niyə xoruzlanırsınız? Təyyar 
vaxtında  gəldi.  Vəziyyət  onların  yaxşı  söz  danışmayacaqlarını 
göstərirdi.  Təyyar  bilərəkdən  ikinci  dəfə  soruşdu:  –  Bu 
zarafatdır, ya gerçək? Əlbəttə zarafat olar. Köhnə dostlardan elə 
şeylər  gözləmək  olmaz.  Bəri  gəlin  görək  Aliyə  bacım  adama 
bircə  stakan  kompot  verərmi.  Acından  qarnım  əldən  gedir, 
ölürəm.  Onlar  dal-dala  düzülüb  kambuza  getdilər.  Ortada 
yeriyən Əmir idi. Qəzənfər onun ayaqqabısının dabanını qəsdən 
basdı.  Əmir  ayağından  çıxan  ayaqqabısının  sol  tayını 
geyinənədək  Qəzənfər  ondan  qabağa  keçdi.  Guya  Əmirin 
müşayiətçi  kimi  Qəzənfərin  arxasınca  gəlməsi  ona  şəhanəlik 
verəcəkdi.  10.  Gəmi  açıq  dənizdə  idi.  Günəş  qüruba  əyilirdi. 
Üfüqdən  qalxan  buludlar  günəşin  qarşısında  sıralanmağa  can 
atırdı.  Dənizin  üzü  çopurlaşırdı.  Elə  bil  sulara  bir  az  bundan 
qabaq  saysız-hesabsız  qırmalar  yığdırılmışdı.  Görünür  fırtına 
olacaqdı.  Hamı  qırmızı  guşəyə  toplaşmışdı.  Orada  gəmiçilik 
idarəsinin son günlərdə vermiş olduğu əmrləri oxunurdu. Əmrlər 
məzmunca  müxtəlif  idi.  Lakin  onların  çoxu  əmək 
intizamsızlıqlarına  dair  verilmişdi.  Əmrlərdə  gəmiyə  sərxoş 
gələnlərin,  səfərdən  qalanların  adları  çəkilir,  intizamsızlıq 
eləyənlərə  verilən  cəzalar  göstərilirdi.  Kimi  işdən  qovulmuş, 
kimi  tapşırıq,  töhmət  almış,  kimi  də  kiçik  gəmilərə  alçaq 
vəzifəyə  göndərilmişdi.  Əmrin  birində  bir  müstəsna  hadisə 
bütün təfsilatı ilə şərh edilmişdi. «Səfərdən qaldı» ilə pərdələnən 
cinayətin  üstü  belə  açılmışdı.  Elektrik  mexaniki  ilə  gəzməyə 
gedirdilər. Küçələrdə, bağlarda bir xeyli gəzib dolanandan sonra 
acdıqları üçün restorana girirlər. Kefləri istəyəndən sifariş verib 
gətirdir,  yeyib  içirlər.  Kefləri  kökəlir.  Xidmətçi  qadını  dilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə