İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

 
62 
çəkirdi.  Əmir  də  yatmışdı.  Bugünkü  şirin  təəssürat  onu  əmin-
amanlıq röyasına təslim vermişdi. Lakin bir nəfərin yatmaq fikri 
yox  idi.  O  göyərtədə  hamının  ayıq  nəzərlərini  öz  şübhəli 
hərəkətlərinə  çevirməmək  üçün  çox  ehtiyatla  vurnuxurdu. 
Kambuzda  yır-yığış  eləyən  Aliyədən  gözlərini  çəkmirdi.  Bu 
matorçu  Saləddin  idi.  Xam  xəyal  onu  alçaq  bir  niyyətlə 
göyərtədə dolandırırdı. Təkcə Saləddin deyil, gəmidə bir çoxları 
Əmirlə  Aliyənin  qayıqla  necə  getdiklərinə,  necə  qayıtdıqlarına, 
necə  çimişib  zarafatlaşdıqlarına  dürbinlə  tamaşa  etmişdilər. 
Hamı sevinmişdi. Axı, Əmirin heç bir qızla tanış ola bilməməsi 
fərasətsizliyi,  buna  görə  də  evlənmək  istəməməsi  onları  da 
darıxdırırdı.  Aliyə  ilə  Əmirin  sevişib  evlənəcəklərinə  ümid 
bağlayan  dostları  onların  unudulmaz  dəniz  gəzintilərindən, 
xüsusən  bir  yerdə  çimişib,  suda  «qaçdı-tutdu»  oyunu 
oynamalarından o qədər sevinmişdilər ki, elə bil doğma qardaşın 
bəxtiyar  günlərini  görüb  son  dərəcə  xoşxah  olmuşdular.  Ancaq 
Saləddin  başqa  cür  düşünmüşdü:  «Əmir  kimi  utancaq  oğlanla 
kef  çəkməyə  razı  olan  qız  şübhəsiz  pozğundur,  yola  yaxındır. 
Əmirin toruna düşən balıq ölü olar. Əmirə bac verən qız əlbəttə 
sarsağın hər gecə birisilə yaşayanın biri olacaq. O, Əmirlə niyə 
dost olur? Görür ki, duz dadmayıb, qadın hiyləsindən baş açan 
şey deyil. Aliyə istəyir gözəlliyi, naz-qəmzəsilə Əmiri sehirləyib 
ona  ərə  getsin.  Ağılsız  qız  fikirləşmir  ki,  burda  əjdahalar  var, 
sənin kələyini baş tutmağa qoymayacaqlar. Pir deyib kambuzun 
başına  dolanan  Əmir  gəzintidən  qayıdandan  sonra  heç 
görünmədi,  çörək-xörək  də  yemədi,  deyəsən,  Aliyəni  tanıyıb. 
Əxlaqsızı tanımağa nə var!» Bu düşüncələrdən başqa Saləddini 
cinayətə  sövq  edən  başqa  bir  qəzəb  də  vardı.  Axı  Aliyə  onun 
araq  dostu  olan  birinci  şturmanı  biabır  eləmişdi.  O  həm  də 
Aliyədən  öz  dostunun  heyfini  almaq  istəyirdi.  Saləddin  bilirdi 
ki,  Aliyə  hamama  gedəcək.  Məqsədi  Aliyədən  qabaq  hamama 
girib  skamyanın  altında  gizlənmək,  qız  üz-gözünə  sabun 
sürtəndən  sonra  qəfildən  onu  qucaqlayıb  paltarla  onun  ağzını 
qapamaq,  zor  işlətmək  niyyətini  həyata  keçirmək  idi.  Saləddin 


 
63 
araq  içib  özünə  cəsarət  gətirmiş,  üst  paltarlarını  soyunub 
hazırlaşmışdı.  Aliyə  kambuzu  qıfıllayıb  öz  kayutuna  sabun, 
dəsmal,  kisə  üçün  gedəndə  Saləddin  yüyürüb  hamama  girdi. 
Paltarını  soyunub  lümələkləyərək  qoltuğunun  altına  aldı, 
skamyanın  altına  pərçimlənib  gizləndi.  Skamyanın  qılçaları 
gödək idi, o özünü ora zorla yerləşdirdi. Qorxu, səbirsizlik, dərin 
həyəcan onu titrədirdi. Ürəyi elə döyünürdü ki, elə bil sinəsində 
dördnala atlı çapırdı. Qulaqları da ağır eşidirdi. Orada müxtəlif 
küyültülər, gurultular bir-birinə qarışmışdı. O özünü elə itirmişdi 
ki,  bu  sarsıntı  burulğanlarının  qopardığı  uğultudan  qapı 
cəftəsinin çıqqıltısını güclə eşitdi. «Aliyə gəldi». O bunu necə də 
əzabla  düşündü.  Saləddin  Aliyənin  gəldiyini  yəqin  etmək  üçün 
sakit  nəfəs  almağa,  ürəyinin  döyüntülərini  azaltmağa  çalışdı. 
Lakin  təlatüm,  qasırğa  o  qədər  güclü  idi  ki,  kiçik  qayıq  şaxta 
nəfəsli  dalğaların  qucağında  sarsılmaya  bilməzdi...  Saləddinin 
ürəyi  daha  da  bərk  çırpındı.  Elə  titrədi  ki,  az  qala  sümükləri 
ətindən  çıxacaqdı.  O  özünü  son  dəfə  ələ  almağa  çalışdı, 
bacarmadı. Arağın verdiyi bayaqkı cəsarət əriyib yox olmuşdu. 
Dəhşət  Saləddini  büsbütün  xırpalayıb  əsir  almışdı.  Aliyə  ovçu 
nəfəsi  duymuş  ahu  kimi  ürkmüşdü,  döyükürdü.  Şkafı  da 
qorxular, səksəkələr içində açıb təmiz paltarlarını ora qoymuşdu. 
Hamamda kim ola bilərdi? Axı, şkafdan başqa harada gizlənmək 
olardı? Nə üçün də gizlənsinlər? Bu cür vəhşilik Aliyənin ağlına 
sığışmadı.  Ona  elə  gəldi  ki,  qonşu  kayutda  yaşayan  şturman 
qorxulu  yuxu  gördüyü  üçün  sayıqlayır.  Aliyə  xələtinin 
düymələrini açmaq istəyəndə boğuq bir xırıltı eşitdi. Bu səsdən 
onun  gözləri  böyüdü,  əlləri  yaxasına  ilişib  qaldı.  Aliyə  qapıya 
sarı  çevrildi,  cəftəni  açıb  yenə  də  bağladı,  qapının  dalında  bir, 
iki dəqiqə hərəkətsiz dayandı, sonra şkafdan paltarlarını götürüb, 
əlini  cəftəyə  uzatdı,  bir  də  geri  çəkildi,  qanrılıb  geri  baxdı, 
tavandakı havatəmizləyici dəliyə diqqət yetirdi, öz qorxaqlığına 
gülürmüş  kimi  dodaqları  qaçdı,  gözlərindən  cansız  bir  kinayə 
süzüldü.  Aliyə  vahimədən  silkənib  çıxmış  bir  kişi  cəsarətilə 
paltarlarını  şkafın  içinə  tolazladı,  alümin  ləyəni  qaynar  su  ilə 


 
64 
doldurub  taxtaların  üzərində  lomba-lomba  sabun  köpüyü  olan 
skamyanın  üstünə  atdı.  Səpələnmiş  isti  suyun  buxarı  hamamı 
başına götürdü. Taxtaların arasından süzülən su axıb Saləddinin 
belinə  töküldü.  Ondan,  arxayın-arxayın,  qorxusuz-ürküsüz 
otladığı  zaman  gürzə  görmüş  öküz  bağırtısı  qopdu.  Aliyə  də 
qışqırdı.  Onun  ağlı  başından  çıxdı,  geri,  irəli  səntirlədi,  ləyən 
əlindən  yerə  düşüb  danqıldadı,  kürəkləri  qapıya  yapışdı. 
Saləddin  onun  bu  huşsuzluğundan,  bu  bayğınlığından  istifadə 
etdi,  bədəninin  ağrı  və  sızıltısını  vecinə  almadan  Aliyəni 
qucaqlayıb skamyaya gətirdi, titrəyə-titrəyə onu dizləri üzərində 
oturtdu, xələtin düymələrini açmağa başladı.  
–  Qorxma,  qorxma,  Aliyə,  Aliyə,  mənəm,  mən.  Nəvazişə, 
mehribanlığa bax! Xələtin yaxası islandığından onun düymələri 
çətin  açılırdı.  Həm  də  Saləddinin  barmaqlarında  güc  yox  idi, 
əlləri  bayaqkından  da  bərk  titrəyirdi.  O  xələtin  ətək  düyməsini 
ölüm-zülüm  açıb  dizləri  üzərindən  sürüşən  Aliyəni  iki  qollu 
qucaqladı,  onun  buz  kimi  soyuq,  qanı  qaçmış  dodaqlarından 
öpdü, isinmək istəyirmiş kimi başını qızın sinəsinə sıxdı. – Sənə 
canım qurban, Aliyə. Aliyə taqətsiz qollarını Saləddinin çiyinləri 
üzərindən  geriyə  salladı,  başını  onun  çiyninə  qoydu.  Qapı 
döyüldü: – Çimən kimdir? Bu nə bağırtı idi? Saləddin:  
–  Mənəm  –  dedi–  Ayağım  sürüşdü,  yıxıldım,  dizim 
vannaya  dəyib  bir  balaca  yaralandı.  –  Niyə  öz  hamamınızda 
çimmirsən?  Şturman  daha  heç  nə  deməyib  qapının  çölündən 
uzaqlaşdı.  Aliyə  bu  səsləri  eşidirdi.  Bu  danışıqlar  elə  bil  onun 
qulaqlarına  şirin  yuxuda  çatırdı.  Aliyənin  qollarında  qüvvət, 
dizlərində  taqət  qalmamışdı.  Sanki  onu  dolma  kimi  döyüb  bir 
torbaya  doldurmuşdular.  O  belinə  dolanan  qolların,  qoynunda 
gəzən  əllərin,  üzünü  isidən  nəfəsin  naməhrəm  təmasını  hiss 
edirdi.  Lakin  bayğınlıqdan  yaxa  qurtara  bilmirdi.  Nəhayət, 
huşsuzluq  uzun  çəkmədi.  Saləddin  onun  sinəsini  sxcalayanda, 
ürəyə  yaxın  yerdən  qalxan  bu  ağrı  sanki  Aliyəyə  harada 
olduğunu,  başına  nələr  gəldiyini  xatırlatdı.  Aliyə  düşünməyə 
çalışdı,  hafizəsi  gah  aydınlaşdı,  gah  da  qaranlıqlaşdı.  Aliyənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə