İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

 
59 
Qızı  qucmaq  onu  təslim  etməkdir.  Əmir  Aliyənin  üzünə 
yoxlayıcı bir nəzərlə baxdı. Aliyə həmin dəqiqə: – Tez kürəklə. 
–  dedi  –  deyirlər  bu  xəzər  yaman  dəli  dənizdir.  Dəliliyi  tutar, 
qayıda  bilmərik.  Əmir,  dizləri  beldən  yuxarı  duran  çəyirtkəyə 
oxşar  qayığın  avar  ayaqlarını  suya  sıxıb  elə  təkanlar  verdi  ki, 
dəniz sürətlə geriyə axdı. – Əmir sənə ev veriblərmi?  
– Şəhərdə?  
– Hə şəhərdə.  
– Kənddə evimə nə gəlib ki!  
–  Onu  bilirəm;  srağagün  danışmısan,  yadımdan  çıxmayıb. 
Axı,  sən  bir  daha  kənddə  işləməyə,  yaşamağa  getməyəcəksən, 
dənizçisən,  sənin  burada  evin  olmalıdır.  Əmir  qüssə  ilə:  – 
Verməzlər.  –  dedi.  –  Niyə,  nə  səbəbə?  Əmir  göz  qapaqlarını 
endirdi,  dodaqlarını  açıb-yumdu,  gülümsünərək  udqundu, 
nəhayyət tutulub açılan bir səslə bildirdi:  
– Subaylara ev vermirlər.  
– Niyə, subaylar adam kimi yaşamaq istəmirlər?!  
– Nə bilim... Aliyənin nəzərləri Əmirin üzündə idi. Əmirin 
sifətindəki  qızartı,  gözlərindəki  həya,  səsindəki  həyəcan  onun 
ürəyini riqqətə gətirdi: «Səmimi oğlandır.»  
–  Əmir,  bəs  niyə  evlənmirsən,  özün  də  deyirsən  ki,  anam 
qocadır?  Əmir  başını  qaldırıb  Aliyəyə  baxdı.  Onun  gözlərində 
məzlumlara məxsus bir ifadə vardı.  
–  Tez  evlənənlə,  tez  nahar  eləyən  peşman  olmaz.  Əmirin 
dodaqları,  kirpikləri  titrədi.  Bu  an  onun  gözlərində  heç  bir 
parıltı, heç bir şəfəq yox idi. – Yaxşı qız tapa bilmirsən? Mənim 
qəşəng  bir  rəfiqəm  var,  istəsən  səni  onunla  tanış  elərəm.  Bir-
birinizi  bəyənib-bəyənməməyiniz  öz  işinizdir.  O  qız  ağıllıdır, 
namusludur, əxlaqı təmizdir, evdardır; daha nə istəyirsən, oğlana 
da  bunlar  lazımdır.  Əmirin  sifətinə  dan  qızartısı  çökdü,  canını 
bir  istilik  bürüdü,  alnını  qaynar  tər  islatdı.  Yaxşı  məqam  idi, 
lakin  Əmirin  dili  açılmadı.  O  mətanətini  səfərbərliyə  alıb 
dillənənəcən  qayıq  «Donbas»a  yaxınlaşdı.  Başqa  adam  əldən 
gedən  belə  bir  fürsətə  heyfsilənərdi,  ancaq  Əmir  qətiyyən 


 
60 
təəssüflənmədi; əksinə sıxıntıdan tez qurtardığına sevindi. Onlar 
«Donbas»da çox vaxt itirmədilər. Aliyəyə çimmək kastyumu və 
beş  qarpız  alıb  geriyə  döndülər.  Yol  yarı  olanacan  heç  nədən 
söhbət açmadılar. Bu sükut, səssizlik Əmiri darıxdırmırdı. Onun 
hisslərindəki  gərginlik  azalmış,  beynindəki  tutqunluq  silinmiş, 
zehni  aydınlaşmışdı.  Əvvəlki  qızarıb-bozarma  halları  onun 
varlığını  tərk etmişdi. Sanki  ona  bir  bəxtiyarlıq üz  vermişdi. O 
indi  sərbəst  idi,  düşünüb-daşına  bilirdi.  «Mən  bu  yerdə 
utanmamalıyam.  –  deyə,  o  cəsarətsizliyinin  günahını 
utancaqlığında  görürdü.  –  Aliyəyə  sözümü  indi  deməsəm, 
könlümün  xəzinəsini  ona  gəmidə  aça  bilməyəcəyəm.  Bakıya 
çatanda Qəzənfər də gələcək, amanımı qıracaq, onun təqibindən 
imkan tapmayacağam.»  
–  Aliyə...  Əmir  ürəyindəki  sözlərin  dalını  dilinə  gətirə 
bilmədi.  Yenə  hücum  çəkən  utancaqlıq  sıxıb  onun  suyunu 
çıxartdı.  –  Əmir  nə  deyəcəydin?  Əmir  nəinki  cavab  verməyə, 
hətta  Aliyənin  üzünə  baxmağa  belə  özündə  bir  cürət  duymadı. 
Aliyənin  ikinci  sualı  onu  bu  işgəncədən  azad  etdi.  –  Demək 
istəyirdin  ki,  çimək?  Aliyə  gülümsünürdü.  Bu  təbəssümün 
mənası  nə  ola  bilər?  Bəlkə  Aliyə  onun  həyəcanlarını  anlayırdı. 
Aliyənin  çöhrəsindəki  ifadələr  Əmirə  görə  müəmma  idi,  o 
hazırki vəziyyətdə gördüklərini mənalandıra bilməzdi.  
–  Gəminin  yanında  çimsək  hamı  bizə  baxacaq.  Aliyə 
qısqanclıq  hissinin  Əmirə  dedirtdiyi  bu  sözə  güldü.  Əmirə 
haradansa  bir  ər  cəsarəti  gəldi.  Aliyəyə  ərki,  qanunu  ixtiyarı 
çatan  bir  nişanlı  qətiyyətilə  dedi:  –  Düz  deyirəm  də!  O 
şorgözlərin gözünün qabağında niyə çiməsən!? Aliyənin gözləri 
qəribə  bir  məna  ilə  parıldadı.  O  nəzərlərdə  minnətdar  qəlbin 
çətin anlaşılan əhsəni görünürdü. – O qədər baxsınlar ki...  
–  Niyə  axı,  hər  kəs  özününkünə...  Əmir  avarları  buraxıb 
əllərini  dizlərinin  kündəsinə  qoymuşdu.  Avarlar  sınmış  quş 
qanadları  kimi  qayığın  yanları  ilə  sürünürdü.  Onların  üstünə 
kölgə  düşmüşdü.  Göy  üzündə  süzən  bir  boz  bulud  Aliyə  ilə 
Əmiri  gündən  qoruyub  onları  müşayiət  edirmiş  kimi  gəmiyə 


 
61 
doğru sürünürdü. Aliyə çətiri yığıb bu sərin kölgə içində sulara 
baxan  Əmiri  seyr  edirdi.  O  birdən  Əmirə  barmaq  qıcadı.  Əmir 
onun  hədəli  barmağının  hərəkətini  dənizdə  görüb  itaətkar 
nəzərlərini  Aliyəyə  çevirdi.  –  Çimək,  amma...  –  Aliyə  şəadət 
barmağını öz burnunun qabağında oynatdı. – Yaxşımı? Əmir bu 
işarədən, bu hədədən heç nə anlamadığından gözlərini döydü. – 
Gözlərini  yum.  Əmir  gözlərini  qapayıb  əllərilə  üzünü  örtdü.  – 
Yaman  bicsən  ha.  Əllərini  götür.  Barmaqlarının  arasından 
baxmaq  istəyirdin?  Əmir  əllərini  yanına  saldı,  gözlərini 
açmadan  başını  buladı:  –  Xeyir.  –  Mən  deməyincə  gözlərini 
açma.  Əmir  başını  sinəsinə  endirib  qaldırdı:  –  Baş  üstə.  Əmir 
göz  qapaqlarını  bir-birinə  elə  sıxdı  ki,  onun  gözləri  ətrafında 
dərin qırışlar əmələ gəldi. Aliyə danışa-danışa paltarını soyunub 
çimmək  kastyumunu  geyinmişdi.  Əmir  isə  ürək  döyüntüsü  ilə 
onun  dillənməsini  gözləyirdi.  O  birdən  qayığın  titrədiyini  hiss 
etdi.  Qayıq  nə  üçün  titrəsin?  Əmir,  Aliyənin  oğrun-oğrun 
güldüyünü  eşidəndə  gözlərini  açdı.  Elə  bu  zaman  Aliyə  dənizə 
atıldı, batıb çıxdı, kəhrəba qollarını at-ata üzüb Əmiri çağırdı: – 
Gəl,  çimək.  Əmir  alt  paltarında  çimməyə  utandı,  ayaqqabı  və 
corablarını  çıxartdı,  şalvarını,  maykasını  soyunmadan  dənizə 
cumdu.  Dörd  yüz  manata  aldığı  təzə  şalvarına  heyfi  gəlmədi. 
Əmirin  minlər  və  milyonlarla  dörd  yüzləri  qurban  olsun  ona 
doğru  gələn  səadətə,  uğurlu  təsadüf  bəxş  eləyən  taleyin 
xilaskarlığına,  Aliyənin  səmavi  gözlərinə!  8.  Yükünü  Barja 
boşaldıb yüngülləşmiş gəmi tam sürətlə geri qayıdırdı. Xəzərdən 
gözlənilməz  tənbəllik,  o  hələ  də yatırdı.  Göyün  üzünü  sıx  qara 
buludlar  bürümüşdü.  Dəniz  göylərdən  də  qara,  qaranlıq,  dərin 
görünürdü.  Sanki  gəmi  qatran  dənizində  üzürdü.  Gəminin  arxa 
tərəfinin  yanlarındakı  deşiklərdən  dənizə  axan,  pərlərin  vəlvələ 
salıb  şırıldatdığı  suların  səsi,  mühərriklərin  gombultusu 
olmasaydı  onun  hərəkətdə  olduğunu  adam  ağlına  gətirməzdi. 
Axşamdan az keçmişdi. Gündüzün üzücü yorğunluğundan sonra 
çoxları yatmışdı. Tək-tük adam oyaq qalmışdı ki, onlar da paltar 
ütüləyib,  üzünü  qırxır,  hamamdan  çıxıb  kurilkada  papiros 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə