İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   30   31   32   33   34   35   36   37   38

 
113 
– Aliyə əllərinin ikisini də stola çırpıb dik qalxdı, dişlərini 
qıcırtdatdı,  gözlərini  bərəltdi,  qışqıraraq  xəyal  müqəvvalarını 
kayutdan qovmağa başladı  
–  Çıxın,  çıxın!  Utanmazlar,  siz  adam  deyilsiniz,  çıxın!! 
Aliyə  cingiltili  bir  səslə  güldü.  Qəhqəhəsi  qəfildən  kəsildi. 
Sinəsindən  hönkürtü  qopdu.  Gözləri  yaşla  doldu.  O  üzü  üstə 
çarpayıya  yıxıldı.  Əllərilə  gözlərini  qapadı.  Sanki  bununla 
gözlərindən  axan  selin  qarşısını  almağa  çalışırdı.  Aliyə  bu 
vəziyyətdə  yarım  saat  qaldı.  Çiyinlərinin  titrəməsi,  köksünün 
qabarması,  gözlərinin  yaşı  dayanandan  sonra  arxası  üstə 
çevrildi. Dalğın nəzərlərindən uçan xəyalını yaxınmı, uzaqmı bir 
aləmə  pərvazlandırıb,  məyus-məyus  onun  yollarına  göz  dikdi. 
Yaş kirpiklərində muncuqlandı, yanaqlarından axan sellərin yeri 
quruyub  ağardı.  Aliyənin  bir  təsəlli,  bir  ümid,  dəyanət  dalınca 
gedən xəyallı öz yuvasına qayıtmadı. Aliyənin gözləri süzüldü, 
kirpikləri  öpüşdü  və  birdən  səksəndi,  gözlərini  hap  açdı.  Az 
yatıb  yuxudan  doymamış  adam  kimi  əsnədi.  Çarpayıdan  yerə 
atılıb  cəld  qapını  açarla  bağladı.  Aliyəni  bir  titrəmə  tutdu. 
Başının  tükləri  ağaca  dönüb  dimdik  durdu.  Bu  vahimə  nədir? 
Aliyə  nədən  qorxdu?  Kayuta  oğrumu  gələ  bilərdi?  Yoxsa, 
qapının çölündə heyvani coşğunluq sərməsti, acgöz ehtiraslı bir 
xəbisin  ayaqları  sürünmüşdü?  «Özünü  müdafiə»  duyğusu 
Aliyədə nədən oyandı? Aliyə bu dərəcədə qorxaqdır yəni? Aliyə 
işığı  söndürmək  istədi.  Əlini  stolüstü  lampanın  düyməsinə 
uzatdı.  Ancaq  qaranlığın  qurğuşun  ətəklərinin  ağırlığına 
dözməyəcəyini  düşünüb  əksinə  hərəkət  etdi:  kayutdakı  elektrik 
lampalarının  hamısını  yandırdı.  Bərəkətli  və  güclü  işıq  seli 
yaramqaranlığa hücum çəkdi, kayutun  rəngli  divarları, məxmər 
pərdələri  gözqamaşdırıcı  parıltılar  saçdı.  Aliyənin  həyəcanı 
azaldı.  Onun  alnı  tərlədi,  doyunca  nəfəs  aldı,  sinəsindəki 
genişliyə,  ürəyindəki  cəsarətə  heyrət  edib  köksünün  bir  an 
bundan qabaqkı darlığına təəccübləndi: «Məni bu hala salan nə 
idi?  


 
114 
Qaranlıqdan  qorxmuşdum?  Qaranlıqda  tək-tənha  az 
qalmışam?!»  Çox  fikirləşib  beynini  yorma  Aliyə!  Sən  əlbəttə 
qorxaq  deyilsən!  Səni  sarsıdan  itkidir.  Ürəyin  bayaq  üsyana 
qalxmışdı.  Sən  bundan  xəbərsizsənmi?  Səni  titrədən  onun 
dəhşətli  təlatümü,  kükrəməsi  idi.  Ürəyinin  dediklərini  başa 
düşdünmü?  Sinənin  altındakı  döyüntülərin  hərəsində  bir 
«qaytar!» sözü vardı – bunu da duymadım? Qolundan tutub səni 
bir  divanə  kimi  kayutda  dolandıran  mənəvi  hökmün  qüdrətinə 
inan,  laqeydliyinə,  etinasızlığınla  ona  qarşı  durma.  O  dağlar 
selidir,  səni  onsuz  da  öz  qoynuna  alacaqdır.  Onunla  iltifatlı 
olmaq vaxtıdır. Məğrurluq çağı deyil. Ürəyini eşit, qəlbini dinlə, 
mübarizəyə  nəhayət  var.  Bu  başqa  mübarizələrə  bənzəmir. 
Burada  təkəbbrün,  lovğalığın  əhəmiyyəti  yoxdur.  Onlar  onsuz 
da  bu  mübarizədə  məhv  olacaqlar.  Axı,  sən  niyə  qəlbinlə 
hesablaşmayasan?  
Bu ki, təkcə sənin könlünün cinayəti deyil! Burada ağlının 
da  əli  var.  O  duyğuları  gücləndirən  təfəkkürünün  saatlarla 
davam  edən  müdaxiləsini  unutmusanmı?!  İndi  bu  inad  nə 
üçündür?!  Od  vurmusan  –  söndür,  xəstələndirmisən  –  sağalt! 
Ürəyində  bir  gül  bitirmisən  –  qayğısını  çək  qoy  qönçələnsin! 
Yaratmısan  –  həyat  ver!  Yenə  də  təəccüblənirsən?  Bayaqkı 
vəziyyətdə  anlaşılmaz  bir  şey  yoxdur.  Döyüş  meydanı  titrəyər. 
Səndə  bir  az  bundan  qabaq  iradə  ilə  duyğuların  mübarizəsi 
gedirdi. Sanki kim isə bu sözləri Aliyəyə deyirdi. Bu nəsihətlər, 
bu  danlaqlar  nəticəsiz  qalmadı.  Aliyə:  «Onunla  mütləq 
danışmalıyam!»  –  deyə  qət  etdi.  Lakin  dediyindən  tezcə  də 
döndü:  «Axı  necə  söhbətləşim?  O  ki,  salona  tək  gəlmir! 
Başqalarının yanında ürək söhbəti  eləyə bilərəmmi?! Yox, Heç 
təklikdə  də  fikirləşdiklərimi  ona  söyləməyə  dilim  gəlməyəcək. 
Yaxşısı budur ki, Əmirə kağız yazım. Kağızda nə yazım? Qızın 
oğlana  minnət  eləməsi,  «gəl,  gəl»  deməsi  gülünc  deyilmi? 
Doğrudur  mən  ona  yalvarmayacam,  anacaq  necə  olsa  Əmir 
cümlələrdə  gizlənmiş  həyəcanlarımı  hiss  edəcəkdir.  Bəs,  necə 
yazım  ki,  məktubun  ruhu,  ahəngi  sevən  qız  qəlbinin  kaman 


 
115 
naləli  şikayət  və  yalvarışlarından  azad  olsun?  Bu  asandır. 
Məktubu salam-kəlamsız başlayıb, xudahafizsiz qurtarmalıyam. 
Belə  məktublar  nifrət  edənlərə  yazılır.  O  özü  bu  hörmətsizliyi 
kağızın  yazılışından  anlayacaqdır.»  Aliyə  dəftərin  ortasından 
qoşa vərəq qopartdı. Qarandaşın ucunu sətirin başına yapışdırdı. 
Qələmin ucu azacıq təzyiqə tab gətirməyib sındı, Aliyənin çiyni 
üzərindən  geri  atıldı.  Qələm  də  ürəyin  demədiyini  yazmaq 
istəmədi.  Aliyə  sivirmədən  çıxartdığı  balaca  bucaqla  onun 
ucunu yonub itilədi. Qələmi iradəsinə tabe edib kağıza bitməmiş 
bir  cümlə  yazdı:  «Əmir,  özünü  elə  təkəbbürlü  tutursan  ki, 
guya...» Bu ifadə Aliyənin xoşuna gəlmədi, onun üstündən qara 
çəkib ikinci sətirə keçdi. «Salona gələndə qaş-qabağını sallama. 
Üzünü o yana çevirib yalandan bir şeylə məşğul göstərmə. Məni 
görmək  istəmirsənsə,  salona  gəlmə.  Gəlsən  də...»  Bu  başlanğıc 
da  onun  ürəyinə  yatmadı.  Vərəqin  birini  cırıb  atdı,  ikincisini 
əlinin altına alaraq fikirləşdi. Xəyalən məktubunu Əmirin əlində 
gördü.  Əmir  hər  cümlədən  sonra  nəzərlərini  məktubdan  ayırıb 
Aliyəyə:  «Sən,  məni  başa  düşə  bilmirsən.  Çox  nahaq 
qəzəblənirsən.  Mənim  məqsədim  başqadır.»  söyləyən  məna  ilə 
baxırdı.  Aliyənin  təsəvvüründə  canlanan  o  tənbeh  ifadəli 
baxışlar  onun  hisslərini  cilovunu  boşaltdı.  Mərhəmət  duyğuları 
Aliyəyə  hakim  oldu.  O  bu  duyğuların  təsiri  altında  vərəqin  bir 
üzünü tezcə yazıb doldurdu; nə əli titrədi, nə qələmi dirəndi, nə 
də söz kasadlığı, ifadə yoxsulluğu özünü göstərə bildi. Aliyə elə 
bil  əzbərlədiyi  bir  mətni  çətinlik  çəkmədən  kağıza  köçürtdü. 
«Əmir  məni  niyə  incidirsən?  Ağrı  görməyən  ürəyi  yaralıyıb 
göynətmək  rəvadırmı?  Sən  əvvəllər  mənim  ayaqlarıma 
yıxılmağa  hazır  idi.  Qayıqla  mənə  çimmək  kastyumu  almağa 
gedəndə nə hala düşdüyünü təsəvvürünə gətirirsənmi? Sən onda 
ürəyini  belə  məndən  əsirgəməzdin.  Ancaq  indi  mehriban 
baxışlarını  da  çox  görürsən.  Əvvəlki  itaətkarlıq  necə  oldu, 
hayanda qaldı? Yoxsa, onları bir qeyrisinəmi bağışlamısan? Sən 
gündə birini sevə bilərsən? Mən elə bilirdim hər gözlər səni ala, 


 
116 
ürəyini  çala  bilməz.  Demə  bugünkü  məhəbbətin  yurdunu 
sabahkı camal viran qoyurmuş...  
Nolar,  mən  bəlkə  də  pisəm,  sevilməyə  layiq  deyiləm,  təki 
təzə  eşqin  xeyirli  olsun.  Amma  bir  də  gözlərinlə  ovladığını 
yaralı  qoyma.  Yaralı  ahunun  gözlərindən  axan  hər  damla  yaş 
ədalətli  hakim  olan  həyatdan  çəkdiyi  cəzalara  əvəz 
istəməkdir...»  Aliyə  vərəqin  ikinci  üzünə  yazmağa  söz  tapa 
bilmədi. Xəyala daldı. Ötən günlərin xatirə kitabçası vərəqləndi. 
Ordakıların  hamısı  Əmirin  şəkilləri  idi.  O  şəkillərin 
əksəriyyətində  xoşbəxtliyə,  xeyirxahlığa  gülümsəyirdi.  Əmirin 
sonuncu şəkildə dodaqları acı bir təbəssümlə əyilmişdi. Həmişə 
düz  baxan  gözləri  də  qıyılmışdı.  O  utancaq  baxışlarından, 
arzular,  diləklər  öz  yerini  rəhmsizliyə  vermişdi.  Yox,  yox,  o 
nəzərlərdə mərhəmət də var; ancaq o kimin töhfəsidir? Aliyənin 
qapısı  döyüldü.  Bu  gəminin  ictimai  naşəçisi  idi.  Aliyəni  ərzaq 
götürməyə çağırırdı. Aliyə saata baxdı. Saat altıdır, səhərdir. O 
hələ  də  yatmamışdır.  Gündüz  də  yatmağa  vaxtı  olmayacaq, 
səhərdən  axşamacan  işləyəcəkdir.  Qırx  nəfərə  müxtəlif,  özü  də 
hamımız xoş gələn xörəklər bişirməli olacaqdır. Günəş batacaq, 
axşam olacaq, qaranlıqla gələn həyəcan, iztirab ona yenə də ötən 
gecənin  bitməmiş  məktubunumu  yazdıracaq?  Aliyə  yazdığını 
başdan oxuyub öz qəbahətindən utanan adam xəcalətilə güldü:  
–  Deyəsən  mənim  ağlım  azalıb.  Nişanlısı  başqası  ilə 
evlənən  qızlar  heç  mənim  kimi  yanıqlı  məktublar  yazmırlar. 
Əmir mənim nəyimdir? Heç nəyim! Bəs, mən bu məktubu hansı 
ağılla  yazmışam?!  Aliyə  məktubun  sinəsinə  çal-çarpaz  xət 
çəkdi,  onu  əlləri  arasında  əzişdirib  sonra  illüminatordan  dənizə 
atdı.  Başını  illüminatordan  çıxarıb  dənizə  baxdı.  Məktub 
ləpələrin  nəğməli  ağ  dodaqları  ilə  öpülür,  öpülür,  öpülürdü. 
Aliyə  yorğun  ürəyinin  dalğaların  dilində  səslənən  tövbəsini, 
itaətini, yalvarışını eşidirdi.  
 
EPİLOQ  
 


 
117 
 Gəmi  yenə  də  dənizdə  –  səfərdə  idi.  Gecə  yarıdan 
keçmişdi.  Ulduz  ulduzu  çağırır,  ayın  sarı  saçaqları  sularda 
yuyunub  daranırdı.  Dənizin  üzündə  gümüşü  pullar  axışırdı. 
Ayın,  ulduzların  suların  dərinliyində  yaratdığı  ikinci  nurlu, 
əfsanəli  bir  zamanın  əks  etdiyi  sarı  solğun  şüalar  gəminin  başı 
üzərində  bozumtul  işıq  dumanı  əmələ  gətirmişdi.  Gəminin  sağ 
bortundan dənizə dairəvi dörd işıqlı göz baxırdı. Bunlar Əmirlə 
Aliyənin yanaşı kayutlarındakı illyüminatorlardan sulara süzülən 
işıqlar  idi.  Əmir  anasına  məktub  yazırdı:  «Əzizim  ana!..»  O 
məktubun  salam-kalam  nidalarından,  kef-əhval  sorğularından, 
sağlamlıq və üzun ömür arzularından bəhs edən beş, altı sətirlik 
hissəsini  yazıb  qurtardıqdan  sonra  bir  qədər  düşündü.  Yeni 
sətirdə  ana  diləklərinə  təsəlli  və  ümidlərlə  dolu  cavablar 
yazmağa çalışdı. Lakin onun qələmi kağıza ilişib qaldı, bilmədi 
nə  yazsın?  Narahat  ana  ürəyini,  nənə  olmaq,  nəvə  oxşamaq, 
nəvə  oynatmaq,  nəvə  yedizdirib  onu  şirin  laylalarla  yuxuya 
vermək  arzuları  ilə  dolu  ana  qəlbini  hansı  sözlərlə,  hansı 
inamlarla, andlar – amanlarla sakit etsin? Sevdiyi bir Aliyədir ki
ona  yaxın  getmir,  ilk  eşqinin,  ilk  məhəbbətinin,  ilk  könül 
sevdasının  pərvaz  qanadlarını  sındırıb  ürəyində  saxlayır.  O 
ruhlar  aləmi  intəhasız  səmalar  uçuşuna  qanadlanan,  bahar 
fəzilətlərə,  fəcr  timsallı  bir  könül  sabahının  məsum  gözlərinin 
açılışına  sevinmir,  çünki  bu  bəxtiyarlıqda  dost  gözləri  vardır. 
Əmir  düşündükcə  qələmin  ucu  sətir  başındakı  nöqtəni 
böyüdürdü.  Nöqtə  get-gedə  artaraq  iki  sətirin  yaşıl  cizgilərini 
fındıq kölgəsi böyüklükdə bir mürəkkəb dairəsi ilə birləşdirdi. O 
qələmi  mürəkkəbə  batırıb  yazmaq  istədi.  Lakin  qələmin  ucu 
yenə  də  tilsimə  düşdü.  Əmir  qələmi  mürəkkəbqabına  söykəyib 
çənəsini  əlləri  içinə  aldı.  Gözləri  fikirlər,  düşüncələr  içində 
süzüldü. Alnındakı zərif qırışların qatı açıldı, qaşları gözlərinin 
üstünə 
sallandı. 
Sifətini 
təəssüflər, 
əfsuslar 
kölgəsi 
tutqunlaşdırdı.  Və  birdən  dərdli,  ələmli  xəyalatlardan  silkinib 
çıxmış  kimi  canlandı:  simasındakı  məhzunluq,  dalğınlıq, 
çarəsizlik  ifadələri  əriyib  yox  oldu.  Sanki  bir  ovuc  buz 


 
118 
qırıntılarını  qaynar  qazanın  içinə  atdılar.  O  qələmi  götürdü: 
«Ana, bir  ay yarımdan  sonra məzuniyyətə çıxacam. Gəlib sənə 
hər şeyi  danışaram. Bu saat  sənin  məsləhətinə möhtacam. Mən 
özüm  çox  fikirləşmişəm.  Amma  elə  güman  edirəm  ki,  mənim 
düşündüklərim...» Yəni bir sözün baş hərfini yazmağa başlayan 
qələm  Əmirin  əlində  titrədi.  O  sanki  dəhşətli  bir  hökmə  qol 
çəkərkən  sarsılmış,  qanunun  amansızlığı  ilə  vicdanın 
töhmətləndirici  çağırışı  arasında  qalmışdı.  Əmir  qələmi  yenə 
mürəkkəbqabına  söykədi.  Yazdığı  cümlələri  oxudu.  O  anasına 
nəyi  danışacaq?  Sevdiyinimi?  O  ki,  Aliyəni  unutmağa,  yaddan 
çıxarmağa  çalışır.  Bu  söhbət  anaya  nə  verəcək?  Ana  hansı 
məsləhətlərlə  oğlunun  müşkül  işini  asanlaşdıracaq?  Əmir, 
Aliyənin  haqqında  anasına  nə  söyləyə  bilər?  Dostuna  görə  ilk 
məhəbbətindən  əl  çəkdiyinimi  xəbər  verəcək?  Əmir  bu  beş 
cümlənin  üstündən  qara  xətt  çəkdi.  Düşünməkdən  yorulmuş 
başındakı  küt  ağrıdan  gözlərini  qapadı.  Alnını  ovuşduraraq 
pıçıldadı: – Nə yazım? Bu zaman Qəzənfər Aliyənin kayutunda 
oturmuşdu. O Aliyədən cavab almağa getmişdi. Qəzənfərin ruhi 
vəziyyəti  yaxşı  idi.  Son  günlərin  hadisələri  ona  hər  təsirlə,  hər 
təkan  və  hər  zərbə  ilə  uçub  dağılmaz,  fəth  edilməz  bir  ruh 
yüksəkliyi  səltənəti  bağışlamışdı.  Onun  haqqında  qəzetlərdə 
oçerklər,  məqalələr  dərc  olunmuş,  Qəzənfərin  şəklini  birinci 
səhifədə  haşiyə  içərisinə  almışdılar.  Onun  fəxri  fərmanla  təltif 
edilməsi,  kommunist  əməyi  zərbəçisi  adına  layiq  görülməsi 
Qəzənfərin  mənəvi  aləminə  elə  bir  zərbə  gətirmişdi  ki,  bu 
səadəti  heç  bir  şaxta,  heç  bir  xəzan  küləkləri  soldura  bilməzdi. 
Lakin  o,  ürəyini,  qəlbini  dolduran  bu  fərəhlər,  iftixarlar 
ümmanından doymuşdu. Ona indi başqa bir sevinc qətrəsi lazım 
idi.  Bu  zərrəciyin  boş  qalmış  xəstəhal  yeri  səbirsizliklər  içində 
göynəyərək  Qəzənfəri  həbibə  tələsdirirdi.  Qəzənfər  bu  gecə 
könlünün dediklərinə qulaq asıb Aliyənin kayutuna girmişdi. O 
rədd  edilməyəcəyinə  əmin  idi.  Fikirləşirdi  ki,  mən  Əmirin  tayı 
deyiləm.  Adım,  şəklim  qəzetlərə  düşdü,  komsomolun  fəxri 
fərmanı  ilə,  gəmiçilik  rəisinin,  kapitanın,  gəmiçilik  idarəsinin, 


 
119 
həmkarlar 
təşkilatının 
təşəkkürlərilə 
mükafatlandırıldım, 
kommunist  əməyi  zərbəçisi  adı  aldım,  özümün  də  hörmətimi 
saxlayır, xətrimi istəyirlər. Aliyə mənə yox deyə bilməz. Qıza nə 
lazımdır?  Ad-san,  oğlanın  tay-tuş  arasında  olan  hörmət-izzəti, 
qoçaqlığı,  diribaşlığı,  babat  sir-sifəti,  səliqə  ilə  geyinməyi 
bacarması, pulu – bunlar da ki, məndə var. Qızlar yaz böcəkləri 
kimi oğlanlardakı bu pırıltılara uçuşurlar.  
–  Aliyə,  bilirsənmi  nəyə  gəlmişəm?  Aliyə  məhzun 
nəzərlərini  qarşısında  oturan  Qəzənfərin  ümid,  inam  şəfəqli 
gözlərinə  dikdi,  dillənmədi.  –  Bu  vaxtacan  heç  bir  şey  hiss 
eləməmisən?  Qəzənfərin  sıxıntısız,  titrəyişsiz,  sarsıntısız  çox 
asanlıqla verilən sualları Aliyəyə qəribə göründü. Qəzənfər kefli 
deyil  ki?  Belə  tərəddüdsüz,  həyəcansız,  heç  bir  iztirab,  sıxıntı, 
həya  maneələrinə  rast  gəlmədən  söylənən  sözlərdən  ürəyin, 
vicdanın  xəbəri  varmı?  Aliyə  şübhə  ilə  Qəzənfəri  seyr  etməyə 
başladı.  Onun  gözlərinə  yenidən  baxdı.  O  gözlərdəki  soyuq 
iftixar  parıltıları  içində  bir  şəfəq  gizlənmişdi.  Bu  solğun  ziya 
uğurlu  təsadüflərin  bəxş  etdiyi  bir  cahillik  məğrurluğu, 
təkəbbürlü  və lovğalığı qoynunda  öz lətafətini  itirmək üzrə idi. 
O  zərif  şölə  nadanlıq  rəhimsizliyilə,  avamlıq  mərhəmətsizliyilə 
söndürülürdü.  –  Aliyə,  doğrudan  bilmirsən?  Qəzənfər 
gülümsədi.  Bu  onun  öz  təbəssümünə  oxşamadı.  Elə  bil  onu 
kimdənsə  oğurlamışdı.  –  Aliyə,  niyə  cavab  vermirsən,  and 
içmisən  ki,  dillənməyəcəyəm?  Qəzənfərin  dodaqlar  qaçdı.  Üst 
damağındakı  iki  qızıl  dişlərinin  parıltısı  Aliyənin  gözlərini 
qamaşdırdı. O kirpik çaldı. Aliyə  bu beş dəqiqə ərzində birinci 
dəfə  idi  ki,  ruhunun  səmasına  öz  göz  qapaqlarından  pərdə 
tuturdu.  –  Qəzənfər...  Aliyə  ağ,  zərif,  sədəfləri  qırmızı  əllərini 
çənəsinin altından götürüb alnında oynaşan sarı saçlarını geriyə 
sığalladı. Köks ötürmədən şişən sinəsini stoldan ayırıb kürəyini 
dala  söykədi.  Göy  koftasının  ətəklərindən  aşağa  dartıb  başının 
hərəkətilə  çiyinlərinə  səpələnmiş  saçlarını  kürəklərinə  atdı.  Bu 
an  onun  paxlavari  sırğalarının  biri  Aliyənin  yanağından,  digəri 
isə buxağından öpdü.  


 
120 
–  Səndən  bir  xahiş  eləmək  istəyirəm.  Məncə  oğlan,  qızın 
sözünü yerə salmaz. Qəzənfər itaətkarlıqla:  
– Əlbəttə! – dedi  
–  Nə  buyursan  mənim  bax,  bu  gözlərim  üstə.  Hər  şey 
eləməyə  hazıram.  Təki...  Aliyə  qalxıb  çarpayı  pərdəsinin 
arxasına  keçdi.  Onun  orada  çamadan  açdığı,  xışıldayan 
paltarının  arasından  nə  isə  götürdüyü  anlaşılırdı.  Aliyə  pərdə 
arxasında  gözlədiyindən  çox  ləngidi.  Pərdələr  dalğalanır, 
boğulan  bir  hönkürtünümü,  yoxsa,  xəfif  gülüşünmü 
müqavimətindən  doğan  intizamsız  tənəffüsün  gah  tezləşib,  gah 
da  seyrəkləşməsi  eşidilirdi.  Döşəmədən  bir  qarış  hündürlükdə 
duran  pərdənin  açıq  yerindən  Aliyənin  ayaqları  görünürdü.  O 
ayaqlarının  yerini  tez-tez  dəyişirdi.  Pərdənin  dalından  iki,  üç 
barmaq  aşağa  çıxan  çəhrayı  yubqasının  ətəyi  də  bir  varlığı 
çulğalayan  lərzədən  uçunurdu.  Aliyə  ağlayırdımı?  O  niyə 
ağlasın?  Gülürdümü?  O  kimə  gülürdü?  Qəzənfər  mat-məətəl 
qalmışdı.  O  az  qala  bu  sirli  pərdənin  arxasına  soxulacaqdı.  – 
Aliyə!  Aliyə,  ortadan  ağız-ağıza  gəlmiş  pərdəni  aralayıb  çıxdı. 
Onun  qara  kirpikləri  nəmli  idi.  Yanaqları  allanmışdı.  Göy 
koftasının  yaxasında  iki  damcı  şəffaf  göz  yaşı  işıldayırdı.  O 
sinəsinin  sol  tərəfinə  zərf  boyda  dördkünc,  qalın  bir  kağız 
sıxmışdı. Yaşlı  mavi gözlərini sonsuz  bir yalvarışla Qəzənfərin 
üzünə zilləmişdi. – Aliyə, – Qəzənfər ona sarı yeridi – mən sənə 
nə dedim ki? Aliyə başını buladı. Onun dodaqları açılmaq üçün 
çəkişdi,  lakin  aralanmadı.  Baş-başa  sıxılan  qaşları  arasında 
xurma tumuna oxşar bir qırış əmələ gəldi. Onun hansı bir daxili 
qüvvəyəsə müqavimət göstərdiyi bilinirdi.  
–  Aliyə,  mən  ki,  səni  təhqir  eləmədim.  Bir  kəlmə  ürək 
sözümü dedim, bunun da nə kimi pis təsiri ola bilərdi?! Aliyənin 
rəngi  avazılaşdı,  yanaqlarının  allığı  solğunlaşdı,  gözlərinin  altı 
titrədi.  Saçlarından  ayrılan  bir  çəngə  teli  alnına  düşüb,  orada 
vergül yazdı.  
– Qəzənfər, sənə zülüm...  


 
121 
–  Aliyəni  qəhər  boğdu.  O  özünü  zorlayıb  əlavə  etdi  – 
Amma  neynim,  mənə  xəyanət  etsə  də  ürəyimə  ürək  tapmışam. 
Aliyə  sinəsinə  sıxdığı  kağızın  əks  tərəfini  çevirdi.  Bu  Əmirin 
şəkli idi. Aliyə onu haçan çəkib?  
– Al bunu, istəsən cır at, istəsən onun özünə ver. Qəzənfər 
özü  də  bilmədən  hansı  bir  ilahi  hökmünsə  təsiri  altında  şəkli 
aldı.  Böyümüş  gözlərilə  Aliyəyə  baxıb  nəzərlərini  döşəməyə 
endirdi. Onun qolları uzandı, çiyinləri aşağa düşdü, əlləri dizləri 
bərbərinə çatdı, sinəsi yatdıqca kürəkləri dala çıxdı, başının islaq 
tükləri  arasından  sıçrayan  bir  damcı  tər  alnının  ortası  ilə 
qaşlarının  arasına  doğru  sürüşmüşdü.  O  Aliyənin  üzünə  ikinci 
dəfə qətiyyən baxa bilmədi. Yarımaçıq göz qapaqları ağır qüssə 
yüklü  qaşlarının  kölgəsi  altında  hərəkətsiz,  tərpənişsiz  qaldı. 
Nəhayət, ayaqlarını sürüyərək kayutdan çıxdı, ölgün addımlarla 
göyərtəyə qalxdı. Qəzənfər nəzərlərilə gözlərdən uzaq qaranlıq, 
kölgəli bir künc-bucaq axtardı. Başını zorla döndərib sağa, sola 
boylandı.  Ay  hər  yeri  işıqlandırır,  hər  şeyi  süd  gölündə 
çimizdirirdi.  Göyərtənin  kölgəli  yeri,  görkəmindən  iztirab, 
yorğunluq  yağan  bir  canlı  heykəlin  gizlənə  biləcəyi  qaranlıq 
guşəsi  yox  idi.  O  kayuta  gedə  bilməzdi.  Açıq  havada,  geniş 
göylərin altında belə cansıxıcı bir darısqallıq duyurdu. Qəzənfər 
iki  üç  addımlıqdakı  qnextin  üstündə  oturdu.  Əlindəki  şəkili 
mundar bir şey kimi ikrah hissilə özündən kənar tutub pıçıldadı:  
– Mən neynim... 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə