İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   30   31   32   33   34   35   36   37   38

 
101 
irəli cumub anbarçının başını dizləri üzərinə qaldırdı.  – Burada 
adam  ölür,  sən  də  paltar-palaz  dərdi  çəkirsən.  Mənə  ver 
atıllamanı.  Ambarçının  bədəni  elə  boş  idi  ki,  elə  bil  onun 
sümüklərinin  hamısını  bütün  əzaları  arasından  çəkib 
çıxarmışdılar.  Qolunu  sinəsinə  qatlayanda  sürüşüb  yanına 
düşürdü.  Başı  Aliyənin  dizləri  üstündə  durmurdu.  Qatıq 
atıllamasının anbarçıya deyəsən bir az köməyi oldu. Atılmadan 
Aliyə ona yarıyacan içirəndən sonra anbarçının gözləri açıldı, əli 
ağzına  qalxdı.  Ovcu  ilə  ağzının  qatıq  bulandığını  sildi.  Köks 
oturub  gözlərini  qapayandan  sonra  öyüyərək  dikəlmək  istədi. 
Aliyə  onun  başını  əlləri  arasına  alıb  ağzını  yana  çevirdi, 
anbarçını qalxmağa qoymadı:  
–  Qus,  qus!  –  Aliyənin  səsində  mehriban  bacı  təlaşı, 
qayğısı, səmimiyyəti vardı  
– Səni qusmaq qurtaracaq, qus! – Çəkilin görək! Əllərində 
xərək,  sumka  olan  həkim  və  şəfqət  bacıları  anbarçını  dövrəyə 
almış iyirmidən çox sıx insan həlqəsini sındırdı. Təxirəsalınmaz 
ilk  yardımdan  sonra  onu  maşına  qoyub  şəhər  xəstəxanasına 
apardılar. Maşın yola düşərkən anbarçı xırıldayıb dedi: – Məndə 
qorxulu  bir  şey  yoxdur.  Təcili  yardım  maşını  gözdən  itməmiş 
körpünün  üstündə  bir  dəstə  adam  göründü.  Onların  hamısının 
əllərində  gül  dəstəsi  vardı.  Onlar  inistitut  tələbələrinə 
oxşayırdılar.  Dəstənin  önündə  gələn  şlyapalı  kişini  qoltuğunda 
qalın  bir  kitab  vardı.  Görünür  bu  müəllim  idi;  tələbələri 
ekskursiyaya  gitirirdi.  Otuz,  otuz  beş  nəfərlik  bu  dəstənin 
iyirmidən  çoxu  əlvan  geyimli  qızlardan  ibarət  idi.  Onlar  hara 
gəlirdilər?  Bu  təntənə  nə  üçündür?  Gəmi  beş,  on  dəqiqədən 
sonra  limanı  tərk  etməyəcəkdimi?  Dənizçilər  çaşbaş  olub 
qaldılar. Təyyarın özü belə bir şey anlaya bilmirdi. Rəngbərəng 
çətirlər,  güllü  saya  ağ,  yaşıl  donlar,  mətin  addımlar,  şabalıdı 
saçlar,  dəniz  gözlü  səmimi  baxışlar  təntənə  ilə  gəmiyə 
yaxınlaşırdı. Çox fikirləşəndən sonra Təyyara elə gəldi ki. onlar 
ekskursiyaya gəlirlər. Ona görə də dəstəni qabaqcadan xəbərdar 
etmək  üçün  irəli  çıxdı.  Müəllim  şlyapasını  başından  götürüb 


 
102 
reverans elədi: – Xilaskarlara salam olsun! Müəllimin reveransı 
çətirlərdə  təkrar olundu; onun eyni  sözləri  dilində  nəqarət kimi 
səsləndi.  Təyyar  onların  salamını  aldı,  təbrikə  gələnləri  gülə-
gülə gəmiyə dəvət etdi.  
–  Buyurun,  buyurun,  xoş  gəlmisiniz.  Təyyar  qonaqları 
zabitlər  salonuna  qədər  müşayət  etdi.  Radistə  tapşırdı  ki,  radio 
ilə  hamını  tez  salona  çağırsın.  Dənizçilərin  çoxu  gəzməkdən 
təzəcə  qayıtmışdılar,  təmiz,  təzə  paltarları  əyinlərində  idi.  İş 
paltarlarında olanlar da tez geyinib-kecindilər, tellərini daradılar, 
ətirlənib  salona  toplaşdılar.  Ətirli  çiçəklər  bir-birinə  qarışdı. 
Salonda  elə  bil  gül  sərgisi  açılmışdı.  İçəri  girənin  ruhu 
təzələnirdi.  Təzə  paltarların  xışıltısı,  altı  yeyilməmiş 
ayaqqabıların  tap-tupu  kəsilir,  lal  bir  sükut  içində  gözlər 
gözlərdə,  baxışlar  baxışlarda  qərq  olurdu.  –  Yoldaşlar,  –  deyə 
Təyyar ayağa qalxıb hamının nəzərini özünə cəlb etdi – əvvəlcə 
diqqətinizə çatdırım ki, vaxtımız çox azdır, görüşümüz ləzzətsiz, 
söhbətimiz qısa olacaq. Buna sizin kimi mən də təəssüflənirəm. 
Amma  nə  etmək  olar.  Yolçu  yolda  gərək.  Qonaqlar  Dağıstan 
Avaftonom  Respublikasının  dövlət  tibb  institutundan  gəliblər. 
Onlar bizə xilaskar adı veriblər. Biz xilas etdiyimiz qız və oğlan 
tibb institutunun tələbələri imişlər. Demək biz yüzlərlə xəstələrə 
şəfa  verəcək  iki  həkimi  həyata  qaytarmışıq.  Bizim  bu 
müvəffəqiyyətimiz  Qəzənfərin  hünəri  ilə  bağlıdır.  Onun 
sayıqlığı olmasa, bəlkə də o iki həyatı dənizin dalğa döyüşçüləri 
donduracaq,  yaxud  bizim  dilimizlə  desək  suların  dərinliyinə 
gedib  qayıtmaz  kəşfiyatçı  göndərəcəkdi.  Buna  görə  də 
ekipajımız  Qəzənfərə  minnətdardır.  Yeri  gəlmişkən  deyim  ki, 
gəmiçilik idarəsi Qəzənfərin bu qoçaqlığını qiymətləndirib, ona 
təşəkkür  və  pul  mükafatı  veriblər.  Radioqramı  bir  az  bundan 
qabaq  almışam.  Onu  oxumaq  üçün  ekipaj  üzvlərini  onsuz  da 
salona  çağıracaqdım.  Göründüyü  kimi  iki  toy  bir  vaxta  düşdü. 
Qəzənfərin  sonuncu  fədakarlığından  sonra  danışacam.  Bu 
hadisədə  anbarçının  təqsiri  çox  böyükdür.  Xəstəxanadan 
çıxandan sonra biz bunu ona bildirəcəyik. Dənizçilərin hamısına 


 
103 
bəllidir ki, anbarçı anbar da, kameron şöbəsinə də girəndə yükün 
qazlı,  qazsızlığından  asılı  olmayaraq  növbətçini  xəbərdar 
etməlidir.  Ancaq  bizim  anbarçı  qanununa  pozub.  O  xəstəliyin 
verdiyi  əzabdan  başqa  bizdən  rəsmi  cəza  alacaqdır.  Xəstəyə 
hamı rəhm eləyir. O insafdan bizdə də var. Ancaq biz mərhəmət 
eləyib  onu  sağalandan  sonra  cəzalandıracayıq.  Təyyarın  bu 
sözünə  hamı  güldü.  Ancaq  arxada  kimsə  mızıldandı:  Gülüş 
səsləri salonu yenidən doldurdu. Təyyarın özü də güldü. O:  
– Kim idisə bir xal artıq qazandı – deyə müəllimə baxdı. – 
Bir  sözə  bax!  Yaxşı  məntiqdir.  Həmin  səs  bir  də  eşidildi:  – 
Qəribə  məntiqdir.  Müqəssiri  qalxmağa  qoymazlar.  Qalxsa  onu 
ikinci  dəfə  yerə  uzatmaq  üçün  xeyli  qüvvə  sərf  edilməlidir. 
Təyyarı  atmacalayan  Saləddinin  dostu  idi.  Təyyar  yerindən 
danışanın  kim  olduğunu  bilsə  də,  bu  kinayələri  qonaqların 
yanında  cavabsız  qoydu.  –  İndi  sözü  qonaqların  ağsaqqalına 
verək.  Müəllim  ayağa  qalxanda  tələbələr  oğrun-oğrun 
gülüşdülər. 
Müəlliminüz-gözündən 
məzəkarlıq 
yağırdı. 
Baxışlarında bir istehza məharəti gizlənmişdi. Dodaqlarında isə 
təbii kinayə dolu bir təbəssüm vardı.  
–  Hörmətli  dənizçilər,  bilmirəm  tələbələrin,  müəllim 
heyətinin  təşəkkürünü  sizə  necə,  hansı  söz-söhbətlə  çatdırım. 
İcazə  versəniz  sizə  kiçik  bir  nağıl  söyləyərdim.  Hər  tərəfdən 
«Buyurun,  danışın.»  Sədaları  ucaldı.  –  Mən  ədəbiyyatçı 
deyiləm,  cızmaqaraçıyam,  loru  kənd  dilində  danışacam.  Çünki 
bu nağılı həmin dildə mənə babam danışıb. Etiraz etmirsiniz ki? 
–  Xeyir.  –  Söyləyin.  Müəllim  alnına  tökülən  yumşaq  telini 
barmaqları  ilə  geri  daradı.  Gözlərini  qıyıb  tavana  baxdı.  Sanki 
hafizəsində  ,nəyi  isə  araşdırır,  nəyi  isə  nizama  salırdı.  –  Yox, 
deyəsən  babamın  dililə  danışa  bilməyəcəm.  Mənim  dilimdə  o 
nağıl  öz  gözəlliyini  itirəcəkdir.  Gəlin  bu  nağılın  söylənməsini 
başqa  görüşlərimizə  saxlayaq.  Dəniçilər  də,  tələbələr  də 
razılaşdılar. – Qonağın günahından keçərlər  – deyə müəllim öz 
fikrini təsdiqini tələb edən bir ifadə ilə Təyyarın üzünə baxdı. – 
On ildir  kitab  dilində  danışıram. Bilirəm ki, kitab dili  babamın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə