İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

 
50 
parçalanacaqdı. – Oğlum, oğlum,  – deyə anası  onun çiyinlərini 
oxşadı. – Özünü ələ  al  ana  qurban. Niyə ağlayırsan, axı, nolub 
ki?!  –  Mən  orada  döşəmə  silirəm,  mən  orada  qalyun  yuyuram, 
mən  orada...  –  Qəzənfər  üzü  üstə  çevrilib  ağzını  yastığa 
yapışdırdı,  hönkürdü,  onun  bütün  bədəni  titrədi.  –  Mən 
istəmirəm  belə  həyatı!  İstəmirəm,  istəmirəm!  –  O  qollarını 
altdan salıb yastığı üzünə sıxdı. – Kayut süpürürəm, karidorları 
silirəm,  pas  təmizləyirəm,  anbar  təmizləyirəm.  Mən  qalyunu... 
camaatın,  qırx  adamın...  qalyunu  iydən  adamın  başı  çatlayan 
qalyunu...  Mənim  kimisini  hansı...  Mən  kimə  lazımam.  Mən 
özüm  özümü...  Oğlunun  qırıq-qırıq  dediyi  sözləri  dinləyən 
ananın qolları qoynunda gizlənmişdi. Onun gözlərindən sıçrayan 
yaşlar damcılayıb qollarının üstünə tökülürdü. Ananın dodaqları 
əyilib düzəlir, hönkürtüyə yol verməyərək bir-birinə sıxılır, ana 
qəlbinin  çırpıntılarını  oğlundan  gizlədirdi.  «Qəzənfər  bu 
günəcən  belə  sözlər  danışmayıb,  –  deyə  ana  düşünürdü.  – 
Mənim  öyüd-nəsihətim  onu  dənizdən  ayıra  bilmədi.  Bəs,  onu 
indi  zara  gətirib  ağladan  bu  dedikləridirmi?  Yox,  söylədikləri 
deyil, burada nəsə başqa bir sirr var.» – Qəzənfər, balası, – deyə 
oğlunun başını öz qolu üzərinə aldı. – Gəminizdə... Nədənsə bir 
qoxu duymuş ana öz sorğusunu yarımçıq qoydu. Qəzənfər onun 
qolunu  başının  altından  çıxarıb  yanı  üst  çevirdi.  Sonra  isə 
hönkürüb anasının əllərini gözləri yumulu halda axtarıb taparaq 
onları öz sifətinə yapışdırdı. Və elə ağladı ki, ana oğul fəryadına 
şərik olmaya bilmədi.  
– Həyat deyil, ana! Matrosu adam hesab eləmirlər. Matorçu 
olmaq yaxşıdır, onlar qalyun yumurlar. Amma məni hamı görür 
o da... o da görür. Qalyun yuyanı kim... Ana oğlunu danışdırıb 
çox sorğu-suala tutmadı ki, o sərxoşdur, bəlkə də sayıqlayır, qoy 
yatsın,  səhər  açılar,  Qəzənfərin  də  ağlı  başına  qayıdar,  soruşub 
hər  şeyi  öyrənər.  Oğlunun  dəniz  həyatına  nifrət  etməsi 
ürəyindən  idi.  O,  bədbəxt  ərinin  dəhşətli  ölümündən  sonra 
dənizə  düşmən  gözü  ilə  baxırdı.  Sanki  ərini  aparan  əcəlin 
sinəsində  işləyən  oğlu  da  bir  gün  geri  qayıtmayacaqdı,  o 


 
51 
təhlükəli  yollarda  itib-batacaqdı.  Qəzənfər  kefli  də  olsa  o  öz 
müvəffəqiyyətsizliyini,  öz  çirkinliyini  ikrah  elədiyi,  dönə-dönə 
hiddətlə  söyləyib  ağladığı  xidmətlərində  görürdü.  Guya  onu 
Aliyəyə sevdirməyən, qızın gözlərindən salan həmin o xidmətlər 
idi.  Qəzənfər  dünən  bunları  fikirləşib  böyük  şturmandan  xahiş 
etmişdi  ki,  məni  başqa  növbəyə  keçirin,  saat  dörddən  səkkizə 
olan  növbə  vaxtlarına  alışa  bilmirəm.  Özümü  həmişə  yorğun, 
əzgin  hiss  eləyirəm,  yatağa  uzanıram,  saatlarla  gözlərimə  yuxu 
gəlmir.  Nə  doyunca  yata  bilirəm,  nə  də  kitabları  oxuyub 
imtahanlara hazırlaşmağı bacarıram. Əli aşından da oluram, vəli 
aşından da. Axı, mən qiyabiçiyəm, mənə hazırlaşmaq lazımdır. 
Qəzənfər  dərdini  açıb  desəydi  onun  arzusu  bəlkə  də  yerinə 
yetirilərdi.  O  da  utanmış  açıq  danışa  bilməmişdi.  Necə  də 
danışaydı?!  Söyləsəydi  ki,  karidoru,  kurilkanı  silib-süpürəndə, 
gündə  içində  yüzlərlə  papiros  kötüyü  atılıb  tüpürülən  çəlləyi 
yuyanda  məni  Aliyə  görür,  mən  onu  almaq  istəyirəm. 
Gördüyüm  bu  işlər  də  məni  onun  yanında  həddindən  artıq 
utandırır.  Gəmidə  mənim  kimi  arvadlıq  eləyən  bir  adi  oğlanı 
Aliyə  təki  qəşəng  qız  sevərmi?  Qəzənfər  bunları  şturmana 
söyləyə  bilməmişdi.  Şturmanın  yekə  bir  qaravəlli  düzəldib  hər 
yetənə danışmasından, camaatı ona güldürməsindən qorxmuşdu. 
Qəzənfərin könlünü qubarlandıran onun xəyalətları idi. O axşam 
söylədiklərinin heç birini səhər öz boynuna götürmədi.  
–  Sən  nə  danışırsan  ana,  döşəmə  silmək,  qalyun  yumaq 
nədir, mən gəminin sükanını idarə edirəm. – Oğul... – Ana, kefli 
adama inanırsan, ya ayığa? Həssas ana qəlbindən, döyüntülü ana 
ürəyindən səhərəcən yüzlərlə duyğular keçmişdi. Bir-birini əvəz 
edən  mülahizələr,  güman  və  ehtimallar  onu  düşündürmüş, 
oğlunun  sevib  qoynuna  atıldığı  həyatı  pisləməsi,  xüsusən 
Qəzənfərin göz yaşları bir yığın əzab olub ananı əzmişdi. O, bu 
çağlayışın, bu sayıqlamanın təkcə sərxoşluq əlaməti olmadığını 
yəqin etmişdi. «Onu ağladan başqa şeydir, – deyə fikirləşmişdi. 
–  Ancaq  sərxoşluğun  bir  xeyri  var  ki,  ürəkdəkini  dilə, 
könüldəkini  gözə  gətirir.  Qəzənfər  içib  keflənməsə  o  sözləri 


 
52 
söyləməzdi.  Deyəsən,  qız  sevib.  Məncə  belə  olar.  Rəhmətlik 
ərim də mən onun şvabra ilə karidoru sildiyini görəndə qan-tərə 
batmadımı?!  Biz  onda  yenicə  sevişmişdik.  Mən  gəmini 
qarşılamağa  getmişdim.  O,  mənim  ora  gələ  biləcəyimi  heç 
güman  etmirmiş.  Yazıq  ondan  sonra  düz  bir  ay  mənim  üzümə 
şax baxa bilmədi. Yəqin Qəzənfərin də başına belə bir iş gəlib. 
Gəmidə nökərə, sahildə bəy balasına oxşayan dənizçi sevən, bir 
qıza bənd olan zaman dərdi bu olar.»  
–  Oğul...  –  Ananın  alianı  səsindəki  titrəyiş,  qayğılı 
nəzərlərindəki  mənalı  şərməndəlik,  nədənsə,  açıq  danışa 
bilməmək  cəsarətsizliyi,  çəkingənliyi  ona  mane  oldu.  O  bir  də 
dillənməyəcəkmiş kimi inadla susdu. Oğlu ilə üz-üzə dayandığı 
halda  çevrilib  otağın  o  başına  getdi.  Tül  pərdəli  pəncərədən 
maşınlar şütüyən küçəyə baxdı. Qəzənfər arxadan onun çiyinləri 
qucaqladı.  –  Ana,  məni  bağışla.  Mən  bilmirəm...  bilmirəm... 
Axı,  axşam  dediklərim...  Sərxoş  olmuşam,  danışığımı 
bilməmişəm. Özüm ölüm ki, mən qalyun-zad... Axı matrosun işi 
təkcə  bunlar  deyil.  Ana  çevrildi.  Onun  utancaqlıq  pərdəsini 
atmış cəsarətli baxışları Qəzənfərin ürəyinə, qəlbinə nüfuz etdi. 
–  Ana,  axı...  Ananın  əlləri  oğlunun  başını  gətirib  öz  sinəsinə 
qoydu.  –  Oğul,  unutma  ki,  atan  da  dənizçi  olub.  Mən  o  həyata 
nabələd  deyiləm.  Dənizçilərin  gördükləri  işlərlə  tanışam.  Sənin 
bəzi  sözlərinə,  təriflərinə  bənd  olmamağım  da...  Ata  olanda 
bunları  başa  düşərsən...  Rəhmətlik  atan  da  sənin  kimi  dənizçi 
idi. Bəs biz bir-birimizi niyə... O matros idi, mən isə institutunun 
son kursunda oxuyurdum... – Ana oğlunun başını öz sinəsindən 
qaldırıb onun gözlərinə baxdı. – İnandınmı? Onların ikisi də göz 
qapaqlarını  ağır-ağır  endirib  nəzərlərini  yerə  dikdilər.  Ana  – 
oğul  söhbətinin  sonu  təqdiredici  utancaq  bir  təbəssüm  oldu.  7. 
Gəmi  günortaya  yaxın  Həştərxan  reydinə  lövbər  atdı.  Dəniz, 
doyduqdan sonra yaz günəş altında durub mürgüləyən quzu kimi 
sakit  idi.  Gəminin  tüstüsü  göyə,  burula-burula  tənbəl-tənbəl 
qalxırdı.  Yük  götürməyə  gələn  barj  Həştərxandan  yenicə 
çıxmışdı.  Radioqramda  onun  reydə  səkkiz  saatdan  sonra 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə