İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

 
71 
Əmirin şkafında ki, onun bir şeyi yox idi? – Bu vaxtacan ətirin 
nə  olduğunu  bilmirdi.  İndi  elə  bil  paltarlarını  ətirlə  yuyub. 
Məhəbbət  adama  gör  nələr  elətdirir!?  Qəzənfər  əlüzyuyanın 
yanına  gələrək  işığı  yandırıb  güzgüdə  özünə  baxdı.  –  Bu 
sənsənmi?  –  Qəzənfər  öz  əksinə  müraciət  edərkən  barmaqları 
güzgüyə toxundu. – Sən niyə bədbəxtsən? – O boynunu bükdü. 
–  Sən  doğurdan  da  yazıqsan,  eləmi?  Qəzənfər  öz  əksinə 
baxdıqca  ürəyi  sıxıldı.  Öz  gözlərindəki  məlalı  görmək  onun 
üçün  ağır  idi.  O  güzgünün  qarşısından  çəkilmək  istədi.  Lakin 
birdən  hiddətləndi.  Sanki  düşməndən  qaçıb  gizlənməyə  çalışan 
dostuna,  yaxud  yoldaşına  acığı  tutmuşdu.  Qəzənfər  öz 
yumruqları ilə öz əksini hədələdi. – Qorxaq! Kambuzdan qazan 
danqıldadı. Yumşaq altlı ayaqqabı geyinmiş Aliyənin addımları 
kayutun  tavanını  titrətdi.  O  nəyə  isə  güldü.  Xışmalayıb 
sivirmədən 
çıxararaq  nimçəyə  yığdığı  çəngəl-bıçaqların 
cingiltisi  kəsiləndən  sonra  qəhqəhəsi  yenidən  eşidildi.  O, 
Qəzənfərin  öz  əksilə  danışdığınamı  gülürdü?  Qəzənfər  işığı 
söndürdü.  Tavana  kəşfiyyatçı  nəzərlərilə  boylandı.  O  elə 
xoflanmışdı  ki,  elə  bil  Aliyənin  işi-peşəsi  yox  imiş,  tavandan 
deşik  açıb  oradan  Qəzənfərin  gülməli  hərəkətlərini  izləyirmiş. 
Qəzənfər  pilləkənlərlə  kambuza  qalxanda  Əmirin  səsini  eşidib 
dayandı.  Əmir  Aliyədən  nəsə  istədi.  Qəzənfər  onun  sorğusunu 
pilətənin  fışıltısından  ayıra  bilmədi.  Ancaq  Aliyənin  «baş 
üstəsi»  onun  qulaqlarına  maneəsiz  çatdı.  «Ora  nəyə  gedim?  – 
deyə Qəzənfər iki pillə aşağa düşdü. Danışılanlar düz olar. İçdim 
səfərdən  qaldım,  səhhətimə,  ürəyimə,  ilk  məhəbbətimə  xain 
çıxdım.  Aliyə  də  birini  sevər,  birinə  könül  verər,  bir  adamla 
həyat  qurmağı  arzular  ki,  o  da  var.  Mən  artığam.  Bəri  başdan 
kənar  gəzməli,  məhəbbətimi  könül  qəbiristanlığında  dəfn 
eləməliyəm. Səmimi duyğularımı əlbəttə öldürə bilməyəcəm; nə 
qədər mən sağam, o da mənimlə yaşayıb ömür sürəcəkdir. Lakin 
bunu  büruzə  verməməliyəm.  Əmir  bu  vaxtacan  məndən  pis  bir 
şey anlayıbsa, qoy bundan sonra öz qənaətinə şübhə ilə baxsın, 
əvvəlki təəssüratlarına inanmasın, səhv etdiyi üçün peşmançılıq 


 
72 
cəzası  çəksin.  Mən  onu  sözlə  yox,  hərəkət  və  davranışlarımla 
əmin  etməliyəm  ki,  Aliyəni  sevməmişəm,  sevmirəm, 
sevməyəcəyəm  də!  Demək,  söz  vermək  çox  asandır,  lap  bir 
büküm  halva  kimidir;  işin  çətinliyi  ürəyi  zorlamağı,  qəlbi 
susdurmağı  bacarmaqdadır.  Bu  bir  fərasət  olmasa  da  adamdan 
cəsarət,  iradə  tələb  edir.  Mən  də  ki,  məhəbbət  təlatümündə  bu 
xilaskarlıq  məziyyətlərindən  məhrumam.  Demək,  Aliyəni 
görəndə  həyəcanlarımı  gizlədə  bilməyib  sarsılacam,  bunu  da 
Əmir hiss edəcək. Mən də öz-özümə qəribə şeylər fikirləşirəm. 
Hər  deyilən  sözə  inanmaq  olmaz.  Qızla  oğlanın  bir  dəfə 
gəzməyə  çıxması  ilə  iş  bitmir  ki!  Lap  on,  iyirmi  dəfə  də 
gəzərlər,  ancaq  arada  ümumi  söhbətdən  başqa  qeyri  danışıq 
olmaz.  Qonşumuz  Əlyəddinlə  Solmazın  dostluq  macərasını 
xatırlayıram.  Düz  üç  il  bacı-qardaş  kimi  gəzdilər.  İndi 
Əlyəddinin arvadı, Solmazın isə əri var, bir-birinə qarşı əvvəlki 
səmimiyyəti  hələ  da  davam  etdirirlər.  Solmazdan  əri 
şübhələnmədiyi,  keçmiş  günlərlə  bağlı  olan  hadisələrə  əl-dil 
aparmadığı  kimi,  Əlyəddinin  də  arvadı  ondan  qısqanmır,  onun 
ağlına  qara  fikirlər  gəlmir.  Əmirlə  Aliyənin  bir  dəfə  qayığa 
oturub dəniz üzərində iki saat fırlanması qırx, əlli illik ömrü olan 
ailə  həyatının  başlanğıcı,  bünövrəsi  sayıla  bilərmi?!  Qızla 
oğlanın  dostluğuna  başqa  cür  baxırlar.  Guya,  dostluğun  birinci 
şərti  həmcinslik  məsələsidir.  Mən  belə  mülahizələrin 
ziddinəyəm.  Məncə  bu yanlış  mühakimədir.  Dostluqda  ürəklər, 
diləklər  həyata  baxışlar,  əqidələr  nəzərə  alınmalıdır.  Bəlkə 
Əmirlə də Aliyə belə bir sədaqətli dost olacaqlar; bu ər-arvadlıq 
deyil ki!»  
–  Ayaq  üstə  niyə  yatırsan?  Təyyarın  səsi  Qəzənfəri 
səksəndirdi.  
– Yoxsa, evə getmək istəyirdin?  
– Bəli.  
–  Amma  səfərdən  yenə  qalacağından  qorxub  getmək  də 
istəmirdin, hə? Qalmışdın belə: gedim, getməyim, hə?  
– Elədir.  


 
73 
–  Az  dayanacayıq,  ikicə  saat.  Mərkəzdən  qaçan  yükdür. 
Mən də evə getmədim... Nərdlə aran necədir?  – Ataq deyirsən, 
ataq.  
– Öyrənmisənsə ataq.  
–  Öyrənmişəm,  harada  ataq?  –  Get,  mənim  kayutumdan 
nərdi  bura,  bu  sizin  salona  gətirir,  ata-ata  çay  da  içərik,  əyər 
Aliyə bacım mərhəmət eyləsə. Həm də sənin gözlərin ruhuna bir 
şey verər. Sən bunu arzulamırsanmı? Pilləkənin ortasında da ona 
görə  fikrə  getməmisənmi?  Belə  deyilmi,  düz  demirəmmi? 
Gözlərində  ümidsizlik  buludları  var,  təəccüblənmə.  Bunlar 
ruhundakı sərsəri rüzgarın müjdəçiləridir. – Təyyar güldü, əlini 
Qəzənfərin  çiyninə  qoydu.  –  Rəngin  ağardı.  Sirrinin 
açılmasından  qorxuya  düşdün?  Soruşmaq  istəyirsən  ki,  mən 
bunları  hardan  bilirəm?  Bilməyə  nə  var!  Sənin  hərəkətlərində 
mən  keçdiyim öz  köhnə yolları görürəm. Baxışlarındakı  məlal-
məlamət  mənə  tanışdır.  Gözlərində  əks  edən  ifadələr  məni 
ömrümün unudulmaz gənclik, möcüzələr illərinə qaytarır. Sənin 
indiki  həyəcanların  mənə  iyirmi  il  bundan  qabağın  fikir-
əndişələrini  xatırladır.  Hə,  gəl  burada  çox  dayanmayaq,  mən 
salona, sən də nərdi gətirməyə. Bu zaman növbətçi matros gəlib 
Təyyarə  bildirdi  ki,  onu  dənizçilik  müfəttişliyindən  telefona 
çağırırlar. Təyyar orta tikintiyə getdi. Qəzənfər isə: «Təyyar arif 
adamdır.»  deyib  kambuza  yönəldi.  Qapının  ağzına  çatmamış 
qayıdıb geri döndü. İkicə addım atdı, ayaqları yerimədi, dizləri 
qatlanmadı,  kürəklərində  soyuq  bir  çimçəşmə  başlandı, 
kirpikləri  səyridi,  ürəyində  əzabverici  bir  sıxıntı  oyandı.  Sanki 
ürəyindən  nəyi  isə  qoparıb  atmağa  çalışan  vardı.  Bu  hal  tez 
keçdi.  Qəzənfər  yenidən  dala  çevriləndə  ayaqları  öz-özünə 
yeridi.  Elə  bil  qılçalarına  vurulan  buxov  açılmışdı.  O  oğrun-
oğrun  kambuzun  içinə  baxdı.  Yönü  o  yana  olan  Əmir  xələt 
geyinmişdi,  əti  maşından  keçirirdi.  Aliyə  isə  maşından  çıxmış 
ətdən  kotlet  düzüldərək,  onu  unlayıb  sapılcanın  içinə  qoyurdu. 
Pilətənin  üstündəki  borş  qazanı  poqquldayır,  qazandan  qalxan 
buxar  qapıdan  koridora  yayılıb  havanı  ağırlaşdırırdı.  Aşsüzənə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə