82
Aliyənin əsəblərinə bu yandan toxundu. Onun bədəni gicişmişdi.
Sanki qollarını gicitkən dalamışdı. O qollarını qaşıdı. Mələfəni
üzündən atıb yastığın altına qoyduğu kitabı götürdü, başının
üstündəki işığı yandırıb Yuliyanın cavab məktubunu oxumağa
başladı. İki cümlə oxumamış saata baxdı. Kitabı yastığın altına
qoyub mələfə ilə üzünü yenə örtdü. Bayaqkı qaşınma özünü
Aliyənin sinəsində, kürəklərində, baldırlarında göstərdi: «Mənə
nə olub? bu nədir? İndi ki, yuxu mənə haramdır, gedim heç
olmasa çimim, həm əsəblərim sakitləşsin, həm də məni yuxu tez
aparsın.» Aliyə qalxıb dabanıbasıq şap-şuplarını geyindi.
Xələtini stolun söykəncəyindən götürəndə qapı astaca döyüldü.
– Kimdir? – Mənəm. Aliyə bacı işığın gəlir, deyəsən hələ
yatmamısan. – Yatmamışam.
– Sənlə işim vardı. – B u saat. Aliyə xələtini geyinib
yatağını düzəltdikdən sonra qapını açaraq Təyyarı içəri buraxdı.
Təyyar nə üçün gəlmişdi? Onun Aliyə ilə nə işi ola bilərdi?
Səhərin açılmasını gözləməməkdə onu bura hansı təxirəsalınmaz
iş, məsələ çəkib gətirmişdi? Aliyə Təyyarın gəlişindən hələlik
heç bir şey anlamırdı. O bu suallara özündə cavab tapa bilmədi.
Ona elə gəldi ki, Təyyar da birinci şturmanın təmannasına
düşüb, hamı yatandan sonra gəlməkdə də məqsədi heç kimin
şübhələnməsinə yol qoymamaqdır. Aliyə Təyyarın üzünə həm
qorxa-qorxa, həm də sonsuz bir ikrah hissilə baxdı. Lakin
Təyyarın simasında axtardıqlarını tapmayıb bir qədər rahat oldu.
Ancaq tam arxayınlığa qapılıb ehtiyatlı olmağı unutmadı:
«Təyyar uşaq-muşağın tayı deyil. O ustadır, təlim keçmiş
hisslərini cilovlamağı bacarır. Təyyar özünü əlbəttə başqaları
kimi aparmayacaq. Onun yəqin ki, belə şeylərdə
böyük təcrübəsi
var. Təyyardan qorunmaq lazımdır, bundan gözlərim su içmir.»
– Aliyə bacı qıpını ört, özün də otur. Aliyə nə oturdu, nə də
qapını örtdü: – Yaman bürküdür, qoy hava dəyişsin. – Səsimizi
eşidən olar, yaxşı deyil, ört. – Eşidəndə nə olar?! Biz ki, oğurluq
eləmirik! Aliyə təlaş və həyəcanını gizlədə bilmədi. Onun
hərəkətlərindəki – şaşqınlıq, səsindəki titrəyiş Təyyarın şüuruna