77
tuturlar. Aşiqanə sözləri bir ucdan onun üzərinə yağdırırlar.
Dostların məqsədi xidmətçi qadınla vədələşmək, gələn səfərlərə
«isti yuva» hazırlamaq olur. Müsahiblərin ikisində də bu şövq,
həvəs eyni dərəcədə alovlanır, bir-birinə güzəştə gedə bilmirlər.
Elektrik mexaniki şturmana deyir: – Sən bənd olma, mənə
nisbətən yaşlısan. Belə fədakarlıqlar cavanlara məxsusdur. Get
özünə özün kimi dişləri tökülüb ağzı çökəlmişin birini tap ki,
arxası yerə gələndə o da sənin təki ulduza fılfız desin.
Mexanikin sözünü zarafat sanan şturman ona o mənada cavab
qaytarır: – Böyüklərin borcu qabağa düşüb yol açmaq,
kiçiklərin, südəmərlərin işini asanlaşdırıb onları zəhmətlərdən
qurtarmaqdır. Söhbətin bu yerində əvvəlkindən də artıq işvə,
qəmzə, nazla silahlanmış qadın onların yanına gəlir. Şturman
qadının əlini sığallayaraq ondan soruşur. – Düzmü deyirəm?
Sualdan heç nə anlamayan qadın müştəri qarşısında həmişə üzü
təbəssümlü, gözləri gülüşlü, mehriban olmaq tələbilə
gülümsəyir: – Siz heç yalan danışmısınız ki... Şturman gülüb
mexanikə acıqverircəsinə qadının belini qucaqlayır: –
Adamımsan. Onda yüz də gətir. Axırıncı yüzü sənin sağlığına
içəcəm. Qadın gedir, mexanikin kəlbətin əli şturmanın
çiyinlərindən yapışır. – Donuz! Şturman qadını çağırır, süfrə
xərcinin hamısını verib restorandan çıxır. O
mexaniki hədələmir,
özünü elə aparır ki, guya mexanikdən zərrə qədər də
inciməmişdir. Şturman avtoya oturub dəmir yol vağzalına,
oradan da buxtaya gəlir. Keşikçi dayanan qapıdan keçib dəniz
kənarında gizlənir. Mexanik gəmiyə qayıdanda onun qarşısına
çıxır, əlindəki dəmiri başına endirir. Sahili döyən ləpələrin
gurultusu onun səsini batırır, mexanikin fəryadını eşidən olmur.
Şturman onu ikinci, üçüncü zərbələrlə tamam candan eləyir və
mexaniki sürüyüb dənizə atır. Gəmi yükünü boşaldandan sonra
bir saat yarım səmərəsiz dayanıb onu gözləyir. Mexanik gəlib
çıxmır, gəmi yola düşür, adını da qoyurlar – səfərdən qaldı.
Aradan üç gün keçmiş şişib üzə çıxan meyidi ləpələr sahilə atır.
Liman işçiləri onu görüb milis şöbəsinə xəbər verirlər. Milis